Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3805/2018 05.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 iyun 2018-ci il № 2(102)-3805/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim R.Mustafayev, iş № 2(002)-5441/15) “Bank VTB (A zərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası təmin edilərək cavabdehdən 11166,10 ABŞ dolları əsas borc, 1352,04 ABŞ dolları faiz borcu, 65,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12 583,74 ABŞ dolları borcun (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehə məxsus "Kio Rio minik" markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitdən borcun və dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, satışdan götürülmüş məbləğ iddiaçının tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması, satışdan əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olarsa, artıq məbləğin cav abdehə qaytarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2017-ciil tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, X.Cəmilova və İ.Xəlilov, iş №2(103)-10308/17) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5441/15 saylı iş üzrə 21 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 oktyabr 2017-ciil tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı “kredit borcu və ipotekaya yönəltmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etm işdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 oktyabr 2017-ci il tarixli qətnaməsihəmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 24 oktyabr 2013-cü il tarixli, 118501-1-9466 saylı avtomobil krediti müqaviləsinə əsasən, iddiaçı cavabdehə fərdi minik avtomobili alma q üçün illik 17 faiz dərəcəsi ilə 48 ay müddətinə 14808 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizi ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə borcluya məxsus "Kio Rio" minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmiş və yüklülük daşınar əşyaların rəsmi reyestrində qeydə alınmışdır. 28.09.2015-ci il tarixinə borcalanın Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 319.1, 319.6 və 739-cu, «İpoteka haqqında» Qanunun 34.1.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Ape llyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıqaşkar əsaslandırılmamışdır. Borclu Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcunun qaldığı (daha artıq məbləğdə ödəniş etdiyi) barədə hər hansı sübuta istinad etməmiş, belə sübutlar təqdim etməmişdir. Tələb olunan faiz borcu və cərimə əsas borca mütənasib olduğundan iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur. Maddi imkanın ağır olması cavabdehi qanun və müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etmək dən birmənalı azad edən hal kimi qiymətləndirilə bilməz. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublikası M PM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarısta na” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qə tnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 24 oktyabr 2017-ciil tarixli, 2(103)-10308/17saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov
Məhkəmə qərarları › İş №2(102)-3805/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-3805/2018
05.06.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver