Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3806/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (kateqoriya: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətin ötürülməsi, müddətin bərpa olunması barədə vəsatətin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komit əsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi) qarşı «torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-106/2023 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərardadından cavabdehin hüquqi varisi Rəhimov Anar Fəxriyar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonun Vəndam kəndində yerləş ən 15.01 2014-cü il tarixli, 0316148, ******* saylı DƏDR-dən çıxarışlara əsasən mərhum anası X2 miras qalmış 0.09 ha və 0.15 ha torpaq sahələri üzərində Qəbələ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 169 saylı qətnaməsi ilə vərəsəlik hüququnun tanındığı və xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışa əsasən öz mülkiyyətində olan 0.0927 ha torpaq sahələrinin zəbt olunmuş hissələrinin qardaşı Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehin qanunsuz olaraq bağladığı metal torların cavabdehin hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Qəbələ Rayon Məhkəməsinin 2(025)-879/2022 nömrəli 9 sentyabr 2022- ci il qətnaməsi ilə (hakim Elman İsayev) İddiaçı Cavabdeh (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə) qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və maneələrin aradan qaldırılması" tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-106/2023 saylı 20 noyabr 2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2(025)-879/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edil ərək, iddia tələbinin təmin edilməsi, İddiaçı RX ******* saylı xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.0927 hektar torpaq sahəsinin 0.0139 hektar hissəsinin və İddiaçı xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinin 0.0170 hektar hissəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 1 iyun 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən koordinatlarda Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq İddiaçı qaytarılması, torpaq sahələrinin həmin hissəsindən İddiaçı istifadəsinə Cavab deh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manatın Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməsi qət edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(107)-106/2023 saylı qətnaməsi qanuni qüvvəsini almış və 9 fevral 2024-cü il tarixdə icraya yönəldilmişdir. 5. 26 avqust 2024-cü il tarixdə Cavabdeh hüquqi varisi Rəhimov X3 Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(107)-106/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə və kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
6. Cavabdehin hüquqi varisi ərizəsini belə əsaslandırmışdır ki, onun mərhum atası Cavabdeh xəstə olduğu üçün kassasiya şikayəti verə bilməmişdir. Atası xə stəlikdən xx.xx.2024-cü ildə vəfat etmişdir. Ona görə də müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş edir.
7. Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Ələddin Məcidov) cavabdehin hüquqi varisi Rəhimov Anar Fəxriyar oğlu (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-106/2023 saylı 20 noyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət təmin edilməmiş və verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gün dən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
9. Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(107)-106/2023 saylı qətnaməsi Cavabdeh, Qəbələ rayonu Vəndam qəsəbəsinə göndərilmişdir və 8 dekabr 2023-ci il tarixdə “Rəhimov” soyadlı şəxs tərəfindən imza edilərək alınmışdır. 26 avqust 2024-cü il tarixdə Cavabdeh hüquqi varisi Rəhimov X3 Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(107)-106/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatət və kassasiya şikayəti ilə müraciət etmişdir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddət 6 ay 18 gün ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
10. Məhkəmə tərkibi qeyd etmişdir ki, ərizəçinin qeyd etdiyi bu səbəb müddətin bərpa edilməsinə əsas ola bilməz.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh hüquqi varisi Rəhimov X3 Apellyasiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(107)-106/2023 saylı qətnaməsindən 6 ay 18 gün müddət keçdikdən sonra kassasiya şikayəti vermişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh hüquqi varisi Rəhimov Anar Fəxriyar oğlunun kassasiya şikayəti geri qaytarılmalıdır.
12. Məhkəmə kollegiyası bildirmişdir ki, müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət verilməsi üçün müəyyən olunmuş müddətdə şəxsin şikayət verməsinə yönələn hərəkətlər etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün isə göstərilən hallar mövcud olmamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə və 60-cı maddəsin ə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133, 134, 135.1, 135.2, 135.3, 135.5, 135.6, 135.8, 402, 405.0.1, 407, 408-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin hüquqi varisi Rəhimov Anar Fəxriyar oğlu (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 2(107)106/2023 saylı qərardadının ləğv edilməsi, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin bərpası haqqında ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rəhimov Anar Fəxriyar oğlu ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizədə mərhum atası Cavabdeh onkoloji xəstəlikdən əziyyət çəkdiyini və mütəmadi olaraq müayinə və müalicə olunması ilə əlaqədar vaxtında kassasiya şikayəti verə bilmədiyini qeyd etmişdir. Eyni zamanda mərhum atası Cavabdeh vəfat etdikdən sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün xeyli vaxt gözləməli olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə ev almışdır. Lakin məhkəmə tərəfindən işin bu halları ətraflı araşdırılmamış və qətnamədən kassasiya şikayəti verilmə müddətinin ötürülməsinin üzrlü hesab edilməsi üçün yetərincə tutarlı hüquqi əsaslar olsa da, məhkəmə tərəfindən bunlar nəzərə alınmamışdır. Rəhimov Anar mərhum atasının qanun üzrə vərəsəsi kimi yalnız 2024-cü ilin avqust ayında şəhadətnamə almışdır. Təbii ki, həmin bu qanun üzrə vərəsəlik haqqında şəhadətnamə olmadan Rəhimov Anarın bu qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək hüququ yaranmırdı. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinin tələbləri pozulmuşdur.
16. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14,76, 133-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən ed ilmiş müddətlərdə həyata keçirilir.
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməs i məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
23. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
24. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
25. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
26. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəs ilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
27. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndir ildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmaması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
34. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə q ərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
35. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlər dir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
36. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
37. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli, 2(107)-106/2023 saylı qətnaməsi Cavabdeh 8 dekabr 2023-ci il tarixdə çatdırılmışdır. Kassasiya şikayə ti isə 26 avqust 2024-cü il tarixdə verilmişdir.
38. Göründüyü kimi kassasiya şikayəti verərkən qanunla müəyyən olunmuş müddət ötürülmüşdü. Apelyasiya instansiyası məhkəməsi qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etmədiyinə görə müddətin bərpasından imtina etmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstəril mişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
40. Kassator atasının 2023-cü ilin noyabr ayın dan vəfat etdiyi xx.xx.2024-cü il tarixədək müayinə və müalicə olunduğunu, 2024-cü ilin yanvar ayından hərəkət etmək qabiliyyətini itirdiyini, bu səbəbdən onların köməyi ilə hərəkət etdiyini bildirmişdir. Kassator atasının xəstə olması barədə tibbi müayinə nəticələrinə dair sübutlar təqdim etməsinə baxmayaraq, cavabdehin hərəkət məhdudluğu və stasionar şəraitdə müalicə olunması barədə sübutları təqdim etməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.
42. Konstitusiya Məhkə məsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.
43. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.
44. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-106/2023 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədə n saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.