Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-381/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)4475/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları
1. Mübahisə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödəmə vaxtı manata olan məzənnə ilə 1.200.000 ABŞ dolları məbləğində pulun, 2016-cı ilin avqust ayından bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizlərlə pulun ödənildiyi günə qədər tutularaq ona ödənilməsi tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx.xx.2020-ci il tarixli, 2(004)-595/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir. 4. 11.05.2020 tarixdə cavabdehin nümayəndəsi və vəkili vəsatət verərək bildirmişdir ki, elektron məhkəmə portalında şəxsi kabinet vasitəsilə ape llyasiya şikayəti ilə tanış olan zaman məlum olmuşdur ki, İddiaçı apellyasiya şikayəti verərkən müəyyən olunmuş dövlət rüsumunu düzgün ödəməmiş və apellyasiya şikayətinə əlavə edilmiş "xxxx” ASC tərəfindən verilmiş ********* nömrəli, xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, dövlət rüsumu Bakı Apellyasiya Məhkəməsinin deyil, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Qeyd edilənlərə əsasən iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sərlik edən və məruzəçi), Ş.Məhərrəmova və X.Sarıyev) xx.xx.2020-ci il tarixli, 2(103)4475/2020 nömrəli qərardadı ilə vəsatət (ərizə) təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı qeyd edilən qərardaddan kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının etdiyi səhv birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
10. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 363.1.2. Apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dö vlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 366.2. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər.
14. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
15. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya yalnış tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilsə də, həmin qəbzdə rüsumun Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilməsi üçün ödənilməsi müəyyən olunmur.
19. Bu hal apellyasiya şikayətinin verilməsi üçün zəruri olan dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada ödənilmədiyinə dəlalət edir. Müvafiq qaydada rüsumun ödənilməməsi isə şikayətin geri qaytarılması üçün əsasdır (§ 12).
20. Odur ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
21. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)4475/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.