Məhkəmə qərarları › İş №2(102)-3810/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3810/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3810/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli 2(103)-5312/2018 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov, iş № 2(001)-11850/2017) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu nun tutulması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 cəmi 2722 manat məbləğində borcun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N,Ş.Cəfərov, Ş.A.Məmmədova və V.T.Həsənov) bankın apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilib cavabdehlərdən müştərək qaydada bankın xeyrinə əsas kredit və faiz borcuna görə 1641,98 manat tutulması, iddianın qalan hissədə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: 02 sentyabr 2014-cü il tarixdə bankın Yasamal filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən K.N.Həsənova i llik istifadə dərəcəsi 26 faiz olmaqla 24 ay müddətinə 1.430 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi 02 sentyabr 2014-cü il tarixdə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 2017-ci ilin iyul ayında bank borcluya və zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclunun kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 1.338 manat məbləğində əsas kredit, 1.384 manat məbləğində isə faiz borcunun, cəmi 2.722 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şi kayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materialların ı araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kredit müqaviləsinə və ödəniş cədvəlinə görə Cavabdeh1 banka 1430 manat məbləğində kredit borcunu və kreditdən istifadə haqqı kimi 418,98 manat məbləğində faiz ödəmək barədə üzərinə öhdəlik götürmüş və iş üzrə aparılmış ekspertiza rəyinə görə faiz borcunun 115 manatını ödəmiş, həmin borcun 303,98 manatı ödənilməmiş qalmışdır. Göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi borcludan və zamindən ödənilməmiş əsas kredit borcunu təşkil ed ən 1.338 manatın, faiz borcunu təşkil edən 303.98 manatın, cəmi 1641.98 manatın tutulması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 14 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar