Məhkəmə qərarları › İş №2(102)-3810/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3810/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3810/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Ləğv prosesində olan QSC X KB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, gecikdirmə faizinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı Ləğv prosesində olan QSC xKB-nin vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC X KB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15 may 2013-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh 36 ay müddətinə, illik 20 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12.750 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh eyni tarixli ipoteka müqaviləsinə əsasən, «Mercedes Benz E320» minik markalı dövlət nömrə nişanı **-OE-*** olan avtomobili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.

3. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə 15.05.2019-cu ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8029,81 manat əsas borc, 1212,62 manat faiz borcu, 7713,68 manat məbləğində cərimə borcu, 1217,44 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 18.173,55 manat məbləğində borcun və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsini lazımınca icra etməmiş, banka yuxarıda göstərilən məbləğlərdə borcu yaranmışdır. Ona görə də həmin borcun tutulmasını tələb edir.

6. Cavabdeh birinc i instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim S.Miriyeva) 09 iyun 2020-ci il tarixli, X saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Ləğv prosesində olan QSC X KB ilə Cavabdeh arasında bağlanmış 15.05.2013-cü il tarixli, 120/01/12026/13 saylı kredit müqaviləsinə əsasən 7978,02 manat (yeddi min doqquz yüz yetmiş səkkiz manat iki qəpik) əsas, 1212,62 manat (min iki yüz on iki manat altmış iki qəpik) faiz bоrcu və 200 manat (iki yüz) məbləğində cərimə olmaqla, cəmi 9390,64 manat (doqquz min üç yüz doxsan manat altmış dörd qəpik) məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan QSC xKB-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus “Merced es Benz E320” markalı, 2004-cü il buraxılışlı, qara metal rəngli, ban WDB2110651A503229 olan **OE-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin ilkin satış qiymətinin 15.800 (on beş min səkkiz yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehə qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pulun Cavabdeh tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddiаnın qаlаn hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, 15 may 2013-cü il tarixində kredit verilməsi üzrə Cavabdeh öhdə liyi icra etməməsi və nəticədə əsas borc üzrə 8029,81 manat əsas borc, 1212,62 manat faiz borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Cavabdehin öhdəliyin icrasını gecikdirməsinə görə iddiaçıya dəymiş zərərin (əldən çıxmış fayda) qiymətləndirilməsi məhkəmə tərəfindən iddiaçının verdiyi məlumatlar əsasında həyata keçirilir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Hazırkı işdən isə görünür ki, iddiaçı bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə biləcəyi ilə bağlı məhkəməyə heç bir sü but təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün hesablanmış faizə münasibətdə əsassız olduğundan təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 06 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçı QSC xKB-nin ləğvedicisi olan X apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2020-ci il tarixli qətnamənin apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, QSC X KB-nin Cavabdeh qarşı iddiasının “öhdəliyin icra edilməməsinə görə tətbiq edilmiş cər imənin (dəbbənin) ödənilməsi və “Kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı zaman üçün illik 5 faiz ilə cavabdehə hesablanmış faiz borcunun tutulması barədə” hissəsi qismən təmin edilməsi, tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 797 (yeddi yüz doxsan yeddi) manat, Kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı zaman üçün hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 153 (yüz əlli üç) manat 86 (səksən altı) qəpik məbləğində pulun Cavabdeh tutularaq iddiaçı QSC xKB-yə ödənilməsi, apellyasiya baxışının predmetini təşkil edən həmin tələblərin qalan hissəsinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, bu məqsədlə Cavabdeh 15 (on beş) manat məbləğində pulun tutularaq iddiaçı QSC x KB-yə ödənilməsi qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin “Kredit müqaviləsi üzrə iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi və Kredit müqaviləsinin müddətinin 15.05.2016-cı il tarixdə bitməsi, bu səbəbdən də Bankın həmin müqavilədə nəzərdə tutulmuş faiz borcunun tutulmasını tələb etmək üçün imkanın artıq olmaması, lakin kredit məbləğinin cavabdehdə qanunsuz qalması və Bankın 04.10.2016-cı il tarixdə ləğv edilməsi aşkardır. Cavabdehin iddiaçı Banka ödəməli olduğu 7.978,02 manat əsas borcun illik 5 faizi 153,86 manat təşkil edir. “Kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş müddətin bitdiyi tarixdən, yəni 15.05.2016-ci il tarixdən Bankın ləğv edildiyi 04.10.2016-cı il tarixədək olan müd dət 4 ay 19 gün təşkil edir. Belə olan halda adi riyazi hesablama nəticəsində müəyyən edilir ki, müzakirə edilən tələb üzrə cavabdehdən iddiaçı Bankın xeyrinə cəmi 153,86 manat məbləğində pul vəsaiti tutula bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. QSC xKB, kassasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissədə ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edərək bankın iddiasının tam təmin olunması barədə və ya mübahisələndirilən hissədə ləğv edib işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ba nkın tələbindən göründüyü kimi, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 8029,81 (səkkiz min iyirmi doqquz manat 81 qəpik) manat məbləğində əsas borc, 1212,62 (bir min iki yüz on iki manat 62 qəpik) manat məbləğində faiz borcu, 7713,68 (yeddi min yeddi yüz on üç manat 68 qəpik) manat məbləğində cərimə borcu, 1217,44 (bir min iki yüz on yeddi manat 44 qəpik) gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 18.173,55 (on səkkiz min bir yüz yetmiş üç manat 55 qəpik) məbləğində pul manat məbləğində borcu qalmışdır. Göründüyü kimi Bankın tələbi üzrə əsas məbləğ 8029,81 manat olduğu halda birinci instansiya məhkəməsi tərəfindən 7978,90 manat təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi bu hissədə Bankın ap ellyasiya şikayətini təmin etməmişdir. Cərimə hissəsi 7713,68 manat olduğu halda birinci instansiya məhkəməsi yalnız 200 manat təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi bu hissədə Bankın apellyasiya şikayətini qismən cəmi 797 manat təmin etmiş, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edilərək Bankın tələb etdiyi 1217.44 manat təmin etmədiyi hissədə apellyasiya instansiyası məhkəməsi Bankın apellyasiya şikayətini qismən cəmi 153,86 manat, yəni qismən təmin etmişdir. İş materiallarında cavabdehin borcunu təsdiq edən kifayət qədər mötəbər sübutlar olduğu halda məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Hazırkı mübahisədə ekspertiza iş üçün əhəmiyyəti olan heç bir hala aydınlıq gətirmədiyi üçün onun təyin edilməsinə zərurət olmamışdır. Lakin məhkəmə öz təşəbbüsü ilə mühasibatlıq ekspertizası təyin etmişdir. Həmin rəy Banka təqdim edilmədiyindən onunla bağlı hər hansı mövqe bildirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etsə də və qətnamə həmin ekspertiza nəticəsinə əsaslansa da, Bank həmin ekspertiza rəyi ilə razılaşmamışdır və apellyasiya məhkəməsindən təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə hər-hansı addımlar atılmamış, məhkəmə araşdırılması tam aparılmamışdır. Digər tərəfdən, kredit müqaviləsi üzrə borc əsas, faiz və cərimədən ibarətdir. AR MM- nin 432.4cü maddəsinin tələbinə görə «Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütü n borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır». Həmin pul vəsaitlərinin qanunvericiliyin tələbinə uyğun silinməsini, qalıq borcun olub-olmamasını müəyyən etməli olduğu halda məhkəmə tərəfindən lazımi araşdırılması aparılmamışdır, bununla da qeyd edilən məsələ üzrə mübahisə həll edilməmişdir. Kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərini lazımınca icra etməməsi nəticəsində yaranan cərimə üzrə borcun olmasını da qeyd etməmiş və nəzərə almamışdır. Halbuki, AR MM-nin 462.1-ci maddəsinə əsasən “Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca İcra edilmədiyi, o cümlədən icranı n gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.” Bu baxımdan cərimə hissəsinin azaldılması qanuna ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

15. Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş v axt üçün illik beş faiz ödəməyə borcludur.

17. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc ve rənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparıla n hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktik i halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Hazırkı işdə tərəflər arasında kredit münasibətləri olduğundan əsas, müqavilə faizi və cərimə borclarının tutulması Mülki Məcəllənin 462, 739.1, 741, 445.7-ci maddələrinə uyğundur (§ 1719).

26. Kassator borc məbləğlərini mübahisələndi rsə də, Kollegiya nəzərə alır ki, bu xüsusatlar işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən ekspertiza təyin edilməklə araşdırılmışdır.

27. Məhkəmə-mühasibatlıq ekspertizasının 05.05.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən müqavilə üzrə 15.05.2016-cı il tarixinə əsas borc 7.978,02 manat, faiz borcu 2.340 manatdır.

28. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş 200 manat cərimə məbləği iddiaçının şikayəti əsasında apellyasiya məhkəməsi tərəfindən artırılaraq 797 manat müəyyən edilmişdir.

29. Odur ki, məhkəmələr tərəfindən tutulmuş əsas və müqavilə faizi, habelə cərimə üzrə borc məbləğləri iddia tələbinin həcminə, ekspertizanın rəyinə və qanunvericiliyə uyğun olduğuna görə həmin hissələrdə kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (§ 4, 17, 27).

30. Bununla belə Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi borcun illik 5% məbləğinin ödənilməsi tələbinə münasibətdə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

31. Belə ki, həmin tələbin hüquqi əsası Mülki Məcəllənin 445.7-ci maddəsidir. Normaya görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (§ 16).

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə b axmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilm əsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

33. Göründüyü kimi, qanunverici, borclu tərəfindən pul öhdəliyinin vaxtında icra edilməməsi halında kreditorun gecikdirilmiş vaxt üçün azı illik beş faiz tələb etmək hüququnu nəzərdə tutmuş və bunu hər hansı şərtdən asılı etməmişdir. Çünki, borclu müqavilə müddəti ərzində öhdəliyini pozmadan müqavilə faizini ödədiyi təqdirdə, müq avilə müddəti bitdikdən və öhdəliyini pozulduqdan sonra icra edilməmiş əsas borcun ən azı illik 5 faizini ödəməlidir.

34. Kollegiya borcun illik 5% miqdarının bankın ləğv edildiyi 04.10.2016-cı il tarixədək olan müddət üçün tutulması barədə apellyasiya məhkəməsinin mövqeyini əsassız sayır.

35. Ona görə ki, bankın ləğv prosesində olması mülki hüquq münasibətlərinin subyekti kimi onun qanunla müəyyən edilən alacaq (tələb) hüquqlarına malik olmaq imkanını aradan qaldırmır. Başqa sözlə, ləğv prosesində olsa belə bankın mülki hüquq qabiliyyətinə malik olan kreditor kimi borcun gecikdirilməsinə görə illik 5 faizini faydalanma şərtinə bağlı olmadan borcludan tələb etmək hüququ vardır.

36. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Banklar haqqında” Azərbaycan Re spublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdiri r.

37. Qeyd edilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya məhkəməsi iddianın borcun illik 5% məbləğinin ödənilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də, qətnamə bu hissədə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla həmin tələbin yenidən araşdırılması və nəticəsindən asılı olaraq qanuni və əsaslı qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi borcun illik 5% məbləğinin ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar