Məhkəmə qərarları › İş №2(102)-3810/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3810/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3810/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi ziyan, əldə çıxmış fayda, əmək qabiliyyəti bərpa olunanadək vaxtaşırı ödəmələr və mənəvi zərər” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3422/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakı qərarı qəbul etdi Müəyyən et di: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində baş vermiş hadisə ilə əlaqədar aldığı xəsarətlərə görə vurmuş olduqları 11.100 manat məbləğində maddi zərərin, bu günə kimi əldən çıxmış fayda olan 7.000 manat əmək haqqının, əmək qabiliyyəti bərpa olunan müddətədək aylıq 1.000 manat əmək haqqı və 50.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-203/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 1.550 manat maddi ziyan və mənəvi zərərə görə 1.000 manat olmaqla, ümumilikdə 2.550 manat pul məbləğinin tutularaq iddiaçıya öd ənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MMC-dən 45,5 manat dövlət rüsumunun tutulması və Dövlət büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3422/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsi qismən (iddia tələbinin rədd edilmiş - bu günə qədər olan müalicə və digər xərclər (nəqliyyat, tibb bacısı, dərmanlar, xəstəxanaya, həkimə, texniki işçilərə ödənilən qeyri-rəsmi ödənişlər, iş üzrə icraat zamanı çəkdiyi xə rclər və sair) təqribi hesablamaları əsasən ağlabatan məbləğ – 2.000 manat; bu günə qədər MMC-dən alacağı 7 aylıq ortalama əmək haqqı 1.000 manat hesabı ilə (əmək haqqı razılaşmasına görə birinci ay 700 manat olacaqdır, sonrakı aylarda isə 1.500 manata kimi artacaqdır, xx.xx.2022-xx.xx.2022-ci il birinci ayın əmək haqqının ödənildiyi nəzərə alındıqda, xx.xx.2022-ci il tarixdən bugünkü günə kimi əhatə edən dövr üçün) – 7.000 manat əldən çıxmış fayda (prosesin davam etdiyi müddət ərzində yekun məhkəmə aktı qəbul edilənədək müddətlər nəzərə alınmaqla məbləğ artırılmaqla) hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbi qismən təmin edilmişdir. Müalicə və digər xərclər kimi ağlabatan məbləğ olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilmiş, əldən çıxmış fayda (itirilmiş qazanc (gəlir)) kimi 26 dekabr 2022-ci il tarixdən hazırki qətnamənin qəbul edildiyi (11 iyun 2024-ci il) tarixə qədər hər ay 350 manat hesablanmaqla Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və Ali Məhkəmənin 2(102)-3810/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməs indən 23 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş müraciətdən müəyyən edilir ki, iş üzrə Cavabdeh1 MMC tərəfindən də apellyasiya instansiya məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Cavabdeh tərəfindən verilmiş həmin kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün, mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmalı və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyasının mövqeyinə görə Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş 23 oktyabr 2024-cü il tarixli müraciət nəzərə alınaraq, mülki işin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3810/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda izah olunmalıdır ki, müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsindən dərhal sonra mülki işin materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı (Vəkil2) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3422/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3810/2024 nö mrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Mülki işin materialları müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. İzah olunsun ki, müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsindən dərhal sonra mülki işin materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar