Məhkəmə qərarları › İş №2(102)-3811/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3811/2019

11.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3811/2019 11.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-xx/18) iddiaçı “xxxx” BOKT ASC-nin Cavabdeh qarşı “borcun tutulması, borcun əvəz inin ipoteka predmetinə yönəldilməsi və xərcin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, 2013-cü il xx xxx tarixli 2993/PBQ №-li kredit müqaviləsi üzrə 5 647.78 manat əsas, 301,45 manat faiz borcu və 05 manat dəbbə pulu olmaqla, cəmi 5954,23 (beş min doqquz yüz əlli dörd manat 23 qəpik) məbləğində pul Cavabdehdan tutularaq, “xxxx” BİKT ASC-yə ödənilməsi, 2014-cü il xx xxx tarixli 443/14/PBQ nömrəli kredit müqaviləsi üzrə 4 999.66 manat əsas, 2015,65 manat faiz cəmi 7015,31 manat məbləğində pulun cavabdehdən tutlaraq “xxxx” BOKT ASC-yə ödənilməsi, hər iki kredit müqaviləsi üzrə tutmanın cavabdehin xüsusi mülkiyyətindəki Bakı şəhəri ev1 yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 118.500 manat dəyərində qiymətləndirilməklə açıq hərracdan satılması, əmla k satıldıqdan sonra ən geci bir ay ərzində mənzildə yaşayanların mənzildən çıxarılması və mənzilin boşaldılması, əldə edilmiş pul vəsaiti hesabına “xxxx” BOKT ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehdən tutulması və artıq qalan məbləğin mülkiyyətçiyə (iş üzrə cavabdehə) qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə, eləcə də Cavabdeh xxxx” BOKT ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması barədə” qarşılıqlı iddiası təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov-sədrlik edən və məruzəçi, V.Baxışova və V. Həsənov, iş № 2(103)- xx/18)Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” BOKT ASC Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müreaciət edərək Cavabdeh “xxxx” BOKT ASC-nin xeyrinə 2014-cü il xx xxx tarixli 443/14/PBQ nömrəli kredit müqaviləsi üzrə 4 999.66 manat əsas, 5 185.49 manat hesablanmış faiz, cəmi 10 185.15 manat; 2013-cü il xx xxx tarixli 2993/PBQ №-li kredit müqaviləsi üzrə 5 647.78 manat əsas, 5 954.98 manat hesablanmış faiz, 7 446.96 manat dəbbə pulu, cəmi 19 049,72 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını, borcun əvəzinin ipoteka predmeti olan 60 000 manat qiymətləndirilmiş Cavabdeh xüsusi mülkiyyətindəki Bakı şəhəri ev1 açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsini, Cavabdeh xüsusi mülkiyyətindəki Bakı şəhəri ev2 orada yaşayan şəxslərin - Cavabdeh çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” BOKT ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilə n məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianın qismən təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. İş üzrə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2013-cü il xx xxx tarixli 2993/PBQ №li kredit müqviləsinə əsasən bank tərəfindən kredit alana illik 6 faizlə 36 ay müddətinə 15 000 manat məbləğində pul verilmişdir. Həmçinin, eyni tərəflər arasında ba ğlanmış 2014-cü il xx xxx tarixli 443/14/PBQ №li kredit müqviləsinə əsasən bank tərəfindən kredit alana illik 28 faizlə 24 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 5000 manat məbləğində pul verilmişdir. Kredit müqavilələrinin təminatı olaraq Bakı şəhəri ev1 müvafiq olaraq 25.12.2010-cu il tarixli ipoteka müqaviləsinə olan 02 saylı və 03 saylı əlavələrlə iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit alanaın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmçinin, xx xxx 2017-ci il tarixli əkspert rəyinə əsasən Cavabdeh iddiaçı “xxxx” BOKT ASC-yə olan borcu 13 oktyabr tarixli kredit müqaviləsi üzrə 7015,65 manat (50.000 manat əsas, 2015,65 manat faiz borcu), xx xxx 2013-cü il tarixli kredit müqavil əsi üzrə 9810,44 manat (6008,99 manat əsas, 301,45 faiz borcu, 3500 manat dəbbə pulu) təşkil edir. Qarşılıqlı iddiaya münasibət bildirən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “xxxx” BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx tarixli 443/14/PBQ №li kredit müqviləsinin etibarsız hesab edilməsi üçün müvafiq müqavilənin etibarsızlığını təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bütün bu halları nəzərə alan birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq və Mülki Məcəllənin 425, 427, 439, 448, 739-cu maddələrinə istinad edərək həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instan siyası məhkəməsinin qənaətinə görə 13.10.2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, cavabdeh həmin müqavilənin etibarsız sayılmasını ona görə tələb edir ki, müqavilədə göstərilən pul ona nəqd şəkildə verilməyib. Birincisi, müqavilə öhdəliyinin icra edilməməsi (pulun verilməməsi) əqdin bağlanmasından sonra mövcud olan haldır, əqdin etibarsızlığına isə yalnız o hal əsas ola bilər ki, həmin hal əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olsun; ikincisi, həmin kredit müqaviləsinin özündə qeyd olunub ki, pul cavabdehə nəqd şəkildə verilməli deyildi, ssuda hesabına köçürülməli idi. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 13.10.2014-cü il tarixli kredit müqavilə si bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmayıb. Beləliklə, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə ko llegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işd ə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları, eləcə də öz qarşılıqlı iddiasını göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutl arın qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mül ki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı o lmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18) saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar