Məhkəmə qərarları › İş №2(102)-3811/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3811/2023

15.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3811/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və X1 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı1 və X1 Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-495/2023 n ömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli XXX nömrəli mənzilin alqı-satqı müqaviləsinə görə, satıcı də inşa etdiyi 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki ümumi sahəsi 140,9 kvm olan 4 otaqlı 62 nömrəli mənzili alıcının mülkiyyətinə verir, alıcı mənzili qəbul edib əvəzində dəyərini satıcıya ödəyir.

2. Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli XXX nömrəli qəbzə əsasən, də inşa etdiyi 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki ümumi sahəsi 140,9 kv.m. olan 4 otaqlı 62 nömrəli mənzilin dəyəri olan 169.080 manat məbləğdə pul ödənilmişdir.

3. Cavabdeh MMC tərəfindən verilmiş 13 dekabr 2014-cü il tarixli XXX nömrəli maliyyə arayışına görə, də inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsindəki ümumi sahəsi 140,9 kv.m. olan 4 otaqlı 62 nömrəli mənzilinin dəyəri tam ödənilmişdir. Bu mənzilə görə borc yoxdur.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışa əsasən, ünvan ev 1, 2, 3, ümumi sahəsi 138 kv.m. olan mənzil 62 (yeni qaydalarla: AZ1011 ünvan 138, M9, m6) xx.xx.2020-ci il tarixdən İddiaçı1 adına qeydiyyata alınmışdır.

5. Cavabdehin məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, iddia bağlanmış müqavilələr üzrə daşınmaz əşyanın (mənzillərin) təhvil verilməsi, qüsurların aradan qaldırılması və sair, yəni, bilavasitə daşınmaz əşyanın (mənzillərin) özləri ilə bağlı deyil. İddia bağlanmış müqavilələr üzrə ödənilmiş pul vəsaiti ilə bağlıdır. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375-ci maddələrinə əsasən həmin tələblərə 6 illik deyil, 3 illik iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin 13 iyun 2022-ci il tarixli XXX nömrəli rəyinə görə, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən ünvandə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 nömrəli mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, divarlar arası içdən-içə faktiki sahə hesablanmaqla) faktiki sahəsi 135,2 kv.metr (azalma əmsalı tətbiq ed ilmədən) təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvandə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 nömrəli mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə 62 nömrəli mənzilin faktiki sahəsinin üstüstə düşmədiyi və faktiki sahənin müqavilədə göstərilən sahədən (140,9-135,2) 5,7 kv.metr az təşkil etdiyi müəyyən olunur. Qeyd olunur ki, müqavilədə göstərilən sahə ilə mənzilin faktiki sahəsi arasında yaranan fərq həmin mənzilin ayrı-ayrı tikililərinin faktiki ölçülərinin layihədə göstərilən ölçülərdən fərqli olması səbəbindən əmələ gəlmişdir. Rəyə əsasən, həmçinin, Cavabdeh MMC ilə X4 arasında bağlanmış 13 dekabr 2014cü il tari xli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən ünvandə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 nömrəli mənzilin (binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan, divarlar arası içdən-içə faktiki sahə hesablanmaqla) faktiki sahəsi 112,7 kv.metr (azalma əmsalı tətbiq edilmədən) təşkil etdiyi müəyyən olunur. Cavabdeh MMC ilə X4 arasında bağlanmış 13 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən ünvandə inşa edilən 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən 79 nömrəli mənzilin 112.8 kv.m. göstərildiyini, faktiki sahə 112.7 kv.m. təşkil etdiyini (fərq 0,1 kv.m) nəzərə alınaraq, müqavilədə göstərilən sahə ilə tədqiq olunan mənzilin faktiki sahəsin in üst-üstə düşdüyü müəyyən olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.208 manat, vəkilə ödənilmiş 200 manat, dövlət rüsumu 30 manat, ümumilikdə dəymiş maddi ziyan 8.438 manat pulun Cavabdeh MMC-dən tutalaraq İddiaçı1 xeyrinə, 5.112 manat, vəkilə ödənilmiş 200 manat, dövlət rüsumu manat, ümumilikdə dəymiş maddi ziyan 5.612 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-26/2022 nömrəli iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, cavabdehdən 6.840 manat pul, hüquqi xidmətin əvəzi olaraq 150 manat, dövlət rüs umunun 20 manat hissəsi, ümumilikdə 7.010 manat pulun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, cavabdehdən 120 manat pul, hüquqi xidmətin əvəzi olaraq 50 manat, dövlət rüsumunun 5 manat hissəsi olmaqla, ümumilikdə 275 manat pulun tutalaraq R.Ələskərovanın xeyrinə ödənilməsi, iddia qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... müqavilələrin mənzillərin sahəsi ilə bağlı şərtləri onların bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadələrinə tam uyğun olmamış, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması zamanı cavabdeh qismən səhvə yol verərək mahiyyəti üzrə podrat olan, lakin alqı-satqı adlandırılan müqavilə lərdə təhvil veriləcək mənzillərin sahələrini 62 nömrəli mənzil üzrə 5,7 kv.metr, 79 nömrəli mənzil üzrə isə 0,1 kv.m çox göstərmələri nəticəsində iddiaçılar həmin sahələr üzrə artıq vəsait ödəmişlər ki, sonuncular da cavabdehin müqavilə öhdəliklərinin düzgün yerinə yetirilməməsi səbəbindən hazırki iddianı qaldırmaqda haqlı olmuş və onların iddialarının yuxarıda göstərilən qaydada qismən əsaslı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçılar 2020-ci ilin avqust və sentyabr aylarında çıxarışlar almışlar. Lakin buna qədər, yəni 2017-cı ilin əvvəllərində mənzilləri təhvi l almış, 2017-ci ilin yay aylarında mənzilləri təmir etdirmiş, 2017-ci ilin sonlarından başlayaraq mənzillərə köçüb orada yaşamağa başlamışlar. Hazırkı iddia tələbi mənzillərin qüsuru ilə bağlı olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinin tələbinə görə iddiaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etmələri üçün iddia müddəti ən geci xx.xx.2018-ci il tarixdə artıq bitmişdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı məsələni doğru həll etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-495/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsi qismən, iddiaçı R.Ələskərovanın iddiası təmin edilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya cavabdehin apellyasiya şikayətinin İddiaçı1 iddia tələbinə aid hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində Məhkəmə Ekspertizası Mərkəzinin XXX nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə, ünvandə inşa edilən 2-ci yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 62 saylı mənzilin ümumi sahəsinin 140,9 kv.metr göstərildiyini nəzərə alaraq, müqavilədə göstərilən sahə ilə 62 saylı mənzilin faktiki sahəsinin üst-üstə düşmədiyi və faktik i sahənin müqavilədə göstərilən sahədən (140,9-135,2) 5,7 kv.metr az təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə 140,9 kv.m. sahə üçün ödənilmiş 169.080 manat vəsaitin (5,7 kv.m. x 1.200 manat) 6.840 manat hissəsinin cavabdehdən İddiaçı1 xeyrinə tutulması barədə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin iddia müddətinin birinci instansiya məhkəməsi tərəfindən düzgün hesablanmaması barədə dəlili üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğ unu bildiyi və ya bilməli olduğu gündən başlanır. (MM 377.1) Həmin Məcəllənin 776.1-ci maddəsinə görə, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Cavabdeh hesab edir ki, iddia müddəti iddiaçılar mənzili təhvil aldıqları dövrdən başlayaraq hesablanmalıdır. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmır və bildirir ki, iddiaçıların aldıqları mənzil sahələrinin cavabdehlə bağladıqları müqavilə şərtlərindən fərqlənməsi halı onlara 2020-ci ilin müvafiq olaraq avqust və sentyabr aylarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışları aldıqları vaxt onlara məlum olduğundan birinci instansiya məhkəməsi iddia müddətinin axımının çıxarışın alındığı vaxtdan hesablamaqda haqlı olmu şdur, apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlili əsassızdır. Çünki qanunun tələbinə görə də iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. (MM 377.1)” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin qismən, iddia təmin olunan hissədə ləğv edilib, iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçılar tərəfindən sifariş verilən podrat müqavilələri üzrə iddiaçılara inşa edilib təhvil verilmiş mənzillərin sahələrinin binanın eskiz layihəsində göstərilmiş bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan divarlararası içdən-içə faktiki sahələr hesablanmaqla ölçülməsi və bu əsasla birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Şəhərsalma və Tkinti Məcəlləsinin 59.1, 59.2 və 59.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekutra Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarının 3.8-ci bəndinə istinad edərək mənzillərin sahələrinin az ölçüdə təhvil verilməsinə dair nəticəyə gəlməsi, apellyasiya instansiyası məhkəməsinin isə birinci instansiya məhkəmsinin bu qənaəti ilə razılaşması, əsassız və qanunsuz olmuşdur. İddiaçılar 2017-cı ilin əvvəllərində mənzilləri təhvil almış, 2017-ci ilin yay aylarında mənzilləri təmir etdirmiş, 2017-ci ilin sonlarından başlayaraq isə mənzillə rə köçüb orada yaşamağa başlamışlar. Yəni, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti 2017-cı ilin əvvəllərindən başlamış, 2018-ci ilin, ən geci sonuncu günü bitmişdir. Lakin iddiaçılar həmin müddətdən 2 ildən də çox vaxt keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, bununla da iddia müddətini ötürmüşlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 375.2-ci maddəsini mübahisənin həllinə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin bu yanaşması ilə razılaşaraq, iddia müddətinin müqavilələrin bağlandığı, yaxud mənzillərin təhvil alındığı tarixlərdən deyil, qanunsuz və əsassız olaraq, iddiaçılar tərəfindən mənzillərinə dair çıxarışların alındığı tarixdən hesablamışdı r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yar adılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraiti ndə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə əriz ə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa d üşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; Maddə 776.1. Sifarişçi icranın qüsuru b arəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

21. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektl ərinin sahəsinin və həcminin hesablanması Qaydaları”: Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Mənzildaxili pilləkənin altındakı sahə, hündürlüyü döşəmədən konstruksiyanın altına qədər 1,6 metr və daha az olduqda pilləkən olan yerləşgənin sahəsinə daxil edilmir. Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalına vurulmaqla hesablanır. Eyni zamanda, mansardada yerləşən mənzilin hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsinin həmin mənzilin ümumi sahəsinin 50%-dən çox olmasına yol verilmir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş s uallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçü n qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” “L.İ.Bin nətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib- etməməsi məsəl ələrini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məc buri müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.”

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli Qərar: “İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavab dehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır”. “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərar: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamənin İddiaçı1 tələbi təmin olunan hissədə qismən ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktı da yalnız həmin hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

29. İlk olaraq, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.

30. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri).

31. Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir.

32. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda yaranmış mübahisə həmin müqavilə şərtləri çərçivəsində həll edilməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələri hərtərəfli araşdırılmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğu dəqiqliklə müəyyən edilməlidir.

33. Oxşar mübahisələr üzrə işin düzgün həlli üçün əhə miyyət kəsb edən mübahisəli hal - podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə mənzilin sahəsi baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir.

34. Bu baxımdan hazırkı mübahisənin həlli üçün araşdırılması zəruri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı ölçüdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podr atçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və ona ziddiyyət təşkil etmə ilə nəticələnə bilər.

35. Eyni zamanda, o da vurğulanmalıdır ki, sifarişçi tərəfindən məhsul qəbul edildikdən sonra onun tərəfindən mənzilin yenidən qurulması və ya yenidən planlaşdırılması həyata keçirildiyi halda tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində, o cümlədən layihə sənədlərinə əsasən həll edilməlidir. Çünki, sifarişçinin sonradan öz mənzilində apardığı əlavə təmir və tikinti işləri nəticəsində mənzilin işçi sahəsinin bir hissəsinin tikintialtı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz.

36. Bu kontek stdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin tikinti qanunvericiliyinin normalarının mübahisəyə düzgün tətbiq edilməməsi barədə dəlili əsassızdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır, sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir (§20). Qeyd olunan hesablama qaydasını tətbiq edən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, İddiaçı1 mənzilinin ümumi sahəsi, divarlararası içdən-içə faktiki sahə hesablanmaqla və azalma əmsalı tətbiq edilmədən, 5,7 kv.m. az təşkil edir.

37. Bu baxımdan, apellyasiya instansiyası məhk əməsinin sözügedən ekspert rəyinə əsaslanaraq İddiaçı1 müqavilədən irəli gələn hüquqlarının cavabdeh tərəfindən pozulması ilə bağlı qənaəti düzgündür və bu nəticə Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli Qərarı ilə verilən şərhə uyğundur (§22).

38. Lakin nəzərə alınmalıdır ki, cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə çıxış etmişdir. Bu da o deməkdir ki, subyektiv hüququn pozulmasının məhkəmə tərəfindən müəyyən edilməsi artıq təkbaşına iddianın təmin edilməsinə kifayət etmir. Bunun üçün iddiaçının pozulduğu güman olunan hüquqlarının bərpasını müddət baxımından vaxtında tələb etməsi də şərtdir.

39. Bu anlamda, iddia müddətinin mahiyyətinə dair qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“ X2rşı” iş üzrə xx.xx.1985-ci il tarixli, “Bellet Fransaya qarşı” iş üzrə xx.xx.1995-ci il tarixli qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələr i obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı).

40. Cavabdeh həm apellyasiya, həm də kassasiya şikayətində dəlil kimi ona istinad etmişdir ki, iddiaçılar 2017-cı ilin əvvəllərində mənzilləri təhvil almış, 2017-ci ilin yay aylarında mənzilləri təmir etdirmiş, 2017-ci ilin sonlarından başlayaraq isə mənzillərə köçüb, orada yaşamağa başlamışlar. Yəni, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti 2017-cı ilin əvvəllərindən başlamış, 2018-ci ilin, ən geci sonuncu günü bitmişdir. Lakin iddiaçılar həmin müddətdən 2 ildən də çox vaxt keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, bununla da iddia müddətini ötürmüşlə r.

41. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilə qiymət verərək, qeyd etmişdir ki, iddiaçıların aldıqları mənzil sahələrinin cavabdehlə bağladıqları müqavilə şərtlərindən fərqlənməsi halı onlara 2020-ci ilin müvafiq olaraq avqust və sentyabr aylarında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları aldıqları vaxt məlum olduğundan, birinci instansiya məhkəməsi iddia müddətinin axımının çıxarışın alındığı vaxtdan hesablamaqda haqlı olmuşdur, apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlili əsassızdır. Çünki qanunun tələbinə görə də iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə iddia müddətinin ötürülməməsi ilə bağlı gəldiyi nəticəni həmin hissəd ə işin hallarının natamam araşdırılması və bundan doğan qanunun səhv təfsir edilməsi kimi qiymətləndirir. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsi müəyyən edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdeh iddiaçıların 2017-ci ilin sonlarından başlayaraq mənzillərə köçüb, orada yaşamağa başladıqlarını irəli sürür, fakt iddiaçılar tərəfindən təkzib olunmur, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bununla bağlı heç bir dəlili tədqiq etmir. Məsələnin bu qaydada araşdırılması zərurətinin eyni qəbildən olan mübahisələrə münasibətdə əhəmiyyəti ondan ibarətdir ki, yeni mənzillər əldə edərək, orada təmir işləri aparıb, yaşamağa başlayan şəxslər artıq “öz hüququnun pozulduğunu bilən” statusunda olmurlar. Ona görə ki, o nlar podratın nəticələrini qəbul etdikləri gündən (hazırkı kazusa münasibətdə, cavabdehin apellyasiya şikayətinin dəlili sübuta yetirildiyi halda, 2017-ci ildən) hər bir halda “öz hüququnun pozulduğunu bilməli olduğu” şəxsin hüquq və vəzifələrinin daşıyıcısına çevrilirlər. Bu mənada, qeyd edilən şəxslər sifarişçi olaraq podratçıdan işi qəbul etdikdən sonra podratın nəticəsinin müqavilə ilə şərtləşdirilmiş keyfiyyətə uyğun gəlib-gəlmədiyini yoxlamaq yükü bilavasitə onlara aid edilən subyektlər qismində çıxış edir, ümumi iddia müddətinə nisbətən Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan qısaldılmış bir illik müddət isə həmin vəzifənin yarandığı gündən axmağa başlayır.

43. Məhkəmə kollegiyası, bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlı qlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə i şlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X6rşı iş üzrə xx.xx.1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).

44. Məhkəmə aktlarının əsaslandırılmış olma sı iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

45. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instans iyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

46. İşə apellyasiya instansiyası məhkəməsində mübahisələndirilən hissədə yenidən baxılarkən hazırkı Qərarda (§29-43) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

47. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA AL Dİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-495/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən (İddiaçı1 tələbi təmin olunan) hissədə ləğv edilsin, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar