Məhkəmə qərarları › İş №2(102)-3812/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3812/2019

21.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3812/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı X Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabunçu rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Qarayeva) iddiaçı X Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 3736,99 (üç min yeddi yüz otuz altı manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 1764,37 (bir min yeddi yüz altmış dörd manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 1000 (bir min) manat cərimə, cəmi 6501,36 (altı min beş yüz bir manat otuz altı qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun X xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər V.Baxışova və V.Həsənov) Sabunçu rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, X Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X Cavabdeh qarşı kredi t müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia vermişdir. İddia ərizəsində tələb olunub ki, 06.08.2012-cı il tarixli, 130/01/5082 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 3.736,99 manat, faiz borcu kimi 1.764,37 manat, cərimə borcu kimi 6.223,36 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 668,72 manat, cəmi 12393,44 manat cavabdehdən (borc alandan) iddiaçının (borc verənin) xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 3.736,99 manat, faiz borcu kimi 1.764,37 manat, cərimə borcu kimi 1.000 manat, cəmi 6.501,36 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən (borc alandan) iddiaçının (borc verənin) xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd olunsun. İş üzrə mü bahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, kredit müqaviləsinin müddəti 06.08.2012-ci il tarixində bitmiş, sonuncu ödəniş 08.10.2012-ci il tarixində edilmiş, iddia isə bu tarixdən 5 il 4 ay sonra – 19.02.2012-ci il tarixində verilmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Göründüyü kimi, iddia müddəti keçmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmi şdir ki, iddia müddəti keçmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar