Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3812/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: X2 İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması Açar sözlər: öhdəliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh2 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 01.05.2014-cü il tarixli kredit müqaviləsinə 01 saylı, 05.08.2015-ci il tarixli əlavə saziş əsasında İddiaçı tərəfindən Cavabdeh2 18 ay müddətinə, illik 27 faizlə 4618,28 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi bağlanmış 06 avqust 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün bank qarşısında zamin durmuşdur. Birinci instansiya məhkəməsində icraat 29 yanvar 2020-ci il tarixdə X2 İddiaçı-nin ləğvedicisi Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 352,26 ABŞ dolları əsas, 289,78 ABŞ do lları faiz, 2656,79 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 13.01.2010-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 53,60 ABŞ dolları olmaqla, ümumilikdə 3352,43 ABŞ dolları məbləğində borcun bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-659/2020 saylı iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əlavə sazişə əsasən bank tərəfindən borcalana 18 ay müddətinə, illik 27 faizlə 4618,28 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə (mövcud olduğu halda) ilə birlikdə) 4254,39 USD məbləğində qalığının əsas məbləğinin 1806,35 ABŞ dolları Bank tərəfindən (1 USD=1,25 AZN) güzəşt edilməsi nəticəsində kreditin tam bağlanmasına yönəldilmiş və bu barədə 22.12.2017-ci il tarixli akt tərtib edilmişdir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası olmadığından təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəm iyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-978/2020 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İddiaçınin Xəzər filialının müdiri E.Məmmədov, kredit mütəxəssisi A.Hacıbəyli, aparıcı satış məsləhətçisi N.Kaverina tərəfindən Cavabdeh2 iştirakı ilə tərtib edilmiş 22.12.2017-ci il tarixli aktan görünür ki, həmin akt tərəflərin qarşılıqlı razılıq əsasında kreditin tam bağlanmasına yönəlmişdir. Belə ki, tərəflərin qarşılıqlı razılığına əsasən cavabdeh həmin tarixdə 2258 manat pul vəsaiti ödəmiş, həmin pul vəsaiti 1 USD=1,25 AZN məzənnə ilə hesablanmaqla 1806,35 ABŞ dolları təşkil etmiş və qalıq kreditin (4254,39 ABŞ dolları) əsas borc məbləğinin bağlanmasına yönəldilmiş, qalan məbləğlər isə güzəşt olunmuş (bağışlanmış), beləliklə kredit tam bağlanmış sayılmışdır. Aktda birbaşa göstərilmişdir ki, qarşılıqlı razılıqla həyata keçirilmiş güzəşt nəticəsində cavabdeh tərəfindən ödənilmiş 2258 manat pul vəsaiti nəzərə alınmaqla kredit tam bağlanmışdır və ödənilməli olan borc qalığı mövcud deyildir. Mülki qanunvericiliyin tələblərinə görə, kreditor borcun qaytarılması (borcun bağlanması) barədə sənəd vermişsə, öhdəliyə xitam verilir, həmçinin kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə də öhdəliyə xitam verilir. T əqdim olunmuş aktdan açıq-aşkar görünür ki, tərəflər qarşılıqlı razılığa gəlmişlər və cavabdeh (borclu) tərəfindən əsas borcun ödənilməsi yolu ilə qalan məbləğ güzəşt edilmiş (bağışlanmış), beləliklə kreditor borcun tam bağlanması barədə borcluya sənəd vermişdir. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı müflis elan olunanadək cavabdehlərə qarşı kredit müqaviləsi üzrə hər hansı tələb irəli sürməmiş (işdə bu barədə sübut yoxdur), müflis elan olunduqdan sonra ləğvedici tərəfindən qalıq borc hazırki iddia ilə tələb olunmuşdur. İddiaçının nümayəndəsi izahatında aktın həqiqiliyini mübahisələndirməsə də, əvvəllər bank tərəfindən verilmiş həmin aktın ləğvedici üçün qüvvəsinin olmamasını, qalıq borcun ödənilməli olmasını göstərmişdir. Apellyasiya məhkəməsi həmin dəlilə münasibətdə qeyd etmişdir ki, kr editorun (həmin dövrdə İddiaçı) qarşılıqlı razılıq və güzəşt tətbiq edilməsi nəticəsində borcun tam bağlanması barədə verdiyi sənəd (akt) qanunvericiliyin tələblərinə və tərəflərin iradəsinə uyğun olmaqla hüquqi qüvvəyə malikdir və kreditorun ləğvedicisi tərəfindən də nəzərə alınmalıdır (eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən aktın həqiqiliyi mübahisələndirilmir). Göründüyü kimi, öhdəliyə qanuni əsaslarla xitam verildikdən sonra kreditor tərəfindən tələb irəli sürülmüşdür ki, bu tələbin də qanuni və faktiki əsasları mövcud deyildir. Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İc ranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 529.4-cü maddəsinə görə, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Həmin Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Həmin Məcəllənin 546-cı maddəsinə əsasən kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, h əmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. Həmin Məcəllənin 548-ci maddəsinə əsasən borcun əsas borcluya bağışlanması zaminləri də azad edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfind ən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3812/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3812/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver