Məhkəmə qərarları › İş №2(102)-3812/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3812/2022

18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3812/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “verilmiş və ödənilmiş pulun qaytarılması, maddi və mənəvi ziyanın odənilməsi” tələbinə dair ilk, habelə iddiaçılar X2 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)172/2022 nömrəli qətnaməsindən tərəflərin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “X7 Prado” markalı, **-RP-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh1 mülkiyyətində olmaqla, sonuncunun götürdüyü kreditin təminatı olaraq "xxxx" ASC-də ipoteka ilə yüklü olmuşdur.

2. İddiaçı həmin avtomobili almaq məqsədi ilə 25 avqust 2014-cü il tarixdə Cavabdeh2 ilə razılaşmışdır. Razılaşmanın şərtlərinə görə, İddiaçı Cavabdeh2 nağd şəkildə 8500 manat ilkin ödəniş etməklə, avtomobilə görə Cavabdeh1 "xxxx" ASC qarşısında olan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bunun əvəzində Cavabdeh2 mübahisəli avtomobili İddiaçı sa hibliyinə və istifadəsinə verməyi, habelə avtomobilə dair sonuncuya etibarnamə verməyi öhdəsinə götürmüşdür.

3. Razılaşmanın şərtlərinə uyğun İddiaçı Cavabdeh2 8500 manat ödəniş etmiş, həmçinin Cavabdeh1 "xxxx" ASC-də olan kredit borcu hesabına 17 sentyabr 2014-cü il tarixdə 471 manat, yəni 599 ABŞ dolları, 29 oktyabr 2014-cü il tarixdə 471 manat, yəni 599 ABŞ dolları, 26 noyabr 2014-cü il tarixdə 461 manat, yəni 586 ABŞ dolları, 24 dekabr 2014-cü il tarixdə 471 manat, yəni 599 ABŞ dolları, 26 yanvar 2015-ci il tarixdə 201 manat, yəni 255 ABŞ dolları ödəmişdir. 2015-ci ilin fevral ayında Azərbaycan manatının ABŞ dollarına münasibətdə dəyəri ucuzlaşdıqda sonra, İddiaçı bir müddət aylıq kredit pulunu ödəməmiş, lakin sonradan ödənişləri bərpa etmiş, 10 mart 2015-ci il tarixdə 1181 manat yəni, 1125 ABŞ dolları, 17 aprel 2015-ci il tarixdə 461 manat, yəni 437 ABŞ dolları, 10 iyun 2015-ci il tarixdə 301 manat, yəni 286 ABŞ dolları, 08 iyun 2015-ci il tarixdə 620 manat, yəni 591 ABŞ dolları, 09 sentyabr 2015-ci il tarixdə 403 manat, yəni 377 ABŞ dolları ödəmişdir. Lakin 2015-ci ilin son aylarında manatın dəyəri yenidən ucuzlaşdığına görə aylıq kredit pulunu gecikmələrlə ödəməyə başlamış, 15 iyul 2016-cı il tarixdə banka 200 manat, yəni 125 ABŞ dolları, 11 noyabr 2016-cı il tarixdə 185 manat, yəni 110 ABŞ dolları, 21 avqust 2017-ci il tarixdə 340 manat, yəni 200 ABŞ dolları məbləğində pul ödəmişdir. Ümumilikdə Cavabdeh1 "xxxx" ASC-nə olan kredit borcunun ödənilməsi məqsədilə 5889 ABŞ dolları, yəni ödəniş zamanı ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 5766 manat məbləğ ində pul vəsaiti ödənilmişdir. Bundan başqa, İddiaçı 24 may 2017-ci il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsində X4 ilə görüşərək sonuncuya 1000 manat məbləğində pul vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 “X7 Prado” markalı, **-RP-*** qeydiyyat nişanlı avtomobilin aylıq kredit ödənişi kimi ödədiyi 5766 manat və 24 may 2017-ci il tarixdə əlbəəl verdiyi 1000 manat, cəmi 6766 manatın, Cavabdeh2 həmin avtomobili 25 avqust 2014-cü il tarixdə alarkən nağd olaraq ödədiyi 10300 manat məbləğində pulun alınaraq ona verilməsi, keçirdiyi iztirab və sarsıntı nəticəsində cavabdeh X2 ona vurduğu mənəvi ziyana görə 10000 manat və Cavabdeh2 ona vurduğu mənəvi ziyana görə 10000 manat mənəvi ziyanın alınaraq ona verilməsi, hüquqlarının müdafiə olunması üçün Bakı şəhəri, 20 saylı Vəkil Bürosuna ödədiyi 250 manat vəsaitin cavabdehlər X4 və Cavabdeh2 alınaraq ona verilməsi, məhkəmə məsrəfi üçün dövlət büdcəsinə ödədiyi 30 manat pul vəsaitinin cavabdehlər X4 və Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 24 avqust 2014-cü il tarixdə avtomobil almaq məqsədilə Yasamal rayonu ərazisində yerləşən “Maşın Bazarı”na getmiş, orada X4 ilə tanış olmuş, sonuncu ona X7 Prado markalı, **-RP-*** qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini, həmin avtomobilin X2 adına qeydiyyatda olduğunu, həmçinin avtomobilin "xxxx" ASC-də kreditdə olduğunu bildirmişdir. Aralarında olan razıl aşmaya əsasən, iddiaçı avtomobilin mülkiyyətçidən alınmasına görə 13200 ABŞ dolları verməli, bundan sonra aylıq kredit pulunu banka ödəməli, qarşılığında isə Cavabdeh2 ona avtomobili idarə etmək üçün etibarnamə verməli, avtomobilin kredit pulunu tam ödədikdən sonra X4 avtomobili onun adına qeydiyyata aldırmalı idi. Razılaşmanın ilk hissəsi icra edildikdən sonra ona məlum olmuşdur ki, bankdan götürülmüş kreditə görə Rakim İskəndərov tərəfindən iki dəfə, həmçinin Cavabdeh2 tərəfindən də iki dəfə ödəniş edilmişdir. Avtomobili əldə etdikdən sonra o, kredit ödənişlərini həyata keçirmiş, bir müddət sonra manat dollara münasibətdə ucuzlaşmışdır. Bundan sonra, o, çətinliklə də olsa, ödənişləri davam etdirmişdir. Lakin, 2015-ci ilin sonlarında manat yenidən dəyərini itirdiyindən kredit pulunu demək olar ki, ödəyə bilməmişdir. O, bütün ödənişləri öz adından avtomobilin mülkiyyətçisi X4 adına ödəmişdir. 2017-ci ilin yanvar ayında Rakim İskəndərov avtomobili ondan almaq üçün DYP-ə müraciət etmiş, ona verilmiş etibarnamələri ləğv etmişdir. Beləliklə, savadsızlığından istifadə edilərək, ona maddi və mənəvi zərər vurulmuşdur.

6. İddiaçılar X4 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı tələb üzrə cavabdehdən 73037 manatın və 30 manat dövlət rüsumunun tutularaq X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışlar ki, həmin tələb üzrə iddiaçılar cavabdehlə razılaşarkən, kredit borcu tam ödənilənə qədər avtomobilin onun mülkiyyətinə keçirilməyəcəyini bildir mişlər. Cavabdeh kredit borcunu ödəmədiyindən avtomobil DYP vasitəsilə geri alınmışdır. Cavabdeh çoxsaylı xahişlər edərək, kredit borcunu ödəyəcəyini bildirsə də, borc tam bağlanmadan avtomobilin ona verilməyəcəyi bildirilmişdir. Sonuncu dəfə cavabdeh 1000 manat ödəyərək¸ qalan borcu da 1 ay ərzində bağlayacağını bildirmiş, buna görə ona etibarnamə verilsə də, o, vədinə əməl etmədiyindən etibarnamə 1 ay sonra ləğv edilmişdir. Avtomobil mülkiyyətçiyə geri verilərkən onun müxtəlif yerlərində nasazlıqlar olmuş, təmir xərci kimi 5790 manat vəsait xərclənmişdir. Həmçinin, hazırkı işlə əlaqədar 5 ay ərzində 2000 manat pul xərclənmiş, onun 1000 manatı cavabdehdən alınmışdır.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(002)748/2020 nömrəli qətnaməsi ilə (hakim K.B.Əs ədov) ilk iddia qismən təmin edilmiş, cavabdeh X1 6766 manat, Cavabdeh2 8500 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, hüquqların müdafiə olunması üçün ödədiyi 250 manat məbləğində pul vəsaitinin 50 manatının İddiaçı, 200 manatının cavabdehlər X4 və Cavabdeh2 aid edilməsi, həmin məbləğin 100 manatının X1, 100 manatının Cavabdeh2 tutularaq, İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə cavabdehlər iddiaçıdan pul məbləğini yalnız götürdükləri hissədə qaytarmağa borcludurlar. İlk iddianın qalan hissəsi üzrə məhkəmə qeyd etmişdir ki, tərəflər həmin hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə həmin qənaətini Mülki Məcəllənin 1091 və 1092-ci maddələri ilə əsaslandır mışdır.

10. Qarşılıqlı iddiaya hüquq qiymət verərkən məhkəmə Mülki Məcəllənin 700-cü maddəsinə istinad edərək, həmin tələblərin də sübut olunmaması qənaətinə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(002)-748/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)-172/2022 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və Ş.Ə.Məhərrəmovadan ibarət tərkibdə) ilk iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(002)-748/2020 nömrəli qətnaməsinin cavabdehlər X1 və Cavabdeh2 tutulmalı olan məbləğ hissəsində dəyişdirilərək, İddiaçı xeyrinə tutulmalı olan pulun məbləğinin azaldılaraq Cavabdeh2 4896 manat, cavabdeh X1 4321 manat müəyyən edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(002)-748/2020 nömrəli qətnaməsinin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci hesabına ilk iddia üzrə İddiaçı 100 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin in hesabına və keçirilmiş qiymətləndirmə rəyinin xərci hesabına ilk iddia üzrə cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 150 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, tutulmalı olan məbləğləri düzgün müəyyən etməmişdir.

14. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbi qismən təmin edilərkən avtomobilin ilk iddia üzrə İddiaçı istismarında olduğu müddətdə aşınma səviyyəsi müəyyən edilməmiş və nəzərə alınmamışdır.

15. Apellyasiya instansiyası məhkəməsi avtomobilin dəyərini və İddiaçı istismarında olduğu müddətdə aşınma səviyyə sini müəyyən etməkdən ötrü mütəxəssis dəvət etmiş, "xxxx" MMC-nin 15 iyul 2021-ci il tarixli rəyində bildirilmişdir ki, “X7 Prado” markalı, **-RP*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2003, rəngi- ağ, mühərrikin nömrəsi 9RZ3183341, Ban JTEBM29J3********) avtomobilin 2014-cü ildən 2017-ci il tarixə qədərki dövrdə istifadə olunması nəticəsində ümumi amortizasiya (aşınma) məbləğinin 6050 manat məbləğində olması müəyyən olunmuşdur.

16. Apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin rəy qiymətləndirmə fəaliyyəti haqda qanuna uyğun şəkildə həyata keçirildiyindən və qeyd olunan hər bir il üzrə avtomobilin amortizasiyası əsaslandırıldığından, bu rəylə müəyyən edilmiş məbləğ avtomobilin istifadə olunması nəticəsində ümumi amortizasiya (aşınma) məbləği kimi nəzərə alına bilər.

17. Həmçinin, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə “LBC (X5)” MMC tərəfindən tərtib olunmuş mütəxəssis rəyi təqdim olunmuşdur. Həmin rəydən görünür ki, “X7 Prado” markalı, 2003-cü il buraxılışlı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 2014-cü ildən 2017-ci il tarixə qədər olan dövr ərzində istifadə olunması nəticəsində amortizasiya (aşınma) məbləği orta hesabla 2000 manat təşkil edir. Qeyd olunan rəydə müəyyən edilmiş qiyməti məhkəmə işin hallarına uyğun hesab etməmiş və göstərmişdir ki, mübahisəli avtomobilin 2014-cü ildən 2017-ci il tarixə qədər olan 3 il müddət ərzində amortizasiya (aşınma) məbləğinin cəmi 2000 manat təşkil etməsi ağlabatan deyildir. Bundan başqa, apellyasiya məhkəməsi qeyd edir ki, həmin rəy kifayət qədər əsaslandırılmamış, rəydə göstərilən rəqəmlərin hansı hesab lama üsulu ilə və hansı metodika əsasında müəyyən edilməsi göstərilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası həmin rəylə müəyyən edilmiş halları mötəbər hesab etmir.

18. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası keçirilməsi ilə bağlı qərardad qəbul edilmiş və 11 noyabr 2021ci il tarixli rəydə qeyd edilən avtomobilin 2014-2017-ci illər üzrə aşınma (amortizasiya) məbləğinin təxminən 5%-10% müəyyən edildiyi göstərilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş həmin rəyə əsasən aşınma (amortizasiya) məbləği təxminən 5%10% müəyyən edilsə də, bu rəqəmlərin özü arasında iki dəfə fərq olduğundan, aşınmanın 5%-10% göstərilməsi qeyri-müəyyənlik yaradı r, həmçinin həmin rəyin əsaslandırma hissəsində ekspert qarşısında qoyulmuş sualların aydınlaşdırılması məqsədi ilə hər hansı müqayisəli tədqiqatın aparılması müəyyən edilmir. Rəydə aşınma (amortizasiya) məbləği kimi göstərilən rəqəmlərin hansı üsulla və hansı əsasla müəyyən edilməsi aşkar deyildir, gəlinən nəticəyə dair hər hansı istinad yoxdur. Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, həmin rəy səthi tərtib olunmuş və mübahisənin həlli zamanı mötəbər sübut kimi nəzərə alınması düzgün olmazdı.

19. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətə görə, avtomobilin amortizasiya (aşınma) məbləğinin müəyyən edilməsi üçün apellyasiya şikayətinin dəlillərinə qiymət verilərkən yalnız "xxxx" MMC-nin 15 iyul 2021-ci il tarixli rəyi mötəbər sübut kimi nəzərə alınmalıdır.

20. Məhkəmə qeyd etmişdir ki, tərəflər öz aralarında avtomobillə bağlı alqı-satqı müqaviləsi bağladıqlarını bildirsələr də, onlar tərəfindən daşınar əşyanın alqı-satqısı ilə bağlı Mülki Məcəllənin 144.2 və 650-ci maddələrinin tələblərinə riayət olunmamışdır. Ona görə də, tərəflər arasında bağlanmış əqd etibarsız olmuşdur.

21. İddianın qanuni əsası ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı həm cavabdehlərə nağd şəkildə vermiş olduğu pul məbləğini, həm də sonradan cavabdehin əvəzinə banka etmiş olduğu ödənişləri tələb etmişdir. Ona görə də, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normaları, habelə üçüncü şəxsin xeyrinə edilmiş icranın borcludan geri tələb edilməsi ilə bağlı normalar çıxış edir.

22. İlk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona müvafiq o laraq 6766 manat və 10300 manat həcmində ziyan vurduqlarını bildirir. Tərəflər mübahisə etmirlər ki, iddiaçı cavabdehlə arasında olan razılaşmaya əsasən avtomobili öz sahibliyinə və istifadəsinə qəbul etmiş, bunun əvəzində ilk iddiaçı avtomobilə görə banka olan kredit borcunun və ona hesablanmış faizlərin tərəfindən qaytarılacağını öhdəsinə götürmüşdür. Həmçinin ilk iddiaçı 8500 manat məbləğində pulu nağd olaraq avtomobilin satıcısı olan qarşılıqlı iddiaçıya ödəmişdir. Tərəflərin razılığına əsasən avtomobil alındığı 25 avqust 2014-cü ildən iddiaçının istifadəsində və sahibliyində olmuş, bu məqsədlə cavabdeh tərəfindən iddiaçıya müvafiq etibarnamə verilmişdir. Həmin avtomobil Cavabdeh1 təşəbbüsü ilə 2017-ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən iddiaçıdan alınaraq ona təhvil ver ilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin adına alınmış avtomobilə görə ödənişləri o şərtlə ödəməyə razılaşmışdır ki, həmin avtomobil onun daimi istifadəsində və sahibliyində olacaqdır. İddiaçının həmin avtomobili 2014-cü ildən 2017-ci il tarixədək olan müddət ərzində fasiləsiz olaraq istismar etməsi nəticəsində həmin avtomobil amortizasiyaya uğramış və 2014-cü ildə olan öz ilkin dəyərini itirmişdir. Məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən həmin avtomobilin qeyd edilən müddət ərzində uğradığı amortizasiyanın məbləği 6050,00 manat həcmində müəyyən edilmişdir. Belə olan halda, hazırkı şəraitdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mübahisəli avtomobilə görə ödəmiş olduğu məbləğlə bağlı əsassız varlanmışlar. Lakin əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin normala rının tələblərindən çıxış edərək (varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır), hazırkı yaranmış vəziyyətdə cavabdehlərin əsassız varlanmasının həcmi mübahisəli avtomobilə görə ödənilmiş pulun məbləği ilə deyil, onların real əldə etdiyi əmlakın dəyəri ilə müəyyən edilməli, mübahisəli avtomobilin İddiaçı tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiya məbləği (6050,00 manat) nəzərə alınmalıdır. Bu cür yanaşma metodu ilə hesablama aparılmaqla müəyyən edilir ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əldə etdiyi əmlakın həmin avtomobilin ilk iddia üzrə İddiaçı tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiya məbləği nəzərə alınmaqla (6766 manat və 8500 manatdan mütənasib olaraq 6050 manat amortizasiya xərci azaldılmaqla), 4321 manat və 4896 manat təşkil edir. Həmçinin, qarşılıqlı iddiaçı Cavabdeh1 ilk İddiaçı ilk iddiada göstərilən 1000 manat məbləğində pul almasını etiraf etmişdir. Ona görə də, iddia tələbi yalnız həmin məbləğlərə aid hissədə qanuni və əsaslı hesab edilə bilər.

23. Apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin həmin hissədə iddianı təmin etməməklə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddiaçılar avtomobilin onların tərəfindən yararsız vəziyyətdə qəbul edilməsini və təmir edilməsi ilə bağlı xərc çəkmələrini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər.

24. Bundan başqa, qarşılıqlı iddiaçılar avtomobilin ilk iddiaçıda olduğu müddətdə avtomobilin i carəyə verilərək qazanc əldə edəcəklərinə istinad etsələr də, onların belə bir fəaliyyətlə məşğul olmaları və iddiada göstərdikləri məbləğdə qazanc əldə etmələri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) kassasiya şikayəti

25. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)-172/2022 nömrəli qətnaməsinin qismən, yəni cavabdehlər X4 və Cavabdeh2 tutulmalı olan məbləğ hissəsində ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əs aslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının cavabdehlərdən tələb etdiyi puldan amortizasiya məbləğinin çıxılması əsassızdır. Çünki, cavabdehlər avtomobili qanunsuz olaraq satmış, sonradan avtomobili geri alaraq onun hesabına əsassız varlanmışlar. Həmçinin məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsini pozmuş, əsassız olaraq "xxxx" MMC-nin rəyinə istinad etmişdir. b) İlk iddia üzrə cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) kassasiya şikayətləri

27. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X4 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)-172/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

28. Məzmunu eyni olan həmin kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi, Mülki Məcəllənin 21.1, 386, 1091, 1096-cı maddələri, Mülki Prosessual Məcəllənin 9, 81, 88, 222.2, 390-cı maddələri pozulmuşdur. Belə ki, məhkəmə sübutları tam araşdırmamış, işdə olan sübutları düzgün qiymətləndirməmiş, nəticə etibarı ilə düzgün olmayan qərar qəbul etmişdir. Tərəflərin arasında olan razılığa əsasən Cavabdeh2 İddiaçı hər hansı borcu qalmamışdır. Etibarnamənin verilməsi faktiki alqı-satqının baş tutmasını sübut edir. İddiaçı şifahi olaraq qəbul etdiyi kredit öhdəliyin ə əməl etməmiş, krediti 23 ay ödəməmiş, nəticədə mülki hüquq pozuntusu törətmişdir. Avtomobil mülkiyyətçiyə qaytarıldıqdan sonra onu normal vəziyyətə gətirilməsi üçün 5790 manat dəyərində xərc çəkilmişdir.

29. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Apellyasiya məhkəməsinin qətnaməsini tərəflərlə qarşılıqlı olaraq təmin olunan və rədd olunan hissələrdə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.2-ci maddəsinə əsasən daş ınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi bor clunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-ci maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) s ayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddə lərinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halla rın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü ma ddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsa sən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.

37. İlk iddia tələbi üzrə iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin iddiaçının hesabına əsassız varlanmaları qənaətinə gələrkən, əsaslı olaraq mübahisəli avtomobilin iddiaçının sahibliyində və istifadəsində olduğu müddət ərzində aşınmasını nəzərə almış və həmin aşınmanın məbləğin i cavabdehlərdən tutulan məbləğdən mütənasib olaraq çıxmışdır.

38. Bu zaman apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində sübutları qiymətləndirmiş və işdə olan rəylərin mötəbərliyinə əsaslanaraq "xxxx" MMC-nin təqdim etdiyi rəyi amortizasiya məbləğinin müəyyən edilməsi üçün əsas götürmüşdür.

39. Qarşılıqlı iddia üzrə iddiaçıların (ilk iddia üzrə cavabdehlərin) kassasiya şikayətinin dəlilləri ilə bağlı da məhkəmə kollegiyası razılaşmır.

40. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin həmin tələb üzrə iddiaçılara zərər vurulması iddia olunsa da, buna dair sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməmişdir.

41. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı hər bir kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kolle giyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh2 və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)-172/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar