Məhkəmə qərarları › İş №2(102)-3812/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3812/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3812/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərəin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2848/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2020-ci il tarixdə Cavabdeh2 almışdır.

2. Həmin ünvana dair İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 820,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 547,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci i l tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,70 manat və xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, ümumilikdə 6.292,9 manat məbləğində cərimə hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabde h1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən İddiaçı İB-yə vurulmuş 6.292,90 manat məbləğində zərərin və 102,93 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 6.395,83 manat pulun cavabdehlərdən müştərək qaydada məcburi tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonentlə arasında D-9484 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satı şı Departamenti tərəfindən **********00061 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdehlər yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2nın” 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılm ış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdehlər tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehlərin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 820,80 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 547,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli *** **** saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* s aylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,70 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 273,60 manat, cəmi 6292,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehlərin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDOSU üzrə 6.292,90 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdir.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)214/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 vurulmuş ziyanın əvəzi olaraq 273,60 manat, Cavabdeh1 vurulmuş ziyanın əvəzi olaraq 273,60 manatın İddiaçı xeyrinə tutulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş 102,93 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 qazdan sayğacsız istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. “X2”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat a parılmalı olduğu göstərilməsə də, məhkəmənin qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Belə ki, həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri ü zündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh2 yalnız 2019-cu ilin dekabr ayından sonrakı 1 aylıq və xx.xx.2020-ci il tarixdən evin yeni sahibi olan Cavabdeh1 2020-ci ilin avqust ayından sonrakı 1 aylıq dövr üçün qaz işlədicilərinin gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər, qalan dövrlərdə cavabdehlərin qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti iddiaçının öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 4.2, 4.8, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı İB apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan dəfə lərlə qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş, tələbnamələr təsdiq edilmiş, tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymətin verilməsini təmin etməmiş, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini tam təmin yox, qismən təmin etmişdir. İş materiallarında olan faktı özündə təsbit etmiş fotoşəkilin surətindən cavabdehin qeyri-qanuni təbii qazı talaması faktı açıq-aşkar göründüyü halda 1-ci instansiya məhkəməsinin, qeyri-qanuni qoşulmanın olmaması qənaətinə gəlməsi İddiaçı İB hüquqlarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə işin obyektiv araşdırılması məqsədi ilə iş materiallarında olan Cavabdeh1 ərizəsini nəzərə almamışdır. Cavabdeh öz izahatında təbii qazdan qeyri-qanuni istifadə etməsini etiraf etmiş, dəymiş zərərin əvəzini 1.000 manat ödənilməsi üçün məhkəmədən həmin məbləğin hissə-hissə ödənilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2677/2023 nömrəl i iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli - sədrlik edən və məruzəçi, V.Sadıqov və A.İskəndərov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-214/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh2 vurulmuş ziyanın əvəzi olaraq 320 (üç yüz iyirmi) manat, Cavabdeh1 vurulmuş ziyanın əvəzi olaraq 480 (dörd yüz səksən) manat məbləğində pul İddiaçı xeyrinə tutulması. İddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 13 (on üç) manatı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 7 (yeddi) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, Cavabdeh1 digər Cavabdeh2 məxsus olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə almışdır.

12. İşdə olan iddiaçı tərəfindən tərtib edilmiş aktlardan görünür ki, həmin evin alğısatqısından əvvəl 8 akt, sonra isə 12 akt tərtib olunmuşdur. Yəni, 8 akt Cavabdeh2, 12 akt isə Cavabdeh1 evdə yaşadığı dövrü əhatə edir.

13. Aktlar tərtib edilən vaxt evdə sayğacın olmaması işin mübahisəsiz halıdır. Həmin evdə sayğac 2022-ci ildə quraşdırılmışdır.

14. İş üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan aydın olur ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi izahatında bildirmişdir ki, onun evində kombi və qaz plitə si olmuş, qazdan qeyri-qanuni istifadəyə görə qaz işçilərinə hər ay 40 manat qaz pulu ödəmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər Cavabdeh1 yaşadığı küçədə altı-yeddi evin onun kimi cərimə olunduğunu, onların da aylıq mütəmadi olaraq 40 manat ödəyən şəxslər olduğunu bildirmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda Cavabdeh1 məxsus fərdi yaşayış evində məhz aylıq 40 manat məbləğində təbii qazdan istifadə edildiyi əsas götürülməklə 8 ay üçün 320 manat Cavabdeh2, 12 ay üçün isə 480 manat digər Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlər tərəfindən aktlar tərtib edildiyi dövrlər üçün təbii qazdan istifadəyə görə iddiaçıya hər hansı məbləğin ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

17. Kollegiya iddiaçı tərəfindən tər tib edilmiş aktlarda göstərilən məbləğlərlə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, həmin aktlar tərtib edilərkən fərdi yaşayış evində qaz plitəsinin və kombinin yay və qış aylarında maksimal qaz sərfi və orta günlük iş rejimi 24 saat əsas götürülür. Halbuki, hər hansı fərdi yaşayış evində qaz plitəsinin və kombinin yay və qış aylarında fasiləsiz olaraq hər gün 24 saat işləməsi ağlabatan deyil.

18. Bundan başqa, iddiaçının əməkdaşları tərəfindən qeyd olunan fərdi yaşayış evində 2019-cu ilin dekabr ayından sayğac olmadığı müəyyənləşdirildiyi və bununla bağlı akt tərtib edildiyi halda, iddiaçı tərəfindən həmin ünvanda sayğac quraşdırılmamış, bunun əvəzinə həmin ünvana ayda bir dəfə baxış keçirməklə əlavə 19 akt tərtib edilmiş, beləliklə də cavabdehlərin təbii qazdan sayğacdan kənar istif adə olunmasına, bununla da ona vurulmuş zərərin artmasına özü şərait yaratmışdır. İddiaçı qanunvericiliyin tələblərinə əsasən cavabdehin istifadə etdiyi qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq, o cümlədən məhkəmədə iddia qaldırmaqla həmin şəxsdən tələb etməli idi.

19. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə 1.000 manat ödənilməsi ilə bağlı ərizəsinin nəzərə alınmadığı barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh məhkəmə kollegiyasının iclasında həmin ərizənin məcburi olaraq yazıldığını bildirmişdir. Belə ki, iddiaçı tərəfindən qaz qış aylarında dayandırıldı. İşdə olan məhkəmə aktlarından da cavabdehin ondan tələb olunan mə bləğlə razı olmadığı müəyyən edilir. Belə ki, həmin cavabdeh bundan əvvəl Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə borcun silinməsi ilə bağlı müraciət etmişdir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 1.3, 1.4, 6.5, MPM-nin 14.2, 77.1, 119.1, 119.5, 119.6, 384.0.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı İB (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabde h qaz xəttinə qoşulduğuna görə təbii qazdan qeyri-qanuni istifadə etdiyindən iddiaçı dəymiş ziyanı məhkəmə qaydasında cavabdehdən tələb etməkdədir. Mülki işə əlavə edilmiş aktlardan və saldodan da göründüyü kimi cavabdeh iddiaçıya iddia tələbinin həcmi qədər zərər vurmuşdur. Zərərin vurulması aktlarla təsbit və təsdiq olunsa da məhkəmə tərəfindən qeyri obyektiv qiymət verilmişdir. Bundan əlavə məhkəmələr dəymiş ziyanın əsasını və ya mənbəyini araşdırmamışdır. Belə ki, aktlar tərtib edilən dövrdə demək olar ki, sərfiyyat olmamışdır. Bundan başqa, cavabdeh tərəfindən aktlar tərtib olunan vaxt heç bir ödəniş olmamış bu da özlüyündə iddianın predtmetini sübut etməyinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı y azılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Madd ə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

31. Maddə

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası N azirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş X2:

32. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəm əsinin mövqeyi

39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq müəyyən etmişlər ki, daha əvvəl Cavabdeh2 məxsus olmuş, sonradan isə Cavabdeh1 aid olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 1 nömrəli yerləşən fərdi yaşayış evinin qaz xəttinə qanunsuz qoşulmasına dair xx.xx.2019cu ildən xx.xx.2021-ci il tarixədək bir neçə akt tərtib olunmuşdur (§ 2).

40. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə evin alğısatqısından əvvəl yazılmış 8 akt Cavabdeh2, sonra tərtib olunmuş 12 akt Cavabdeh1 evdə yaşadığı dövrü əhatə edir. Aktlar tərtib edilən vaxt evdə sayğac olmamışdır, yaşayış sahəsində kombi və qaz plitəsi olmuş, qazdan qeyri-qanuni istifadə edilmiş, buna görə qaz işçilərinə hər ay 40 manat pul ödənmişdir (§ 11- 15).

41. Göründüyü kimi, baxılan işdə cavabdehlərin qaz xəttinə qanunsuz qoşulduğu təsbit edilmişdir.

42. Buna baxmayaraq, apellyasiya məhkəməsi cavabdehlərin izahatı əsasında təbii qazdan 40 manat məbləğində istifadə edildiyini əsas götürərək, 8 ay üçün 320 manatın Cavabdeh2, 12 ay üçün 480 manatın Cavabdeh1 tutulması qənaətinə gəlmiş, qalan məbləğlərə aid tələbi ağlabatan saymadığı üçün, habelə iddiaçının sayğac quraşdırmalı, qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərəri tələb etməli olmasını nəzərə alaraq rədd etmişdir (§ 16-18).

43. Kassasiya kollegiyası bu mövqe ilə razılaşmır ona görə ki, qanuna əsasən, bilərəkdən (qəsdən) qaz qurğusu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliy yət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ var (§ 3132).

44. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 29-30).

45. Apellyasiya məhkəməsi hazırkı işdə cavabdehlərin hüquqa zidd əməli nəticəsində iddiaçıya dəymiş zərərin həcmini qaz xəttinə qanunsuz qoşulma halları üçün ödənilməli olan zərər məbləği formasında hesablamamış, cavabdehlər in özlərinin bildirdikləri 40 manatın nəzərə alınması ilə aparılan hesablamanın hansı mötəbər və kifayətedici sübutlara, habelə normativ əsasa söykəndiyini göstərməmişdir.

46. O da nəzərə alınmalıdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq səlahiyyəti abonentə tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, (yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması) şəxsin davam edən (hər dəfə fiksə olunan) kənar qoşulma faktına görə məsuliyyətini aradan qaldırmır.

47. Bununla belə, qaz paylayıcısının işçisinin davranışının zərərin yaranmasına və artmasına şərait yaratması sübuta yetirildikdə, bu hal zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı nəzərə alınmalıdır (§ 28).

48. Bundan əlavə, iş materiallarında olan (iş vər.102) ərizədən görünür ki, Cavabdeh1 təbii qazdan qeyri-qanuni istifadəyə görə 1.000 manat borcun ona aid olduğunu qeyd etmişdir.

49. Apellyasiya məhkəməsi həmin cavabdehə qarşı iddianı bu məbləğdən də aşağı həddə təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh həmin ərizənin məcburi olaraq yazıldığını bildirmişdir, əslində isə ondan tələb olunan məbləğlə razı deyil (§ 19).

50. Kollegiya bildirir ki, müvafiq borc məbləğinin etiraf edilməsi barədə borclunun imzaladığı yazılı ərizənin iradə zədələnməsi (məcbur etmə və s.) səbəbindən etibarsız sayılması üçün həmin halların və bu hallara görə sözügedən sənədin qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilməsi sübuta yetirilmiş olmalıdır. Əks halda kreditorun təqdim etdiyi borc sənədinin nəzərə alınmaması sübutların düzgün qiymətləndirilmədiyinə dəlalət edərdi.

51. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (§ 35).

52. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, sübutları düzgün qiymətləndirməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış (§ 33-37), bu da iş üzrə düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnmişdir.

53. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2848/2023 nömrəli iş üzrə 05 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar