Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3813/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1xan oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1xan oğluna qarşı cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş zərərin əvəzinin tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1455/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı, 30 oktyabr 2017-ci il tarixli hökmü ilə, Cavabdeh1xan oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 6 (altı) il müddə tinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 30 2.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə 5 (beş) il müddətinə a zadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən mənə təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2- (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququmdan məhrum edilməklə, cəzasımı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasımın əvvəli 14 noyabr 2015-ci il tarixdən hesablanmaqla 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
2. İddiaçı iş üzrə zərəçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışdır.
3. Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 1(093)-10/2017 saylı hökmündə müəyyən edilir ki, 2007-2015-ci illərdə Bakı şəhərində, mütəşəkkil dəstə üzvləri Cavabdeh1xan o ğlu və digərləri ilə birlikdə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə, yəni hündürmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olan «MTK Real» mənzil tikinti kooperativinin təsisçisi İddiaçı, onunla şəriklik münasibətlərində olan X11 və Rusiya Federasiyasında sahibkarlıqla məşğul olan X1 miqdarda pul vəsaitlərini ələ keçirmək üçün sui-istifadə edərək planlı fəaliyyət göstərib, 2007-ci ilin oktyabr ayında Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin 1-ci idarəsinin 4-cü şöbəsinin rəisi vəzifəsində işləyərkən rəsmi araşdırma materialı və ərizədən kənar kooperativin Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllədə inşa etdiyi yaşayış binasından şərti alıcı tərəfindən ABŞ dolları əskinasları ilə mənzil satın alınmasına dai r qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və müvafiq qaydada rəsmiləşdirilməyən əməliyyat-axtarış tədbiri həyata keçirərək, dəstə üzvü Cavabdeh1 göstərişi əsasında saat 17 radələrində xarici valyuta ilə mənzil satışını bəhanə edib kooperativin icraçı direktoru X12 və satış üzrə meneceri X15 Milli Təhlükəsizlik Nazirliyinə gətizdirib, saat 22 radələrinə kimi, 5 saat ərzində ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamalarına imkan verməyərək hərəkət sərbəstliklərini məhdudlaşdıraraq xidməti otaqlarda saxladıb hər iki şəxsi qanunsuz azadlıqdan məhrum etmiş, onların sərbəst buraxılmaları üçün MTK-nın rəhbəri İddiaçı nazirliyin inzibati binasına çağırıb dəstə üzvü Cavabdeh1 tərəfindən xidməti otaqda şəxsən qəbul edərək barələrində cinayət işi başlanacağı, həbs ediləcəkləri, qaqdaş ının bədəninə elektrik cərəyanı verməklə işgəncəyə məruz qoyacaqları ilə hədələyib 500.000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsini tələb edib 250.000 ABŞ dollarına razılaşmış, İddiaçı rəhbərlik etdiyi mənziltikinti kooperativinin maliyyə vəsaitlərinin məxaricinin qeydiyyat kitabına qardaşı İslam Qasımov tərəfindən qeyd olunmaqla kooperativin ümumi qazancından götürdüyü müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 212.675 manata bərabər 250.000 ABŞ dolları əskinaslarını Cavabdeh1 vasitəsilə xidməti otaqda şəxsən qəbul edərək hədə-qorxu İlə ələ keçirmiş, daha sonra əməllərini davam etdirərək 2009-cu ilin yanvar ayının 12-də, saat 15 radələrində yenə həmin vəzifədə işləyərkən İddiaçı külli miqdarda maliyyə vəsaitini ələ keçirmək məqsədilə rəsmi surətdə qeydiyyata alınmış araşdırma materi alı, ərizə, siqnal işi mövcud olmadığı halda vəzfiə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq sui-istifadə edib dəstə üzvü Cavabdeh1 göstərişləri əsasında nazirliyin qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrinin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrindən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan zərurət olmadığı halda, qanunsuz istifadə etməklə İddiaçı sahibi olduğu “MTK-Real” mənzil-tikinti kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllədə inşa etdiyi hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisinə hər hansı prosessual qərar və ya protokol tərtib olunmadan kooperativin maliyyə sənədlərini götürməklə İddiaçı Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirib saat 21 rad ələrinədək, 6 saat ərzində ailə üzvləri, yaxın qohumları ilə əlaqə saxlamasına imkan verməyərək hərəkət sərbəstliyini məhdudlaşdıraraq xidməti otaqlarda saxladıb qanunsuz azadlıqdan məhrum etmiş, Cavabdeh1 xidməti iş otağında İddiaçıla şəxsən görüşüb guya sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 150.000 ABŞ dolları məbləğində pul vəsaitini alıb qaytarmamasını deyərək, onu dələduzluqda ittiham edib barəsində cinayət işi başlayacağı, kooperativin maliyyə fəaliyyətini yoxlatdıracağı, həbs edəcəyi ilə hədələyərək 250.000 ABŞ dolları məbləğində pul vəsaiti verməsini tələb etməsi və onun tutduğu vəzifəsinə və malik olduğu səlahiyyətlərə görə hədəni real qəbul edən İddiaçı qeyd olunan məbləğdə pul vəsaitini verməyə razılaşaraq həmin gün saat 22 radələrində təsisçisi olduğu mənzil-tikinti koopera tivinin ofisinə gəlib maliyyə vəsaitlərinin məxaricinin qeydiyyatı kitabına qardaşı İslam Qasımov tərəfindən qeydiyyat aparıldıqdan sonra, kooperativin xəzinəsindən müvafiq dövrün rəsmi məzənnəsi ilə 200.650 manata bərabər 250.000 ABŞ dolları əskinaslarında pul vəsaitini götürüb, ertəsi gün 2009-cu ilin yanvar ayının 13-də mühafizəçisi X22 və sürücüsü X33 oglu ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyinə gəlib dəstə üzvü Cavabdeh1 verməsi ilə həmin məbləğdə pul vəsaitlərini təkrarən hədəqorxu ilə tələb etməklə ələ keçirmiş bundan başqa, Səlim Məmmədov 2012-ci ilin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinin Energetika və X2 Baş İdarəsinin 1-ci idarəsinin rəisi vəzifəsində işləyərkən dəstə üzvü Cavabdeh1la birlikdə İddiaçı təsisçisi olduğu neft avadanlıqlarının təmiri və satışı ilə məşğul olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Böyük Britaniya və X14 Krallığının “X16” şirkəti arasında iki dəst “5000-DQU” qazma qurğusunun satışına dair müqavilə şərtlərinin "xxxx" MMC tərəfindən yerinə yetirilməməsi nəticəsində 1.390.000 ABŞ dolları məbləğində ziyana məruz qalması barədə “X16” şirkətinin direktoru X4 digər dövlət orqanları ilə yanaşı Milli Təhlükəsizlik Nazirliyinə də ünvanlanmış şikayət ərizəsini bəhanə edərək İddiaçı bir daha külli miqdarda pul almaq məqsədilə, sonuncunu nazirliyə çağırıb, qeyd olunan mübahisənin mülki xarakterli olmasını və Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırılaraq xx.xx.2011 -ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edildiyini bildiyi halda, vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib İddiaçı barəsində cinayət işi başlayacağı, fəaliyyətini yoxlatdıracağı, həbs etdirəcəyi ilə hədələyərək xidməti vəzfiəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə görə dəstə üzvü Cavabdeh1 İddiaçı 200.000 ABŞ dolları məbləğində pul vəsaiti istəməsi, sonuncunun səhərisi gün "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xəzinəsindən götürüb mühafizəçisi X22 və sürücüsü X19 ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyinə gətirib xidməti otağında şəxsən Cavabdeh1 verməsi ilə müvafiq dövrün rəsmi məzənnəsinə əşəsən 157.240 manata bərabər 200000 ABŞ dolları məbləğində külli miqdarda nağd pul əskinaslarını mütəşəkkil dəstə tərkibində rüşvət almış, bundan başqa, 2015-ci ilin avqust-sentyabr aylarında qeyd olunan vəzifədə işləyərkən mütəşəkkil dəstənin üzvü X17 və digərlə ri ilə birlikdə vəzifə səlahiyyətlərindən özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni, İddiaçı külli miqdarda külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə sui-istifadə edərək narkotik vasitələrin istifadəçisi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi İddiaçı oğlu Nurlan Qasımlının və yaxın ətrafının barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Bakı şəhəri, Səbail Rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı əsasında 07 sentyabr 2015-ci il tarixdə Nyrlan Qasımlının yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında saxlanılıb MTN-nin inzibati binasına gətirilməsini təşkil edərək, qanunvericiliyə müvafiq prosessual qərar və protokol tərtib olunmadan, hal şahidlərinin iştirakı təmin olunmadan onun üzərinə baxış keçirilmə sinə, üzərində narkotik vasitələrin aşkar olunmaması və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakını təsdiqləyən başqa sübutların mövcud olmadığı halda onun nazirliyin inzibati binasında saxlanılmasına dair dəstə üzvü Səlim Məmmədov vasitəsilə verdiyi göstərişlərinə əsasən, Nurlan Qasımlı 2015-ci ilin sentyabr ayının 07 və 08-də, 2 sutka ərzində yaxın qohumları, ailə üzvləri, müdafiəçi kimi dəvət etmək istədiyi şəxslərlə əlaqə saxlanılmasına imkan verilmədən, əllərinə qandal vurulmuş vəziyyətdə, nazirlik əməkdaşlarının xidməti otaqlarında saxlanılmaqla qanunsuz azadlıqan məhrum edilmiş, onun sərbəst buraxılması üçün yaxın münasibətlərdə olduğu digər şəxsin vasitəsilə İddiaçı 300000 ABŞ dolları məbləğində pul istəməsinə rəğmən, sonuncunun həmin pulu verməsindən qəti surətdə imtina etməsi ilə əlaqədar 08 sentyabr 2015-ci ildə Nurlan Qasımlının qardaşı X7 dəstə üzvü vasitəsilə nazirliyin inzibati binasının yaxınlığında müvafiq dövrün məzənnəsinə görə 52410 manata bərabər 50000 ABŞ dolları məbləğində külli miqdarda nağd pul vəsaitini xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə görə mütəşəkkil dəstədə təkrarən rüşvət aldıqdan sonra, dəstə üzvü Səlim Məmmədov vasitəsilə Nurlan Qasımlını nazirliyin inzibati binasından sərbəst buraxmış, bundan başqa, 14 sentyabr 2015-ci ildə Bakı şəhərində yenə qeyd olunan vəsifədə işləyərkən mütəşəkkil dəstənin üzvü X17 və digərləri ilə birlikdə vəzifə səlahiyyətlərindən özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, yəni, İddiaçı şəriki X11 və dostu, Rusiya Federasiyasının vətəndaşı olmaqla həmin ölkədə sahi bkarlıqla məşğul olan X1 miqdarda pul vəsaitlərini ələ keçirmək məqsədi ilə sui-istifadə edərək, narkotik vasitələrin istifadəçisi və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi X8 və yaxın ətrafının barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı əsasında onun telefonlarının dinlənilməsi nəticəsində Namiq Orucov və Tofiq İbrahimovun 2015-ci ilin sentyabr ayının 14-də İddiaçı bacısı oğlu X10 Bakı şəhəri, 4-cü mkr-da yerləşən “Sofiya” şadlıq sarayında keçiriləcək toy mərasimində iştirak edəcəkləri barədə məlumatları əldə etdikdən sonra, hər hansı zərurət olmadığı halda, dəstə üzvü Səlim Məmmədov və barələrində cinayət təqibi davam etdirilən digərləri vasitəsilə mütəşəkkil dəstə tərəfindən külli miqda rda əmlak əldə etmək məqsədilə Namiq Orucovu və Telman İbrahimovun sürücüsü X9 və Tofiq İbrahimova məxsus “Mercedes Galenvagen” markalı, ** XE *** nömrə nişanlı avtomaşının Nazirliyə gətirilməsini təşkil etmiş, qanunvericiliyə müvafiq prosessual qərar və protokol tərtib edilmədən, hal şahidlərinin iştirakı təmin olunmadan onların üzərinə və avtomaşına baxış keçirilməsinə, narkotik vasitələrin aşkar olunmaması və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştiraklarına təsdiqləyən başqa düzünə sübutların mövcud olmadığı halda onların nazirliyin inzibati binasında saxlanılmasına dair dəstə üzvü Səlim Məmmədov vasitəsilə verdiyi göstərişlərinə əsasən, Namiq Orucov və Gülağa Quliyev 2015-ci ilin sentyabr ayının 14 və 15-də, iki sutka ərzində yaxın qohumları, ailə üzvləri, müdafiəçi kimi dəvət etmək istədikləri şəxslərlə əlaqə saxlamalarına imkan verilmədən, əllərinə qandal vurulmuş vəziyyətdə, nazirlik əməkdaşlarının xidməti otaqlarında, dəhlizdə saxlanılmaqla hər ikisi qanunsuz azadlıqdan məhrum edilmiş, 15 sentyabr 2015-ci ildə onların ikisini də xidməti otağında qəbul edərək ünvanlarına nalayiq söyüşlər söyüb, barələrində narkotik alverçiləri kimi cinayət işi başlayacağı, həbs etdirəcəyi ilə hədələyib, hakimiyyət həddini və qulluq səlahiyyətlərini müntəzəm surətdə, tamahkarlıqla aşaraq Namiq Orucovun sifətinə və sağ qabırğasının üstündən yumruqla vurub ona sol gözaltı nahiyəsinin piqmentasiya sahəsində qançır kimi dərəcəsi təyin edilməyən xəsarət yetirərək fiziki zorakılıq tətbiq etmiş, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan Rusiya Federasiyasının vətəndaşı Tof iq İbrahimovun adını sərhədkeçməyə məhdudiyyət siyahısına “saxla” statusu ilə daxil edib, barələrində cinayət işinin başlanmaması, sərbəst buraxılmaları, sərhədkeçməyə qoyulmuş məhdudiyyət tədbirinin ləğv olunması və avtomaşının qaytarılması müqabilində özünü “Saleh” kimi təqdim edən dəstə üzvü Səlim Məmmədov vasitəsilə Namiq Orucov, digər şəxsin vasitəsilə isə Tofiq İbrahimovun hər birindən 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsini tələb edib, həmin gün Namiq Orucovun qardaşı X5 barəsində cinayət tənqibi davam etdirilən dəstə üzvü vasitəsilə 100.000 manat və müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 3.142,80 manata bərabər 3.000 ABŞ dolları, dəstə üzvü Akif Mustafayev vasitəsilə Tofiq İbrahimovdan isə 314.280 manata bərabər 300.000 ABŞ dolları məbləğində külli miqdarda nağ d pul vəsaitlərini xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərinə görə mütəşəkkil dəstə tərkibində təkrarən rüşvət almaqla sonuncu barəsində tətbiq olunmuş sərhədkeçməyə məhdudiyyət tədbirini ləğv edərək 2007-2015-ci illər ərzində hakimiyyətdən və qulluq mövqeyindən müntəzəm surətdə tamahkarlıqla sui-istifadə edərək və hakimiyyət həddini aşaraq maddi sərvət əldə etmək məqsədilə hündürmərtəbəli yaşayış binalarının inşası, neft avadanlıqlarının satışı və təmiri ilə məşğul olan sahibkar İddiaçı, onun qardaşı X12, oğlu X18, şəriki X11, tanışı X9 qanunsuz azadlıqdan məhrum etmiş, hədə-qorxu ilə tələb etmə və rüşvət alma ilə İddiaçı 570.565 manat, X13 52.410 manat, X8 103.142,80 manat. Tofiq İbrahimovun isə 314.280 manata bərabər külli miqdarda pul vəsaitlərini müitəşəkkil dəstə tərkibində təkrarən ələ keçirməklə həmin şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən cinayət əməli nəticəsində vurduğu maddi zərərə görə ona dəymiş 1.050.000 (bir milyon əlli min) ABŞ dolları və mənəvi zərərə görə 100.000 (yüz min) manatın tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-707/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilərək Cavabdeh1xan oğlundan cinayət əməli nəticə sində vurduğu maddi zərərə görə 1.050.000 (bir milyon əlli min) ABŞ dolları və mənəvi zərərə görə 5.000 (beş min) manatın tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1xan oğlunun barəsində başlanmış yuxarıda qeyd edilən cinayət işinin istinaqı zamanı İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. A.Covdarovun cinayət əməli nəticəsində İddiaçı maddi və mənəvi zərər dəymişdir.
7. İddiaçının mənəvi ziyana görə 100.000 manatın cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələb əsaslı olduğuna görə qismən təmin edilməlidir. Mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 5.000 manat məbləğində pul tutulmasını məhkəmə ağlabata n və ədalətli hesab etmişdir.
8. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyanın 68, Mülki Prosessual Məcəllənin 4.1, 42, 82.4, 88, Mülki Məcəllənin 21, 23.1, 23.2, 1096, 1097.1-ci maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə y eni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının) 2(103)-1455/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilmiş və cinayət əməli nəticəsində vurulan maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə alınmalı olan məbləğ azaldılaraq 500.000 (beş yüz min) ABŞ dolları (ödənildiyi vaxt manata olan məzənnə nəzərə alınmaqla) müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hökmlə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan hədə qorxu ilə tələb etməklə yalınz 2 dəfə, ayrı-ayrı vaxtlarda, hər dəfə 250 000(iki yüz əlli min) ABŞ dolları, yəni məhz ABŞ dolları əskinazları ilə almasına və 1 dəfə isə 200 000(iki yüz min) ABŞ dolları rüşvət aldığına görə də təqsirli bilinərək məhkum edilmişdir.
12. Beləliklə, Cavabdeh1 tərəfindən iddiaçıya qarşı hədə-qorxu ilə tələb etmə cinayəti törədilməklə sonuncudan cəmi 500000(beş yüz min) ABŞ dolları, rüşvət alma cinayətini törədilməklə isə 200000 (iki yüz min) ABŞ dolları almışdır.
13. Bu cür vəziyyətdə birinci instansiya məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyini əsas götürsə də konkret hansı hadisənin olmasını yaxud olmamasını və cav abdehin həmin, özü də konkret hansı hadisəyə aidiyyətini dəqiqləşdirməli idi.
14. Hökmlə Cavabdeh1 iddiaçıya qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətməsində iştirakı bir cinayət hadisəsi kimi və onun həmin hadisəyə aidiyyəti hissəsində təsdiq olunduğundan mülki işə baxan məhkəmə üçün bu hissədə məcburidir.
15. Cavabdeh zərərçəkən iddiaçıya qarşı yalnız 500000(beş yüz min) ABŞ dolları həcmində hədə-qorxu ilə tələb etmə cinayətini törətmiş, bu hadisənin, yəni hədə-qorxu ilə tələb etmə cinayəti hadisəsinin baş verməsində bilavasitə iştirakı və onun bu hadisəyə aidiyyəti hökmlə müəyyən olunmuşdur.
16. Buna görə də tələb edilən 1 050 000(bir milyon əlli min) ABŞ dolları maddi ziyan əvəzi olaraq iddiaçının xeyrinə alına bilməzdi. Ona görə ki, hökmlə yaxud hər hansı bir sübutla cavabdehin iddiaçıya məhz həmin məbləğdə maddi ziyan vurması təsdiq olunmur.
17. İddiaçının cavabdehə verdiyi 200000(iki yüz min) ABŞ dolları rüşvətin əvəzi, bu cavabdehdən tələb edilə bilməzdi. Çünki, iddiaçı həmin məbləği rüşvət verməklə zərər çəkməmiş, özü cinayət törətmişdir. Ancaq cinayət qanununun müddəlarına görə rüşvət vermə cinayəti üzrə məsuliyyətdən azad olunması o demək deyil ki, o, rüşvətin predmeti olmuş pul vəsaitini də maddi zərərin əvəzi kimi tələb edə və həmin məbləğ də ona qaytarıla bilər.
18. Lakin birinci instansiya məhkəməsi nə qeyd olunan halları, nədə ki cavabdehin iddiaçıya 500000 (beş yüz min) ABŞ dollarından artıq miqdarda maddi ziyan vurduğuna dair hər hansı bir sübutun olmadığını nəzərə almadan maddi zərər hissəsində iddianı tam təmin etmişdir.
19. Apellyasiya instansiya sı məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
20. Hər iki tərəf qətnamədən kassasiya şikayəti vermişdir.
21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən, yəni Cavabdeh1 alınmalı olan maddi zərərin əvəzinin miqdarı hissəsində dəyişdirilməsi və cinayət əməli nəticəsində vurulan maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə alınmalı olan məbləğin azaldılaraq 500.000 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilməsi, maddi zərərin əvəzi olaraq Cavabdeh1 İddiaçı xeyrinə 1.050.000 ABŞ dolları məbləğində pulun tutulması barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edi
22. Kassasiya şikayətini iddia ərizəsi il ə oxşar əsaslandırılmış və həmçinin qeyd edilmişdir ki, işə baxmış Bakı Apellyasiya Məhkəməsi işin yuxarıda göstərilən hallarını nəzərə almamış, tətbiq etməli olan maddi və prosessual hüquq normalarını, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininnin 82-ci maddəsinin tələblərini tətbiq etməmişdir.
23. İddiaçı kassator şikayətində Mülki Məcəllənin 21.2, 21.3, 1096, 1097, 1091, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinin pozulması və düzgün tətbiq edilməməsinə istinad etmişdir.
24. Cavabdeh kassasiya şikayətində qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017- ci il tarixli,1(093)-10/2017 saylı hökm ündə İddiaçı 2007-ci ilin oktyabr ayında müvafiq dövrün rəsmi məzənnəsinə əsasən 212.675 manata bərabər 250.000 ABŞ dolları və 2009-cu ilin yanvar ayının 13-də müvafiq dövrün rəsmi məzənnəsi ilə 200.650 manata bərabər 250.000 ABŞ dolları əskinaslarında pul vəsaitini Cavabdeh1 verdiyi göstərilmişdir ki, məhkəmə iddiaçıya hansı formada zərər dəyməsini əsaslandırmamışdır. Bundan başqa, qeyd edilən məhkəmə hökmündə belə göstərilən epizodlar üzrə dəymiş ümumi ziyan 450.000 ABŞ dolları deyil, 413.325 manat müəyyən edilmişdir.
26. Cavabdeh kassator şikayətində Mülki Məcəllənin 21.1, 21.2, 1096.1-ci maddələri və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarı nın düzgün tətbiq olunmamasına istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Cavabdeh (vəkili Vəkil2) iddiaçının kassasiya şikayətinə etiraz təqdim edərək İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. İddiaçı cavabdehin kassasiya şikayətinə etiraz təqdim edərək onun kassasiya şikayətinin təmin edilməməsini, öz kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin dah a az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçi nin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: 35. mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
36. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi nin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarı.
37. Bənd 1. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
38. Bənd
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəv i sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilm iş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Qətnamədən kassasiya şikayəti verən kasstorlar tərəfindən məhkəmə qətnaməsi tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi m əsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1455/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.