Məhkəmə qərarları › İş №2(102)-3816/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3816/2020

06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3816/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.Şükürova, iş № 2(009)-2268/2019) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehnə qarşı “Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), V.Ağayev və V.Sadıqov, iş № 2(103)-1090/2020) iddiaçılar tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıla r İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 cavabdeh “xxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” MMC tərəfindən xüsusi mülkiyyət hüquqlarının kobud şəkildə pozulmaqla Bqkı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsi 76 ünvanında yerləşən xüsusi mülkiyyətlərində olan 6 saylı mənzilə girişin qapısında tikilmiş dəmir hasarın sökülərək mənzilə girişin açılması, onların mülkiyyət hüquqlarına qanunsuz müdaxilə edilməklə aparılan söküntü nəticəsində zədələnmiş mənzillərinin təmir edilməklə əvvəlki vəziyyətinin bərpa edilməsi, xüsusi mülkiyyət hüquqları pozulmaqla mənzillərinin zədələnməsinə səbəb olan, nəticədə mənzillərində yaşayış imkanlarını mümkünsüz etdiyindən, bunun nəticəsində vurulmuş 50.000 manat maddi və cavabde hin qanunsuz hərəkətləri ilə vurulmuş 80.000 manat mənəvi ziyanın, ümumilikdə 130.000 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək hazırki işə baxılıb qurtaranadək mülkiyyət hüquqlarına qanunsuz müdaxilə edilməklə iddiaçıların 4 və 6 saylı mənzillərinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov 76 ünvanında yerləşən 4 mərtəbəli binanın sökülməsinə yönəldilən söküntü işlərinin aparılmasının cavabdeh “xxxxxxxx” MMC-yə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-3071/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov 76 ünvanında yerləşən 4 mərtəbəli binanın s ökülməsinə yönəldilən söküntü işlərinin aparılması cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilmiş, qərardad dərhal icra olunması Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-3071/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Səbail Rayon Məhkəməsinin 2(009)-3071/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı icra olunması üçün Səbail Rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Cavabdeh icra məmuru Tohid Nurlu tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akta əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-3071/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra olunaraq aparılan söküntü işləri dayandırılmış və bu b arədə MMC-nin direktoru Akif Fətullayevdən iltizam alınmışdır. İddiaçı1 xx.xx.2018-ci il tarixdə Cavabdehnə teleqram ünvanlayaraq “xxxxxxxx” MMC tərəfindən söküntünün davam etdirdiyini və dayandırılmasını xahiş etmişdir. İcra məmuru xx.xx.2018-ci il tarixdə hadisə ilə bağlı borclu “xxxxxxxx” MMC-nin hüquqşunası X2 müvafiq izahatını almış və o, izahatında hadisənin oktyabr ayının 6-dan 7-nə keçən gəcə, saat 03:00 radələrində baş verdiyini və binanın özünün çökdüyünü bildirmiş, əlavə olaraq baş vermiş hadisə ilə bağlı həmin vaxt fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin qaynar xətlərinə məlumat verildiyini və əraziyə müfəttişlərin cəlb olunduğunu bildirmişdir. İcra məmuru hadisə ilə bağlı borclu “xxxxxxxx” MMC-nin direktoru X1 müvafiq izahat almış və o, izahatında hadisənin oktyabr ayının 6-sından 7nə keçən gecə bina qəzalı vəziyyətdə olduğundan çökdüyünü bildirmişdir. Hadisə zamanı əraziyə cəlb olunan müfəttişlərin məsləhəti ilə binanın çökməsi zamanı magistral yola baxan divarının təhlükəsizlik məqsədi ilə texnika vasitəsi ilə təmizləndiyini bildirmişdir. Cavabdeh icra məmuru Tohid Nurlu tərəfindən “xxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1361/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol və sənədlər İcra şöbəsinə geri qaytarılmışdır. Cavabdeh icra məmuru Tohid Nurlu tərəfindən “xxxxxxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati x əta haqqında protokol tərtib edilərək yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1403/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə “xxxxxxxx” MMC Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli “icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarına görə, icra məmuru hal şahidləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov 76 ünvanında yerləşən 4 mərtəbəli binanın yerləşdiyi ərazidə olmuş və həmin binanın həmin ünvanda olmadığı müəyyən edildiyindən icra sənədi Səbail Rayon Məhkəməsinə geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...iş üzrə iddiaçıl ar ərizə və izahatlarında icra məmurunun icra sənədinin vaxtında, tam və düzgün icra edilmədiyini bildirsələr də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra məmuru icra hərəkətlərini yerinə yetirən zaman heç bir qanunsuz hərəkətlərə yol verməmiş, icra hərəkətlərini vaxtında, tam və düzgün yerinə yetirmiş, öz üzərinə düşən vəzifəni icra etmiş, söküntü işlərinin aparılmasını dayandırmış, sonradan “xxxxxxxx” MMC tərəfindən aparılmış söküntü işləri qeyri-iş vaxtına təsadüf etdiyindən icra məmuru həmin vaxt heç bir tədbir görə bilməmiş, icra məmuruna məlumat verilərkən “xxxxxxxx” MMC tərəfindən artıq həmin işlərə başlanılmışdır. Lakin sonradan icra məmuru tərəfindən “xxxxxxxx” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmiş və m əhkəmənin qərarı ilə “xxxxxxxx” MMC cərimə olunmuşdur. Beləliklə, iddiaçılar ərizələrində göstərdiyi hallara dair məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim edə bilməmişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsa s olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar