Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3816/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququnun tanınması 20.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1186/2024 nömrəli 31 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 28 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili almışdır.
2. Cavabdeh2 xx.xx.2021-ci ildən etibarən ünvan 1 saylı mənzildə Cavabdeh1 və X5 ilə birlikdə qeydiyyatdadır. 3. ünvan 2 ünvanında yerləşən 36,30 kv.m ümumi sahəsindən ibarət mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 1/2 hissə, Cavabdeh2 adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Hazırkı iş üzrə ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınmasını tələb edən İddiaçı mənzilin mülkiyyətçiləri olan Cavabdeh1 və Cavabdeh2 övladıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddia çı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil valıideynləri olan cavabdehlərə məxsusdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə cavabdehlərin hər birinin hissə payları müəyyən edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. O, cavabdehlərlə birgə ünvan 3, mənzil 45-də pasport qeydiyyatında olmuşdur. Həmin mənzil satılmışdır. Mübahisəli mənzil alınandan, yəni 28 sentyabr 2019-cu il tarixdən cavabdehlərin razılığı ilə onlarla birgə həmin ünvana köçərək bu g ünədək mənzildə yaşayır. Anası Cavabdeh2 onun mənzilə qeydiyyata alınmağına razı olmaqla hətta onunla Sumqayıt “ASAN xidmət” mərkəzinə aidiyyəti üzrə müraciət etsə də mənzil paylı mülkiyyətdə olduğundan və cavabdeh atası Cavabdeh1 onun mənzilə qeydiyyata düşməsinə razılıq vermədiyindən həmin mənzilə pasport qeydiyyatına düşə bilməmiş və formal olaraq satılmış ünvan 3, mənzil 45-də pasport qeydiyyatında qalmışdır. Hazırda qeydiyyatı ləğv edilmişdir. Qeydiyyat ləğv olunduğundan dəfələrlə mübahisəli mənzilə pasport qeydiyyatına alınmağını cavabdeh atası Cavabdeh1 xahiş etsə də o, müxtəlif bəhanələr gətirərək buna razılıq verməmişdir. Hal-hazırda qeydiyyatı olmadığından mənzil, yaşayış və qeydiyyat hüquqları kobud şəkildə pozulur, nəticədə işə düzələ bilmir. O, cavabdehlərin ailə üzvü olaraq o nların razılığı ilə mənzilə köçərək orada uzun müddət yaşamaqla mənzilə istifadə hüquqları əldə etdiyindən iddiaçının ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzilə istifadə hüququ tanınmalıdır.
7. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, həyat yoldaşı ilə bu yaxınlarda ayrılmışlar. Bundan sonra, evin bölünməsi qərarına gəlmişdir. Bu səbəbdən də, iddiaçının həmin mənzildə qeydiyyata düşməsinə razı deyildir. Həmçinin yoldaşı ondan xəbərsiz məhkəməyə müraciət etmişdir və məhkəmə iclasları keçirilmişdir. Həmin ev ilə bağlı pay bölgüsü edilmişdir. Bütün bunlar onun xəbəri olmadan olmuşdur. O, bu məsələni təxminən 2-3 ay bundan əvvəl öyrənmişdir.
8. Məhkəmə iclasında Cavabdeh2 ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirmiş dir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-1741/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 29 saylı evin, 4 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçiləri olan cavabdehlərin ailə üzvü olmaqla (oğlu), uzun müddət onlarla birgə yaşamış və 2019-cu il tarixdə qeydiyyatda olduğu mənzilin satılması və yenisi olan ünvan 2-ün alınması ilə əlaqədar hazırda mübahisəli mənzildə qeydiyyatsız yaşayır. Bu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri baxımından iddiaçının yaşayış sahəsindən mülkiyyətçilər ilə bərabər istifadə etmək hüququnu tanınma lıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158.4, 228.1, 228.2, 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışına əsasən anası X3 məxsus olmuş və 27 sentyabr 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə, eyni zamanda xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən 55.000 manat müqabilinə X1. Belə ki, əmlakın satış qiyməti 35.000 manat və 20.000 manat əsas kredit və bank hesabı müqaviləsi və onun çərçivəsində bağlanmış əlavə kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyanına verilmiş kredit hesabına ödənilir. 2021-ci ildə qəbul olunmuş məhkəmə qətnaməsindən məlumatı olmamış, oğlu 2024-cü il tarixdə "mənzilə istifadə hüququnun tanınmasına dair" iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman xəbər tutmuşdur. Mübahisəli mənzil cavabdehin şəxsi və birgə nikah dövründə əldə olunan gəlir hesabına deyil, anasına məxsus mənzilin satışından əldə olunan gəlir hesabına alınmışdır. Həmçinin oğlu İddiaçı onunla maraqlanmamış, övlad kimi öhdəliklərini yerinə yetirməmişdir. Sözügedən mənzilin pay bölgüsünə dair məhkəməyə müraciət olunmasından heç bir məlumatı olmamışdır. Mübahisəli mənzil 28 sentyabr 2019-cu il tarixdə anası X3 məxsus Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən 18 saylı evin 45 saylı mənzilinin 27 sentyabr 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi vasitəsilə satışından əldə olunan gəlir vəsaiti ilə alınmışdır. Həmçinin alqı-satqı müqaviləsi zamanı mənzil üzərində qeydiyyatda olan şəxslərin rəsmi ərizələri mövcud olmuşdur. Cavabdeh2 da bu şəxslərə daxildir. Bu da onu göstərir ki, mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə olunsa d a birgə gəlirləri hesabına alınmamışdır. Bu da onu göstərir ki, məhkəmə 2021-ci il tarixdə qərar qəbul edərkən diqqətsizlik etmiş, rəsmi sənədlərin əldə olunması barədə sorğular verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1741/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qəbul olunmasına əsas olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən şikayət verilmişdir. 2021-ci il tarixdə Cavabdeh2 mübahisəli mənzilin birgə nikah dövründə alınmasına dair sənəd təqdim etsə də, məhkəmə evin alınmasında olan gəlirlə bağlı ətraflı sorğular verməmiş, alqı-satqı müqavilələri ilə bağlı notariusa müraciət olunmasına göstəriş verməmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X6) 2(1 05)-1186/2024 nömrəli 31 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçiləri olan cavabdehlərin ailə üzvü olmaqla (oğlu), onlarla birgə yaşamış, 2019-cu il tarixdə qeydiyyatda olduğu mənzilin satılmış və 28 sentyabr 2019-cu il tarixdə ünvan 1 saylı mənzil alınmışdır. İddiaçı mənzil alındığı vaxtdan hazırkı günədək sözügedən ünvanda yaşayır. Mübahisəli mənzil bərabər paylarla cavabehlərin xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır ki, mülkiyyətçilərdən Cavabdeh2 iddianı qəbul edərək oğl unun mənzilə istfiadə hüququnun tanınmasına etirazının olmadığını bildirməklə, qətnaməni mübahisələndirməmişdir. Mübahisəli mənzil alındığı və iddiaçının həmin evdə yaşamağa başladığı, yəni hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən iddiaçının yaşayış sahəsindən mülkiyyətçilərlə bərabər istifadə etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli mənzilə istifadə hüququnu tanımasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
16. Məhkəmə kollegiyası mübahisəli mənzilin anasına məxsus mənzilin satılmasından əldə edilmiş pul ilə alınması, birgə nikah dövründə əldə edilmiş əmlak olmaması, mənzilin bölünməsi ilə bağlı qətnamədən məlumatlı olmaması və həmi n qətnamədən şikayət verilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, qeyd edilən dəlillər hazırki mübahisənin predmetinə aid olmamaqla, iddiaçıya və onun hazırkı tələbinə münasibətdə mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak və ya valideyninin birinin öz əmlakı olmasının əhəmiyyəti yoxdur. Belə ki, iddiaçı hər iki şəxsin ailə üzvü hesab olunmaqla, mübahisəli əmlakın cavabdehlərdən birinin öz əmlakı olması halı da onun istifadə hüququnun mövculuğuna təsir etməməkdədir. Məhz bu səbəbdən də cavabdeh tərəfin mübahisəli ev üzərində payın müəyyən edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxılanadək hazırkı işin icraatının dayandırılması ilə bağlı və satəti də təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1186/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək iddianın rədd edilməsinə dair və ya işi yenidən araşdırılamsı üç ün apelyasiya məhkəməsinə göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, ilkin olaraq ünvan 3 ünvanında yerləşən 45 saylımənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışına əsasən Cavabdeh1 anası X3 məxsus olmuşdur. Ailə münasibətləri əsasında mülkiyyətçi öz iradəsi və istəyi ilə cavabdehlərin hər ikisini pasport qeydiyyatına salmışdır.Sonradan 27 sentyabr 2019-cu il tarixlı alqı-satqı və ipoteka müqaviləsinə, eyni zamanda xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən həmin mənzil 55.000 manat müqabilinə X1.Mənzilin alqı-satqı müqaviləsinin rəsmiləşdirməsi zamanı pasport qeydiyyatında olan şəxslər eləcə də, hər iki cavabdeh evin satılmağəına öz razılıqlarını bildirmiş, həmin razılıq ərizələri də notarial qaydada təsdiqlənmişdir. Bu o deməkdir ki, həmin ərizə əsasında cavabdehlərin mənzilə olan bütün hüquqlarına xitam verilmişdir. Belə ki, sözü gedən ev xx.xx.2019-cu il tarixdə satılmış, həmin satışdan əldə olunan gəlir hesabına xx.xx.2019-cu il tarixdə isə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 29 saylı evin 4 saylı mənzilini Cavabdeh1 adına rəsmiləşdirirək əldə etmişlər.Həmçinin qeyd edilmiş qərarda bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva etməsi qeyd edilsə də,məhkəmə tərəfindən həmin sübutlar heç bir əhəmiyyət kəsb etməmişdir.
20. Qeyd edim ki, ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzilin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin hər birinə hissə olmaqla payları müəyyən edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir. İddiaçı da iddia tələbini sözü gedən əmlakın atasına anasına məxsus olması ilə əsaslandırmışdır. Belə ki, əmlakın paylı mülkiyyətdə olması faktı qanunsuz və əsassız şəkildə həyata keçirilmişdir. Hal-hazırda sözü gedən 2021-ci il tarixli qətnaməsinin mübahisəsi məhkəmə müstəvisində hələ də davam edir. Habelə, məhkəmə iddiaçının iddiasını həmin qətnaməyə istinad edərək onun xeyrinə çıxartmışdır. Birgə mülkiyyət nikah dövründə əldə olunmuş gəlirlər hesabına əldə olunmuş əmlak hesab olunur. Hansı ki, həmin əmlak nikah döv ründə əldə olunmuş gəlirlər hesabına əldə edilməmişdir. İddiaçının həmin mənzilin alınmasına görə ödənilmiş vəsait cavabdehlərin heç bir nə ayrı-ayrılıqda, nə də birgə gəlirlərinə aid deyil. Odur ki, iddianın təmin edilməsi də qanunsuzdur.
21. Məhkəmə çəkişmə prinsipini pozmuş, təqdim etdiyi sübut və dəlillərə hüquqi qiymət vermədən, yalnız iddia ərizəsinə və iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı iddasını mənzilin paylı mülkiyyətdə olmasına və həmin paylı mülkiyyətçilərin hər ikisinin valideynləri olması ilə əsaslandırmışdır.Halbuki sözü gedən əmlak o halda paylı mülkiyyət hesab oluna bilərdi ki, həmin evin alınmasına verilən pul vəsaiti valideynlərinin hər ikisinin birgə təsərrüfat vaxtı əldə etdiyi gəlir olmuş olsaydı. Habelə idd iaçı da anası kimi atasının gözlərinin görməməsindən istifadə edərək ona qarşı övladlıq vəzifəsini yerinə yetirmir, xəstə atasının qayğısına qalmır, ona baxmır. Ancaq maddi maraq naminə əmlak tələbinə görə bu iddianı qaldırmaqla atasının ata vəzifəsindən sui-istifdə etmişdir. Hesab edir ki, məhkəmə işin bu faktiki halını nəzərə almalı, tərəflərin hal-hazırki qarşılıqlı münasibətlərinə uyğun şəkildə araşdırma aparmalı və iddianın əsas məqsədini ortaya çıxartmalı idi.
22. Hakim qətnaməni iddiaçının mülkiyyətçilərin ailə üzvü olması ilə əsaslandırmışdır. Halbuki ev paylı mülkiyyət sayıla bilməz. Odur ki, qətnaməni əsassız və qanunsuz hesab edir.
23. Kassasiya şikayəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 5.5 -bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixti yarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun27 iyul 2001-ci il tarixli qərarı 26. “... 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2- ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı rır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin dəlillərində göstərilən maddi və prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən,iddiaçı mənzil alındığı vaxtdan hazırkı günədək sözügedən ünvanda yaşayır. Mübahisəli mənzil bərabər paylarla cavabehlərin xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır ki, mülkiyyətçilərdən Cavabdeh2 iddianı qəbul edərək oğlunun mənzilə istfiadə hüququnun tanınmasına etirazının olmadığını bildirməklə, qətnaməni mübahisələndirməmişdir. İddiaçının yaşayış sahəsindən mülkiyyətçilərlə bərabər istifadə etmək hüququ yaranmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin anasına məxsus mənzilin satılmasından əldə edilmiş pul ilə alınması, birgə nikah dövründə əldə edilmiş əmlak olmaması, mənzilin bölünməsi ilə bağlı qətn amədən məlumatlı olmaması və həmin qətnamədən şikayət verilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, qeyd edilən dəlillər hazırki mübahisənin predmetinə aid olmamaqla, iddiaçıya və onun hazırkı tələbinə münasibətdə mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak və ya valideyninin birinin öz əmlakı olmasının əhəmiyyəti yoxdur. Belə ki, iddiaçı hər iki şəxsin ailə üzvü hesab olunmaqla, mübahisəli əmlakın cavabdehlərdən birinin öz əmlakı olması halı da onun istifadə hüququnun mövculuğuna təsir etməməkdədir. Məhz bu səbəbdən də cavabdeh tərəfin mübahisəli ev üzərində payın müəyyən edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsin 2(060)-2829/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş şikayətə baxılanadək hazırkı işin i craatının dayandırılması ilə bağlı vəsatəti də təmin edilməmişdir.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin kassasiya şikayətində göstərilən hallarla əlaqədar əsaslandırması və iş üzrə gəldiyi nəticə ilə razılaşır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmişdir.Kassasiya şikayətinin dəlillər i qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2024-cü il tarixli 2(105)-1186/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.