Məhkəmə qərarları › İş №2(102)-3817/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3817/2021

09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3817/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi 09.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1842/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materialları ilə müəyyən olunur ki, xxx küçəsində istifadədə olan 0.02214 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 7 otaqlı, 116.9 kv.m yaşayış, 37.7 kv.m köməkçi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır.

2. Həmçinin iş materialları ilə müəyyən edilir ki, 01.09.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən 116.9 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı fərdi yaşayış evi X7 tərəfindən Cavabdeh satılmışdır. 3. 08.04.2018-ci il tarixli aktdan görünür ki, X12, X4, X6 və X13 akt tərtib edərək, tanışları İddiaçı anası X2 evində (xxx küçəsi, ev 92) yaşadığı zaman İddiaçı məxsu s – ümumi dəyəri 4000 manat olan iki ədəd xalça, dəyəri 300 manat olan bir ədəd dəridən tikilmiş plaş, dəyəri 100 manat olan bir ədəd dəridən tikilmiş kurtka, dəyəri 10 manat olan yataq dəsti (yorğan, balış və s.), dəyəri 150 manat olan altı ədəd sviter, dəyəri 80 manat olan kostyum, dəyəri 100 manat olan billur (xrustal) qablar, dəyəri 75 manat olan mətbəx əşyaları, ümumi dəyəri 150 manat olan geyim əşyaları (ayaqqabılar, köynəklər və şalvarlar), dəyəri 300 manat olan kovrolit və palaz, dəyəri 350 manat olan dini kitablar, dəyəri 60 manat olan mürəbbələr, dəyəri 150 manat olan “ceyran” adlanan qaz sobası, dəyəri 350 manat olan divan (italiya istehsalı) və dəyəri 75 manat olan qış ayaqqabıların olduğunu öz imzaları ilə təsdiq etmişlər. 4. "xxxx" MMC tərəfindən verilmiş QR131 nömrəli qiymət ləndirmə rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində X1 məxsus ev əşyalarının analoji bazar dəyəri 10.790 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus əşyaların yoxa çıxması nəticəsində dəymiş maddi zərərin əvəzinin, yəni 6.420 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1990-cı ildən 2018-ci ilədək xxx küçəsində yerləşən anasına məxsus olan 92 saylı evin bir otağında daimi yaşayıb. Anası vəfat etdikdən sonra qardaşı X8 qanunsuz olaraq anasın a məxsus 92 saylı evi öz adına rəsmiləşdirərək 01.09.2016-cı il tarixdə Cavabdeh 100.000 manata satmışdır. O, məcburiyyət qarşısında qalaraq otağı tərk etdiyi zaman həmin otaqda ona məxsus əşyalar qalmışdır. Cavabdeh evdə söküntü işləri apardığına görə həmin evdəki ona məxsus olan əşyaları götürmək qərarına gəldikdə əşyalarının cavabdeh tərəfindən tullandığını öyrənmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, o, həmin əşyaları guya sahə müvvəkkilinin göstərişi ilə bir yerə yığaraq, 3 gün ərzində götürülmədiyindən zibil yeşiyinə atdığını bildirmişdir. Bundan sonra o, sahə müvəkkili ilə görüşmüş, sonuncu ona belə bir göstəriş verilmədiyini və onun buna dair səlahiyyətinin olmamasını bildirmişdir. Cavabdeh iddiaçıya məxsus əşyaları yoxa çıxartmaqla, iddiaçı 6420 manat ziyana düşmüş, həmi n əşyalardan faydalana bilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o nəinki evsiz-əşyasız qalmış, hətta güclü mənəvi stress keçirtmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 7. 13.09.2019-cu il tarixdə iddiaçı məhkəməyə vəsatət təqdim edərək, dəyəri 100 manat olan bir ədəd kolonka, dəyəri 120 manat olan bir ədəd su qızdırıcı soba(5-minutka), dəyəri 80 manat olan hamam vannası, dəyəri 400 manat olan su çəni, dəyəri 300 manat olan dəmir və s əşyalar, dəyəri 200 manat olan bir ədəd 5 litrlik odun samovarını iddia ərizəsinə əlavə etmişdir. 8. 15.11.2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, iddia tələbində göstərilmiş 6420 manat məbləğində olan əşyalardan başqa, evdə ona məxsus dəyəri 200 mana t olan su qızdırıcı, dəyəri 160 manat olan “Super” markalı televizor, dəyəri 150 manat olan soyuducu, dəyəri 800 manat olan 10 tonluq su çəni, dəyəri 850 manat olan dəmir darvaza, dəyəri 350 manat olan dəmir qapı, dəyəri 400 manat olan iki ədəd çarpayı və dəyəri 300manat olan 3 dəst yorğan və döşək dəstini əlavə edərək, cavabdehdən 9630 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-294/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbi qismən təmin edilmiş, dəymiş maddi zərərin əvəzi olaraq 9.630 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkə məsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) hüquqazidd olmuşdur. Cavabdeh (zərərvuranın) təqsirli olaraq hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olmasının nəticəsində İddiaçı birbaşa ziyan (zərər) yetirilmiş və iddiaçı maddi itkilərə məruz qalmışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1842/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il ta rixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və M.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-294/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni dəymiş maddi zərərin əvəzi olaraq 9.630 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi təmin olunmamışdır.

14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının ta pılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilmə sini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”.

16. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl dir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

18. Kollegiya hesab etmişdir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu, iddia etdiyi kimi göstərilən əşyaların iddiaçıya aid olduğunu və cavabdeh tərəfindən atıldığını sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

19. Kollegiya xüsusilə qeyd etmişdir ki, birinci isntansiya məhkəməsi iş üzrə verilmiş "xxxx" MMC tərəfindən verilmiş QR131 nömrəli qiymətləndirmə rəyini əsas götürərək iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, həmin rəy mövcud olmayan əşyalar barəsində yalnız fotoşəkilllərə əsasən verilmişdir. Bununla belə iş materiallarında olan fotoşəkillərdəki əşyaların həqiqətən iddiaçıya aid olduğu və əvvəllər sözügedən mənzildə yerləşdirildiyi sübut edilməmişdir.

20. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verm əsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

30. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)

31. Zərər dedikdə, hüqu qu pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)

32. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)

33. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlid ir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (maddə 1097.1) Mülki Prossesual Məcəllə

34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

37. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

38. K assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhk əmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1842/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar