Məhkəmə qərarları › İş №2(102)-3818/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3818/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3818/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc, kredit müqaviləsi) 22.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2101/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili xxx oğlu tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq m əhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10800 ABŞ dollarının və 5400 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)7579/2019 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia qismən təmin edilmiş, 10000 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 5000 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2101/2020 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova - sədrlik edən və m əruzəçi, İ.Ə.Kərimlidən və İ.K.Xəlilovdan ibarət tərkibdə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-7579/2019 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxx oğlu kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-2101/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını p ozmuş və düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə olunmuş borc müqaviləsi saxtadır. Tələb olunan 10000 ABŞ dolları məbləğindən 6000 ABŞ dolları xx xxxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş müqavilə ilə xxx adlı şəxslə əvəzləşdirilmiş və həmin müqavilə iddiaçının yaxını olan X4 ilə bağlanmışdır. Apelyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmamış, sorğular verməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və ya vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmçinin məhkəməyə vəkilsiz gələn Cavabdeh məhkəmə prosesi açıldıqdan sonra iclası özbaşına tərk etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM- in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İlk olaraq kasasiya şikayətinin hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, iddia birinci instansiyası məhkəməsi tərəfindən qismən təmin olunmuş, həmin qətnamədən yalnız cavabdeh apelyasiya şikayəti verərək, apelyasiya baxışının hədlərini iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırda da, apelyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessu al hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçıvə Cavabdeh arasında xx xxx 2018-ci il tarixdə borc müqaviləsi bağlanmış və iddiaçı cavabdehə xx xxxxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 12600 ABŞ dolları və 5600 manatborc vermişdir. Borc müqaviləsinin arxa hissəsində əlyazma ilə xx xxxxxx 2018-ci il tarixdə borcalan tərəfindən borcverənə 500 ABŞ dolları, xx xxxxxx 2019-cu il tarixdə 2000 ABŞ dolları qaytarıldığı, qalıq borcun 10000 ABŞ dolları və 5000 manat təşkil etdiyi qeyd olunmuşdur. Həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmələr tərəfindən mübahisə yuxarıda qeyd olunan qaydada həll olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutul mayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apelyasiya instansiyası məhkəməsi qanunveric iliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq hesab etmişdir ki, borclunun öhdəliyini tam icra etməsi ilə bağlı cavabdeh nə birinci, nə də apelyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etmədiyindən cavabdehdən iddiaçının xeyrinə 10000 ABŞ dolları (onun Azərbaycan manatına olan məzənnəsi ilə manatla) və 5000 manat pulun tutulması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Həmçinin iddiaçıya olan borcunun 6000 ABŞ dolları hissəsinin başqa şəxslə əvəzləşdirilməsi və buna görə də həmin borcun onun tərəfindən ödənilməli olmaması ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, öhdəliyin başqa şəxsə verilməsi ilə bağlı tərəflər arasında yazılı müqavilənin bağlanması şərt olduğundan və hazırki işdə də belə bir müqavilənin mövcudluğu cavabdeh tərəfindən sübuta ye tirilmədiyindən onun qeyd olunan dəlili əsassızdır və təmin oluna bilməz. Daha sonra, müqavilənin əslinə apelyasiya məhkəməsi tərəfindən baxış keçirilmiş və onda hər hansı saxtakarlığın edilməsi ilə bağlı şübhələr yaranmamışdır. Əksinə həm apelyasiya, həm də kasasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh müqavilədə göstərilən borcu iddiaçıdan aldığını etiraf etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, qətnamə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olmuşdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh tərəfindən həmin dəlillərlə bağlı işə mahiyyə ti üzrə baxan məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedu rları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiya yeni sübut qəbul etmir. Bu nöqtəyi nəzərdən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətinə əlavə etdiyi X3 və X1 adlı şəxslər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə hüquqi qiymət verilməsini səlahiyyətlərindən xaric olmasını qeyd edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri işin faktiki halları və sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tut araq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cu il tarixli, 2(103)-2101/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar