Məhkəmə qərarları › İş №2(102)-3819/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3819/2019

31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3819/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-xx /18) iddiaçı Cavabdeh «xxxx» ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinin girovdan azad edilməsi və öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ataşova, iş № 2(011)-xx/18) iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və faizlərin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilə iddiası qismən təmin edilərək, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış müqavilə ləğv edilmiş, Cavabdeh 9311, 82 ABŞ dolları əsas, 2546,78 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11858,60 ABŞ dollarının qətnamənin icra olunduğu günə manata məzənnə ilə “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus 2012ci il buraxılışlı, “xx” minik markalı **-zz-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi, qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. İddiaçı Cavabdeh hər iki qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qərardadı ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)xx/18) iddiaçı Cavabdeh «xxxx» ASC-yə qarşı və iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı olan mülki işlər bir icraata birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-xx/18) apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2 018-ci il tarixli qətnaməsi və Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və onun «xxxx» ASCyə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinin girovdan azad edilməsi və öhdəliyə xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanılmış 25.05.2013-cü il tarixli 00/10207/AFS saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh ilə bağlanılmış 25.05.2013-cü il ta rixli 00/10207/AFS saylı kredit müqaviləsinə əsasən hesablanmış 9311.82 ABŞ dolları əsas, 2546.78 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11858.60 ABŞ dolları məbləğində pulun və ödənimiş 31 manat məhkəmə xərcinin cavabdeh Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus 2012-ci il buraxılışlı, Tip.Sedan, Ban: MNTBB7A96D6000489, mühərrik № 984956A, ağ rəngli, XXXX minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunacaq məbləğin «xxxx» ASC-yə olan borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin qətnamənin tam icra olunmasına kifayət etmədikdə qalıq borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar