Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3819/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi ni, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən B.Qasımov, iş 2(007)-956/2019) İddiaçı iddia tələbi təmin edilərək, Cavabdeh 46740 manat məbləğində pulun, iddia qaldırılması üçün vəkilə (nümayəndəyə) ödənilmiş 300 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 47070 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)13994/2019) Cavabdeh tərəfindən veri lmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-956/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansi yası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına g əlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınmas ı və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı satıcı kimi, tərəflər arasında mövcud olmuş müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və əşyanı alıcının mülkiyyətinə vermiş, cavabdeh- alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, öz öhdəliyini yerinə yetirməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 567, 600.1, 546, 387.1, 387.3, 425.1, 427.3, 442, 443.1, 448.1, 194.1, 194.2, 433, 527.1, 528-ci maddələrini tətbiq etmişdir. Apelyasiya məhkməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin ondan aldığı 66740 manat məbləğində yemin dəyərindən 20000 manatını qaytardığı üçün cəmi ona 46740 manat borcunun olduğuna və ödəmədiyə, cavabdeh isə iddiaçıya 46740 manat borcundan 18000 manatının keyfiyyətsiz yemə görə düşdüyü ziyanın əvəzi olaraq “X4” tərəfindən bağışlanıldığına, yəni ona güzəşt edildiyinə və iddiaçıya 28740 manat borcunun qaldığına, həmin pulu da iddiaçının razılığı ilə Şahid3 ödədiyi üçün hazırda heç bir borcunun qalmadığına istinad edir. Birinci instansiya məhkəməsində şahid qism ində dindirilmiş Şahid4 ifadəsində bildirmişdi ki, 2018-ci ilin dekabr ayından “xxxx” MMC-də (Neftçalada yerləşən Yem Zavodu) icraçı direktor vəzifəsində işləyir, Kamalın zavodun debitor borcları siyahısında borcu olduğundan Zavod həmin borcu Kamaldan tələb etmiş, Kamalın zavoda olan borcunun hansısa bir hissəsinin güzəşt edilməsinə dair heç bir mühasibatlıq sənədi mövcud deyildir. Şahid3 ifadəsində bildirmişdi ki, mülki iş üzrə İddiaçı ilə yaxın münasibətləri olub. Kamal bu işlə bağlı ona bildirmişdir ki, o, zavoddan yemi alıb X1 vermişdir. Hal-hazırda isə onun, bununla bağlı zavoda 46740 manat borcu vardır. Calal isə həmin borcu ona qaytarmır. O Kamala Calaldan həmin borcun alınmasında kömək edəcəyini bildirmişdir. Kamal, Calalın mobil telefon nömrəsini ona verərək, həmin 46740 manat p ulu Calaldan almasını xahiş etmişdir. O isə Calalla telefonla danışarkən Calal ona bildirmişdir ki, həmin borcdan 18000 manat hissəsini zavod güzəşt etdiyindən onun Kamala cəmi 28740 manat borcu qalmışdır. O, isə Calala hədə-qorxu gəlmədən həmin 28740 manat pulun ona çatacağanı bildirmişdir. Calal həmin pulu 7 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında, ata tərəfdən uzaq qohumu Murad adlı şəxsə vermişdir. O, isə həmin pulu aldıqdan sonra, maddi ehtiyacları olduğu üçün Kamala qaytarmamışdır. Şahid1 ifadə verərək bildirmişdi ki, Kamalla Qulunu telefon vasitəsi ilə o danışdırmış, həmin vaxt o, Kamalın yanında olmuş, Kamalla Qulunun danışığı belə olmuşdu ki, Qulu Calaldan borcun alınıb Kamala verilməsinə köməklik edəcək, Kamal isə Quluya hörmət edəcək. Kamalla Qulu arasında onların guya şərik olması və Calaldan pulu Kamalın şəriki kimi tələb etməsi barədə heç bir danışıq olmamışdır. Həmin 46740 manat borcun Quluya verilməsi ilə bağlı Kamalla Qulu arasında danışıq olmamışdır. Danışıq olmuşdu ki, Qulu Calaldan tələb edəndən sonra Calal pulu Kamala verməli idi. 7 saylı Cəzaçəkmə müəssisəsindən məhkəməyə təqdim olunmuş xx xxxx 2019-cu il tarixli xx/xx-2288 №-li sorğuya cavab məktubunda qeyd edilmişdi ki, “Məhkum Şahid3 cəza çəkdiyi müddət ərzində Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq görüş və telefon danışıqlarından istifadə etmişdir. Məhkum Şahid3 müəssisədə maraq doğuran bir fiqurant olmadığından onun ətrafında telefon danışıqları izlənilməmişdir. 2018-ci ilin 14 oktyabr tarixində qanunla görüş vaxtı əmisi oğlu vətəndaş X2 və vətəndaş Cavabdeh ilə qısa müddətli görüş baş tutm uşdur. Həmçinin məhkum Şahid3 öz ərizəsi əsasında onun uzun müddətli görüşü qısa müddətli görüşlə əvəz edilmiş və xx xxxxxxx 2018-ci il tarixdə əmisi oğlu vətəndaş X2 və İddiaçı ilə görüş baş tutmuşdur. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə qeyd etmişdir ki, cavabdeh tərəfindən 18000 manat məbləğin güzəşt edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən cavabdehə məhkəmə iclasında dindirilməsi üçün həmin məbləği ona güzəşt etmiş şəxsin adı, soyadı və vəzifəsi göstərilməklə, şahid kimi məhkəmə iclasında iştirakının təmin edilməsi təklif edilsə də, həmin şəxsin şahid kimi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdehin mübahisələndirdiyi 18000 manat hissəsinin cavabdehə X4 tərəfindən güzəşt edilməsi ilə bağlı qeyd etm işdir ki, cavabdeh tərəfindən bu barədə hər hansı mötəbər sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində təqdim edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş Şahid4 ifadəsində onu tanımadığını, hər hansı şəxsin borcuna güzəşt olunmasının Zavodun mühasibatlıq sənədlərində öz əksini tapmalı olmasını, bununla bağlı heç bir mühasibatlıq sənədinin mövcud olmadığını bildirmişdir. Digər tərəfdən apelyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə iddiaçının cavabdehdən öz borcunu tələb etmək hüququnu Şahid3 güzəşt etdiyi sübuta yetirilmir. Cavabdehin iddiaçıya olan borcunu Şahid3 ödəməsi ilə onun iddiaçı qarşısında öhdəliyinə o zaman xitam verilə bilərdi ki, iddiaçı- kreditor ilə üçüncü şəxs arası nda tələbin güzəştinə dair müqavilə bağlanmış olsun. Lakin iş materiallarından müəyyən olunur ki, belə müqavilə mövcud olmamışdır. Bu baxımdan apelyasiya instansiya məhkəməsi öhdəlik münasibətlərinə kreditorun xeyrinə lazımınca icra edilmə nəticəsində xitam verildiyi müəyyən olunmadığı və cavabdehin iddiaçı qarşısından 28740 manat həddində borcunun olmasını düzgün olaraq müəyyən etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət o lmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Ka ssasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3819/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3819/2020
24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver