Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-382/2018 18.01.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 18 yanvar2018-ciil İş№ 2(102)-382/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi ilə, İddiaçının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-946/2017 saylı 24 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyev, iş № 2(006 )-3625/2015) İddiaçının Cavabdehə qarşı «müqavilələrə xitam verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Ş.Vəliyev və E.M.Həsənov, iş № 2(103)946/2017) İddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3625/2015 saylı 24 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçıdan ekspertiza tədqiqatının dəyəri olan 50 manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Göstərilən qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçının Cavabdehə qarşı «müqavilələrə xitam verilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış 07.12.2012-ci il tarixli 37İ/12SU saylı ipoteka müqaviləsinə, 27 avqust 2013-cü il, 17.09.2014-cü il və 08.12.2012-ci il tarixli 37-3/12su saylı kredit müqavilələrinə dair ödəniş cədvəli üzrə yanlış hesablanmış məbləğlərin öhdəlik yerinə yetirildiyindən xitam verilməsi və vurulmuş mənəvi zərərə görə cavabdehdən 50000 (əlli min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya ba xışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 422, 439, MPM-nin 217, 372-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqtərəflər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıM PM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Ap ellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya kredit verilmiş, iddiaçı həmin vəsaiti müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə banka ödənilməmiş borcu qalmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2017-ci il tarixli 23520 nömrəli rəyindən görünür ki, 07.12.2012-ci il tarixli kredit müqaviləsi və ona 08.12.2012-ci il tarixli 2 saylı əlavə, 27.08.2013-cü il tarixli kredit müqaviləsi və ona 1 saylı əlavə, 17.09.2014-cü il tarixli kredit müqaviləsi və ona 2 saylı əlavə müqavilələr üzrə 30.04.2015-ci il tarixə İddiaçı Cavabdeh-yə olan borcu aşağıdak ı kimidir: 08.12.2012-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 13109,54 ABŞ dolları əsas, 1683,48 ABŞ dolları faiz; 17.09.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə 13310,37 ABŞ dolları əsas, 552,82 ABŞ dolları faiz borcu qalmışdır. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən b ir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsivəicramüddətiçatanadəkkredit orunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsiborclununicranıgecikdirməsisayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilm ədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4-cü maddələri). Hazırda iddiaçı Cavabdeh-yə qarşı iddia qaldıraraq ipoteka və kredit müqavilələrin ləğvi, həmçinin ona dəymiş mənəvi ziyan tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 422-ci maddəsinə istinad etmiş və bildirmişdir ki, onun tərəfindən banka olan borc tam şəkildə ödənilmiş, bundan əlavə manatın devalvasiyaya uğramasını şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirərək müqavilənin ləğvini tələb etmişdir. Mülki Məcəllənin 422.1-ci, 422.2-ci maddələrinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tər əfin daşıdığı irəli gəlmir. Normanın məzmunundan görünür ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi o zaman müqavilənin ləğvinə əsas ola bilər ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilməsinlər, müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürsünlər. Tərəflər arasında bağlanmış 08 dekabr 2012-ci il tarixli, 17.09.2014-cü il tarixli əlavə kredit müqaviləsinin 2.5-ci bəndində qeyd olunmuşdur ki, kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. Müqavilənin şərtindən göründüyü kimi pul hansı valyutada alınmışdırsa, o formada da geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegitası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmiş dir ki, Mülki Məcəllənin 422-ci maddəsində təsbit edilən hallar mövcud olmadığından, müqavilələr şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsasına görə ləğv oluna bilməz. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin birinci hissəsi təmin olunmadığından iddianın digər hissəsini təşkil edən mənəvi ziyan tələbi də təmin oluna bilməz və buna görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə də iddianı rədd etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna g örə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-946/2017 saylı 24 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-382/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-382/2018
18.01.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver