Məhkəmə qərarları › İş №2(102)-382/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-382/2019

14.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-382/2019 14.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “14” yanvar 2019-cu il iş №2(102)-382/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Süleymanova Xurman Telman qızının katibliyi ilə, Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim:R.Əliyev; 2(022)73/2018) iddiaçı «X3 A zərbaycan» QSC-nin cavabdehlərlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «X3 Azərbaycan» QSC-nin xeyrinə 07 iyun 2013-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1.745 (bir min yeddi yüz qırx beş) ABŞ dolları 80 (səksən) sent, müqavilə müddətinin sonuna – 07 iyun 2018-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 149 (bir yüz qırx doqquz) ABŞ dolları 31 (otuz bir) sent, cərimə qismində 500 (beş yüz) ABŞ dolları, cəmi 2.395 (iki min üç yüz doxsan beş) ABŞ dolları 11 (on bir) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla,habelə poçt xərci qismində 11 (on bir) manat, dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin bir hissəsinin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulmuş, iddianın qalan hissədə rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza xərcinə görə 50 (əlli) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: K.Bəşirov, K.Əkbərov,Ə.İsmayılov; 2(106)-2317/2018) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 03 may 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı «X3 Azərbaycan» QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət barədə ödənilməmiş əsas borc qismində 1.745 ABŞ dolları 80 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 149 ABŞ dolları 31 sent, cərimə qismində 1.235 ABŞ dolları 19 sent, öhdəliklərini pozduğuna dair borcalana bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci qismində 11 manat və dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 31 manat 40 qəpik manat, cəmi 3.118 ABŞ dolları 18 sent və 42 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 07 iyun 2013-cü il tarixli, 103154 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 18% məbləğində borc faizləri ödəməsi şərti ilə, 5.090 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin eyni tarixdə Cavabdeh2 iddiaçı bank ilə zaminlik müqaviləsi bağlayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə icrasına zaminlik formasında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bununla belə Cavabdeh1 müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə 07 iyun 2013-cü il tarixli, 103154 saylı krediti müqaviləsinə əsasən 27 oktyabr 2017-ci il tarixə əsas borc qismində 1.745 ABŞ dolları 80 sent, faiz borcu qismində isə 149 ABŞ dolları 31 sent borcu yaranmışdır. Eyni zamanda Cavabdeh1 cərimə qismində 1.235 ABŞ dolları 19 sent məbləğində borc hesablanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər göstərilən borc məbləğlərini ödəmədiyinə görə iddiaçı həmin pul vəsaitinin tutulması və digər tələblərlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bu zaman dövlət rüsumunun ödənilməsinə 31 manat 40 qəpik və müqavilə üzrə öhdəliklərini pozduqlarına dair borcalana bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinə 11 manat məbləğində vəsait sərf etmişdir. Buna görə də iddiaçı yuxarıda göstərilən borc məbləğinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış, nəticədə Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinin, 71-ci maddəsinin 1-ci hissəsinin və 127-ci maddəsinin 2-ci hissəsinin tələblərinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsə lələr Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına is tinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən07 iyun 2013-cü il tarixli, 103154 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “X3 Azərbaycan» QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20% məbləğində borc faizləri ödəməsi şərti ilə, 5.090 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 isə zamin qismində üçüncü tərəf kimi müqaviləyə qoş ularaq Cavabdeh1 kredit öhdəliklərinə görə zaminlik formasında birgə məsuliyyəti öz üzərinə götürmüşdür. “X3 Azərbaycan» qapalı səhmdar cəmiyyətinin kredit tərəfindən verilmiş 07 oktyabr 2016-cı il tarixli maliyyət arayışından görünür ki, Cavabdeh1 07 iyun 2013-cü il tarixli, 103154 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 1.745 ABŞ dolları 80 sent, faiz borcu qismində 149 ABŞ dolları 31 sent məbləğində borcu yaranmış və ona borcun ödənilməsinin gecikdirilməsinə görə 1.235 ABŞ dolları 19 sent məbləğində cərimə hesablanmışdır. 19 aprel 2018-ci il tarixli, 6903 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki,Cavabdeh1 07 iyun 2013-cü il tarixli, 103154 saylı kredit müqaviləsi üzrə 07 iyun 2016-ci il tarixə əsas kredit borcu 1.790 ABŞ dolları 82 sent, hesablanmış və ödən ilməmiş faiz borcu 158 ABŞ dolları 59 sent təşkil edir. - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs ( borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Burclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənlə şdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 443.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki,«X3 Azərbaycan» QSC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 5090 ABŞ dolları məbləğində kredit verilməsi və sonuncunun əsas kredit məbləği və kreditdən istifadəyə görə faizlərin ö dənilməsinə dair müqavilə öhdəliklərini lazımınca icra etməyərək iddiaçıya ödənilməmiş 1745.8 ABŞ dolları əsas borc, 149.31 ABŞ dolları faiz borcunun qalması iş materialları ilə sübuta yetirilmişdir. Ona görə də birinci instansiya məhkəməsi «X3 Azərbaycan» QSC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2013cü il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin sonuncu tərəfindən lazımınca icra edilməməsinə dair düzgün nəticəyə gəlmiş və ona görə də iddia tələbinin təmin olunmasına dair qanuni nəticəyə gəlmişdir. Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı hesab edərək onu dəyişdirmədənsaxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əli Rü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar