Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3820/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı-nin vəkil1iştirakı ilə, Cavabdeh1 prosessual hüquq varisi Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)7625/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Ə.Misirzadə) 2(011)-1283/2018 nömrəli, 16 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 28600,09 (iyirmi səkkiz min altı yüz dollar 09 sent) ABŞ dolları məbləğində əsas borc, 4862,02 (dörd min səkkiz yüz altmış iki dollar 02 sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 33462,11 (otuz üç min dörd yüz altmış iki dollar 11 sent) ABŞ dolları məbləğində Azərbaycan manatı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı-yə ödənilməsi, tutmanın Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 81000 (səksən bir min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən cəmi ödəniş gününə qüvvədə olan məzənnə ilə 33 462,11 (otıız üç min dörd yüz altmış iki dollar 11 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı-yə ödənilməsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzili satıldıqdan 1 (bir) ay sonra mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh2 və X1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh2 və X1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və N.Ş.Cəfərov) 2(103)-7625/2018 nömrəli, 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(011)-1283/2018 saylı qətnaməsi Cavabdeh2 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28601 ABŞ dolları məbləğində əsas borcun, 5287 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 33888 ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmla kın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin tutulub iddiaçı İddiaçı-yə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə bank arasında bağlanmış 10.09.2015-ci il tarixli 6151 F nömrəli, kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı-yə ödəniolməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 prosessual hüquq vari si Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7625/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı-nin vəkili Bədəlov Emil Nizami oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məl umatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-7625/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cava bdeh1 arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 18 faiz ödəmək şərtilə 48 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.09.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 3 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan: Məhkəmə Ekspertiza Mərkəzinin 19 fevral 2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 18.11.2016-cı il tarixli kredit müqaviləsi üzrə banka olan borcu 28600,09 ABŞ dolları əsas borc, 4862,02 ABŞ dolları faiz borcu təşkil edir. “xxxx” MMC-nin 13.04.2017-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri,ünvan 1 mənzil 81000 manat məbləğində qiymətləndirilmişdir. Ölüm haqqında şəh adətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 25.12.2016-cı il tarixdə ölmüşdür. Cavabdeh1 25.12.2016-cı il tarixdə ölməsi ilə əlaqədar, Cavabdeh2, X2 birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq varisliyi üzrə cavabdehlər qismində işə cəlb olunmuşlar. Bakı şəhər 6 saylı notariat Kontoru tərəfindən təqdim edilmiş ipoteka müqaviləsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanda Cavabdeh2 və X2 daimi qeydiyyatdadırlar. Notariat kontoruna həmçinin mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin ərizələri də təqdim edilmişdir. Cavabdeh2 ərizə ünvanlayaraq göstərmişdir ki, girova qoyulmuş əmlakın ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərts iz tərk edəcək. Bununla da təsdiq edilir ki, Cavabdeh2 sözgedən mənzildə yaşamış və bu səbəbdən də mənzil satıldıqda tərk edəcəyinə söz vermişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərlə bağlı qeyd etmişdir ki, icraatın dayandırılması barədə vəsatətin məzmunundan belə nəticə çıxır ki, Cavabdeh2 miras əmlakı qəbul etməkdə niyyətli olsa da, miras qoyanın borcu olduğundan digər vərəsə ilə vərəsəliklə bağlı mübahisə yaranmış və vərəsəliyi nə o, nə də gəlni qəbul etmir. Bununla da məlum olur ki, vərəsə miras aktivlərini, yəni, miras qoyanın hüquqlarını qəbul etməkdə niyyətlidir, lakin onun vəzifələrini – miras passivlərini qəbul etmir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, belə halın olması özü özlüyündə yolverilməzdir. Belə ki, bir hüquq digər bir şəxsin vəzi fələrinin yaranması əsasıdır. Vəzifələrin icra edilməməsi isə hüquqların pozulması ilə nəticələnir. Yəni, mərhum Cavabdeh1 miras passivlərinin qəbul edilməməsi – yəni ondan qalmış vəzifələrin icra edilməməsi hazırki iş üzrə iddiaçı olan İddiaçı-in hüquqlarının əhəmiyyətli şəkildə pozulması ilə nəticələnə bilər. Bundan başqa, Cavabdeh2 vəsatətdə göstərdiyi şəkildə vərəsəliyi qəbul etməməsi-imtinası barədə məhkəməyə heç bir sübut da təqdim etmir. Belə ki, vərəsəliyin qəbul edilməməsinin həmin vərəsə tərəfindən müvafiq notariat kontorunda miras payından imtina ilə bağlı ərizə təqdim edilməklə bəyan edilməsi qaydası qanunla nəzərdə tutulmuşdur. Buna görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh2 miras əmlakdan imtina etməmiş, əksinə onu faktiki olaraq qəb ul etmiş, lakin rəsmi qəbulu onun mövqeyinə görə tərlər arasında mübahisə olması səbəbdin mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 mirasla bağlı məqsədləri, vərəsəliyi qəbul etsə də, miras qoyanın yalnız hüquqlarını qəbul etmək, vəzifələrinə gəldikdə isə- borcunun ödəməmək və bütün qalan öhdəliyi digər vərəsəyə həvalə etmək xarakteri daşıyır. Bu isə, öhdəliklərin icrasından yayınma kimi qiymətləndirilməlidir. Beləliklə, işdə olan sənədlərdən də məlum olur ki, Cavabdeh2 miras əmlak olan mənzildə yaşayır, bu barədə notariat kontoruna ərizə vermişdir. Cavabdeh2 başqa yaşayış yerinin olması, hansısa başqa ünvanda yaşaması barədə də heç bir sübut təqdim etməmişdir. Beləliklə, Cavabdeh2 miras aktivini – miras qoyanın hüquqlarını qəbul etmişd ir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 digər vərəsələr ilə birlikdə həm miras əmlakdan faktiki olaraq və fasiləsiz istifadə edir. Belə olan halda, miras hər iki vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Azərbaycan Respublikası MM-1243.2. maddə) Hər iki vərəsə mirasa faktiki olaraq sahiblik etdiyi üçün mirası tamamilə qəbul etmişdir. (Azərbaycan Respublikası MM-1243.3.). Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. İş materiallarından məlum olur ki, hazırki mübahisə üzrə vərəsəlik işi 23 fevral 2017-ci il tarixdə açılmışdır. Vərəsələr mirasın açılması üçün müəyyən hərəkətlər etmiş, v ərəsələr tərəfindən edilmiş bütün bu hərəkətlər məhz vərəsəlik haqqında şəhadətnamə əldə etməsi məqsədi daşımışdır. Lakin vərəsəlik haqqında şəhadətnamə verilməyə hazır vəziyyətə gəldikdə isə aşkar şəkildə hərəkətsizlik edilərək şəhadətnamənin əldə edilməsi üçün müraciət edilməmişdir. Belə ki, şəhadətnamənin əldə edilməsi müəyyən ödəliklərin əldə edilməsi ilə nəticələnə biləcəyi üçün bu hərəkətsizlik edilmişdir. Hər bir halda, miras tamamilə vərəsələr tərəfindən faktiki və aşkar şəkildə qəbul edildiyi üçün məhkəmə kollegiyası vərəsələrin bu hərəkətləri ilə bağlı araşdırma aparılmasına zərurət görməmişdir. Bununla da vərəsəlik haqqında şəhadətnamənin əldə edilib edilməməsinin hazırki vəziyyətdə heç bir əhəmiyyəti qalmamışdır. Göründüyü kimi Cavabdeh1 anası Cavabdeh2, arvadı X2 və azyaşlı oğ lu X3 mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hərəkətlər edərək, miras əmlakı qəbul etmişlər. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinci növbəli vərəsələrdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladhğa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə fakt ik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd olunan Məcəllənin 1322-ci maddəsinə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir Adıçəkilən Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Sözügedən Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mü tənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş üzrə keçirilmiş ekspertiza nəticərində məlum olur ki, mərhumun borcu vərəsələr tərəfindən qəbul edilmiş miras həddini aşmır. Belə ki, borc 33462 ABŞ dolları manat təşkil edir, miras əmlakın dəyəri isə miras qalmış mənzil - 81000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, d övlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi i sə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka s axlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququ na malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. İşə baxan məhkəmələr də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq yaranmış kredit borcunun tutulması və bunun təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə dair tələbi əsaslı olaraq təmin etmişdir. Belə ki, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər edilməmişd ir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Buna görə məhkəmə əsaslı olaraq yaşayış sahəsi açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılmayacağı təqdirdə məcburi qaydada boşaldılmasına dair tələbi təmin etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıld ıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7625/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 prosessual hüquq varisi Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7625/2018 nömrəli iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3820/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3820/2019
31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver