Məhkəmə qərarları › İş №2(102)-3821/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3821/2019

19.08.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3821/2019 19.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh4 və onun vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı və Cavabdeh4 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12918/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Ba kı şəhəri Səbail rayon məhkəməsinin (hakim Mədinə Bağırova) 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 2 evin 99 saylı mənzilinin 100000 manat satış qiyməti ilə hərraca çıxarılmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pulun mülkiyyətçilər arasında paylarına mütənasib surətdə (hər birinə 1/5 hissədə) bölüşdürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın hər bir cavabdehdən 50 manat olmaqla tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Elnur Həsənov sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətn aməsi “Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilin 100000 manat satış qiyməti ilə hərraca çıxarılması” hissəsində dəyişdirilərək mənzilin ilkin satış qiyməti 82000 manat məbləğində müəyyən eddilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 99 saylı 1 otaqlı mənzilin paylarına uyğun naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehlərin paylı mülkiyyətin ümumi dəyərinə görə kompensasiya ödəmələri, kompensasiya ödəmədikləri halda mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1-ci, 213-cü və 220-ci maddələrinə, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarına istinadla əsaslandıraraq göstərmişdir ki, ünvan 2 evin 99 saylı ünvanda yerləşən 1 (bir) otaqlı mənzil mərhum atalarından miras qalmış, cavabdehlərdən Cavabdeh4 ögey bacısı olmaqla bu barədə atasının vəfatınadək məlumatı olmamış, atası vəfat etdikdən sonra ögey bacısı məhkəməyə müraciət edərək miras əmlaka vərəsəliyini müəyyən etdirmiş və həmin mənzilə köçürülmüşdür. 20 kvadrat metr yaşayış sahəsindən ibarət mübahisəli mənzildə 5 nəfər mülkiyyətçinin birlikdə yaşaması, hə mçinin həmin mənzilin naturada paylara uyğun bölünməsi mümkün deyildir, sonuncu hal ekspert rəyi ilə də müəyyən edilmişdir. Ona görə də mənzil hərrac yolu ilə satılmalıdır. Mənzilin bazar qiyməti 115000 manatdır və o, payına düşən 23000 manatı digər vərəsələrdən istəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsinin qismən-mənzilin 82000 manat qiymətlə hərraca çıxarılması hissəsində ləğv edilməsini, mənzilin real dəyərinə uyğun, yəni ekspertiza rəyi ilə müəyyən edilmiş 100000 manat qiymətlə hərraca çıxarılması, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pulun pa ylı mülkiyyətçilər-onun (iddiaçının), Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X1 arasında paylara mütənasib surətdə (l/5 hissədə) bölünməsi, yaxud da cavabdehlərin payına uyğun olaraq 20000 manat pulun ona ödəmələri barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə görə apellyasiya instansiyası məhkəməsi mənzilin ilkin satış qiymətinin 82000 manat müəyyən edilməsi ilə səhv nəticəyə gəlmişdir. Mübahisəli mənzilin satış qiymətinin yuxarıda qeyd olunan qaydada müəyyən edən məhkəmə nə qanuna, nə də ki məntiqə əsaslanmamışdır. Çünki həmin qiymətin alınması üçün məhkəmə mənzilin qiyməti barədə əvvəlki mübahisələrlə əlaqədar alınmış rəylərə istinad etmiş və göstərmişdir ki, tərəflər arasında əvvəlki mübahisələrə baxılarkən alınmış 05 aprel 2013cü il tarixli ekspert rəyinə əsasən mənzilin bazar dəyəri 60000 manat, 15 sentyabr 2014-cü il tarixli ekspert rəyinə əsasən 75000 manat, 29 aprel 2016-cı il tarixli ekspert rəyinə əsasən 96000 manat, hazırkı iş üzrə mübahisəyə baxılarkın isə 100000 manat qiymətləndirilmişdir. Ona görə də məhkəmə həmin qiymətləri toplayaraq 4-ə bölməklə mənzilin satış qiymətinin orta həddə daha uyğun olduğu qənaətinə gəlmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, mənzilin hazırkı vaxtda hərracda satışa çıxarılmasından söhbət gedirsə, 6 il və 5 il bundan əvvəl müəyyən edilmiş qiymət deyil, ekspert rəyi ilə müəyyən edilmiş hazırkı real qiymət olan 100000 manat götürülməlidir. Məhkəmə tərəfindən ekspert rəyinin şübhə altına alınması üçün heç bir əsas olmamışdır. Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası nın 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2424/2015 nömrəli 19 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq olunur ki, iddiaçılar İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 qarşı "mübahisəli mənzilin paylara uyğun naturada bölünməsi, naturada bölünə bilmədikdə cavabdehlərin paylı mülkiyyətinə uyğun kompensasiya ödəməsi, kompensasiya ödəmədiyi halda mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyə tçiləri arasında onların paylarına mütanasib surətdə bölüşdürülməsi tələbinə dair" iddia tələbləri üzrə işə baxılmış, ididaçılar iddiadan imtina etdiklərinə görə həmin iş üzrə icraata xitam verilmişdir. Beləliklə də eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Ona görə də hazırkı iş Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli idi. İş materiallarında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı eyni predmet barəsind və eyni əsaslar üzrə iddiası ilə bağlı mülki işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyasının iddia ərizəsinin baxılmamış saxlanılması haqqında 03 noyabr 2017-ci il tarixli qərardadı vardır ki, bu fakt da da hazırkı işə baxılmas ını istisna edir. Göstərilənlərə baxmayaraq apellyasiya məhkəməsi işin hallarını və bununla bağlı qanunvericiliyin imperativ normalarını nəzərə almadan, prosessual nüquq normalarının pozulması ilə işə baxmış və əsassız qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil2 iddiaçı təərfin kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh Cavabdeh4 kassasiya şikayətini təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh4 və onun vəkili Vəkil1 qızı iddiaçı tərəfin kassasiya şikayətinin əsassız olduğunu göstərərək təmin edilməməsini, özlərinin kassasiya şikayətinin isə təmin edələrək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh1 və Cavabde h3 nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərinindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67ci maddəsinə əsasən onlların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, İddiaçı və onun vəkili Vəkil2, cavabdeh Cavabdeh4 və onun vəkili Vəkil1 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə İdd iaçı kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənzilin hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməli, Cavabdeh4 kassasiya şikayəti isə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 26/32 saylı evin yaşayış sahəsi 20,82 kvadrat metr, yardımçı sahəsi 14 kvadrat metr, ümumi sahəsi 34,82 kvadrat metr olan 1 otaqdan ibarət 99 saylı mənzili 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh4, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh2, 1/5 hissədə Cavabdeh3 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməs i Mülki Kollegiyasının iş materiallarına əlavə olunmuş 19 iyun 2015-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, hazırkı işdə iddiaçı qismində çıxış edən İddiaçı, eləcə də cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 digər Cavabdeh4 qarşı “mənzilin paylara uyğun naturada bölünməsi, naturada bölünə bilmədikdə paylı mülkiyyətin ümumi dəyərinə görə kompensasiya ödənilməsi, kompensasiya ödənilmədiyi halda mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə) müraciət etmiş, məhkəmənin 14 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, sözügedən mənzilin açıq hərracdan satılması, satışdan əldə edilimş pulun tərəflə r arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli qətnaməsi ilə isə Cavabdeh4 apellyasiya şikayəti təmin edilərək Səbail Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmiş, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılaraq Cavabdeh4 tərəfindən iddiaçıların hər birinə 15000 manat olmaqla, cəmi 60000 manat kompensasiya ödənilməklə onların həmin mənzilə dair paylı mülkiyyət hüquqlarına xitam verilməsi qət olunmuşdur. Həmin qərarla həmçinin müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli qətnaməsindən iddiaçılar (İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) kassasiya şikayəti vermiş, işə kassasiya icraatı qaydasında baxılarkən onlar iddia tələblərindən imtina etmiş, k assasiya instansiyası məhkəməsi tərəfindən imtina qəbul edilərək, iş üzrə apellyasiya instansiyasının yuxarıda qeyd edilən qətnaməsi iddiaçıların iddia tələblərindən imtina etmələri əsasına görə ləğv edilmiş, iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir; kassasiya instansiyası məhkəməsi eyni zamanda Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərini işdə iştirak edən şəxslərə izah etməklə qeyd etmişdir ki, onlar hazırki mübahisə predmeti haqqında və hazırki əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edə bilməzlər. İşin müəyyən olunmuş və mübahisələndirilməyən digər hallarına əsasən, daha sonra İddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçilərini cavabdeh qismində göstərdiyi iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmiş, həmi n məhkəmənin 21 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, mübahisəsi gedən mənzilin 96000 manat satış qiyməti ilə hərraca çıxarılmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pulun mülkiyyətçilər arasında onların paylarına (1/5 hissədə) mütənasib surətdə bölüşdürülməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qərardadı ilə isə Səbail rayon məhkəməsinin həmin qətnaməsindən Cavabdeh4 vermiş olduğu apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmışdır; işə təkrar apellyasiya qaydasında baxılarkən İddiaçı iddia ərizəsini imzalamadığı müəyyən edildiyindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış (Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərardadına əsasən), sözügedən qərardad kassasiya instansiyası tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qərarına əsasən). Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçi rilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haq qında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə a yrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə görə isə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddə alarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın mə hkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticə lərə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Mülki qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə almaqla və həmçinin Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyi də əsas götürməklə apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisəsi gedən mənzilin hərraca çıxarılmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş pulun mülkiyyətçilər arasında paylarına (hər birinə 1/5 hissədə) mütənasib surətdə bölüşdürülməsi barədə gəlmiş olduğu nəticə düzgün olmuşdur. Belə ki, çoxmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 34,82 kvadrat metr, yaşayış sahəsi 20,82 kvadrat metr olan bir otaqlı mənzilin 5 nəfər arasında naturada bölünməsinin mümkünsüz olduğu qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir və tərəflərin mübahisələndirmədikləri haldır. İşə baxılarkən də tərəflə rin birinin digər(lər)inə, yaxud digərlərinin birinə kompensasiya vermələri yolu ilə paylı mülkiyyətçiliyə xitam verilməsi üçün onlar arasında razılaşma əldə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi daha sonra hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin predmeti olan mənzilin satış qiymətinin 100000 manat müəyyən edilməsi əsaslı olmamış, həmin məsələnin həlli üçün tərəflər arasındakı əvvəlki mübahisələrə baxılarkən verilmiş 05 aprel 2013-cü il, 15 sentyabr 2014cü il və 29 aprel 2016-cı il tarixli ekspert rəylərinin də nəzərə alınmaması ilə məhkəmə səhvə yol vermişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə mənzil bazarında son illər qiymətlərin azalma tendensiyası göstərməsi hamıya bəlli olan hal olduğuna görə həmin rəylər də nəzərə alınmaqla 4 rəydə gös tərilən qiymətlərin orta həddinə uyğun rəqəm kimi mənzilin satış qiymətinin 82000 manat müəyyən olunmalıır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən 26/32 ünvanda yerləşən bir otaqlı mənzilin 5 nəfər mülkiyyətçi arasında naturada bölünməsinin, payların mənzilə tənasübsüz zərər vurmadan ayrılmasının mümkünsüz olması, mülkiyyətçilərdən birinin digər(lər)inə, yaxud digərlərinin birinə kompensasiya vermələri yolu ilə paylı mülkiyyətə xitam verilməsi, üçün onlar arasında razılaşma əldə olunmaması, ona görə də mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 215.2, 215.4, 220.1-220.2, 220.3-220.5 və 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarına istinad etməklə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mübahisənin predmeti olan mənzilin satış qiymətini müəyyən edərkən tərəflər arasında əvvəllər olmuş mübahisələrlə əlaqədar baxılmış işlər üzrə alınmış ekspert rəylərinə istinad etməsi və bunun son illər mənzil bazarında qiymətl ərin azalma istiqamətində olmasının hər kəs tərəfindən bilinən hal olması ilə əsaslandırmasını məhkəmə kollegiyası qəbul etmir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi rəylər 05 aprel 2013-cü il, 15 sentyabr 2014-cü il, 29 aprel 2016-cı il tarixlərdə verilmiş, həmin vaxtdan kifayət qədər uzun müddət keçmiş, bu müddət ərzində daşınmaz əmlak bazarında mənzillərin qiymətinin azalan xətt üzrə olmasını təsdiq edən hər hansı sübut iş materiallarında aşkar edilməmişdir. Məhkəmənin qeyd etdiyi kimi daşınmaz əmlak bazarında qiymətlərin isə hamıya bəlli olan deyil, əksinə mütəxəssis tərəfindən müəyyən edilən, yaxud rəsmi sənədlərdə öz təsdiqini tapan haldır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflə rin ümumi mülkiyyətində olan “Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilin 82000 manat satış qiyməti ilə hərraca çıxarılması” hissəsində dəyişdirilərək mənzilin ilkin satış qiyməti 100000 manat məbləğində müəyyən edilməli, bu baxımdan da İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Cavabdeh4 kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri eyni olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə haqlı olaraq bu qənaətə gəlmişdir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün prosessual əsaslar yoxdur. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, Cavabdeh4 kassasiya ş ikayəti təmin edilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12918/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi ümumi (paylı) mülkiyyətdə olan “Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 26/32 saylı evin 99 saylı mənzilin 82000 manat satış qiyməti ilə hərraca çıxarılması” hissəsində dəyişdirilərək həmin mənzilin açıq hərracda satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməklə dəyişdirilsin. İddiaçı kassasiya şikayətinə əsasən qətnamə qalan hissədə dəyişdirilməsin. Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar