Məhkəmə qərarları › İş №2(102)-3821/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3821/2023

09.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3821/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin ("xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Q Ə R A R D A Dİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı İKB ASC-nin ("xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9/2023 nömrəli, 26 may 2023-cü il tarixli qətnaməsindən C avabdeh2 kassasiya şikayətinə 09 oktyabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İKB ASC ("xxxx" ASC) iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 9-cu dalanda yerləşən 2 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, həmin şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-7841/2018 saylı, xx.xx.2018 tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı İKB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Y asamal rayonu, Zərgərpalan küçəsi,dalan 9 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaqla yaşayış evi boşaldılalaraq, İddiaçı İKB ASC-yə təhvil verilməsi qət edilmişdir. (hakim Təhminə Xəlilova) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9/2023 nömrəli, 26 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-7841/2018 saylı, xx.xx.2018 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasi ya şikayətinin dəlilləri

5. Cavabdeh2 (vəkili Vəkil) qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) Kassasiya şikayətinə qarşı etiraz

6. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Lakin iddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədri elektron məhkəmə sistemi vasitəsilə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, Bankla cavabdehlər arasında razılıq əldə edildiyini, mübahisənin məhkəmədən kənar qaydada həll olunduğunu, mübahisədə adı keçən evin nisyə alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satıldığın göstərmiş, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndəril ən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin normalarına (MPM, 52.1, 52.5, 191.1) əsasən hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir.

8. İddiaçının iddiadan imtina etməsi barədə ərizəsinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata MPM-in 261.0.4-cü maddəsinə uyğun olaraq xitam verilməlidir.

9. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi ilə yanaşı, onu da izah edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

10. Yuxarıda göstərilənləri və MPM-in 417.1.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin iddia tələbindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9/2023 nömrəli, 26 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar