Məhkəmə qərarları › İş №2(102)-3822/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3822/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3822/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının ləğvedicisi xtərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Kommersiya Bankının ləğvedicisi xcavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırara q Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli, xsaylı kredit müqaviləsi üzrə 22.097 manat 43 qəpik əsas borcun, 9085 manat 78 qəpik faiz borcunun, 9861 manat 54 qəpikcərimə borcu, 3103 manat 77 qəpik borcun gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz məbləği olmaqla cəmi 44.148 manat 52 qəpik pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq Ləğv prosesində olan QSC “xxxx” KB-nın xeyrinə tutulması, tutmanın QSC “xxxx” KB-nın qarşısında ipoteka ilə yüklü edilmiş “X1 Rover” markalı, qara metal rəngli, ban xolan **-XK-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)-4639/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada QSC “Bank Standart” KB-nın xeyrinə 22097.43 (iyirmi iki min doxsan yeddi manat qırx üç qəpik) manat əsas borcu, 9085.78 (doxsan min səksən beş manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 986 (doqquz səkkən altı) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 310 (üç yüz on) manat illik faiz məbləği olmaqla cəmi 32479.21 manat pul vəsaitinin tutulması, tutma Cavabdeh1 mülkiyyətində olan və banka ipoteka qoyulmuş ipoteka predmeti olan “X1 Rover” minik markalı, qara rəngli, ban xolan **-XK-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Bank Standart” KB-nin xeyrinə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(006)4639/2018 nömrəli qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, əsas borcun məbləğinin 21.052,93 (iyirmi bir min əlli iki manat doxsan üç qəpik) manat, faiz borcun məbləğinin 1.210,54 (min iki yüz on manat əlli dörd qəpik) manat, əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz məbləğinin cəminin isə 23559,47 (iyirmi üç min beş yüz əlli doqquz manat qırx yeddi qəpik) manat müəyyən edilməsi, qətnamənin Cavabdeh1 apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəy işdirilmədən saxlanılması, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza xərci - 145(yüz qırx beş) manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İdiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağ ıdakıları müəyyən etmişdir. İddiaçı xx xxxx 2013-cü il tarixli xsaylı kredit və Bank hesabı müqaviləsinə Cavabdeh1 Əlibala oğluna 24 ay müddətinə illik 18 % ödəmək şərti ilə 88900 (səksən səkkiz min doqquz yüz) manat kredit vermişdir. “X1 Rover” markalı, **-XK-*** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilərək bankın tələb hüququna təminat verilmişdir. Cavabdehlər tərəfindən öhdəliyin icrası gecikdirilmişdir. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 14708 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən GSC “Bank Standart” KBdan alınmış kredit vəsaiti üzrə xx.xx.2015-ci il tarixə banka ödənilməli olan borcu ümumilikdə 22.263,47 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 21.052,93 manat; faiz borcu üzrə 1.210,54 ma nat. xx.xx.2013-cü il tarixli xsaylı kedit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla QSC “Bank Standart” KB-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 21.052,93 manat; faiz borcu üzrə 4.502,99 manat borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəl lənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas və faiz borcunun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, əsas borcun 22097,43 manat, faiz borcunun isə 9085,78 manat olduğunu əsas götürmüş, cəriməni və gecikdirilmiş vaxt üçün hesablanmış faizi (cəriməni) isə azaldaraq cəmi 32479, 21 manatın tutulmasını qət etmişdir. Cərimənin və gecikdirilmiş vaxt üçün tələb edilən faizin (cərimənin) azaldılmasını iddiaçı mübahisələndirməmişdir. Ona görə də qətnamə Cavabdeh1 şi kayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 14708 saylı rəyi ilə Cavabdeh1 müqavilə müddətinin bitdiyi tarixə 1210,54 manat faiz, xx.xx.2018-ci il tarixə isə 21.052,93 manat əsas borcunun olduğu müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin borc məbləğlərinə dair mühasibatlıq sahəsində ixtisaslı şəxslərin rəyi əsasında nəticəyə gəldiyini nəzərə alaraq onun mövqeyi ilə razılaşır və bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar