Məhkəmə qərarları › İş №2(102)-3823/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3823/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3823/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3823/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(103)1417/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh2 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 04 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.A.Əsədova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, lizinq verən Cavabdeh2 ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli “Daxili maliyyə lizinqi müqaviləsi”nə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş v ə onun ərizəsi əsasında alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öz üzərinə götürüb. Lizinq obyekti Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, sahəsi 123,5 kv.metr olan 108 “A” saylı fərdi yaşayış evi olub. Eyni zamanda Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 108 “A” saylı fərdi yaşayış evini 120.000 manata satıcıya satıb. Həmçinin, Cavabdeh1lə İddiaçı arasında 27 oktyabr 2010-cu il tarixdə rəsmi nikah əsasında ailə qurublar. Son radan İddiaçı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı “lizinq müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırıb və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilib. Həmin qətnamə ilə müəyyən edilir ki, İddiaçı 02 sentyabr 2014-cü il tarixli ərizəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 108 “A” saylı fərdi yaşayış evinin satılmasına yazılı razılıq verib. Hər hansı bir əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Cavabdeh2 sözügedən müqaviləni 2014-cü il tarixdə bağladığı halda, həmin ə qdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş bir illik müddəti ötürüb. Həmçinin, İddiaçı sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına yazılı razılıq verib. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından və İddiaçı qanunla müəyyən edilmiş bir illik müddəti ötürməklə hazırki iddia ilə məhkəməyə müraciət etdiyindən iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 337.1337.4, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin v ə ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Bakı şəhəri 31 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsi Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə raz ılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, lizinq verən Cavabdeh2 ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli “Daxili maliyyə lizinqi müqaviləsi”nə əsasən lizinq verən lizinq alan tərəfindən seçilib və onun ərizəsi əsasında alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öz üzərinə götürüb. Lizinq obyekti Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, sahəsi 123,5 kv.metr olan 108 “A” saylı fərdi yaşayış evi olub. Həmçinin Cavabdeh1lə Cavabdeh2 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən 108 “A” saylı fərdi yaşayış evini satıcıya 120.000 ma nata satıb. Həmçinin, Cavabdeh1 27 oktyabr 2010-cu il tarixdə rəsmi nikah əsasında İddiaçı ilə ailə qurub. Bundan sonra, İddiaçı məhkəmədə Cavabdeh2 və əri Cavabdeh1 qarşı “lizinq müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırıb və Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilib. Həmin qətnamə ilə müəyyən olunur ki, İddiaçı 02 sentyabr 2014-cü il tarixli ərizə ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 108 “A” saylı fərdi yaşayış evinin satılmasına yazılı razılıq verib. Mülki Məcəllənin 337.1-337.4-cü maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquq i əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, sözügedən müqavilə 04 sentyabr 2014-cü il tarixdə bağlanıldığı halda, iddiaçı qanunla müəyyən edilmiş bir illik kəsici müddəti ötürməklə məhkəməyə 18 fevral 2020-ci il tarixdə müraciət edib. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, mar aqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bundan başqa, işin faktiki hallarından görünür ki, İddiaçı hazırda mübahisələndirdiyi alqı-satqı müqaviləsinin bağlanmasına 02 sentyabr 2014-cü il tarixdə yazılı razılıq verib. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşmayıb, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından və onun tərəfindən qanunla müəyyən edilmiş bir illik müddət ötürüldüyündən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəli b və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2014-cü il tarixli müqavilənin bağlanmasından iddiaçının məlumatsız olması və bu barədə yalnız 15 iyul 2019-cu il tarixdə icra məmuru vasitəsilə xəbər tutması, mülki iş materialları ilə təkzib olunur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi digər dəlillərinə apellyasiya instansi yası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(103)-1417/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar