Məhkəmə qərarları › İş №2(102)-3824/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3824/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3824/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3824/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)1854/2021 saylı qətnaməsindən iddiaçı “LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh1 29 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 500.000 manat əsas, 160.111,08 manat faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 70.833,33 manat faiz, cəmi 730.944,41 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh1 LPO İddiaçı ASC qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 24 oktyabr 2012-ci il tarixli kredit müqa viləsi ilə ayrılmış 5.000.000 manat pulun, 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi ilə ayrılmış 5.000.000 manat əsas borcun və həmin məbləğin faiz borcunun İddiaçı ASC ödənilmiş hesab edilməsi, ondan qəbul edilmiş 11.890.000 manat əsas və faiz borcunun Əmanətlərin Sığortalanması Fondu tərəfindən Mərkəzi Banka ödənilməsi və ona məxsus ipoteka predmeti olan ünvan 1 ünvanda 0,01753 ha torpaq sahəsində yerləşən 430 kv.metr fərdi yaşayış evinin, ünvan 2 ünvanında 0.02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.metr fərdi yaşayış evinin, "xxxx" MMC mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanda olan 1.645 ha torpaq sahəsində yerləşən 4.594.3 kv.metr əmlak kompleksinin Mərkəzi Bankın yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Qarşılıqlı iddia icraata qəbul edil mişdir. Həmçinin LPO İddiaçı ASC-ti "xxxx" MMC qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-dən 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, müddət sonuna hesablanmış 399.999,97 manat faiz, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 390.590 manat faiz, 782.775,73 manat cərimə, cəmi 6.573.365,57 manat kredit borcunun tutulub LPO İddiaçı ASC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qərardadı ilə "xxxx" MMC “mülki işlərin bir icraata birləşdirilməsi barədə” vəsatəti təmin edilərək, məhkəmənin icraatında olan LPO İddiaçı ASC "xxxx" MMC qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” iddiasına dair e-2-2(82 )-729/2019 saylı və LPO İddiaçı ASC Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, Cavabdeh1 LPO İddiaçı ASC qarşı “kredit borcunun ödənilmiş hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı 2(001)-2927/2019 saylı mülki iş bir icraata birləşdirilərək, baxılması üçün Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə göndərilib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 LPO İddiaçı ASC qarşı “kredit borcunun ödənilmiş hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi” tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlanılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.V.Abdıyev) iddia tələbləri rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında kredit müqavilələrinə əsasən öhdəlik hüquq münasibətləri əmələ gəlib. Həmin müqavilələr üzrə Cavabdeh1 öhdəliklərin icrası qaydasında banka 29 yanvar 2016-cı ildə 2.040.000 manat və 1.250.000 manat, 10 fevral 2016-cı ildə 1.800.000 manat, 06 iyun 2016-cı ildə 1.500.000 manat, cəmi 6.590.000,0 manat, habelə bankın etiraf etdiyi qəbzlərdə (400.000 manat, 986.666,7 manat və 4.500.000 manat, cəmi 5,886.666,70 manat) göstərilən məbləğlər nəzərə alınmaqla ümumilikdə 12.476.666,70 manat ödəniş edib. Bu hal, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq və sənədlərin texniki ekspertizalarına dair rəylərlə də təsdiq olunur. Ona görə də iddia rədd olunmalıdır. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini haz ırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məh kəmə iclasında iddiaçı LPO "xxxx" ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh1 vəkili Şahbaz Kərimov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar Cavabdeh1, "xxxx" MMC-ti və üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi M ülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun ri sk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğu ndan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul etməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən “X3” MMC mal-materialların alınması üçün illik 8 faizlə 27 sentyabr 2015-ci il tarixədək 5.000.000 manat kredit verib. Həmin müqaviləni “X3” MMC adından Cavabdeh1 imzalayıb və müqavilə üzrə müəyyən edilmiş 5.000.000 manat kredit bir neçə ay ərzində hissə-hissə onun tərəfindən məxaric edilib. Tərəflər arasında bağlanmış 27 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən digər şərtlər qüvvədə qalmaqla, 24 oktyabr 2012-ci il tarixli müqavilə üzrə verilmiş 5.000.000 manat kreditin ödəniş müddəti 27 oktyabr 2017-ci il tarixədək uzadılıb. Eyni zamanda, 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə ə sasən iddiaçı tərəfindən Cavabdeh1 mal-materialların alınması üçün illik 8 faiz ödəmək şərti ilə 5.000.000 manat kredit verilib. Həmin müqavilə Cavabdeh1 tərəfindən imzalanıb və müqavilə üzrə müəyyən edilmiş 5.000.000 manat kredit 29 dekabr 2012-ci il tarixdə onun tərəfindən məxaric edilib. Hazırda iddiaçı, cavabdehlərin ötən dövr ərzində hər iki müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilmədiyini, 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi iki dəfə, yəni 29 dekabr 2014-cü il tarixdə 400.000 manat, 17 iyun 2016-cı il tarixdə 1.000.000 manat ödənişin edildiyini, nəticədə həmin müqavilə üzrə “X3” MMC 5.000.000 manat əsas, kredit müddətinin sonuna 399.999,97 manat faiz, kredit müddətinin sonundan 09 may 2019-cu il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablamaqla 390.5 90 manat faiz, 782.775,73 manat cərimə, ümumilikdə 6.573.365,57 manat borcun yarandığını, 29 dekabr 2012-ci il tarixli müqavilə üzrə cəmi üç dəfə, yəni 29 dekabr 2014-cü il tarixdə 400.000 manat, 17 iyun 2016-cı il tarixdə 986.666,65 manat və 24 avqust 2016-cı il tarixdə 4.500.000 manat ödənişin edildiyini, nəticədə həmin müqavilə üzrə Cavabdeh1 500.000 manat əsas, kredit müddətinin sonuna 160.111,08 manat faiz, kredit müddətinin sonundan 16 oktyabr 2018-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablamaqla 70.833,33 manat faiz, ümumilikdə 730.944,41 manat borcun yarandığını iddia edir və bu məbləğlərin ödənilməsini tələb edir. Cavabdehlər isə iddianı qəbul etmir, hər iki müqavilə üzrə öhdəliyin Cavabdeh1 tərəfindən tam icra edildiyini, hazırda hər hansı məbləğdə borcun qalmadığını, əksin ə Cavabdeh1 tərəfindən iddiaçıya 1.000.000 manata yaxın vəsaitin artıq ödənildiyini və iddiaçının ona borcunun olduğunu bildirir. Eyni zamanda, Cavabdeh1 öhdəliklərin icrası qaydasında 29 yanvar 2016-cı il tarixdə 2.040.000 manat və 1.250.000 manat, 10 fevral 2016-cı il tarixdə 1.800.000 manat, 06 iyun 2016-cı il tarixdə 1.500.000 manat pul ödədiyini bildirir və bu halı təsdiq edən iddiaçının möhürü ilə təsdiq edilmiş kassa mədaxil qəbzləri təqdim edir. İddiaçı bu qəbzləri qəbul etmir, onların Banka məxsus olmadığını, onun möhürü ilə təsdiq edilmədiyini və bankın səlahiyyətli nümayəndələri tərəfindən imzalanmadığını qeyd edir. Həmin qəbzlərdə göstərilən məbləğlərin heç vaxt Bankın kassasına mədaxil edilmədiyini, qəbzlərin saxta olduğunu vurğulayır. Bununla bağlı mülki iş üzrə təyin edilmiş sənədlərin məhkəmə-texniki ekspertizası üzrə aparılmış və ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 24 iyul 2019-cu il tarixli ekspert rəyində **********7600000 saylı hesaba köçürmək üçün 29 yanvar 2016-cı il tarixli, 0 nömrəli 2.040.000 manat, 29 dekabr 2014-cü il tarixli, 400.000 manat, 29 yanvar 2016-cı il tarixli, 0 nömrəli 1.250.000 manat, 06 iyun 2016-cı il tarixli, 1.500.000 manat, 10 fevral 2016-cı il tarixli, 0 nömrəli 1.800.000 manat, **********2080000 saylı hesaba köçürmək üçün 1294/KD saylı, 29 dekabr 2014-cü i tarixli, 400.000 manat qəbzlərdə olan möhür əkslərinin relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu, **********7600000 saylı hesaba köçürmək üçün 29 yanvar 2016-cı il tarixli, 0 nömrəli 2.040.000 manat, 29 dekabr 2014-cü il tarixli, 3028/KD saylı 400.00 0 manat, 29 yanvar 2016-cı il tarixli, 0 nömrəli, 1.250.000 manat, 06 iyun 2016-cı il tarixli, 1.500.000 manat, 10 fevral 2016-cı il tarixli, 0 nömrəli, 1.800.000 manat, **********2080000 saylı hesaba köçürmək üçün 1294/KD saylı, 29 dekabr 2014-cü il tarixli, 400.000 manat qəbzlərdə olan möhür əkslərinin öz aralarında və ekspertizaya təqdim edilmiş Bankın eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etdiyi göstərilib. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 05 fevral 2020-ci il tarixli ekspert rəyinə əsasən isə **********7600000 saylı hesaba köçürmək üçün Cavabdeh1 tərəfindən 2.040.000 manat pulun ödənilməsini təsdiq edən 0 nömrəli, 29 yanvar 2016-cı il tarixli, **********7600000 saylı hesaba köçürmə k üçün Cavabdeh1 tərəfindən 1.250.000 manat pulun ödənilməsini təsdiq edən 0 nömrəli, 29 yanvar 2016-cı il tarixli, **********7600000 saylı hesaba köçürmək üçün Cavabdeh1 tərəfindən 1.800.000 manat pulun ödənilməsini təsdiq edən 0 nömrəli, 10 fevral 2016-cı il tarixli, **********7600000 saylı hesaba köçürmək üçün Cavabdeh1 tərəfindən 1.500.000 manat pulun ödənilməsini təsdiq edən 0 nömrəli, 06 iyun 2016-cı il tarixli qəbzlərdə göstərilmiş bu məbləğlərin (2.040.000 manat, 1.250.000 manat, 1.800.000 manat və 1.500.000 manat) Bankla Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş qismində mədaxil edilmədiyi müəyyən edilib, “**********2080000” saylı hesab üzrə aparılmış əməliyyatları özündə əks etdirən hesabdan çıxarış məlumatları tədqiq edilən zaman y uxarıda qeyd olunan ödənişlərin bu hesaba mədaxil edilmədiyi müəyyən edilir, Cavabdeh1 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 11 dekabr 2015-ci il tarixə Banka olan borcu 5.780.000 manat, o cümlədən: əsas borc üzrə 5.000.000,0 manat, faiz borcu üzrə 780.000 manat müəyyən edilir, Cavabdeh1 tərəfindən Banka ümumilikdə 11 dekabr 2015-cı ildən 24 avqust 2016-ci il tarixədək 5.486.668,65 manat ödəniş aparılıb, aparılmış ödənişin 986.666,65 manatı faiz borcu üzrə, 4.500.000 manatı isə əsas borc üzrə silinib, Cavabdeh1 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə son ödənişin aparıldığı tarixə 24 avqust 2016-cı il tarixə banka olan borcu 574.444,5 manat, o cümlədən: əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 74.444,5 manat müəyyən edilir. Eyni za manda, həmin rəydə göstərilmişdir ki, ekspert qarşısında qoyulmuş suallarda qeyd olunan 29 yanvar 2016-cı ildə 2.040.000 manat, 29 yanvar 2016-cı ildə 1.250.000 manat, 10 fevral 2016-cı ildə 1.800.000 manat və iyun 2016-cı ildə 1.500.000 manat (ümumilikdə 6.590.000,0 manat) ödənişin və hesabdan çıxarışda öz əksini tapmış 29 dekabr 2014-cü ildə 400.000 manat, 17 iyun 2016-cı ildə 986.666,7 manat və 4.500.000 manat, (cəmi 5,886.666,7 manat) ümumilikdə 12.476.666,7 manat ödənişin aparıldığı müəyyən edilir, aparılmış ödənişin 1.258.872,0 manatı faiz borcu, 5.000.000, manatı isə əsas borc üzrə silinib. Cavabdeh1 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 11 dekabr 2015-ci il tarixə banka olan borcu 5.780.000 manat, o cümlədən: əsas borc 5.000.000 manat, faiz borcu 780.000 manat müəyyən edilir. 11 dekabr 2015-ci ildən 24 avqust 2016-cı il tarixədək aparılmış ödənişlər nəzərə alındıqda Cavabdeh1 29 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka borcunun qalmadığı, 6.217.794,54 manat artıq ödənişin aparıldığı müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən ekspert rəylərini araşdırıb, iddiaçının kasasiya şikayəti eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə banka 3 dəfə, cəmi 5.868.666,55 manat ödəniş etdiyini və hazırda banka cəmi 730.944,41 manat borcunun qaldığını, "xxxx" MMC isə 26 dekabr 2014-ci ildə 400.00 0 manat (faiz borcuna silinib), 05 iyul 2016-cı ildə 1.000.000 manat (carı hesabda olan 36.148,22 manat pul ilə birlikdə, cəmi 1.036.148,22 manat vəsait faiz borcuna silinib) ödədiyini, bu ödənişlərdən başqa cavabdehlərin hesabına kreditlər üzrə digər ödənişlər daxil olmadığını göstərsə də, bu dəlil qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas ola bilməz. Çünki, iddiaçı qəbul etməsə də Cavabdeh1 öhdəliklərin icrası qaydasında 29 yanvar 2016-cı ildə 2.040.000 manat, 1.250.000 manat, 10 fevral 2016-cı ildə 1.800.000 manat, 06 iyun 2016-cı ildə 1.500.000 manat, cəmi 6.590.000,0 manat, habelə iddiaçının etiraf etdiyi qəbzlərdə (400.000 manat, 986.666,7 manat və 4.500.000 manat, cəmi 5,886.666,70 manat) göstərilən məbləğlər nəzərə alınmaqla ümumilikdə 12.476.666,70 manat ödəniş edilib. Bu hal, eləcə də 6.217.794,54 manat artıq ödənişin aparılması iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq və sənədlərin texniki ekspertizalarının rəyləri ilə də təsdiq olunur. Digər tərəfdən iddiaçı, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində borclu Cavabdeh1 hesabına heç vaxt bu məbləğlərdə vəsaitlər daxil olmadığını və bunun cari hesab çıxarışlarında öz əksini tapmadığını, həmçinin Cavabdeh1 hesabından qeyd olunan vəsaitlərin digər borclu "xxxx"xxxx"xxxx" MMC krediti üzrə silinmədiyini, həmin vəsaitlərin sonuncunun hesabına köçürülməsi barədə ödəniş tapşırığı və ya digər sənəd təqdim etmədiyini göstərsə də, bu dəlillər də açıq-aşkar əsassızdır və iddianın əsaslılığına dəlalət etmir. Çünki, göstərilən hərəkətlər Bankın səlahiyyətli şəxslərinin bilavasitə yerinə y etirməli olduqları işlərdir. Bu məsələlərin cavabdehlərə heç bir aidiyyəti yoxdur. Yetər ki, bank tərəfindən cavabdehə ödənişlərin edildiyinə dair bankın möhürü ilə təsdiq edilmiş, Bankın mədaxil qəbzi verilsin. Bundan sonra Bank səlahiyyətliləri həmin vəsaiti təyinatı üzrə cavabdehlərin hesabına daxil edib kredit borclarına silməli idi. Bu vəzifələrin yerinə yetirilməməsinə görə məsuliyyəti cavabdehlər deyil, bank əməkdaşları daşımalıdır. İddiaçının həmin qəbzlərin saxta olmasını nəyə əsasən bəyan etməsi də aydın deyil. Çünki, qeyd olunan qəbzlərin bankın möhürü ilə təsdiq edilməsi iş üzrə keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. İddiaçı tərəf bu rəyi mübahisələndirməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qəbzlərdə vəsaitlərin banka ödəyən kimi Cavabdeh1 qeyd olunması da qanunla qadağan edilməmişdir. Çünki, "xxxx" MMC-nin adından krediti qəbul edən şəxs də Cavabdeh1 olmuşdur. Cavabdehlərin bankda olan carı hesabları, rekvizitlərin fərqli olması da ödənilən vəsaitin "xxxx"xxxx"xxxx" MMC-yə heç bir aidiyyəti olmaması da əsassız dəlillərdir. Əks halda iddiaçı bank tərəfindən həmin qəbzlərdə göstərilən məbləğlərin "xxxx" MMC-yə aidiyyəti yox idisə bu məbləğlərin banka niyə ödənildiyinə və bankın nəyə görə ödəniş qəbzi verməsinə də aydınlıq gətirməlidir. Bundan başqa, iş üzrə yeni mühasibatlıq ekspertizası keçirilməsinin zərurəti və əsası göstərilməlidir. İddiaçı şikayətində bunu bir cümlə ilə ifadə edib. Apelyasiya baxışı zamanı Bankın nümayəndəsi də xüsusi bilik tələb olunan hansı yeni sualları izah etməyə ehtiyac yarand ığını göstərməyib. Həm şikayətin məzmunundan, həm də iddiaçının nümayəndəsinin izahatından bəlli olur ki, iddiaçı yalnız ödəniş qəbzlərində olan məbləğlərin Banka daxil olmadığını və bununla da cavabdehlərin hesabına daxil edilib silinmədiyini mübahisələndirir. Əlbətdə ki, bu da məhkəmə mühasibatlıq ekspertizasının predmeti ilə deyil, daha çox sənədlərin texniki ekspertizasının keçirilməsi ilə bağlı məsələdir ki, qeyd olunduğu kimi iddiaçı iş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının rəyini mübahisələndirməmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında zidd iyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsində alınmış ekspert rəylərinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, bu rəylərin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Daha sonra, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 21 yanvar 2021-ci il tarixli, məktubunda qeyd edilmişdir ki, Binəqədi rayon məhkəməsi tərəfindən iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə baxılarkən Bankın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması üçün iş üzrə çıxarılmış 12 iyun 2020-ci il tarixli xüsusi qərardad hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorl uğuna göndərilib. Həmin xüsusi qərardad Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilərək araşdırılır. İddiaçı ASC Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Nadir İsmayılov faktiki olaraq Cavabdeh1 məxsus olmaqla direktoru Mübariz Abdullayev olan "xxxx" MMC adına 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 5.000.000 manat pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq edib. Qeyd edilən əməllər nəticəsində Cavabdeh1 maddi ziyan dəydiyindən 17 dekabr 2020-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınıb. Cavabdeh1 adına 29 dekabr 2012-ci ildə verilmiş 5.000.000 manat kreditin istifadə müddətində 4.500.000 manat əsas, 1.386.666,65 manat hesabla nmış faizlər ödənildiyindən bu halda sonuncuya qarşı hər hansı bir cinayətin törədilməsi faktı öz təsdiqini tapmayıb. Cavabdeh1 zərərçəkmiş şəxs qismində iştirak etdiyi Nadir İsmayılovun Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi aidiyyəti üzrə baxılması üçün 29 dekabr 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Göründüyü kimi, cinayət mühakimə icraatı üzrə aparılan istintaqla da İddiaçı ASC Müşahidə Şurasının sədri vəzifəsində işləmiş Nadir İsmayılov faktiki olaraq Cavabdeh1 məxsus olmaqla direktoru Mübariz Abdullayev olan "xxxx" MMC adına 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 5.000.000 manat pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və qeyd edilən əməl nəticəsində Cavabdeh1 maddi ziyan dəydiyi sübuta yetirildiyindən sonuncu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Bu fakt bir daha onu təsdiq edir ki, "xxxx" MMC 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə aldığı yaxud almalı olduğu və ya qaytarılmış kredit məbləği məhz Bankın vəzifəli şəxsləri tərəfindən istifadə olunub. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2(103)-1854/2021 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar