Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3824/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz sahibin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılması və ya əvəzinin ödənilməsi, əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzinin mülkiyyətçiyə ödənilməsi tələbləri, vicdanlı sahib, vicdansız sahib) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X25 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-926/2024 nömrəli 25 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. JN 158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna X50 əsasən Daştəmirov Rəşid Balasoltan oğluna, X6, X14, X17 və X19 Xaçmaz rayonu, Gödəkli kəndində 2,87 ha torpaq sahəsi verilmişdir;
3. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə JN 158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna X50 əsasən Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində birgə torpaq payçıları Daştəmirov Rəşid Balasoltan oğlu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X20, X32 və X19 verilmiş 2,87 ha torpaq sahəsindən hər biri üçün 0,57 ha hesabı ilə Daşdəmirova (Babayeva) Xati rə Əliabbas qızı və onun yetkinlik yaşına çatmamış uşaqları X20 və X21 torpaq paylarının ayrılması, qətnamənin payları bərabər torpaq mülkiyyətçiləri kimi Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı və onun yetkinlik yaşına çatmamış uşaqları X20 və X21 adına 1,71 ha pay torpaq sahəsinə və payları bərabər torpaq mülkiyyətçiləri kimi Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X18 adına 1,16 ha pay torpaq sahəsinə mülkiyyət hüququna dair yeni Dövlət Aktlarının verilməsi üçün əsas hesab edilməsi qət edilmişdir; 4. 21 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə X29 azyaşlı olduğu üçün qanuni nümayəndəsi X10 iştirakı ilə Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyətində olan 0,57 ha torpaq sahəsini X3; 5. 14 sentyabr 2017-ci il tarixli vəsiyyətnaməyə əsasən mərhum Daştəmirov Rəşid Balasoltan oğlu mübahisəli 0,57 ha torpaq sahəsini, o cümlədən bütün başqa mülkiyyətində olan əmlakını atası İddiaçı vəsiyyət etmişdir;
6. Daştəmirov Rəşid Balasoltan oğlu 24 aprel 2018-ci il tarixdə öldüyündən onun əmlaklarına, o cümlədən mübahisəli 0,57 ha torpaq sahəsinə miras açılmışdır. Onun ölümündən sonra birinci növbə vərəsələri atası, hazırkı iş üzrə İddiaçı, anası Daştəmirova Mariya Arsentyevna, övladları X20, X32 və X29 qalmışdır. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi Daştəmirov Rəşid Balasoltan oğlu ilə arvadı Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı arasında nikah pozulduğundan o, mərhumun birinci növbə vərəsəsi hesab edilməmişdir. Bununla da Daştəmirov Rəşid Balasoltan oğlunun ölümümündə n sonra onun birinci növbədən 5 vərəsəsi qalmışdır;
7. Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi ilə Daştəmirov Rəşid Balasoltan oğluna mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqlarını həyata keçirmək üçün X33 tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0,57 ha torpaq sahəsinin X22 qanunsuz sahibliyindən alınaraq, Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X33 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir; 8. 22 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyətində olan 0,57 ha torpaq sahəsini X1;
9. Xaçmaz Rayon Məhkəməsinin 3 sentyabr 2018-ci il tarixli, 2(067)-1985/2018 saylı qətnaməsi ilə X4 adına verilmiş JN-0389 KOD 30204028 saylı Torpağa Mülkiyyət Hüququna X52 və həmin akt əsasında verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilmişdir;
10. Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 3(067)-364/2024 saylı qərarı ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)4435/2017 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmiş, həmin qərardan verilmiş şikayətlər isə təmin edilməyərə k, qərar dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən torpağın 0,57 ha sahəsində cavabdehin qanunsuz istifadəsi nəticəsində əkilmiş gilas ağaclarından alınmış və otu yığmaqla əldə edilmiş gəlir olaraq, ümumilikdə ona vurulmuş 154.000 manat maddi ziyanın, həmçinin 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi üçün çəkdiyi mənəvi ziyan olaraq 3000 manat pulun və ödənilmiş 447 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X7 ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Aqrar İslahat Komi ssiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və -158 KOD 30204028 nömrəli dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 0.57 ha torpaq sahəsinə dair cavabdeh saxta sənədlər əsasında JN-389 KOD 30204028 nömrəli Dövlət Aktı almış və oğlunun mülkiyyətində olan torpaq sahəsini saxta yollarla ələ keçirmişdir. Həmin şəxs torpaq sahəsini zəbt etmişdir və qanunsuz istifadə edir. Cavabdeh 2006-cı ildən onlara məxsus torpaqdan qanunsuz istifadə etmişdir. Cavabdehin onun torpağından qanunsuz istifadəsi nəticəsində onlara maddi ziyan dəymişdir. Belə ki, həmin bağ sahəsində gilas ağacları vardır. Cavabdeh 16 ildir ki, həmin bağın ot sahəsini də istifadə edir. Cavabdeh 2012-2022-ci illər ərzində onlara məxsus bağ sahəsində ki gilas ağaclarından ildə 15.000 manat olmaqla, 10 il müddətinə təxminən 150000 manata yaxın gəlir götürmüşdür. Həmçinin həmin bağ sahəsindən ildə iki dəfə olmaqla hər il 100 ot presi biçməklə 10 ilə 1000 ot presi biçmiş, hər presin də qiyməti 4 manat olmaqla, cəmi 4000 manat gəlir əldə etmişdir. Məhkəmə qətnaməsi olmasına baxmayaraq, borclu şəxs daim ona maneələr yaratmış və torpaq sahəsinə girməyə qoymamışdır. Borclu şəxsin adında olan torpaq sahəsinə dair çıxarış ləğv olunmasına baxmayaraq, həmin şəxs ləğv olunmuş torpaq sahəsindən istifadə edir və ona məxsus olan torpaq sahəsini də zəbt etmişdir.
13. İddiaçı iddia tələbinin həcmini artıraraq, Xaçmaz rayonu Gödəkli kəndində yerləşən və cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində 0.57 ha torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış 337.355 manat və otu yığmaqla 5820.10 qəpik əldə edilmiş gəlir olaraq, ümumilikdə ona vurulmuş 343.175.10 manat maddi ziyanın, həmçinin 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi üçün çəkdiyi mənəvi zərər olaraq 3000 manat, ümumilikdə 346.175.10 manat və ödənilmiş 636.20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia etdiyi 0,57 ha torpaq sahəsinin alınmasına dair icra sənədinə əsasən iddiaçı tələbkar qismində tək deyildir. İcra vərəqəsində tələbkar X8r. O, vəfat etdiyinə görə 5 nəfər hüquqi varisi icra sənədi üzrə tələbkar kimi tanınmışdır. Bununla bağlı İcra şöbəsinin qərarı var. Torpaq paylı mülkiyyətdədir, torpağa dair heç bir hüquq müəyyənedici sənəd yoxdur. Həmin torpağın iddiaçıya məxsus olmasına dair heç bir sənəd təqdim olunmamışdır. Təqdim etdikləri MMC-nin rəyi də hüquq müəyyənedici sənəd sayıla bilməz, çünki torpaq sahəsinin naturada bölgüsü aparılmamış, miras əmlakdan paylar müəyyən edilməmiş, hansı hissədən istifadə olunub, hansı hissədən nə qədər gəlir əldə olunması bilinmir. Həmin rəyin məhkəmə tərəfindən qəbul edilməsi düzgün deyil. İcra sənədini əlavə etmişlər ki, 0,57 ha torpaq sahəsi X7 alınıb verilmədir. O da vəfat etdiyinə görə 5 nəfər hüquqi varisi var. İddiaçı tərəfin əlavə etdiyi digər sənədlər də hazırkı işin mahiyyətinə aid sənədlər deyil. İcra məmuru qanunsuz akt tərtib edib və həmin akt da hüquq müəyyənedici sənəd sayıla bilməz, onu da məhkəmə qaydasında mübahisələ ndirmişlər. 5 tələbkar olaola icra məmuru bir tələbkara torpağı təhvil verə bilməz. Ölkədən getmə hüququnun məhdudlaşdırılmasına dair təqdimat da məhkəmə tərəfindən təmin olunmayıb. İcra məmurunun qərarından şikayətləri məhkəmənin icraatındadır. İddiaçı tərəf inzibati məhkəmənin qərarını təqdim edib. Həmin qərarda torpağın coğrafi koordinatları müəyyən olunmayıb. Coğrafi koordinatları müəyyən olunmayan yerin mülkiyyət sənədi ola bilməz. Bu özü onu sübut edir ki, həmin torpaq sahəsinin harada yerləşməsi ilə bağlı elektron bazada məlumat yoxdur. Torpağın harada yerləşməsi ilə bağlı məlumat olmadığından, həmin ziyanın hansı torpaq sahəsindən yaranması da qeyri-müəyyəndir. İddiaçılar neçə illərdir ki, ondan 57 sot torpaq sahəsi istəyirlər. İddiaçının istədiyi torpaq sahəsi onda yoxdur. Bunu təsdiq edən Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı da var. Həmin qərarla iddiaçı 1000 manat cərimə olunub, Ali Məhkəmə də həmin qərarı qüvvədə saxlayıb.
15. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0,57 ha gilas bağının olmasını təsdiq edən heç bir sənədin olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan X49 İnkişaf Mərkəzinin 16 may 2023-cü il tarixli məktubundan da müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən sözügedən 0,57 ha torpaq sahəsinin iddiaçının mülkiyyət hüququna dair sənədi əsasında na turada sərhədləri müəyyən edildikdən sonra həmin sərhədlər daxilində bağa dəymiş maddi ziyan mütəxəssis tərəfindən müəyyən edilə bilər.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun tərəfindən təqdim edilmiş sübutları, yəni dövlət aktı, icra vərəqəsini torpaq sahəsinin onlara məxsus olduğunu təsdiq edən sənəd kimi hesab etməmişdir. Onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz i stifadə edilməsi barədə çıxarılmış məhkəmə qərarını da məhkəmə öz mövqeyi ilə şübhə altına almışdır. Halbuki məhkəmə həmin torpaq sahəsinin qaytarılması ilə bağlı yüzlərlə məhkəmə mübahisələrinə baxmışdır. Həmçinin icra məmuru tərəfindən tərtib olunmuş akt əsasında torpağın koordinatları göstərilməklə verdiyi sənədi də hüquqi sənəd hesab etməmişdir. Cavabdeh saxta sənədlər əsasında Qusar Rayon Məhkəməsinin adından qətnamə hazırladıb torpağı mənimsəmişdir. 31 yanvar 2024-cü il tarixdə icra məmuru Vidadi Dadaşov, Faqil Adigözəlov və şahidlərin iştirakı ilə uzun illər icrasız qalan icra vərəqəsi icra olunmuş, mülkiyyət hüququ ilə onlara məxsus olan 0.57 ha torpaq sahəsinin koordinatları göstərilməklə torpaq sahəsi şahidlərin iştirakı ilə aktla təhvil verilmişdir. Bundan sonra, borclu tərəf ye nə də maneə yaratmaq və həmişəki kimi süni yollarla işi uzatmaq üçün icra məmurunun aktından və hərəkətlərindən məhkəməyə şikayət vermiş və Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə şikayəti təmin olunmamışdır. Borclu şəxs məhkəmə qərarını qərəzli olaraq icra etmədiyi üçün Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq 500 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra, borclu şəxs yenidən maneələr yaratdığı üçün barəsində inzibati protokol tərtib olunmuş və Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarı ilə İXM-in 528.1-2-ci maddəsi ilə təkrar inzibati məsuliyyətə cəlb olunmuşdur. 31 yanvar 2024-cü il tarixdə də borclu şəxs icra məmuru tərəfindən İcra Şöbəsinə dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmiş və borclu şəxs barəsində icra məmuru tərəfindən məcburi gətirilmə qərarı qəbul olunmuşdur. İcra işi halhazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin nəzarətindədir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı məhkəmə qətnaməsi və icra vərəqəsinə əsasən həmin 0.57 ha torpaq sahəsinin X7 mülkiyyət hüququ ilə məxsus olması öz təsdiqini tapmışdır.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-926/2024 nömrəli 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X31 (sədrlik edən və məruzəçi), X42 və X35) apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən -cavabdehdən 27960 manat zərər məbləği və ödənilmiş dövlət rü sumunun əvəzi qismində 50 manat olmaqla, cəmi 27810 (iyirmi yeddi min səkkiz yüz on) manat alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin JN 158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna X50 əsasən Xaçmaz rayonunun Gödəkli kəndində 2,87 ha torpaq sahəsi Daştəmirov Rəşid Balasoltan oğlunun və onun ailə üzvləri olan X11, X20, X32 və X18 ümum-birgə mülkiyyətində olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə isə həmin 2,87 ha torpaq sahəsindən hər biri üçün 0,57 ha hesabı ilə Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı və onun yetkinlik yaşına çatmamış uşaqları X20 və X21 adına 1,71 ha pay torpaq sahəsinə və payları bərabər torpaq mülkiyyətçiləri kimi Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X18 adına 1,16 ha pay torpaq sahəsinə payların ayrılması və bu paylara müvafiq olaraq, mülkiyyət hüququna dair yeni Dövlət Aktlarının verilməsi qət edilmişdir. Bundan sonra,, Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X18 mülkiyyətində olan 1,16 ha pay torpaq sahəsinin X18 payın düşən 0,57 ha hissəsi X30, X34 tərəfindən isə 22 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırkı iş üzrə cavabdehin arvadı olan X2 və hal-hazırda onun mülkiyyətindədir. Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə ümumi 2,87 ha torpaq sahəsindən Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X18 mülkiyyətində olan 1,16 ha pay torpaq sahəsinin ayrılması, daha sonra isə X18 payın düşən 0,57 ha hissəsinin satılması nəticəsində Daştəmirov Rəşid Balasoltan oğlunun mülkiyyətində 0,57 ha torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə dair ayrıca formada Dövlət Aktının verilməsi iş materialları ilə müəyyən edilməməklə yanaşı, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair müvafiq sənədin verilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında 2-1(105)-19/2024 saylı inzibati işin olması müəyyən olunmaqdadır.
22. Kollegiya qeyd etmişdir ki, cavabdeh həmin torpaq sahəsinin naturada hansı ərazidə yerləşməsinin müəyyən olunmamasını əsas gətirməklə, iddianı qəbul etməməkdədir. Hərçənd ki, torpaq sahəsinin naturada harada yerləşməsi və həmin torpaq sahəsi üzərində 80 ədəd gilas ağacının mövcudluğu iş materialları ilə təsdiq olunmaqdadır.
23. Belə ki, yuxarıda istinad olunan Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş 2-1(105)-19/2024 saylı inzibati iş üzrə verilmiş 18 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən də göründüyü kimi mübahisəli torpaq sahəsi naturada Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin həmin torpaq sahəsinin X5 adına olan JN153 KOD 30204028 saylı Torpağa Mülkiyyət hüququna X52nda qeyd edilən 2.87 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, o cümlədən həmin torpaq sahəsinin X12 mülkiyyətində olan 0,57 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmaqdadır. Həmçinin nəzərə alınmalıdır ki, Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsindən ümumi 2,87 ha torpaq sahəsindən Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X18 mülkiyyətində olan 1,16 ha pay torpaq sahəsinin ayrılması, daha sonra isə X18 payın düşən 0,57 ha hissəsinin satılması nəzərə alındıqda, Daştəmirov Rəşid Balasoltan oğlunun mülkiyyətində qalmış 0,57 ha torpaq sahəsinin, X12 mülkiyyətində olan 0,57 ha torpaq sahəsi ilə qonşu torpaq sahəsi olması müəyyən olunmaqdadır. Bu fakt iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli mütəxəssis rəyində göstərilən torpaq sahəsinin yerləşmə cizgisi ilə də təsdiq olunmuşdur ki, cavabdeh tərəf də həmin cizgidə göstərilən torpaq sahəsinin X12 mülkiyyətində olan 0,57 ha torpaq sahəsi olmasını, həmin torpaq sahəsində fındıq ağaclarının əkilməsini, həmin torpaq sahəsinə qonşu olan torpaq sahəsi ndə isə gilas ağaclarının əkilməsini və iddiaçının da məhz həmin torpaq sahəsinə iddia etməsini qəbul etmişdir.
24. Hazırkı işə baxıldığı müddətdə mübahisəli torpaq sahəsində olan gilas ağacları cavabdeh tərəfindən kəsilmişdir ki, iddiaçının şikayəti əsasında müvafiq polis orqanında bununla bağlı araşdırma aparılmaqdadır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Xaçmaz Rayon Polis Şöbəsinin təhqiqatçısının 24 may 2024-cü il tarixli qərarından görünür ki, cavabdeh polisdə verdiyi izahatında gilas ağaclarının yaşlandığını və müxtəlif xəstəliklər tutduğu üçün və daha müasir ağaclar əkilməsi üçün kəsdiyini göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən isə görünür ki, kəsilmiş ağaclar üzərində yetişməsinə az qalmış meyvəsi olan ağaclar olmuşdur. Qeyd edilən vəziyy ətdə isə cavabdehin izahatında göstərdiyi səbəbdən ağacları kəsməsi inandırıcı olmamaqla, cavabdehin məhz həmin torpaq sahəsindən çıxarılması ilə əlaqədar olması daha inandırıcı olmuşdur ki, qeyd edilən fakt da cavabdehin iddiaçının iddia etdiyi torpaq sahəsinin naturada yerinin müəyyən edilməməsi ilə bağlı dəlilini dolayısı ilə inkar etməsi anlamına gəlmişdir.
25. Beləliklə, iş materialları ilə iddiaçının oğlu olan mərhum Daştəmirov Rəşid Balasoltan oğlunun mülkiyyətində 0,57 ha torpaq sahəsinin olması, həmin torpaq sahəsinin X12 mülkiyyətində olan 0,57 ha torpaq sahəsi ilə qonşu torpaq sahəsi olması, həmin torpaq sahəsində kəsilənədək 80 ədəd gilas ağacının olması iş materialları ilə öz təsdiqini tapmışdır.
26. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi ilə mərhum Daştəmirov Rəşid Balasoltan oğlunun iddiası təmin edilərək, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə ona məxsus olan 0,57 ha torpaq sahəsindən cavabdeh X22 qanunsuz sahibliyindən alınaraq, Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.
27. Daştəmirov Rəşid Balasoltan oğlu 24 aprel 2018-ci il tarixdə öldüyündən, icra işi üzrə icra məmurunun 04 avqust 2020-ci il tarixli qərarı ilə tələbkar Daştəmirov Rəşid Balasoltan oğlu hüquqi varisləri anası Mariya Arsenyevna və atası Balasoltan Daşdəmirovla, həmçinin icra məmurunun 21 noyabr 2023-cü il tarixli qərarı ilə isə övladları X20, X32 və X29 ilə əvəz edilmişdir.
28. Xaçmaz Rayon M əhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi 2024-cü il tarixədək icra edilməmişdir. Belə ki, sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 3(067)-364/2024 saylı qərarı ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin təkrarən yerinə yetirməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İcra işi üzrə digər vərəsələr də icra icraatı çərçivəsində tələbdən imtina etməmişlər.
29. Həmçinin cavabdehin torpaq üzərində sahibliyi iddiaçıdan başqa digər vərəsələrin iradəsinə müvafiq olaraq qanuni hesab olunsa belə, iddiaçının mirasdakı payı həcmində cavabdehin torpaq sahəsi üzəri ndə sahibliyi qanunsuz olmuşdur. Cavabdeh mübahisəli torpaq sahəsinə əvvəllər hüquqmüəyyənedici sənəd əldə etmiş olsa da Xaçmaz Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(067)1985/2018 saylı qətnaməsi ilə onun adına verilmiş JN-0389 KOD 30204028 saylı Torpağa Mülkiyyət Hüququna X52 və həmin akt əsasında verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilmişdir. Buna görə də onun mübahisəli torpaq sahəsinə faktiki sahibliyi qanunsuz olmaqla yanaşı, həmin sahiblik vicdanlı da olmamışdır.
30. İddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü və işin mübahisə edilməyən halı kimi Daştəmirov Rəşid Balasoltan oğlu 24 aprel 2018-ci il tarixdə öldüyündən onun əmlaklarına, o cümlədən mübahisəli 0,57 ha torpaq sahəsinə miras açılmışdır. Onun ölümündən sonra birinci növbə vərəsələri atası, hazırkı iş üzrə İddiaçı, anası Daştəmirova Mariya Arsentyevna, övladları X20, X32 və X29 qalmışdır. İşin mübahisəsiz halı, həmçinin iş materialarında olan Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi Daştəmirov Rəşid Balasoltan oğlu ilə arvadı Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı arasında nikah pozulduğundan o, mərhumun birinci növbə vərəsəsi hesab edilməmişdir ki, bununla da Daştəmirov Rəşid Balasoltan oğlunun ölümümündən sonra onun birinci növbədən 5 vərəsəsi qalmışdır. İş materiallarında olan 14 sentyabr 2017-ci il tarixli vəsiyyətnamədən isə görünür ki, mərhum Daştəmirov Rəşid Balasoltan oğlu mübahisəli 0,57 ha torpaq sahəsini, o cümlədən bütün başqa mülkiyyətində olan əmlakını atası İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ləğv və ya etibarsız hesab edilməmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbi nəzərə alınmaqla, İddiaçı başqa digər 4 nəfər vərəsənin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasda məcburi paylarının olması müəyyən edilməkdədir. Belə olduğu təqdirdə isə iddiaçının miras qalmış 0,57 torpaq sahəsi üzərində 6/10 (onda altı) hissədə payının olması, o cümlədən Mülki Məcəllənin 1255-ci maddəsinin tələbi baxımından həmin payın mirasın açıldığı vaxtdan onun mülkiyyəti hesab olunması nəzərə alınmaqla, iddiaçının həmin torpaq sahəsindən məhrum olduğu müddətdə Mülki Məcəllənin 21 və 157.5-ci maddələrinin tələbinə müvafiq olaraq əldən çıxmış fayda qismində cavabdehdən zərər tələ b etmək üçün subyektiv hüququ olmuşdur.
31. Vurulmuş zərərin müəyyən edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin bioloji aktivlərin gəlirinin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində mübahisəli ərazidə 80 ədəd gilas ağacının olması qeyd olunmuşdur. Cavabdeh də məhkəmə kollegiyasının iclasında həmin ərazidə 75-dən çox ağacın olmasını etiraf etmişdir ki, bununla da gilas ağaclarının sayı məhkəmə kollegiyası tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilmişdir.
32. Həmçinin qeyd olunan rəydə illər üzrə gilasın orta bazar qiymətini də tərəflər mübahisələndirməmişdir. Lakin qeyd olunan rəydə bəzi məqamlar şübhə yaratdığından, iş üzrə müvafiq ekspertizanın keçirilməsi və ya işin mübahis əsiz halı kimi hər ağacın təmiz gəlir qismində 40 kq gilas məhsulu verməsinin işin mübahisəsiz halı kimi qəbul edilməsi ilə bağlı təklif edilmiş, tərəflər isə hər ağacın təmiz gəlir qismində bir il ərzində 40 kq gilas məhsulu verməsini işin mübahisəsiz halı kimi qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər ki, bununla da məhkəmə kollegiyası mübahisə üzrə hər ağacın gəlir qismində bir il ərzində 40 kq gilas məhsulu verməsini işin mübahisəsiz halı kimi qəbul etmişdir.
33. Vurulmuş zərərin həcminin müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 2012-ci il tarixdən 2022-ci il tarixədək olan dövr üzrə əldən çıxmış fayda qismində zərər məbləği tələb etsə də onun 2018-ci il tarixdən əvvəlki dövr üzrə cavabdehdən zərər məbləği tələb edə bilməsi üçün subyektiv hü ququ olmamışdır. Belə ki, miras qoyan 24 aprel 2018-ci il tarixdə ölmüş, onun isə belə bir tələbi olmamışdır. İddiaçının zərər məbləğini tələb etmək üçün subyektiv hüququ miras açıldığı və mirası qəbul edərək mülkiyyətinə keçirdiyi vaxtdan yaranmış hesab olunur.
34. Buna görə də məhkəmə kollegiyası vurulmuş zərərin məbləğini 2018-2022-ci illər üçün müəyyən edilməsini əsaslı hesab etmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alındıqda isə zərər məbləği aşağıdakı qaydada və məbləğdə müəyyən olunmuşdur: 35. 2018-ci il-“Aznevi” sortu gilas ağacına görə - 65 x 40kq x 2,2 manat=5720 manat “Krım” sortu gilas ağacına görə - 10 x 40kq x 2,2 manat=880 manat “Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 5 manat=1000 manat; 36. 2019-cu il-“Aznevi” sortu gilas ağacına görə - 65 x 40kq x 2,2 manat=5720 man at “Krım” sortu gilas ağacına görə - 10 x 40kq x 2,2 manat=880 manat “Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 5 manat=1000 manat; 37. 2020-ci il-“Aznevi” sortu gilas ağacına görə - 65 x 40kq x 3 manat=7800 manat “Krım” sortu gilas ağacına görə - 10 x 40kq x 1,5 manat=600 manat Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 5 manat=1000 manat; 38. 2021-ci il-“Aznevi” sortu gilas ağacına görə - 65 x 40kq x 3 manat=7800 manat “Krım” sortu gilas ağacına görə - 10 x 40kq x 2 manat=800 manat “Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 4,5 manat=900 manat; 2022-ci il-“Aznevi” sortu gilas ağacına görə -65 x 40kq x 4 manat=10400 manat “Krım” sortu gilas ağacına görə -10 x 40kq x 2,6 manat=1040 manat “Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 5,3 manat=1060 manat.
39. Beləliklə, 2018-2 022-ci illər ərzində cavabdehin qanunsuz sahibliyində olmuş 0,57 ha torpaq sahəsində yerləşən 80 ədəd gilas ağacından ümumilikdə 46600 manat gəlir əldə edilməsi mümkün olmuşdur ki, Mülki Məcəllənin 1193-cü maddəsinin tələbi nəzərə alındıqda, İddiaçı miras payına (onda altı) müvafiq olaraq əldən çıxmış fayda qismində 27960 (46600:10x6=27960) manat zərər dəyməsi müəyyən olunur. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi maddi zərərə görə həmin məbləğ hissəsində əsaslı olmuşdur.
40. Məhkəmə kollegiyası iddiaçının ot biçimindən əldə edilə biləcək gəlirə münasibətdə isə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi otlaq deyil, bağ sahəsi olmuşdur ki, həmin bağdan istifadənin məqsədi bağda yetişdirilən meyvələrdən gəlir əldə etmək olmuşdur. Bağ sahəsində yabanı bitən otların isə yemlik ot olması və hər hansı heyvandarlıq üçün yararlı olması sübut olunmadığından iddia tələbi həmin hissədə əsassız olmuşdur.
41. Məhkəmə kollegiyası iddiaçının vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, mənəvi zərərin vurulması əsasən şəxsin şərəfinin, ləyaqətinin alçaldılması, işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların yayılması və bəzi hallarda sağlamlığın pozulması hallarında mümkündür. Bir şəxsin digər şəxsin torpaq sahəsini zəbt etməsi və bununla bağlı məhkəmə mübahisələrinin yaranması və hər iki tərəfin hüquq müstəvisində öz hüquqlarından istifadə etməsi faktı hər bir halda qarşı tərəfə mənəvi zərər vurulmasını deməyə əsas verməməkdədir. Bunun ü çün ağlabatan, inandırıcı əsaslandırmanın və ya əyani sübutların olması zəruridir. Hazırkı iş üzrə iddiaçı yalnız məhkəmə çəkişmələrinə cəlb olunduğu üçün mənəvi zərərə məruz qaldığını iddia etsə də buna dair hər hansı bir ağlabatan, inandırıcı əsaslandırma etməmişdir.
42. Məhkəmə kollegiyası cavabdeh tərəfin iş materiallarında olan 08 yanvar 2020-ci il tarixli akta əsasən iddiaçının mübahisəli torpağı təhvil almaqdan imtina etməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd etmişdir ki, həmin aktdan görünür ki, tələbkarın nümayəndəsi ona təqdim edilmiş torpaq sahəsi ilə razılaşmayaraq, akta imza etməkdən imtina etmişdir ki, məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi təqdim edilən torpaq sahəsinin Bahadurova Safura adlı şəxsin adına çıxarış olduğu üçün torpaq sahəsini təhvil al maqdan imtina etdiyini bildirmişdir. İş materiallarında olan müxtəlif məhkəmə qərarları ilə o cümlədən, sonuncu dəfə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 3(105)-165/2024 nömrəli qərarı ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədini qərəzli olaraq icra etməməsi və icra vərəqində qeyd olunan torpaq sahəsindən çıxmaması təsdiqini tapmaqdadır. Buna görə də məhkəmə kollegiyası cavabdeh tərəfin qeyd olunan dəlilini də əsassız hesab etmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 23.1, 157.5, 1133.1, 1133.2, 1193, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istin ad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. İddiaçı kassasiya şikayəti verərək ( Vəkil3) qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarına görə “mənəvi zərər” anlayışı əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini də ifadə edir. Cavabdeh də bağ sahəsində gilas ağaclarının məhsulunu, otunu 16 il mənimsəmiş, sonunda da bağdakı bütün ağacları bir gеcədə üzərində mеyvə ola-ola kəsib, məhv еdərək bağı səhraya çеvirmişdir. Lakin məhkəmə bunu mənəvi zərərin yеtirilməsi üçün yеtərli hal saymamışdır. Torpağın boşaldılmasına dair 2017-ci il tarixdən qətnamə olmasına baxmayaraq, qətnaməni icra etməyərək 7 il müddətinə əsassız məhkəmə cəkişmələrində əsəb, stress, həyacan keçirmişdir. Apellyasiya instansiyası məhkəməsi əldən cıxmış faydanın müəyyənləşdirilməsi ilə bağlı mütəxəssis rəyinə əsaslanmayaraq, ehtimallara əsaslanaraq işin faktiki hallarına düzgün qiymət verməmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını pozaraq sübutlara ("xxxx" MMC-nin 9 fevral 2023-cü il tarixli mütəxəssis rəyinə) obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, ona tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
47. Heyvanların otarıldıqları mеşə, tala, çəmən və s. yеrlərdə yabanı bitən otlarla qidalanmaları, bununla da bağ sahəsində yabanı bitən otların da yemlik ot olması hamıya bəlli olan hal olmuş, lakin apellyasiya instansiyası məh kəməsi prosessual hüquq normasını pozmuş, bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir.
48. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi, işə yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf ona vurulan ziyanının məhz cavabdeh tərəfindən vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
50. Məhkəmənin əsaslandığı icra vərəqəsi icra olunarkən 2020-ci ildə icra şöbəsinin mütəxəssisinin iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, cavabdeh həmin torpaq sahəsini 2020-ci ildə vermişdir. Həmçinin aktın arxasında cavabdehin torpaq sahəsini verilməsinə heç bir etirazının olmadığı qeyd olun muşdur. Həmin aktda cavabdehin imzası da mövcuddur. Eyni zamanda, aktda tələbkarın beş hüquqi varisindən biri olan iddiaçı Daşdəmirov Balasoltanın torpaq sahəsini təhvil almaqdan imtina etdiyi qeyd olunmuşdur. Daha sonra icra məmuru torpaq sahəsinin koordinatları və coğrafi mövqeyi məlum olmadığı üçün icra sənədini bir neçə dəfə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarmışdır. Yəni icra sənədinin belə uzun müddətə icra olunmamasının səbəbi cavabdeh deyil. İcra və probasiya şöbəsi cavabdeh qismində olmalı idi. İcra prosesi zamanı isə həmin torpaq sahəsinin cavabdehdə olması məlum olmadığından icra sənədi dörd il ərzində icrasız qalmışdır. Yəni iddiaçı ümumiyyətlə iddia qaldırarkən cavabdehi düzgün seçməmişdir
51. Qarşı tərəf məhkəməyə müstəqil ekspert rəyini təqdim etmişdir, hansı ki, həmin qiymətlərə nəzərə yetirilsə, qiymətlərin reallıqdan kənar olması tam müəyyən olunar. Hakim iddiaçının mülahizələrinə əsasən verilmiş və iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyinin ağlabatan olmadığını bildirsə də, sonradan həmin rəyə əsaslanıb qərar qəbul etmişdir. Bu barədə məhkəmə kollegiyası öz qərarında da qeyd etmişdir ki, ağlabatan rəy hesab edilə bilməz. Daha sonra isə məhkəmə kollegiyası həmin rəyə əsaslanıb gilasların verəcəyi gəlirlə bağlı həmin rəydə göstərilən qiymətlərə əsaslanmışdır. Gilasın və digər bütün növ meyvələrin qiymətləri hər il stabil ola bilməz, yəni qiymətlər ildən aslı olaraq dəyişir. Lakin məhkəmə göstərilən xüsusatı ümumiyyətlə araşdırmaşdır. Həmçinin kəsilən a ğacların demək olar ki, hamısı xəstəlik tutmuş və ağaclarda olan xəstəliyin yayılmaması üçün ağaclar kəsilmişdir. Kəsilən ağacların hamısı həmin mübahisəli 0.57 ha torpaq sahəsində yerləşmir. Ümumilikdə 0.70 ha torpaq sahəsində olan xəstə ağaclar kəsilmişdir. Həmin ağaclar cavabdehə məxsusdur və onun tərəfindən əkilmişdir. Bunlar aparılan istintaq araşdırması zamanı da öz təsdiqini tapmışdır.
52. Ağacların gəlirlərinə gəldikdə isə məhkəmənin hesabladığı 40 kq meyvə verməsi tamamilə qanunsuz yanaşmadır. Çünki həmin torpaq sahəsində yerləşən ağacların böyük əksəriyyəti bəhərdə olmayan ağaclar olmuşdur.
53. Həmçinin məhkəmə qərarında göstərilir ki, cavabdeh həmin bağda 75-dən çox ağac olmasını etiraf etmişdir. Lakin belə hal olmayıb.
54. Cavabdeh həmin mübahisəli torpaq sahəsini digər paylı mülkiyyətçilərin ona verdiyi etibarnamə əsasında idarə etmişdir. Naturada koordinatları müəyyən olunmamış torpaq sahəsinə görə əldə edilmiş gəlirin müəyyən olunması doğru deyil. Torpaqdan istifadə üçün cavabdehə etibarnamə verən şəxslər işə üçüncü şəxs qismində cəlb olunmuş və onlar həmin torpaq sahəsinə dair etibarnamə verdiklərini, hazırda cavabdehdən heç bir tələb şikayətlərinin olmadığını bildirmişdir. Beş mülkiyyətçidən dördü etibarnamə vermişdir. Konkret paylı mülkiyyətçilər arasında naturada bölgü olmadan, həmin hissəyə çıxarış alınmadan hansı hissənin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün deyil.
55. İddiaçının qeyd etdiyi gilas ağaclarını 18 il bundan əvvəl cavabdeh əkmişdir. Şəxsin özünün əkdiyi və ona məxsus olan ağacların kəsilməsi ilə bağlı qanunvericilikdə hər hansı bi r məhdudiyyət yoxdur. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində şəxsin kənd təsərrüfatı üçün əkib-becərdiyi yaşıllığı kəsməyə görə heç bir məsuliyyəti nəzərdə tutulmur.
56. Məhkəmə araşdırması zamanı cavabdehin həmin mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etdiyi tam sübuta yetirilmişdir. Belə ki, həmin torpaq sahəsi cavabdeh tərəfindən mülkiyyətçilərə pul verməklə əldə edilmiş və qarşı tərəf verdiyi pulun müqabilində cavabdehin adına mülkiyyəti təsdiq edən sənəd vermişdir. İşə maraqlı şəxs kimi cəlb edilən digər vərəsələrdə cavabdehdən pul aldıqlarını və həmin torpaq sahəsini ona satdıqlarını və buna görə də ondan şikayət və tələblərinin olmadığını bildirmişlər. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
57. Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuş, etiraz iddiaçının apellyasiya və kassasiya şikayətləri ilə eyni məzmunda əsaslandırılmış və cavabdehin kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
58. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X28 X24:
59. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
60. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
61. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
62. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun gö türdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
63. Maddə 493.1. Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tə ləb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır.
64. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
65. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
66. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
67. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil ed ilir.
68. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
69. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
70. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
71. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
72. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
73. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
74. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
75. Maddə 1255. Qəbul edilmiş mira s onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Kassasiya şikayətlər ində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı mirasqoyanı Rəşid Daştəmirov cavabdeh İmran Bahadurova qarşı mülkiyyətin müdafiəsi qaydasında Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0,57 ha torpaq sahəsinin İmran Bahadurovun qanunsuz sahibliyindən geri alınması barədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi ilə həmin iddia təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.
85. Daştəmirov Rəşid Balasoltan oğlu 24 aprel 2018-ci il tarixdə ölmüşdür. Onun beş vərəsəsi - atası İddiaçı, anası Daştəmirova Mariya Arsentyevna, övladları X20, X32 və X29 qalmışdır.
86. Hazırkı iddiadan görünür ki, İddiaçı, Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış 337.355 manat, otu yığmaqla 5820.10 qəpik əldə edilmiş gəlir olmaqla ümumilikdə 343.175.10 manat maddi zərərin, habelə 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi üçün çəkdiyi mənəvi zərər olaraq 3000 manatın cavabdeh İmran Bahadurovdan tutularaq ona ödənilməsini tələb edir (§ 13).
87. Cavabdeh isə yuxarıda qeyd edilən dəlillərə əsaslanaraq iddianın təmin olunmasına etiraz edir (§ 14).
88. İddiada yer alan maddi tələblərin qanuni əsası kimi Mülki Məcəllənin 157.5-ci və 1092.1-ci maddələri, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsası kimi həmin Məcəllənin 1097.1-ci maddəsi nəzərdən keçirilə bilər.
89. İstina d olunan maddələrə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (§ 62).
90. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (§ 66-68).
91. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 71).
92. Apellyasiya instansiyası məhkəməsi iddiaya Mülki Məcəllənin 157.5-ci madd əsini tətbiq edərək iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni yuxarıda qeyd edilən şəkildə əsaslandırmışdır (§ 20-43).
93. Kassasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
94. Əvvəla, iddia üzrə Mülki Məcəllənin 157.5-ci maddəsinə əsaslanan tələblərin (torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış 337.355 manat, otu yığmaqla 5820.10 qəpik əldə edilmiş gəlirin) bir hissəsi mülkiyyətin müdafiəsinə dair iddia qaldırmış Rəşid Daştəmirovun qanundan irəli gələn tələb hüquqları olmuşdur. 24 aprel 2018-ci il tarixdə Rəşid Daştəmirovun ölməsi ilə həmin alacaq haqları mirasın aktivi kimi qanun üzrə vərəsəlik qaydasında onun vərəsələrinə - İddiaçı, Mariya Daştəmirovaya, Gülnar Daşdəmirovaya, Sevda Daşdərovaya və Camal Daşdəmirova keçmişdir.
95. Bundan əlavə, məhkəmə müəyyən etmişdir ki, Rəşid Daştəmirov 14 sentyabr 2017ci il tarixli vəsiyyətnamə ilə mübahisəli 0,57 ha torpaq sahəsini, o cümlədən bütün başqa mülkiyyətində olan əmlakını atası İddiaçı vəsiyyət etmişdir.
96. Məlum olduğu kimi, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (§ 72-73).
97. Miras qoyana məxsus olmuş əmlak aktivindəki ayrı-ayrı dəyərlər (əşyalar, hüquqlar və s.) mirasın bölüşdürülməsi ilə vərəsələrin fərdi mülkiyyətinə keçənədək qanunda miras əmlakın xüsusi bir rejimi nəzərdə tutu lur – miras şərikliyi.
98. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu baxımdan mirasın aktivi və passivi miras şərikliyinin predmeti hesab olunur.
99. Belə olan halda, sözügedən iddia tələbləri üzrə adları çəkilən vərəsələrin hər biri Rəşid Daştəmirovun ölməsi ilə açılan miras şərikliyinin iştirakçısı, vahid əmlaka daxil olan maddi tələblərin birgə kreditorları olmuşlar.
100. Mülki Məcəllənin 493.1-ci maddəsinə əsasən, əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır.
101. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi qey d edir ki, Rəşid Daştəmirovdan miras qalmış əmlakdan, eləcə də onun ölümündən sonra vərəsələrin ümumi birgə mülkiyyəti sayılan əşyadan qanunsuz sahibin götürdüyü və ya götürməli olduğu gəlirlərin, eləcə də zərərin əvəzinin ödənilməsi tələbləri üzrə yuxarıda adları çəkilən vərəsələr birgə kreditorlar olduqları halda, İddiaçı savayı digər vərəsələrin işdə birgə iddiaçı və ya üçüncü şəxs kimi iştiraklarının təmin edilməsi müzakirə və həll olunmamış, miras şəriki və ümumi mülkiyyətçi kimi onların irəli sürülmüş tələblərə münasibəti öyrənilməmişdir.
102. Apellyasiya məhkəməsi tərəfindən nəinki qeyd edilən hallara diqqət yetirilməmiş və mümkün olduğu halda həmin nöqsanların aradan qaldırılması təmin edilməmiş, hətta iddiaçının adına qoyulmuş vəsiyyətnamə nəzərə alınaraq və Mülki Məcəllənin 1193- cü maddəsi tətbiq edilərək vərəsələrin mirasda məcburi payları ilə bağlı hüquqi dəyərləndirmə aparılmış, iddiaçının tələbinin məhz həmin pay həcmində qismən təmin edildiyi qeyd olunmuşdur.
103. Halbuki, mirasqoyanın və vərəsələrin qanunsuz sahibə qarşı qeyd edilən tələblərinə dair, özü də beş vərəsədən dördünün iştirakının təmin edilmədiyi hazırkı işdə miras paylarının, o cümlədən mirasda məcburi payın müəyyən edilməsi iddianın predmetinə aid olmamışdır. Bu səbəbdən həmin məsələlər üzrə hüquqi dəyərləndirmə aparılması və miras paylarının müəyyən edilməsi iddia tələbinin həcmindən kənara çıxma kimi qiymətləndirilir. Məhz bu yalnışlığın da nəticəsidir ki, apelyasiya məhkəməsi birgə kreditor olan iddiaçının sübuta yetirmiş saydığı məbləğ üzrə tələb hüququnun Mülki Məcəllənin 493.1-ci maddəs inə zidd olaraq tam şəkildə deyil, müəyyən bir pay həcmində olduğunu bildirmişdir.
104. Bundan əlavə, apelyasiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçı 2012-ci il tarixdən 2022-ci il tarixədək olan dövr üzrə əldən çıxmış fayda qismində zərər məbləği tələb etsə də onun 2018-ci il tarixdən əvvəlki dövr üzrə cavabdehdən zərər məbləği tələb edə bilməsi üçün subyektiv hüququ olmamışdır. Belə ki, miras qoyan 24 aprel 2018-ci il tarixdə ölmüş, onun isə belə bir tələbi olmamışdır. İddiaçının zərər məbləğini tələb etmək üçün subyektiv hüququ miras açıldığı və mirası qəbul edərək mülkiyyətinə keçirdiyi vaxtdan yaranmış hesab olunur.”
105. Kollegiya bu mövqeyi də əsaslı hesab etmir, ona görə ki, hazırkı iddiada yer alan tələblər həm mahiyyəti etibarilə, həm də əmələ gəlmə mənbəyi baxımından bir-birində n fərqlənir. İddianın da düzgün həlli üçün bu tələblər arasındakı fərqlər nəzərə alınmalıdır.
106. Belə ki, irəli sürülmüş maddi tələblər “torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış 337.355 manatın və otu yığmaqla 5820.10 qəpik əldə edilmiş gəlirin tutulması” olaraq fərqləndirilmişdir. Bu tələblərin hər ikisi mülkiyyətçinin öz əmlakına sahiblikdən məhrum olduğu üçün məhrum olduğu gəlirlər və düşdüyü zərərlə bağlı olsa da, nəzərə alınmalıdır ki, əşyanın cavabdehin qanunsuz sahibliyində olduğu dövrdə mülkiyyətçilər subyekt olaraq dəyişmişlər.
107. Belə ki, torpaq sahəsinə qanunsuz sahiblik yarandığı vaxtdan 24 aprel 2018-ci il tarixdək mülkiyyətçi Rəşid Daştəmirov, həmin tarixdən (miras açıldığı andan) sonrakı dövrdə isə ümumi mülkiyyətçi (vərəsələrdən biri kimi) İddiaçı olmuşdur. 1
08. İddiaçı özünün ümumi mülkiyyətçi olduğu dövr üzrə tələb hüququ məhkəmədə şübhə doğurmasa da, nəzərə alınmalıdır ki, miras açılanadək miras qoyanın Mülki Məcəllənin 157.5 və 1092-ci maddələrinə görə meydana gəlmiş alacaq haqqı əsassız varlanmaya söykənən tələb olmuşdur. Bu cür tələblər də yuxarıda qeyd edildiyi kimi miras kütləsinə daxil olur, vərəsəlik qaydasında miras şəriklərinə keçir.
109. Bu hallar ona dəlalət edir ki, iddiaçı sözügedən tələblərin 24 aprel 2018-ci ilədək olan dövrü üzrə vərəsəlik qaydasında əldə etdiyi hüquqlara söykənərək, həmin tarixdən sonrakı dövr üzrə isə özünün ümumi mülkiyyət hüququna əsaslanaraq, bütövlükdə qanunsuz sahiblik dövrü üçün Mülki Məcəllənin 157.5 və 1092-ci maddələrində göstərilən tələbləri irəli sürə bilər.
110. Mənəvi zərərin ödənilməsi ilə ba ğlı tələbə münasibətdə isə nəzərə alınmalıdır ki, miras qoyan sağlığında belə bir tələbi irəli sürməmişdirsə, onun ehtimal olunan mənəvi zərəri vərəsəlik qaydasında keçə bilməz. Odur ki, iddiaçının məhz özünün ümumi mülkiyyətçi kimi məruz qaldığı mülki hüquq pozuntusuna görə mənəvi zərər tələbi Mülki Məcəllənin deliktə aid normaları çərçivəsində müzakirə edilə bilər.
111. Bundan əlavə, məhkəmə tərkibi nəzərə alır ki, “gilas ağaclarından alınmış 337.355 manatın əvəzinin tutulması” və “otu yığmaqla 5820.10 qəpik əldə edilmiş gəlirin tutulması” barədə maddi tələblərin, eləcə də “3000 manat mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinin həlli qanunvericiliklə tələb olunan şəkildə əsaslandırılmamışdır.
112. Bu xüsusatlar üzrə məhkəmə tərkibi vurğulayır ki, bir şəxsin başqasının əşyasına qanunsuz sahiblik etməsi hüquq pozuntusudur. Ona görə də qanunverici Mülki Məcəllənin 157-ci maddəsində pozuntunun aradan qaldırılması üçün əşyanın geri qaytarılmasını təsbit etməklə yanaşı, qanunsuz sahiblik dövründə hüquq sahibi olan mülkiyyətçinin məhrum olduğu gəlir, bəhər və digər zərərlərin qanunsuz sahib tərəfindən ödənilməsini də nəzərdə tutmuşdur.
113. Lakin bu məsələdə həmin tələblərin həcmi qanunsuz vicdanlı sahiblə qanunsuz vicdansız sahibə münasibətdə fərqli müəyyən edilmişdir.
114. Əgər şəxs əşya üzərindəki hakimiyyətinin qanunsuz olduğunu bilmirsə və bilməli deyilsə, o, vicdanlı sahib hesab edilir. Bununla belə, şəxs əşyaya sahibliyinin qanunsuz olduğunu bildiyi, yaxud bilməli olduğu və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan v icdansız sahib sayılır (Mülki Məcəllə, maddə 157.5, birinci cümlə; maddə 166.2, ikinci cümlə).
115. Qanunsuz vicdanlı sahib yalnız faktiki hakimiyyəti altında olan əşyanı geri qaytarmağa borcludur. İddia tələbi irəli sürüldüyü məqamda sahibliyində olduğu sübuta yetirilən və əsassız varlanma təşkil edən bəhərlər istisna olmaqla, o, digər gəlirlərin, əldən çıxmış faydanın və ya başqa zərərin əvəzini ödəməyə borclu deyil. Bu qayda Mülki Məcəllənin 157.5-ci maddəsinin sonuncu cümləsində belə ifadə edilmişdir: “Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir”.
116. Qanunsuz vicdansız sahib isə əşyanı geri qaytarmaqla yanaşı, əmlakın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli old uğu bütün gəlirləri qaytarmalı və ya əvəzini ödəməli, əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini mülkiyyətçiyə ödəməlidir. Bu qaydalar da Mülki Məcəllənin 157.5-ci maddəsinin digər cümlələrində açıqca ifadə olunmuşdur.
117. Kassasiya şikayətlərindən görünür ki, iddiaçı, tələbinin təmin olunmamış hissəsində məhkəmənin hüquq normalarını düzgün tətbiq etmədiyini, cavabdeh isə iddiaya bütövlükdə etiraz etməklə yanaşı, iddianın təmin olunmuş hissəsində məbləğlərin doğru şəkildə müəyyənləşdirilmədiyini bildirir.
118. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə tərkibi bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq, digər vərəsələrin də işdə iştirakı məsələsi müzakirə edilməklə nəticəsi barədə müvafiq qərar qəbul olunmalı, iddiaçının irəl i sürdüyü tələblər üzrə araşdırma aparılarkən cavabdehin torpaq sahəsinə qanunsuz sahibliyinin hansı tarixədək vicdanlı, hansı tarixdən vicdansız sahiblik olması dəqiqləşdirilməli, maddi tələblərin (gəlir, əldən çıxmış fayda və ya ziyanın), o cümlədən mənəvi zərərin hansı səbəbdən təmin edilən və ya edilməyən olması ümumi mülahizələrlə deyil, qanunun aidiyyəti normasının dispozisiya şərtlərinə uyğun əsaslandırılmalı, maddi tələblərdəki məbləğlərin düzgün müəyyənləşdirilməsi üçün işdəki sübutlar tərəflərin iştirakı ilə tədqiq edilərək qiymətləndirilməli, zəruri olduqda mütəxəssisin yardımından istifadə olunmalı, xüsusi bilik tələb edən sualların cavablandırılması ehtiyacı yaranarsa müvafiq ekspertizanın keçirilməsi tərəflərlə müzakirə edilməli, eyni qaydada cavabdehin iddiaya etirazlarının nədən ibarət olması dəqiqləşdirilməklə onların irəli sürülmüş tələblərin həllinə təsiri qiymətləndirilməli və işin əhəmiyyət kəsb edən digər halları üzrə araşdırma aparılmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
119. Baxılan işdə apelyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə uyğun araşdırma və hüquqi dəyərləndirmə aparmamış, sadalanan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticə etibarilə qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır (§ 79-80).
120. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X28 X13 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüquq unun pozulmasına dəlalət edir (§ 58-59).
121. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
122. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-926/2024 nömrəli, 25 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.