Məhkəmə qərarları › İş №2(105)-926/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-926/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq münasibətləri üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-926/2024 25.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: torpaqdan qanunsuz istifadə nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X38 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən və cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində 0,57 ha torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış və otu yığmaqla əldə edilmiş gəlir olaraq ümumilikdə ona vurulmuş 154000 maddi ziyanın, həmçinin 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi üçün çəkdiyi mənəvi ziyan olaraq 3000 manat pulun və ödənilmiş 447 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X6 ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN:158 nömrəli KOD 30204028 nömrəli dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 0.57 ha torpaq sahəsinə dair Cavabdeh saxta sənədlər əsasında JN-389 KOD 30204028 nömrəli Dövlət Aktı almış və oğlunun mülkiyyətində olan torpaq sahəsini saxta yollarla ələ keçirmişdir. Həmin şəxs torpaq sahəsini zəbt etmiş və qanunsuz istifadə edir. Cavabdeh 2006-cı ildən onlara məxsus torpaqdan qanunsuz istifadə etmişdir. Cavabdehin onun torpağından qanunsuz istifadəsi nəticəsində onlara maddi ziyan dəymişdir. Belə ki, həmin bağ sahəsində gilas ağacları vardir. Cavabdeh həmin bağın ot sahəsini də 16 ildir ki istifadə edir. Cavabdeh son 2012-2022-ci ildə onlara məxsus bağ sahəsindən ildə 15000 manat olmaqla, son 10 il müddətinə təxminən 150000 manata yaxın gilasdan gəlir götürmüşdür. Həmçinin həmin bağ sahəsindən ildə iki dəfə olmaqla hər il 100 ot presi biçməklə 10 ilə 1000 ot presi biçmiş, hər presin də qiyməti 4 manat olmaqla, cəmi 4000 manat otdan da gəlir əldə etmişdir. Məhkəmə qətnaməsi olmasına baxmayaraq borclu şəxs daim ona maneələr yaratmış və torpaq sahəsinə girməyə qoymamışdır. Borclu şəxsin adında olan torpaq sahəsinə dair çıxarış ləğv olunmasına baxmayaraq, həmin şəxs ləğv olunmuş torpaq sahəsindən istifadə edir və ona məxsus olan torpaq sahəsini də zəbt edib məhkəmə qərarını saymır. Onun özbaşınalığı davam edir. Halbuki bütün məhkəmə instansiyalarında bu mübahisələrə 6 ildir ki baxılmış, lakin bu şəxs dövləti saymayaraq qərarı icra etmir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən onlara məxsus bağ sahəsindən qanunsuz istifadə nəticəsində son on il ərzində dəymiş ziyan onlara ödənilməlidir. Həmçinin 2017-ci ildən indiyədək cavabdeh tərəfindən torpağın qaytarılmaması üçün lüzumsuz və əsassız vermiş iddialar və ərizələr nəticəsində məhkəmələrin yollarında keçirdiyi mənəvi əziyyətə-əzaba görə ona dəymiş mənəvi zərər ödənilməlidir.

3. İddiaçı iddia tələbinin həcmini artıraraq, Xaçmaz rayonu Gödəkli kəndində yerləşən və Cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində 0.57 ha torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış 337.355 manat və otu yığmaqla 5820.10 qəpik əldə edilmiş gəlir olaraq, ümumilikdə ona vurulmuş 343175.10 (üc yüz qirx üc min yüz yetmiş beş manat on qəpik ) manat maddi ziyanın, həmçinin 5 il ərzində əsassız məhkəmə çəkişmələri ilə üzləşdiyi üçün çəkdiyi mənəvi zərər olaraq 3000 manat, ümumilikdə 346175.10 (üc yüz qirx alti min yüz yetmiş beş manat on qəpik) manat və ödənilmiş 636.20 manat dövlət rüsumununun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

5. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi İddiaçı mülkiyyətində Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0,57 ha gilas bağının olmasını təsdiq edən heç bir sənədin olmamasını əsas gətirərək iddianı rədd etmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 77.1 və 78.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən əsassiz olaraq iddia tələbinə baxılması uzadılmış, süründürməçilik edilmiş, sonra tərəflərin iştirakı olmadan iddia təzələnərək məhkəmə hazırlıq iclasına təyin olunub baxılmalı olduğu halda birbaşa baxış iclasına cıxarılmış və yenə də süründürməçilik edilərək, sonda da qərəzli olaraq ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, oğlu X6 ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Aqrar İslahat Komissiyasının 1998-ci il 24 iyun tarixli 08 nömrəli qərarı ilə Xaçmaz rayonunun Gödəkli kəndində 2.87 ha torpaq sahəsi ayrılmış və JN:158 nömrəli KOD 30204028 nömrəli dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 0.57 ha torpaq sahəsinə dair Cavabdeh saxta sənədlər əsasında JN-389 KOD 30204028 nömrəli Dövlət Aktı almış və oğlunun mülkiyyətində olan torpaq sahəsini saxta yollarla ələ keçirmişdir. Həmin şəxs torpaq sahəsini zəbt etmiş və qanunsuz istifadə etmişdir. Cavabdeh 2006-ci ildən onlara məxsus torpaqdan qanunsuz istifadə etmişdir. Cavabdehin torpaqdan qanunsuz istifadəsi nəticəsində maddi ziyan dəymişdir. Belə ki, həmin bağ sahəsində gilas ağacları vardır. Cavabdeh həmin bağın ot sahəsini də 16 ildir istifadə edir. Məhkəmə qətnaməsi olmasına baxmayaraq borclu şəxs daim ona maneələr yaratmış və torpaq sahəsinə girməyə qoymamışdır. Borclu şəxsin adında olan torpaq sahəsinə dair cıxarış ləğv olunmasına baxmayaraq, həmin şəxs torpaq sahəsindən istifadə edir və ona məxsus olan torpaq sahəsini də zəbt edib məhkəmə qərarını saymır və hər dəfədə onu hədəliyir. Halbuki bütün məhkəmə instansiyalarında bu mübahisələrə 6 ildir ki baxılmış, lakin bu şəxs dövləti saymayaraq, qərarı icra etməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onlara məxsus bağ sahəsindən qanunsuz istifadə nəticəsində son on il ərzində dəymiş ziyan ödənilməlidir. Həmçinin 2017-ci ildən indiyənədək cavabdeh tərəfindən torpağın qaytarılmaması üçün lüzumsuz və əsassiz vermiş iddialar və ərizələr nəticəsində yaşlı olaraq, məhkəmələrin yollarında kecirdiyi mənəvi əziyyətə görə cəkdiyi əzaba görə dəymiş mənəvi zərər ödənilməlidir. Tərəfindən "xxxx" MMC-yə bioloji gəlirin qiymətləndirilməsi barədə müraciət olunaraq, 09 fevral 2023-cü il tarixli mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən 10 il ərzində əldə olunmuş gəlir Cavabdeh tərəfindən qanunsuz istifadə nəticəsində 0.57 ha torpaq sahəsində əkilmiş gilas ağaclarından alınmış 337.355 manat və otu yığmaqla 5820.10 qəpik müəyyən olunmuşdur. Məhkəmə qanunvericiliyin maddələrini sadalamiş, iddia tələbinin rədd edilməsi üçün heç bir dəlil göstərməmiş və hec bir əsaslandırma aparmamışdır. Məhkəməyə tərəfindən təqdim edilmiş sübutlara “Dövlət Aktını” icra vərəqəsini, torpaq sahəsinin onlara məxsus olduğunu təsdiq edən sənəd hesab etməmişdir. Maraqlıdır onlara məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi barədə cixarılmış məhkəmə qərarını da məhkəmə öz mövqeyi ilə şübhə altına almışdır. Halbuki, məhkəmə həmin torpaq sahəsinin qaytarılması ilə bağlı yüzlərlə məhkəmə mübahisələrinə baxmışdir. Həmçinin icra məmuru tərəfindən akt əsasında torpağın koordinatları göstərilməklə verdiyi sənədi də hüquqi sənəd hesab etməmişdir. Məhkəməyə təqdim etdiyi çoxsaylı sübutlarin niyə qəbul edilmədiyi qətnamədə əsaslandırmamışdır. Saxta sənədlər əsasında Qusar Rayon Məhkəməsinin adından qətnamə hazırladıb bu şəxs torpağı mənimsəmişdir. 31 yanvar 2024-cü il tarixdə İcra məmuru Vidadi Dadaşov, Faqil Adigözəlov və şahidlərin iştiraki ilə uzun illər icrasız qalan icra vərəqəsi icra olunmuş, mülkiyyət hüququ ilə onlara məxsus olan 0.57 ha torpaq sahəsinin koordinatları göstərilməklə torpaq sahəsi şahidlərin iştirakı ilə aktla təhvil verilmişdir. Bundan sonra borclu tərəf yenə də maneə yaratmaq və həmişəki kimi süni yollarla işi uzatmaq üçün icra məmurunun aktından və hərəkətlərindən məhkəməyə şikayət vermiş və Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə şikayəti təmin olunmamışdır. Borclu şəxs məhkəmə qərarını qərəzli olaraq icra etmədiyi üçün Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərari ilə inzibati məsuliyyətə cəlb olunaraq 500 manat məbləğində cərimə olunmasına baxmayaraq öz özbaşına əməllərindən əl cəkməmişdir. Bundan sonra borclu şəxs yenidən maneələr yaratdığı üçün barəsində inzibati protokol tərtib olunmuş və Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərari ilə İXM-in 528.1-2-ci maddəsi ilə təkrar inzibati məsuliyyətə cəlb olunmuşdur. 31 yanvar 2024-cü il tarixdə də borclu şəxs icra məmuru tərəfindən İcra Şöbəsinə dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmiş və borclu şəxs barəsində icra məmuru tərəfindən məcburi gətirilmə qərarı qəbul olunmuşdur. Qeyd edir ki, uzun illər icra olunmayıb qalan icra işi hal-hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin nəzarətindədir. Məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə düzgün qiymət verilməməsi, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin qərarın ədalətli olmasını şübhə altına alır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı məhkəmə qətnaməsində və icra vərəqəsinə əsasən həmin 0.57 ha torpaq sahəsinin X24 ogluna mulkiyyət hüququ ilə məxsus olması öz təsdiqini tapmışdır. Xaçmaz Rayon Məhkəməsi iddialarını qərəzli olaraq təmin etməmiş və Cavabdeh mənafeyinə uyğun daim qərar qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən isə qanunsuz qərarlar dəfələrlə ləğv edilmişdir. Borclu şəxs məhkəmə qərarını himayədarlarının dəstəyi ilə icra etməyən şəxsə qarşı uzun illər torpağından qanunsuz istifadə edərək, onları ziyana salmış şəxsə qarşı əsaslı maddi və mənəvi ziyan tələbi barədə iddia versə də həmin iddia tələbi prosessual pozuntu ilə 1 ildən cox əsassız uzadılaraq hüququ pozulmuş və sonda da həmişəki kimi məhkəmə Cavabdeh xeyrinə qanunsuz qərar qəbul etmiş və iddia tələbini təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 10.Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, mübahisəli 0.57 ha torpaq sahəsinə dair Xaçmaz rayon icra və probasiya şöbəsi iş üzrə tələbkar mərhum Rəşid Daşdəmirovun beş hüquqi varisini iş üzrə tələbkar kimi tanımışdır. Digər hüquqi varislər Cavabdeh həmin torpaq sahəsinə dair istifadə və sərəncam vermək hüququ ilə bağlı etibarnamə vermişdir. Cavabdeh icra sənədinin könüllü icra olunması üçün Xaçmaz rayon icra və probasiya şöbəsinin bölgüsünə əsasən 2020-ci il tarixdə tərtib olunmuş akta əsasən könüllü olaraq torpaq sahəsini təhvil verməyə razılıq versə də, həmin torpaq sahəsinə dair kordinatlar və coğrafi mövqe müəyyən olunmadığından tələbkarlardan biri hazırki iddiaçı torpaq sahəsini təhvil almaqdan imtina etmişdir (həmin aktı əlavə edir). Bundan sonra dəfələrlə icra prosesi təyin olunsa da mübahisəli torpaq sahəsinin kordinatları müəyyən olunmadığından icra sənədi bir neçə dəfə icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi icra sənədinin icra olunmamasına səbəb Cavabdeh olmamışdır. Yəni Cavabdeh İcra sənədinin icra edən orqan deyil. Buna görə də baxılan işdə onun cavabdeh olması absurtdur. Cavabdeh həmin icra sənədinin icrasında maraqlı olsa da Xaçmaz rayon icra şöbəsi mübahisəli torpaq sahəsinə dair kordinatları müəyyən edə bilmədiyi üçün icra sənədi icra olunmamışdır. Həmçinin bildirir ki, iddiaçı Xaçmaz rayon polis şöbəsində torpaq sahəsinin zəbt olunması ilə bağlı şikayət vermiş, lakin cinayət işinin başlanıılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət versədə həmin qərar qüvvədə qalmış və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi istər araşdırılan mülki işlərdə və istintaq orqanlarında Cavabdeh mübahisəli torpaq sahəsinin zəbt olunması ilə bağlı heç bir əsas müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı özünə tam mülkiyyət hüququ ilə məxsus olmayan torpaq sahəsinə dair dəymiş zərər tələb edir. Göstərilənlərə əsasən müəyyən olunur ki, iddia əsassızdır və təmin edilməməlidir. Buna görədə apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Xaçmaz Rayon Məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Məhkəmə aktında təqdim olunan sübutların rədd edilməsinə əsas olan heç bir dəlil göstərilməmiş, iddianın rədd edilməsi qanunvericiliyə uyğun olaraq əsaslandırılmamış, torpaq haqqında dövlət aktını, icra vərəqəsini torpaq sahəsinin onlara məxsus olduğunu təsdiq edən sənəd hesab etməmişdir. Hansı ki, həmin dövlət aktı 1998ci il tarixində Daşdəmirov Rəşidə 0,57 ha torpaq sahəsinin verildiyini təsdiq edir. Onlara məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi ilə bağlı 2017-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsi ilə məhkəmə öz mövqeyini şübhə altına almışdır. Halbuki məhkəmə həmin torpaq sahəsinin qaytarılması ilə bağlı yüzlərlə məhkəmə mübahisəsinə baxmışdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən qətnamədə bu məsələlər ümumiyətlə əsaslandırılmamış, sadəcə torpaq sahəsinin çıxarışının olmamasına istinad etmişdir. Qeyd edir ki, dövlət aktı torpağa mülkiyyəti təsdiq edən sənəddir. Cavabdeh saxta sənəd əsasında Qusar Rayon Məhkəməsinin adından qətnamə çıxarılmasına nail olmuş və torpağı mənimsəmişdir. 31 yanvar 2024-cü il tarixdə icra məmuru tərəfindən şahidlərin iştirakı ilə icra vərəqəsi icra olunmuş, mülkiyyətdə olan 0,57 ha torpaq sahəsinin koordinatları göstərilməklə torpaq sahəsi təhvil verilmişdir. Bundan əlavə cavabdeh həmin torpaq sahəsindən istifadəylə bağlı dəymiş zərərlə əlaqədar məhkəmə qətnaməsinin tələblərini icra etmədiyindən iki dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmin qətnamə iki hissədən ibarət olmuşdur: torpağın boşaldılıb təhvil verilməsi və Bahadurov İmran tərəfindən qoyulmuş maneələrə son qoyulması. Şəxs maneələrə son qoymadığı üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. İndiyə kimi dövlətin adından çıxarılmış qətnaməyə məhəl qoymamış və üzərinə düşən öhdəlikləri icra etməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində müxtəlif illərə münasibətdə dəymiş ziyana müvafiq rəy təqdim etmişdir. Məhkəmə həmin rəyə münasibət bildirməmişdir. Eyni zamanda həmin rəy əsasında məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsiylə bağlı vəsatət vermiş, ona da məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Cavabdeh tərəfindən elektron kabinetə yerləşdirilmiş qərarın hazırkı məhkəmə mübahisəsi ilə əlaqəsi yoxdur. X15 mülkiyyətində 0.57 ha torpaq sahəsinin olmasını təsdiq edən dövlət aktı var. Sözügedən torpaq sahəsinin bu mübahisəyə aidiyyəti yoxdur. Bu şəxs o vaxtlar Daşdəmirov Rəşidin ailə üzvlərindən torpağın dövlət aktını götürmüş və Daşdəmirov Rəşidin razılığı olmadığından notarial qaydada təsdiq etdirə bilməmişdir. Ona görə də 2006-cı ildə məhkəmənin adına saxta qətnamə çıxarıb iki dövlət aktı almışdır. Dövlət aktlarına əsasən 0.57 ha torpaq sahəsi Daşdəmirov Camalın, 2.30 ha torpaq sahəsi isə cavabdehin özünün mülkiyyətində olmuşdur. Hazırda 2.30 ha torpaq sahəsinin 0.57 hektarı onların istifadəsindədir. Qalan hissəni isə cavabdeh etibarnamə əsasında istifadə edir. Digər paylı şəxslərdən etibarnamə almış və etibarnamə əsasında istifadə etmişdir. 0.57 ha torpaq sahəsi aktla onlara təhvil verilib. Hazırda həmin torpaq sahəsini istifadə edirlər. X31 payı ilə bağlıdır. Çıxarış və qeydiyyat şəhadətnaməsini verilməsi ilə bağlı 2021-ci inzibati məhkəmənin qərarından apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmuşdur. Ölmüş şəxsin adına çıxarış verilmədiyindən arayış alınıb daha sonra o arayış vasitəsilə çıxarış alınacaq. İddiaçı vəsiyyətnamə üzrə vərəsədir. 0.57 ha torpaq sahəsini tamamilə istəmir. Vərəsəlik üzrə öz payəna münasibətdə iddia qaldırmışdır. Rəşid 2018-ci ildə ölmüşdür. Vərəsəlik haqqında şəhadətnamə verilməyib. İddiaçı notariusa müraciət edib və hüquqi varis kimi tanınıb. Hazırki mübahisə predmetindən kənar onlara miras əmlak qalmışdır. Ona uyğun çıxarış, şəhadətnamə alınmışdır. Mariya anasıdır. 2018-ci ildə Daşdəmirov Rəşidin ölümündən sonra məhkəmə proseslərində də hüquqi varis kimi Daşdəmirov Balasoltan tanınmışdır. Sonradan 2020-ci ildə icra şöbəsində də hüquqi varis kimi tanınmış və bununla bağlı Bahadurov İmran şikayət vermiş və kassasiya instansiyası məhkəməsində onun şikayəti təmin olunmamışdır. Digər vərəsələrin payına hər hansı iddiaları yoxdur. Gilas ağaclarının kəsilməsinə gəldikdə isə qarşı tərəf məhkəmədə uduzduğu üçün üzərində gilaslar ola-ola bir gecənin içində 98-ə yaxın ağacı kəsmiş və bütün bağı məhv etmişdir. Hazırda bu məsələ ilə bağlı Xaçmaz Rayon polis şöbəsində araşdırma aparılır. Gilas ağaclarının Bahadurov İmran tərəfindən əkilməsinə dair qarşı tərəfin heç bir sübutu yoxdur. Cavabdehin sözügedən torpaq sahəsi ilə bağlı heç bir mülkiyyət hüququ yoxdur. 0.57 ha-dan kənarda da gilas ağacları var, yalnız icra məmuru təhvil verdiyi sahədəki gilas ağacları kəsilmişdir. Bahadurova Safuranın adına çıxarış olduğu üçün atası torpaq sahəsini təhvil almaqdan imtina etmişdir. Bahadurova Safuranın adına olan çıxarışla müəyyənləşdirilən torpaq sahəsi, 0.57 ha-lıq fındıq bağının olduğu torpaq sahəsidir. Bahadurova Safuraya satılan torpaq sahəsi əvvəl Camala məxsus olmuşdur. Hər il 30000 manat gəlir götürülən gilas bağının məhv edilməsinin səbəbi torpağın onlara verildiyi təqdirdə həmin gəlirdən faydalanmamalarıdır. Daştəmirov Rəşid arvadı ilə boşanmışdır, Xatirə onun vərəsəsi deyil. Bu məsələyə 2006-cı il tarixli qətnamədə də toxunulmuş, paylar müəyyən olunmuşdur. Daştəmirova Mariya ilə İddiaçı arasında nikah pozulmamışdır. Daşdəmirova Mariya da ərinin mövqeyindədir. İddiaçı payına düşən 0.57 ha torpaq sahəsindən əldə edilmiş gəliri tələb edir. Mütəxsəssis rəyində illərə, bazar qiymətinə uyğun olaraq rəy verilmişdir. Ona görə də mütəxəssis rəyi ilə razıdır. 0.57 ha torpaq sahəsində hər ağacdan ortalama 40 kq məhsul götürülməsi ilə razıdır. Cavabdeh 21 may 2024-cü il tarixində ağacların kəsilməsindən sonra da 0.57 ha torpaq sahəsinə girişlərinə imkan vermirdi. Ədliyyə Nazirliyinə müraicətindən sonra icra məmurunun təkidi ilə imkan yaradılmışdır. Bağda ağacların arasında olan ot biçilmiş və cavabdeh tərəfindən gəlir götürülmüşdür. Ağacların sayı 76-dan çox olub. Ağaclar kəsiləndən sonra özü gedib sayıb, 98-ə yaxın ağacdır. Bahadurova Safura adlı şəxsin adına çıxarış olduğu üçün iddiaçı torpaq sahəsini təhvil almaqdan imtina etmişdir. Başqasının mülkiyyətində olan əmlakı təhvil almamışdır.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 0.57 ha fındıq bağıdır, 2.30 ha gilas bağı idi. 2006-ci ildə gilas ağaclarını özü əkib. 2016-2017-ci ildən etibarən bar götürmüşdür. Fındıq bağının olduğu torpaq sahəsi Bahadurova Safuranın mülkiyyətindədir. Bağda 75-76 ağac olmuşdur. Fiziki şəxs kimi fəaliyyət göstərir. Bəyannamə vermir. Torpaq sahəsindən əldə etdiyi gəlir ildənilə dəyişir. Təxminən hər il 18000-22000 manat aralığında gəlir əldə edir. Hər ağacdan ortalama 40 kq məhsul əldə edilməsi mümkündür.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qarşı tərəfin ümumiyyətlə belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Göstərilən dövlət aktında iddiaçının ümumiyyətlə adı yoxdur. Notarius torpağa mülkiyyəti təsdiq edən sənəd olmadığından Daşdəmirov Balasoltanı hüquqi varis kimi tanımamışdır. İcra prosesi zamanı hüquqi varislər müəyyən edilərkən yalnız vəsiyyətnamə üzrə vərəsə müəyyən olunmamışdır. Dövlət aktının mülkiyyəti təsdiq edən sənəd hesab edirlər, sadəcə mülkiyyət aktında göstərilən mülkiyyətçilərin hər biri cavabdehə etibarnamə vermiş və həmin etibarnamə əsasında torpaq sahəsini istifadə etmişdir. Həmin dövlət aktında torpaq sahəsinin hansı hissəsinin kimə məxsus olması ilə bağlı naturada bölgü müəyyən edilməmişdir. Bununla bağlı çıxarış yoxdur. Qarşı tərəfin iddiası absurddur. Qarşı tərəf məhkəməyə müstəqil ekspert rəyini təqdim etmişdir. Hansı ki, həmin ekspert rəyi məhkəmə üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Naturada koordinatları müəyyən olunmamış torpaq sahəsinə görə qarşı tərəfin iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Torpaqdan istifadə üçün cavabdehə etibarnamə verən şəxslər işə üçüncü şəxs qismində cəlb olunmamışdır. Beş mülkiyyətçidən dördü etibarnamə vermişdir. Konkret naturada bölgü olmadan, həmin hissəyə çıxarış alınmadan hansı hissənin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün deyil. İddiaçının qeyd etdiyi gilas ağaclarını 18 il bundan əvvəl hüquqlarını müdafiə etdiyi şəxs əkib. İcra şöbəsinin nümayəndəsi tərəfindən qarşı tərəfin təqdim etdiyi ekspert rəyinə əsasən bölgü aparıldığından və həmin rəyə əsasən bölgü aparılmasını qanunsuz olaraq qiymətləndirdiyindən icra barədə aktdan imtina etmişlər. İnzibati xəta haqqında qərarlara gəldikdə icra məmuru torpaq sahəsinə mütəxəssis olmadan gəlmiş, bu səbəbdən cavabdeh tərəfindən torpaq sahəsinə buraxılmamışdır. Eyni zamanda cavabdeh bildirmişdir ki, mütəxəssisin naturada koordinatları müəyyənləşdirdiyi təqdirdə müvafiq sahəni təhvil verməyə hazırdır. Əlavə olaraq aktın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, akt hüquq müəyyənedici sənəd olmadığından onun mübahisələndirilməsi doğru deyildir. Prosessual hüquq varisi kimi icra və probasiya şöbəsində Daşdəmirov Rəşidin vərəsələri çıxış edir. Torpaq sahəsində mövcud olan ağacların əksəriyyəti qurumuşdur. Hər il gilas yığımı zamanı mübahisələr baş verir. Təmsil etdiyi şəxs torpağın özünə məxsus olan hissəsində çürümüş və qurumuş ağacları kəsmiş və yerində yeni müasir ağaclar əkmək niyyətində olmuşdur. Həmin ağacların təmsil etdiyi şəxs tərəfindən əkilməsinə dair sübutlar var. Qarşı tərəfin ağacların kəsilməsi ilə bağlı qeyd etdiyi məsələdə ümumiyyətlə cinayət işinin perspektivi yoxdur. Şəxsin özünün əkdiyi və ona məxsus olan ağacların kəsilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir məhdudiyyət yoxdur. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində şəxsin kənd təsərrüfatı üçün əkib-becərdiyi yaşıllığı kəsməyə görə heç bir məsuliyyəti nəzərdə tutulmamışdır. 2020-ci ildə icra şöbəsinin mütəxəssisinin iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, İmran Bahadurov həmin torpaq sahəsini 2020-ci ildə vermişdir. Həmçinin aktın arxasında İmran Bahadurovun torpaq sahəsinin verilməsinə heç bir etirazı olmadığı qeyd olunmuşdur. Həmin aktda təmsil etdiyi şəxsin imzası da mövcuddur. Eyni zamanda aktda hüquq varisinin, yəni Daşdəmirov Balasoltanın torpaq sahəsini təhvil almaqdan imtina etdiyi qeyd olunmuşdur. İcra şöbəsi qarşı tərəf torpaq sahəsini təhvil almadığı üçün iki dəfə icra sənədini icrası mümkün olmayan sənəd kimi məhkəməyə geri qaytarmışdır. X32 heç bir təqsiri olmamışdır. 2017-ci il tarixli məhkəmə qətnaməsi 2019-cu ildə icraya yönəldilmiş, icra məmuru 2020-ci ilə proses təyin etmiş, akt tərtib etmiş, lakin qarşı tərəf torpağı təhvil almaqdan imtina etmişdir. Qarşı tərəfin iddia qaldırdığı torpaq sahəsi düz bağın ortasındadır. Ədliyyə Nazirliyinin tövsiyyə xarakterli məktublarında müstəqil hüquqi şəxslərin rəyinə əsasən məhkəmənin yekun qərar qəbul etməməsi məsləhət görülür. MMC-nin verdiyi rəydə hansı ağacın nə qədər müəyyən olunması, naturada bölgünün həyata keçirilməsi kimi məsələlərə toxunulmamış, qeyri-müəyyən hallar öz əksini tapmışdır. 0.57 ha torpaq sahəsindən iddia olunan həcmdə gəlir əldə edilməsi ağlabatan deyil. Daştəmirova Mariya oğluna etibarnamə verib, hansıki o da Bahadurov İmranın tərəfindədir. Qarşı tərəf o vaxt 0.57 ha torpaq sahəsinin zəbt olunması ilə bağlı polis şöbəsinə müraciət etmiş, mülkiyyəti təsdiq edən sənəd olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Ədliyyə Nazirliyinin tövsiyyə xarakterli məktublarında müstəqil hüquqi şəxslərin rəyinə əsasən məhkəmənin yekun qərar qəbul etməməsi məsləhət görülür. MMC-nin verdiyi rəydə hansı ağacın nə qədər müəyyən olunması, naturada bölgünün həyata keçirilməsi kimi məsələlərə toxunulmamış, qeyri-müəyyən hallar öz əksini tapmışdır. Ona görə də MMC rəyi ilə razı deyillər. Vərəsələr arasında mübahisə olduğundan torpaq sahəsi naturada bölünməmişdir. Həmin torpaq sahəsində qeyri-müəyyənlik var. 31 yanvar 2024-cü ilə qədər tərəf fındıq bağı tələb etmişdir. Kənd yerində ot biçilməsindən heç kəs gəlir götürmür. 2020-ci ilə proses təyin etmiş, akt tərtib etmiş, lakin qarşı tərəf torpağı təhvil almaqdan imtina etmişdir. Təmsil etdiyi şəxs tərəfindən torpaq sahəsinin zəbt olunması və qarşı tərəfə ziyan vurmasından söhbət gedə bilməz. 2020-ci ildə icra şöbəsinin mütəxəssisinin iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, İmran Bahadurov torpaq sahəsinin fındıq bağı olan hissəsini könüllü olaraq 2020-ci ildə vermişdir. Həmçinin aktın arxasında İmran Bahadurovun torpaq sahəsinin verilməsinə heç bir etirazı olmadığı qeyd olunmuşdur. Həmin aktda təmsil etdiyi şəxsin imzası da mövcuddur. Bununla da mübahisə bitmişdir. Bundan sonra icra məmuru Bahadurov İmrana bildirmişdir ki, ekspert rəyində torpaq sahəsinin onda olmadığı qeyd olunmuşdur.

14. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, təmsil etdiyi şəxs torpaq payı mübahisələndirilən Daştəmirov Rəşidin qızıdır. 2006-cı ildə Daştəmirov Rəşid və onun ailə üzvləri tərəfindən mübahisəli torpaq sahəsində olan payları Bahadurov İmrana alqı-satqı edilərək notariat ofisində olmamaq şərtilə satılmışdır. Bundan sonra Bahadurov İmran həmin torpaq sahəsində ağaclar əkməyə başlamış, illər ərzində onları becərmiş, qulluq etmişdir. Bahadurov İmran həmin torpaq sahəsini alana qədər orada heç bir ağac olmamışdır. Daştəmirov Rəşidin 5 vərəsəsi var. Bahadurov İmrana qarşı hər hansı tələbi yoxdur. Bu məsələnin İddiaçı aidiyyəti yoxdur. Torpaq sahəsi Bahadurov İmrana satılmışdır. Hesab edir ki, iddia əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daştəmirova Gülnar Rəşid qızı, X18, Daştəmirov Camal Rəşid oğlu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri bardə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

16. JN 158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna X44 surətindən görünür ki, Daştəmirov Rəşid Balasoltan oğluna, X7, X12, X16 və X19 Xaçmaz rayonu, Gödəkli kəndində 2,87 ha torpaq sahəsi verilmişdir.

17. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsindən görünür ki, JN 158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna X46na əsasən Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində birgə torpaq payçıları Daştəmirov Rəşid Balasoltan oğlu, Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı, X20, X28 və X19 verilmiş 2,87 ha torpaq sahəsindən hər biri üçün 0,57 ha hesabı ilə Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı və onun yetkinlik yaşına çatmamış uşaqları X20 və X21 torpaq paylarının ayrılması, qətnamənin payları bərabər torpaq mülkiyyətçiləri kimi Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı və onun yetkinlik yaşına çatmamış uşaqları X20 və X21 adına 1,71 ha pay torpaq sahəsinə və payları bərabər torpaq mülkiyyətçiləri kimi Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X15 adına 1,16 ha pay torpaq sahəsinə mülkiyyət hüququna dair yeni Dövlət Aktlatının verilməsi üçün əsas hesab edilməsi qət edilmişdir.

18. 21 oktyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X26 azyaşlı olduğu üçün qanuni nümayəndəsi X9 iştirakı ilə Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyətində olan 0,57 ha torpaq sahəsini X3.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli, 2(105)-780/2017 nömrəli qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(067)-191/2016 saylı qətnaməsi ilə iddiaçı Daştəmirov Camal Rəşid oğlunun və X9 X27 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(067)-191/2016 saylı qətnaməsindən Daştəmirov Camal Rəşid oğlu və X18 tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməmişdir.

20. 22 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8 rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyətində olan 0,57 ha torpaq sahəsini X1.

21. Xaçmaz Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(067)-1985/2018 saylı qətnaməsindən görünür ki, X4 adına verilmiş JN-0389 KOD 30204028 saylı Torpağa Mülkiyyət Hüququna X46 və həmin akt əsasında verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 2(105)-81/2019 nömrəli qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Daştəmirov Rəşid Balasoltan oğluna mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqlarını həyata keçirmək üçün X29 tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0,57 ha torpaq sahəsinin X22 qanunsuz sahibliyindən alınaraq, Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X29 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 3(105)-165/2024 nömrəli qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 3(067)-364/2024 saylı qərarı ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmiş, həmin qərardan verilmiş şikayətlər isə təmin edilməyərək, qərar dəyişdirilmədən saxlanılmışdır.

24. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli mütəxəssis rəyində JN 158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna X46nda göstərilən Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 2,87 ha torpaq sahəsi yerləşmə cizgisi, həmçinin həmin torpaq sahəsindən Daştəmirov Camal Rəşid oğluna məxsus olmuş və X27 daha sonra isə X2 0,57 ha torpaq sahəsininin yerləşmə cizgisi göstərilmişdir.

25. 14 sentyabr 2017-ci il tarixli vəsiyyətnamədən görünür ki, mərhum Daştəmirov Rəşid Balasoltan oğlu mübahisəli 0,57 ha torpaq sahəsini, o cümlədən bütün başqa mülkiyyətində olan əmlakını atası İddiaçı vəsiyyət etmişdir.

26. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı olan mərhum oğlu X5 adına olan 0,57 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair 2-1(105)-19/2024 saylı inzibati iş üzrə verilmiş 18 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Mülkiyyət sənədinə əsasən ailə üzvlərinin birgə paylı mülkiyyətdə olan 2.30 ha torpaq sahəsinin tərkibindədir. İddiaçının iddia etdiyi torpaq sahəsi Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən mərhum X5 adına olan JN-153 KOD 30204028 saylı Torpağa Mülkiyyət hüququna X46nda qeyd edilən 2.87 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi X13 RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çxarış əsasında verilmiş Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsi ilə üst-üstə düşmür. 27."xxxx" MMC-nin bioloji aktivlərin gəlirinin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli ərazidə 80 ədəd gilas ağacı olmaqla, həmin ağclardan 65-i aznevi sortu, 10-u krım sortu, 5-i isə napoleon sortu olmaqla ağaclardan əldə olunan məhsulun çəkisi “aznevi” sortu üzrə 65 ağac hesablanmaqla 2012-ci ildə 6500 kq, 2013-cü ildə 6500 kq, 2014-cü ildə 7800 kq, 2015-ci ildə 9750 kq, 2016-cı ildə 11050 kq, 2017-ci ildə 11050 kq, 2018-ci ildə 11700 kq, 2019-cu ildə 11700 kq, 2020-ci ildə 13000 kq, 2021-ci ildə 13000 kq, 2022-ci ildə 13000 kq, “napoleon” sortu üzrə 5 ağac hesablanmaqla 2012-ci ildə 250 kq, 2013-cü ildə 250 kq, 2014-cü ildə 250 kq, 2015-ci ildə 300 kq, 2016-cı ildə 300 kq, 2017-ci ildə 350 kq, 2018-ci ildə 350 kq, 2019-cu ildə 400 kq, 2020-ci ildə 400 kq, 2021-ci ildə 400 kq, 2022-ci ildə 450 kq, “krım” sortu üzrə 10 ağac hesablanmaqla 2012-ci ildə 750 kq, 2013-cü ildə 800 kq, 2014-cü ildə 900 kq, 2015-ci ildə 1000 kq, 2016-cı ildə 1200 kq, 2017-ci ildə 1500 kq, 2018-ci ildə 1800 kq, 2019-cu ildə 2000 kq, 2020-ci ildə 2000 kq, 2021-ci ildə 2000 kq, 2022-ci ildə 2000 kq məhsul əldə edilmişdir. Ümumilikdə ağaclardan əldə edilmiş gəlirin məbləği 2012-ci ildə 12600 manat, 2013cü ildə 14250 manat, 2014-cü ildə 18045 manat, 2015-ci ildə 22390 manat, 2016-cı ildə 28010 manat, 2017-ci ildə 30085 manat, 2018-ci ildə 31450 manat, 2019-cu ildə 32140 manat, 2020-ci ildə 44000 manat, 2021-ci ildə 44000 manat, 2022-ci ildə 59585 manat müəyyən edilir. “Aznevi” sortu gilasın 1 kiloqramının orta bazar qiyməti, 2018-ci ildə 2,2 manat, 2019cu ildə 2,2 manat, 2020-ci ildə 3 manat, 2021-ci ildə 3 manat, 2022-ci ildə isə 4 manat təşkil etmişdir. “Krlm” sortu gilasın 1 kiloqramının orta bazar qiyməti, 2018-ci ildə 2,2 manat, 2019cu ildə 2,2 manat, 2020-ci ildə 1,5 manat, 2021-ci ildə 2 manat, 2022-ci ildə isə 2,6 manat təşkil etmişdir. “Napoleon” sortu gilasın 1 kiloqramının orta bazar qiyməti, 2018-ci ildə 5 manat, 2019-cu ildə 5 manat, 2020-ci ildə 5 manat, 2021-ci ildə 4,5 manat, 2022-ci ildə isə 5,3 manat təşkil etmişdir. Ot biçimindən illik 143 ədəd ot bağlaması əldə edilir və əldə edilmiş gəlir 2012-ci ildə 400,40 manat, 2013-cü ildə 400,40 manat, 2014-cü ildə 414,70 manat, 2015-ci ildə 429 manat, 2016-cı ildə 443,30 manat, 2017-ci ildə 500,50 manat, 2018-ci ildə 572 manat, 2019-cu ildə 586,30 manat, 2020-ci ildə 600,60 manat, 2021-ci ildə 686,40 manat, 2022-ci ildə 786,5 manat müəyyən edilir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

29. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya baxışının hədləri

30. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)- 69/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı mülkiyyətində Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 0,57 ha gilas bağının olmasını təsdiq edən heç bir sənədin olmamasını əsas gətirərək iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticəni qanunsuz və əsasız hesab etmişdir.

33. Belə ki, tərəflərin izahatları və işdə olan yazılı sübutlarla müəyyən edilmişdir ki, JN 158, KOD ******* saylı Torpağa Mülkiyyət Hüququna X46na əsasən Xaçmaz rayonunun Gödəkli kəndində 2,87 ha torpaq sahəsi Daştəmirov Rəşid Balasoltan oğlunun və onun ailə üzvləri olan X10, X20, X28 və X15 ümumibirgə mülkiyyətində olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə isə həmin 2,87 ha torpaq sahəsindən hər biri üçün 0,57 ha hesabı ilə Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı və onun yetkinlik yaşına çatmamış uşaqları X20 və X21 adına 1,71 ha pay torpaq sahəsinə və payları bərabər torpaq mülkiyyətçiləri kimi Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X15 adına 1,16 ha pay torpaq sahəsinə payların ayrılması və bu paylara müvafiq olaraq, mülkiyyət hüququna dair yeni Dövlət Aktlatının verilməsi qət edilmişdir. Bundan sonra Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X15 mülkiyyətində olan 1,16 ha pay torpaq sahəsinin X15 payın düşən 0,57 ha hissəsi X27, X30 tərəfindən isə 22 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırkı iş üzrə cavabdehin arvadı olan X2 və hal-hazırda onun mülkiyyətindədir. Beləliklə, Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ümumi 2,87 ha torpaq sahəsndən Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X15 mülkiyyətində olan 1,16 ha pay torpaq sahəsinin ayrılması, daha sonra isə X15 payın düşən 0,57 ha hissəsinin satılması nəticəsində Daştəmirov Rəşid Balasoltan oğlunun mülkiyyətində 0,57 ha torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinə dair ayrıca formada Dövlət Aktının verilməsi iş materialları ilə müəyyən edilməməklə yanaşı, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair müvafiq sənədin verilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında 2-1(105)-19/2024 saylı inzibati işin olması müəyyən olunmaqdadır.

34. Cavabdeh tərəf isə həmin torpaq sahəsinin naturada hansı ərazidə yerləşməsinin müəyyən olunmamasını əsas gətirməklə, iddianı qəbul etməməkdədir. Hərçənd ki, torpaq sahəsinin naturada harada yerləşməsi və həmin torpaq sahəsi üzərində 80 ədəd gilas ağacının mövcudluğu iş materialları ilə təsdiq olunmaqdadır.

35. Belə ki, yuxarıda istinad olunan Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş 2-1(105)-19/2024 saylı inzibati iş üzrə verilmiş 18 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən də göründüyü kimi mübahisəli torpaq sahəsi naturada Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin həmin torpaq sahəsinin X5 adına olan JN-153 KOD 30204028 saylı Torpağa Mülkiyyət hüququna X46nda qeyd edilən 2.87 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi, o cümlədən həmin torpaq sahəsinin X11 mülkiyyətində olan 0,57 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmaqdadır. Həmçinin, nəzərə alınmalıdır ki, Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ümumi 2,87 ha torpaq sahəsndən Daştəmirov Rəşid Balasoltan oğlu və onun yetkinlik yaşına çatmayan oğlu X15 mülkiyyətində olan 1,16 ha pay torpaq sahəsinin ayrılması, daha sonra isə X15 payın düşən 0,57 ha hissəsinin satılması nəzərə alındıqda, Daştəmirov Rəşid Balasoltan oğlunun mülkiyyətində qalmış 0,57 ha torpaq sahəsinin, X11 mülkiyyətində olan 0,57 ha torpaq sahəsi ilə qonşu torpaq sahəsi olması müəyyən olunmaqdadır. Bu fakt iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 25 aprel 2023-cü il tarixli mütəxəssis rəyində göstərilən torpaq sahəsinin yerləşmə cizgisi ilə də təsdiq olunmuşdur ki, cavabdeh tərəf də həmin cizgidə göstərilən torpaq sahəsinin X11 mülkiyyətində olan 0,57 ha torpaq sahəsi olmasını, həmin torpaq sahəsində fındıq ağaclarının əkilməsini, həmin torpaq sahəsinə qonşu olan torpaq sahəsində isə gilas ağaclarının əkilməsini və iddiaçının da məhz həmin torpaq sahəsinə iddia etməsini qəbul etmişdir.

36. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işə baxıldığı müddətdə mübahisəli torpaq sahəsində olan gilas ağacları cavabdeh tərəfindən kəsilmişdir ki, iddiaçının şikayəti əsasında müvafiq polis orqanında bununla bağlı araşdırma aparılmaqdadır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Xaçmaz Rayon Polis Şöbəsinin təhqiqatçısının 24 may 2024-cü il tarixli qərarından görünür ki, cavabdeh polisdə verdiyi izahatında gilas ağaclarının yaşlandığını və müxtəlif xəstəliklər tutuduğu üçün və daha müasir ağaclar əkilməsi üçün kəsdiyini göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən isə görünür ki, kəsilmiş ağaclar üzərində yetişməsinə az qalmış meyvəsi olan ağaclar olmuşdur. Qeyd edilən vəziyyətdə isə cavabdehin izahatında göstərdiyi səbəbdən ağacları kəsməsi inandırıcı olmamaqla, cavabdehin məhz həmin torpaq sahəsindən çıxarılması ilə əlaqədar olması daha inandırıcı olmuşdur ki, qeyd edilən fakt da cavabdehin iddiaçının iddia etdiyi torpaq sahəsinin naturada yerinin müəyyən edilməməsi ilə bağlı dəlilini dolayısı ilə inkar etməsi anlamına gəlmişdir.

37. Beləliklə, iş materialları ilə iddiaçının oğlu olan mərhum Daştəmirov Rəşid Balasoltan oğlunun mülkiyyətində 0,57 ha torpaq sahəsinin olması, həmin torpaq sahəsinin X11 mülkiyyətində olan 0,57 ha torpaq sahəsi ilə qonşu torpaq sahəsi olması, həmin torpaq sahəsində kəsilənədək 80 ədəd gilas ağacının olması iş materilları ilə öz təsdiqini tapmışdır.

38. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi ilə mərhum Daştəmirov Rəşid Balasoltan oğlunun iddiası təmin edilərək, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə ona məxsus olan 0,57 ha torpaq sahəsindən cavabdeh X22 qanunsuz sahibliyindən alınaraq, Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.

39. Daştəmirov Rəşid Balasoltan oğlu 24 aprel 2018-ci il tarixdə öldüyündən, icra işi üzrə icra məmurunun 04 avqust 2020-ci il tarixli qərarı ilə tələbkar Daştəmirov Rəşid Balasoltan oğlu hüquqi varisləri anası Mariya Arsenyevna və atası Balasoltan Daşdəmirovla, həmçinin icra məmurunun 21 noyabr 2023-cü il tarixli qərarı ilə isə övladları X20, X28 və X26 ilə əvəz edilmişdir.

40. Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsi 2024-cü il tarixədək icra edilməmişdir. Belə ki, sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 3(067)-364/2024 saylı qərarı ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin təkrarən yerinə yetirməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İcra işi üzrə digər vərəsələr də icra icraatı çərçivəsində tələbdən imtina etməmişlər. Həmçinin, məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdehin torpaq üzərində sahibliyi iddiaçıdan başqa digər vərəsələrin iradəsinə müvafiq olaraq qanuni hesab olunsa belə, iddiaçının mirasdakı payı həcmində cavabdehin torpaq sahəsi üzərində sahibliyi qanunsuz olmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh mübahisəli torpaq sahəsinə əvvəllər hüquqmüəyyənedici sənəd əldə etmiş olsa da Xaçmaz Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(067)-1985/2018 saylı qətnaməsi ilə onun adına verilmiş JN-0389 KOD 30204028 saylı Torpağa Mülkiyyət Hüququna X46 və həmin akt əsasında verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış ləğv edilmişdir. Buna görə də onun müahisəli torpaq sahəsinə faktiki sahibliyi qanunsuz olmaqla yanaşı, həmin sahiblik vicdanlı da olmamışdır.

41. İddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü və işin mübahisə edilməyən halı kimi Daştəmirov Rəşid Balasoltan oğlu 24 aprel 2018-ci il tarixdə öldüyündən onun əmlaklarına, o cümlədən mübahisəli 0,57 ha torpaq sahəsinə miras açılmışdır. Onun ölümündən sonra birinci növbə vərəsələri atası, hazırkı iş üzrə İddiaçı, anası Daştəmirova Mariya Arsentyevna, övladları X20, X28 və X26 qalmışdır. İşin mübahisəsiz halı, həmçinin iş materialarında olan Xaçmaz Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunduğu kimi Daştəmirov Rəşid Balasoltan oğlu ilə arvadı Daşdəmirova (Babayeva) Xatirə Əliabbas qızı arasında nikah pozulduğundan o, mərhumun birinci növbə vərəsəsi hesab edilməmişdir ki, bununla da Daştəmirov Rəşid Balasoltan oğlunun ölümümündən sonra onun birinci növbədən 5 vərəsəsi qalmışdır. İş materiallarında olan 14 sentyabr 2017-ci il tarixli vəsiyyətnamədən isə görünür ki, mərhum Daştəmirov Rəşid Balasoltan oğlu mübahisəli 0,57 ha torpaq sahəsini, o cümlədən bütün başqa mülkiyyətində olan əmlakını atası İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ləğv və ya etibarsız hesab edilməmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbi nəzərə alınmaqla, İddiaçı başqa digər 4 nəfər vərəsənin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasda məcburi paylarının olması müəyyən edilməkdədir. Belə olduğu təqdirdə isə iddiaçının miras qalmış 0,57 torpaq sahəsi üzərində 6/10 (onda altı) hissədə payının olması, o cümlədən Mülki Məcəllənin 1255-ci maddəsinin tələbi baxımından həmin payın mirasın açıldığı vaxtdan onun mülkiyyəti hesab olunması nəzərə alınmaqla, iddiaçının həmin torpaq sahəsindən məhrum olduğu müddətdə Mülki Məcəllənin 21 və 157.5-ci maddələrinin tələbinə müvafiq olaraq əldən çıxmış fayda qismində cavabdehdən zərər tələb etmək üçün subyektiv hüququ olmuşdur.

42. Vurulmuş zərərin müəyyən edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin bioloji aktivlərin gəlirinin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində mübahisəli ərazidə 80 ədəd gilas ağacının olması qeyd olunmuşdur ki, cavabdeh də məhkəmə kollegiyasının iclasında həmin ərazidə 75-dən çox ağacın olmasını etiraf etmişdir ki, bununla da gilas ağaclarının sayı məhkəmə kollegiyası tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Həmçinin, qeyd olunan rəydə illər üzrə gilasın orta bazar qiymətini də tərəflər mübahisələndirməmişdir. Lakin, qeyd olunan rəydə bəzi gilas növlərinin illik 200 kiloqramadək bar verməsi qeyd olunmuşdur ki, həmin göstəricinin real olması məhkəmə kollegiyasında da şübhə yaratdığından, iş üzrə müvafiq ekspertizanın keçirilməsi və ya işin mübahisəsiz halı kimi hər ağacın təmiz gəlir qismində 40 kq gilas məhsulu verməsinin işin mübahisəsiz halı kimi qəbul edilməsi ilə bağlı təklif edilmiş, tərəflər isə hər ağacın təmiz gəlir qismində bir il ərzində 40 kq gilas məhsulu verməsini işin mübahisəsiz halı kimi qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər ki, bununla da məhkəmə kollegiyası mübahisə üzrə hər ağacın gəlir qismində bir il ərzində 40 kq gilas məhsulu verməsini işin mübahisəsiz halı kimi qəbul etmişdir.

43. Vurulmuş zərərin həcminin müəyyən edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2012-ci il tarixdən 2022-ci il tarixədək olan dövr üzrə əldən çıxmış fayda qismində zərər məbləği tələb etsə də onun 2018-ci il tarixdən əvvəlki dövr üzrə cavabdehdən zərər məbləği tələb edə bilməsi üçün subyektiv hüququ olmamışdır. Belə ki, miras qoyan 24 aprel 2018-ci il tarixdə ölmüş, onun isə belə bir tələbi olmamışdır. İddiaçının zərər məbləğini tələb etmək üçün subyektiv hüququ miras açıldığı və mirası qəbul edərək mülkiyyətinə keçirdiyi vaxtdan yaranmış hesab olunur. Buna görə də məhkəmə kollegiyası vurulmuş zərərin məbləğini 2018-2022-ci illər üçün müəyyən edilməsini əsaslı hesab etmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alındıqda isə zərər məbləği aşağıdakı qaydada və məbləğdə müəyyən olunur:

2018-ci il-“Aznevi” sortu gilas ağacına görə - 65 x 40kq x 2,2 manat=5720 manat “Krım” sortu gilas ağacına görə - 10 x 40kq x 2,2 manat=880 manat “Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 5 manat=1000 manat;

2019-cu il-“Aznevi” sortu gilas ağacına görə - 65 x 40kq x 2,2 manat=5720 manat “Krım” sortu gilas ağacına görə - 10 x 40kq x 2,2 manat=880 manat “Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 5 manat=1000 manat;

2020-ci il-“Aznevi” sortu gilas ağacına görə - 65 x 40kq x 3 manat=7800 manat “Krım” sortu gilas ağacına görə - 10 x 40kq x 1,5 manat=600 manat “Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 5 manat=1000 manat;

2021-ci il-“Aznevi” sortu gilas ağacına görə - 65 x 40kq x 3 manat=7800 manat “Krım” sortu gilas ağacına görə - 10 x 40kq x 2 manat=800 manat “Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 4,5 manat=900 manat;

2022-ci il-“Aznevi” sortu gilas ağacına görə - 65 x 40kq x 4 manat=10400 manat “Krım” sortu gilas ağacına görə - 10 x 40kq x 2,6 manat=1040 manat “Napoleon” sortu gilas ağacına görə-5 x 40kq x 5,3 manat=1060 manat.

Beləliklə, 2018-2022-ci illər ərizində cavabdehin qanunsuz sahibliyində olmuş 0,57 ha torpaq sahəsində yerləşən 80 ədəd gilas ağacından ümumilikdə 46600 manat gəlir əldə edilməsi mümkün olmuşdur ki, Mülki Məcəllənin 1193-cü maddəsinin tələbi nəzərə alındıqda, İddiaçı miras payına (onda altı) müvafiq olaraq əldən çıxmış fayda qismində 27960 (46600:10x6=27960) manat zərər dəyməsi müəyyən olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi zərərə görə həmin məbləğ hissəsində əsaslı olmuşdur.

44. Məhkəmə kollegiyası iddiaçının ot biçimindən əldə edilə biləcək gəlirə münasibətdə isə qeyd edir ki, mübahisəli torpaq sahəsi otlaq deyil, bağ sahəsi olmuşdur ki, həmin bağdan istifadənin məqsədi bağda yetişdirilən meyvələrdən gəlir əldə etmək olmuşdur. Bağ sahəsində yabanı bitən otların isə yemlik ot olması və hər hansı heyvandırlıq üçün yararlı olması sübut olunmadığından iddia tələbi həmin hissədə əsassız olmuşdur.

45. Məhkəmə kollegiyası iddiaçının vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, mənəvi zərərin vurulması əsasən şəxsin şərəfinin, ləyaqətinin alçaldılması, işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların yayılması və bəzi hallarda sağlamlığın pozulması hallarında mümkündür. Bir şəxsin digər şəxsin torpaq sahəsini zəbt etməsi və bununla bağlı məhkəmə mübahisələrinin yaranması və hər iki tərəfin hüquq müstəvisində öz hüquqlarından istifadə etməsi faktı hər bir halda qarşı tərəfə mənəvi zərər vurulmasını deməyə əsas verməməkdədir. Bunun üçün ağlabatan, inandırıcı əsaslandırmanın və ya əyani sübutların olması zəruridir. Hazırkı iş üzrə iddiaçı yalnız məhkəmə çəkişmələrinə cəlb olunduğu üçün mənəvi zərərə məruz qaldığını iddia etsə də buna dair hər hansı bir ağlabatan, inandırıcı əsaslandırma etməmişdir. Buna görə də məhkəmə kollegiyası mənəvi zərər məbləği hissəsində də iddianı əsassız hesab etmişdir.

46. Məhkəmə kollegiyası cavabdeh tərəfin iş materiallarında olan 08 yanvar 2020-ci il tarixli akta əsasən iddiaçının mübahisəli torpağı təhvil almaqdan imtina etməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, həmin aktdan görünür ki, tələbkarın nümayəndəsi ona təqdim edilmiş torpaq sahəsi ilə razılaşmayaraq, akta imza etməkdən imtina etmişdir ki, məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi təqdim edilən torpaq sahəsinin Bahadurova Safura adlı şəxsin adına çıxarış olduğu üçün torpaq sahəsini təhvil almaqdan imtina etdiyini bildirmişdir. Digər tərəfdən isə məhkəmə kollegiyası isə qeyd edir ki, iş materiallarında olan müxtəlif məhkəmə qərarları ilə o cümlədən, sonuncu dəfə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 3(105)-165/2024 nömrəli qərarı ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədini qərəzli olaraq icra etməməsi və icra vərəqində qeyd olunan torpaq sahəsindən çıxmaması təsdiqini tapmaqdadır. Buna görə də məhkəmə kollegiyası cavabdeh tərəfin qeyd olunan dəlilini də əsassız hesab etmişdir. 47.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, buna müvafiq olaraq da qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Buna görə də apellyasiya şkayəti qismən təmin edilməli Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilərək, Cavabdeh əldən çıxmış fayda qismində 27960 manat zərər məbləği və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 50 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

48. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-69/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 27960 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat olmaqla, cəmi 27810 (iyirmi yeddi min səkkiz yüz on) manat alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar