Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3828/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iştirak etdiyi mübahisələr, pul və əmlak tələbi, sənədlərin və möhürün təhvil verilməsi, audit rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı “pul, əmlak və sənədlərin qaytarılması, zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 2(103)-3957/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə Azərbaycan yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən binanın sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) təsis edilmiş və Cavabdeh İdarə heyətinin sədri seçilmişdir. İddiaçı MMMC xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
2. MMMC-nin xx.xx.2018-ci il tarixli qərarı ilə Nümayəndə direktor vəzifəsinə təyin edilmişdir. 3. 237 sahə mülkiyyətçisinin iştirakı ilə xx.xx.2018-ci il tarixdə keçirilmiş yığıncaqda "xxxx" MMC-nin "xxxx" İB yığılmış 31.949,5 manat borcu ilə bağlı İddiaçı MMMC hüquqi vari s hesab edilmişdir.
4. İdarə heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə X16 MMMC-nin İdarə heyətinin sədri seçilmiş, eyni zamanda idarə heyətinin üzvləri və təftiş komissiyasının üzvləri seçilmişlər. Bu barədə dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyat aparılmışdır.
5. İddiaçı MMMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsasən MMMC-yə məxsus 1 ədəd möhür cəmiyyətin keçmiş direktoru Nümayəndə tərəfindən yeni İdarə heyətinin sədri X13 təhvil verilmişdir.
6. İdarə heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə X9 MMMC-nin İdarə heyətinin sədri təyin edilmişdir. Bu barədə reyestrdə dəyişiklik xx.xx.2023-cü il tarixdə aparılmışdır.
7. Cavabdeh məhkəmədə iddia qaldıraraq cavabdeh X11 İddiaçı MMMC-nin İdarə heyətinin sədri olması barədə tərtib edilm iş xx.xx.2022-ci il tarixli 1 nömrəli protokolun, həmçinin idarə heyəti üzvlərinin və təftiş komissiyası üzvlərinin seçilməsi barədə eyni tarixli 2 nömrəli protokolun etibarsız hesab edilməsini və X11 İddiaçı MMMC-nin İdarə heyətinin sədri olması kimi qeydiyyatın ləğv edilməsini xahiş etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-623/2024 nömrəli qətnaməsi ilə maraqlarına toxunan şəxs İddiaçı MMMC-nin apellyasiya şikayəti təmin edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İd diaçı MMMC (bundan sonra “iddiaçı” və ya “MMMC”) cavabdeh iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) 537.513,32 manat məbləğində vurulmuş zərərin, 2.500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının, 830.02 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq MMMC-yə ödənilməsi və cavabdehin üzərinə MMMC-yə məxsus bütün sənəd və əşyaların MMMC-yə təhvil verilməsi (təhvil-təslimin həyata keçirilməsi) öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək (tam 57 ay ərzində) MMMC-nin İdarə Heyətinin sədri (qanuni təmsilçisi) olmuşdur. Cavabdeh vəzifəsindən azad olunduqdan sonra iddiaçının yeni qanuni təmsilçisinə zəruri sənədləri təhvil verməmişd ir. Buna görə də iddiaçı cavabdehin fəaliyyətini mövcud məlumat və sənədlər əsasında təftiş edərək aşağıdakı nəticələrə gəlmişdir. Mənzil mülkiyyətçiləri tərəfindən yaşayış binasının saxlanılması üçün iddiaçıya 950.649,45 manat vəsait ödənilməli idi. Cavabdehin təqdim etdiyi məlumatlara əsasən, sahə mülkiyyətçilərinin iddiaçıya 192.148,80 manat debitor borcu var. Deməli, 758.500,65 manat gəlir əldə olunmuşdur. Digər xidmətlərdən gəlir 58.484 manat təşkil edir. MMMC-nin bu cür gəliri ərazisində istifadə olunan boş sahənin icarəsindən, internet provayderləri və telekommunikasiya şirkətləri ilə müqavilə əsasında fəaliyyətinə görə formalaşır. Beləliklə, cavabdehin rəhbərliyi dövründə iddiaçının cəmi gəliri 816.984,65 manat təşkil etmişdir. Xidmət müqaviləsi ilə xidmət göstərən şəxslərə 5.155,14 manat pul ödənilib. "xxxx" ASCyə enerjinin istifadəsinə görə 108.091,43 manat, lift təmiri üçün "xxxx" MMC-yə 20.300 manat, "xxxx" İB-yə 193.560 manat ödənilib. Lakin nəzərə almaq lazımdır ki, cavabdeh binanın keçmiş idarəçisi olan "xxxx" MMC-nin (əsas iştirakçısı və direktoru cavabdehin əri Nümayəndədur, VÖEN **********) "xxxx" İB-yə 51.611,9 manat məbləğində borcunu əsassız olaraq iddiaçının borcu kimi tanımış, yəni onun xərclərinə aid etmişdir. Bu məbləğ heç bir halda xərclərə aid edilə bilməz. Buna görə də iddiaçıya aid real xərc 141.948,10 manat olmuşdur. Vergi, sosial sığorta haqqı və bank komissiyasına görə ümumi 3.941,26 manat ödənilib. Texniki baxış üçün "xxxx" MMC-yə 35,40 manat ödənilib. Beləliklə, cavabdehin rəhbərliyi dövründə iddiaçının cəmi xərci 279.471,33 manat təşkil etmişdir. Cəmi gəlir olan 816.984,65 manat və cəmi xərc olan 279.471,33 manat arasındakı fərq 537.513,32 manat təşkil edir. Cavabdeh işdən gedərkən sənədləri təhvil vermədiyi kimi həmin məbləği də iddiaçıya təhvil verməyib. Başqa sözlə, həmin məbləği cavabdeh mənimsəyib, iddiaçıya zərər vurub.
11. İddiaçı iddia tələbinın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 425.669,74 məbləğində mənimsənilmiş vəsaitin, 87.438,02 manat məbləğində vurulmuş zərərin, 2.500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının, 830.02 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq MMMC-yə ödənilməsi və cavabdehin üzərinə MMMC-yə məxsus bütün sənədlərin, bütün əşyaların və möhürün, yaşayış kompleksinə aid olan bütün texniki və digər sənədlərin, açarların MMMC-yə təhv il verilməsi (təhvil-təslimin həyata keçirilməsi) öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin fəaliyyətini mövcud məlumat və sənədlər əsasında təftiş etmiş və ilkin nəticələrə gəlinmişdir. Daha sonra, məhkəmə prosesində cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatı və cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan sənədləri iddiaçı təftiş edərək aşağıdakı nəticələrə gəlmişdir:
1. MMMC-nin gəlirləri. 1.1. Mənzil mülkiyyətçiləri tərəfindən yaşayış binasının saxlanılması üçün MMMC-yə nağd formada ödənilən cəmi məbləğ cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatın 1-ci səhifəsində MMMC-nin fevral-2018 sentyabr-2022 ci il dövrü üzrə gəlir və xərclərin ümumi təsnifatı (manatla)” adlı cədvəlinin yekununda 726.093,75 manat göstərilmişdir. 1.2. Mənzil mülkiyyətçiləri tərəfindən yaşayış binasının saxlanılması üçün MMMC-nin bankdakı hesabına ödənilən cəmi məbləğ cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatın 1-ci səhifəsində MMMC-nin fevral 2018-sentyabr 2022-ci il dövrü üzrə gəlir və xərclərin ümumi təsnifatı (manatla)” adlı cədvəlinin yekununda 25.102,00 manat göstərilsə də, MMMC-nin "xxxx" ASC-nin Nizami filialındakı ******************** nömrəli hesabından çıxarışdan məlum olur ki, xx.xx.2018xx.xx.2022 dövrü ərzində MMMC-nin qeyd olunan bank hesabın a mənzil mülkiyyətçiləri tərəfindən 43.703,90 manat ödənilmişdir. Qeyd olunan bank hesabından çıxarış iddiaçı tərəfindən elektron məhkəmə sistemində şəxsi kabinet vasitəsi ilə xx.xx.2024 tarixdə təqdim edilmişdir. 1.3. İddiaçı tərəfindən elektron məhkəmə sistemində şəxsi kabinet vasitəsi ilə xx.xx.2024 tarixdə təqdim edilmiş “Yaşayış kompleksində telekommunikasiya (internet, kabel TV və s.) xidmətləri təqdim edən hüquqi şəxslərdən alınmış xidmət haqqı məbləği” adlı cədvəldən göründüyü kimi, binadakı mənzillərə müxtəlif telekommunikasiya xidmətləri təqdim edən şəxslər ("xxxx" MMC VÖEN:**********, "xxxx" MMC VÖEN:**********, "xxxx" MMC VÖEN:**********, "xxxx" MMC VÖEN:**********, "xxxx" MMC VÖEN:**********, "xxxx" MMC VÖEN:**********, "xxxx" MMC VÖEN:**********) tərəfindən xx.xx.2018-xx.xx.2 022 dövrü ərzində MMMC-yə ödənilən xidmət haqqının məbləği ən azı 25.253,00 manat olmuşdur. Lakin cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatın 1-ci səhifəsində MMMC-nin fevral 2018-sentyabr-2022 ci il dövrü üzrə gəlir və xərclərin ümumi təsnifatı (manatla)” adlı cədvəlinin yekununda yalnız iki şəxs tərəfindən ödənilən məbləğlər göstərilmişdir, "xxxx" MMC tərəfindən ödənilən məbləğ 6.679,00 manat və "xxxx" MMC tərəfindən ödənilən məbləğ 335,09 manat. İddiaçı tərəfindən cavabdehə güzəşt olunaraq, cavabdeh tərəfindən azaldılaraq göstərilən məbləğ qəbul edilir, beləliklə, binadakı mənzillərə müxtəlif telekommunikasiya xidmətləri təqdim edən şəxslər tərəfindən MMMCyə ödənilən xidmət haqqının cəmi məbləği 7.014,09 mana t qəbul edilir. 1.4. Beləliklə, cavabdehin rəhbərliyi dövründə MMMC-nin cəmi gəliri 776.811,74 manat təşkil etmişdir (726.093,75 + 43.703,90 + 7.014,09 = 776.811,74).
2. İddiaçı MMMC-nin xərcləri. 2.1. Xidmət haqqı xərcləri. 2.1.1. Xidmət müqavilələri əsasında fərdi sahibkarlar tərəfindən MMMC-yə müxtəlif xidmətlərin təqdim olunması və bu xidmətlərə görə ödənilən xidmət haqqı məbləği cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatda 113.683,18 manat göstərilsə də, qeyd olunan fərdi sahibkarlar tərəfindən MMMC-yə göndərilən və iddiaçı tərəfindən internet vergi idarəsindən götürülən elektron qaimə-fakturaların xx.xx.2018-xx.xx.2019 dövrü üzrə cəmi məbləği 93.553,18 manat olduğu müəyyən olunmuşdur. 2.1.2. Fərdi sahibkarlar tərəfindən MMMC-yə xx.xx.2018-xx.xx.2019 dövrü üzrə cəmi məbləği 93.553,18 manat olan elektron qaimə-fakturalar göndərilsə də, xx.xx.2019-xx.xx.2019 dövrünə aid olan 38.750,24 manat məbləğində elektron qaimə-fakturalarda qeyd olunan işlərin və xidmətlərin icra olunmasını təsdiq edən sənədlər (akt və s.) və həmin işlər və xidmətlər üçün ödənişlərin aparılmasını təsdiq edən sənədlər (kassa mədaxil qəbzi, ödəniş tapşırığı, çek və s.) mövcud olmadığından (İstinad: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2021-ci il tari xli qərarı), həmçinin, cavabdeh tərəfindən bu şəxslərin fərdi sahibkar kimi fəaliyyət və xidmət göstərdiyi qeyd olunsa da, eyni şəxslərə eyni xidmət və fəaliyyətə görə, eyni dövr (xx.xx.2019-xx.xx.2019) üçün Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan “Əmək haqqı cədvəl”lərinə əsasən guya əmək haqqı hesablanıldığı və ödənildiyi göstərildiyi üçün fərdi sahibkarlar tərədfindən həmin dövr (xx.xx.2019-xx.xx.2019) üçün göndərilən elektron qaimə-fakturalar əsassızdır və “Əmtəəsiz əməliyyatlar” hesab olunur, xərc kimi nəzərə alına bilməz. 2.1.3. xx.xx.2018xx.xx.2018-ci illər üzrə xidmət müqavilələri əsasında fərdi sahibkarlar tərəfindən MMMC-yə göndərilən elektron qaimə-fakturaların cəmi məbləği 54.802,94 manat olsa da, bu elektron qaimə-fakturaların 31.338,64 manat məbləğli hissəsinin elektron qaimə-fakturalarında qeyd olunan işlərin və xidmətlərin icra olunmasını təsdiq edən sənədlər (akt və s.) və həmin işlər və xidmətlər üçün ödənişlərin aparılmasını təsdiq edən sənədlər (kassa mədaxil qəbzi, ödəniş tapşırığı, çek və s.) mövcud deyildir. Elektron qaimə-fakturalarında qeyd olunan işlərin və xidmətlərin icra olunmasını təsdiq edən sənədlər (akt və s.) və həmin işlər və xidmətlər üçün ödənişlərin aparılmasını təsdiq edən sənədlər (kassa mədaxil qəbzi, ödəniş tapşırığı, çek və s.) mövcud olmadıqda elektron qaimələrin düzgün şəkildə tərtib edilmiş və göndərilmiş olması, hətta onun ləğv olunmaması və ya tərəflər tərəfindən mübahisələndirilməməsi belə, malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsini birbaşa tə sdiq etmək kimi qəbul edilə bilməz (İstinad: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2021-ci il tarixli qərarı). 2.1.4. Beləliklə, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan, fərdi sahibkarlar tərəfindən göndərilmiş elektron qaimə-fakturalar, görülmüş işlərin aktları və həmin işlərin və xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən kassa mədaxil qəbzlərinə əsasən müəyyən olunmuşdur ki, xx.xx.2018-xx.xx.2018-ci illər üzrə xidmət müqavilələri əsasında fərdi sahibkarlar t ərəfindən MMMC-yə göndərilən elektron qaimə-fakturalarda qeyd olunan müxtəlif işlərin və xidmətlərin təqdim olunduğunu təsdiq edən görülmüş işlərin aktları və həmin işlərin və xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən kassa mədaxil qəbzləri mövcud olan hissəsinin cəmi məbləği 23.464,30 manatdır. 2.2. Əmək haqqı xərcləri. 2.2.1. Cavabdeh tərəfindən MMMC-nin işçiləri kimi təqdim olunan şəxslərə xx.xx.2018-xx.xx.2022-ci illər üzrə ödənildiyi iddia olunan əmək haqqı xərcləri cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatda 234.217,32 manat göstərilsə də, sənədlərlə təsdiq olunan əmək haqqı xərcləri aşağıdakı kimi müəyyən olunmuşdur: 2.2.1.1. cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan xx.xx.2019-xx.xx.2022-ci illərə aid “Əmək haqqı cədvəl”ləri üzrə guya nağd formada ödənildiyi qeyd olunan cəmi məbləğin 247.440,00 manat olduğu müəyyən olunsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalındakı "xxxx"dəki MMMC-nin şəxsi kabinetində cavabdehin MMMC-nin işçisi kimi qələmə verdiyi şəxslərə aid əmək müqaviləsi mövcud olmadığına görə, MMMC-nin bank hesabından çıxarışdakı məlumatlarla əsasən bu şəxslərə əmək haqqı ödənilməsi haqqında məlumat mövcud olmadığına görə və bu şəxslərə əmək haqqının nağd formada ödənildiyini təsdiq edən kassa məxaric sənədləri və kassa kitabları mövcud olmadığına görə qeyd olunan məbləğ xərc kimi nəzərə alına bilməz. 2.2.1.2. Binanın sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli q ərarı (cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunmuşdur) ilə cəmiyyətin sədri seçilən Cavabdeh, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan MMMC-nin təsis yığıncağından protokol çıxarışı No:2” adlı xx.xx.2018-ci il tarixli qərar ilə əri Nümayəndə MMMC-nin direktoru vəzifəsinə təyin olunduğunu bilərək və buna baxmayaraq, ümumi yığıncağın və idarə heyətinin qərarı olmadan özünə 363,64 manat əmək haqqı təyin etməklə özünü xx.xx.2018-ci il tarixindən MMMC-nin direktoru vəzifəsinə də təyin etmişdir (Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi No: xxxxxxx000200, tarix xx.xx.2018-ci il. İddiaçı tərəfindən elektron məhkəmə sistemində şəxsi kabinet vasitəsi ilə xx.xx.2024-cü il tar ixdə təqdim edilmişdir), həmçinin, MMMC-nin bank hesabından çıxarışa əsasən müəyyən olunmuşdur ki, binanın mənzil mülkiyyətçilərinin ümumi əmlakı olan, yığılmış kommunal xidmət haqqından formalaşan vəsaitlərdən istifadə olunaraq, təsdiq olunmuş əmək haqqı cədvəlində nəzərdə tutulmadığı halda Cavabdeh xx.xx.2018-xx.xx.2019-cu illər üzrə qanunsuz şəkildə 5.155,14 manat əmək haqqı ödənilmişdir. Cavabdeh qanunsuz ödənilən əmək haqqı məbləği cavabdeh üçün xərc kimi nəzərə alınsa da, cavabdeh özünə qanunsuz əmək haqqı ödəməklə MMMC-yə zərər vurmuşdur, bu məbləğ MMMC-yə geri qaytarılmalıdır. 2.2.1.3. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan, fərdi sahibkarlar tərəfindən göndərilmiş elektron qaimə-fakturala əsasən müəyyən olunmuşdur ki, cavabdehin əri və bu məhkəmədəki nümayəndəsi, xx.xx.2018-ci il tarixindən MMMC-nin direktoru kimi fəaliyyət göstərən Nümayəndə ilə fərdi sahibkar kimi xidmət müqaviləsi də imzalanmışdır və xx.xx.2018-xx.xx.2019-cu illər üzrə Nümayəndə tərəfindən MMMC-yə göndərilən elektron qaimə-fakturalara əsasən cəmi 6.765,22 manat xidmət haqqı hesablanmışdır (təsdiqedici sənədləri mövcud olmadığı üçün xərc kimi nəzərə alınmır. Bax maddə 2.1.3.). Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan MMMC-nin idarə heyəti iclasının protokol çıxarışı No: 2/2” adlı xx.xx.2018-ci il tarixli sənəddən aydın olur ki, Nümayəndə 1.280,00 manat həcmində aylıq əmək təyin edilmiş və xx.xx.2019-xx.xx.2022ci illərə aid “Əmək haqqı cədvəl”ləri üzrə nağd formad a cəmi 54.000,00 manat pul iddia olunmuşdur. (2.2.1.1. bəndindəki ümumi məbləğə daxildir və təsdiqedici sənədləri mövcud olmadığı üçün xərc kimi nəzərə alınmır. Bax maddə 2.2.1.1.). 2.2.1.4. Beləliklə, xx.xx.2018-xx.xx.2022-ci illər üzrə ödənilən əmək haqqı xərclərinin cəmi məbləği 5.155,14 manat müəyyən olunur. 2.3. Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatda "xxxx" ASC-yə elektrik enerjisinin istifadəsinə görə 99.410,46 manat ödənildiyi göstərilsə də, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan "xxxx" ASC-yə ödənişlərin tarixçəsindən müəyyən olunmuşdur ki, xx.xx.2018-xx.xx.2022-ci dövrü ərzində "xxxx" ASC-yə 104.656,55 manat ödənilib. 2.4. "xxxx" İB-yə odənişlər. 2.4.1. Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatda və xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan sənədlərdə MMMC-nin fəaliyyətə başladığı tarixin xx.xx.2018-ci il olduğu göstərilməsinə baxmayaraq, cavabdeh MMMC-ni binanın keçmiş idarəçisi olan "xxxx" MMC-nin (VÖEN **********) varisi kimi qələmə verib "xxxx" İB-yə xx.xx.2018-ci il tarixinə olan 49.090,50 manat məbləğində borcunu əsassız olaraq (bax:bənd 2.4.2) MMMC-nin borcu kimi tanımış və cavahdehin fəaliyyəti dövründə MMMC-nin vəsaiti hesabına bu borcu ödəmişdir. Qeyd olunan 49.090,50 manat xərc kimi nəzərə alınsa da, cavabdehin qanunsuz hərəkətinə görə MMMC-yə zərər vurulmuşdur, bu məbləğ MMMC-yə geri qaytarılmalıdır. 2.4.2. Cavabd eh, "xxxx" MMC-nin "xxxx" İB-yə xx.xx.2017-ci il tarixinə olan 31.949,50 manat məbləğində borcunun (xx.xx.2017 tarixinə olan borcu) guya MMMC tərəfindən qəbul olunması və MMMC-nin "xxxx" MMC-nin hüquqi varisi elan olunması barədə MMMC-nin ümumi yığıncağının "xxxx" aid MMMC-nin təsis yığıncağından protokol çıxarışı No:2/1” adlı saxta sənəd cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunmuşdur. Qeyd edilməlidir ki, MMMC-nin ümumi yığıncağının belə bir qərarı və ümumiyyətlə, hər hansı hüquqi və ya fiziki şəxsin hüquqi varisi olması barədə heç bir qərarı olmayıb. Məhkəməyə təqdim olunan saxta qərar yalnız üç nəfər tərəfindən imzalanmışdır ki, bunlardan ikisi cavabdeh və onun əri, "xxxx" MMCnin direktoru Nümayəndədur. Həmçinin, eyni məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan “Borcların tələb etmə hüququnun ötürülməsi və qəbul edilməsi barədə "xxxx" MMC ilə MMMC arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqavilə də, ümumi yığıncağın yuxarıda qeyd olunan saxta qərarına əsaslandığı və müqavilə tərəflərinin qarşılıqlı surətdə asılı olan şəxslər olduğuna görə yaranan “maraqlar toqquşması” faktı “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tələblərinə zidd olduğu üçün qeyd olunan müqavilə də etibarsız sayılmalıdır. Qeyd olunan müqaviləni "xxxx" MMC-nin direktoru, cavabdehin əri və hazırki məhkəmə prosesindəki nümayəndəsi Nümayəndə və MMMC tərəfdən Cavabdeh imzalamışdır. 2.4.3. Mənzil Məcəlləsinin 125.2.6-cı maddəsinə əsasən Cəmiyyət tərəfindən borc alınması haqqında qərarların verilməsi Cəmiyyətin ümumi yığıncağın ın səlahiyyətlərinə aid edilmişdir. Mənzil Məcəlləsinin 126.4-cü maddəsinə əsasən, Cəmiyyət tərəfindən borc alınması haqqında ümumi yığıncağın qərarları Cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. 2.4.4. Məlumat üçün qeyd olunmalıdır ki, "xxxx" MMC-nin əsas iştirakçısı və direktoru, həmçinin, binanın inşaatçısı olan "xxxx" MTK-nın (VÖEN **********) direktoru cavabdehin əri və hazırki məhkəmə prosesindəki nümayəndəsi Nümayəndədur. 2.4.5. "xxxx" MMC-nin (VÖEN **********) "xxxx" İB-yə xx.xx.2018-ci il tarixinə olan borc məbləği cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatının 2-ci səhifəsində “xx.xx.2018-ci il tarixinə borclar” başlığı altındakı cədvəldə 51.611,90 manat göstəril sə də, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan "xxxx" İB-nin təqdim etdiyi “Abonentin saldosu”nda "xxxx" MMC-nin "xxxx" İB-yə xx.xx.2018-ci il tarixinə olan borcu 49.090,50 manat göstərilmişdir. 2.4.6. Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan, "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" Akx-2/640 saylı müqavilə "xxxx" İB ilə MMMC arasında xx.xx.2018-ci il tarixində imzalanmışdır, bu tarixdən əvvəlki dövrlərə görə MMMC-nin "xxxx" İB qarşısında heç bir öhdəliyi ola bilməz və "xxxx" MMC-nin ödənilməyən borcunun MMMC-yə ötürülməsi barədə də bu müqavilədə heç bir müddəa yoxdur. Qeyd olunan müqavilənin xx.xx.2018-ci il tarixində imzalanmasını və cavabdehin təqdim etdiyi hesabata əsasən cavabdehin xx.xx.2018-ci il tarixindən etibarən fəaliyyətə başladığını nəzərə alaraq, "xxxx" İB tərəfindən yanvar 2018-ci il üçün hesablanmış 13.090,60 manat məbləğində sərfiyyat MMMC-yə və yanvar 2018-ci il ərzində "xxxx" İB-yə ödənilən 15.612,00 manat cavabdehin xərclərinə aid edilə bilməz. Cavabdehin yanvar 2018-ci il ərzində 15.612,00 manat məbləğində xərci ödəməsi üçün, ən azı bu məbləğə bərabər olan gəliri olub yanvar 2018ci il ərzində. Cavabdeh yanvar 2018-ci ilə aid xərcəri hesabatına daxil etmək üçün yanvar 2018-ci il ərzində olan gəlirlərini də hesabatına daxil etməli idi. 2.4.7. Beləliklə, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan "xxxx" İB-nin təqdim etdiyi “Abonentin saldosu”na əsasən müəyyən olundu ki, xx.xx.2018xx.xx.2022-ci illər ərzində "xxxx" İB-yə ödənilən cəmi məbləğ 177.948,00 manat olmuşdur. 2.5. Binaya aid sərnişin liftlərinə texniki xidmət göstərmək, təmir etmək və ehtiyat hissələri təminatı üçün MMMC tərəfindən “Qaraşoğlu“ MMC-yə (VÖEN **********) ödənilən məbləğ, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatda 42.227,00 manat və cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan ”Qaraşoğlu“ MMC tərəfindən cavabdehə təqdim olunmuş 01 nömrəli xx.xx.2024-cü il tarixli maliyyə arayışında 32.000,00 manat göstərilsə də, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan ödəniş sənədlərinə əsasən nağd formada 3.300,00 manat və MMMC-nin bank hesabından çıxarışa əsasən bank hesabından 20.300,00 manat olmaqla, xx.xx.2018- xx.xx.2022-ci illər ərzində ”Qaraşoğlu“ MMC-yə cəmi 23.600,00 manat ödəniş etdiyi müəyyən olunmuşdur. 2.6. Bank xidmət haqqı və komissiyasına görə ümumi xərc cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatda 61,95 manat göstərilsə də, MMMC-nin bank hesabından çıxarışa əsasən bu xərcin 221,40 manat olduğu müəyyən olunmuşdur. 2.7. Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilən sosial sığorta haqqı, icbari tibbi sığorta, penya və s. ödənişlər üzrə ümumi xərc cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan gə lir və xərc barədə hesabatda 994,96 manat göstərilsə də, MMMC-nin bank hesabından çıxarışa və internet vergi idarəsindəki şəxsi hesab vərəqəsindən çıxarışa əsasən bu xərcin 3.352,49 manat olduğu müəyyən olunmuşdur. 2.8. Muzdlu işlə əlaqədar gəlir vergisi üzrə cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatda heç bir məbləğ göstərilməsə də, MMMC-nin internet vergi idarəsindəki şəxsi hesab vərəqəsindən çıxarışa əsasən bu xərcin 358,64 manat olduğu müəyyən olunmuşdur. 2.9. İcbari sığorta üzrə "xxxx" Sığorta Şirkəti ASC-yə 8,73 manat ödənildiyi MMMC-nin bank hesabından çıxarışa müəyyən olunmuşdur. 2.10. Texniki baxış üçün "xxxx" MMC-yə (VÖEN **********) 35,40 manat ödənildiyi MMMC-nin bank hesabından çıxarışla müəyyən olunmuşdur. 2.11. Kassa mədaxil orderi blankları üçün "xxxx" MMC-yə (VÖEN:**********) 680,12 manat ödənildiyi MMMC-nin bank hesabından çıxarışa və cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan ödəniş sənədlərinə əsasən müəyyən olunmuşdur. 2.12. Məişət tullantılarının daşınması xidməti üçün "xxxx" MMC-yə (VÖEN: **********) ödənişlər cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatda 19.950,00 manat göstərilsə də, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan ödəniş sənədlərinə əsasən xx.xx.2018-xx.xx.2022-ci illər ərzində "xxxx" MMC-yə cəmi 11.100,00 manat ödəniş olunduğu müəyyən olunmuşdur. 2.13. Elektrik generatoru üçün dizel yanacağının alınmasına 345,00 manat ödənildiyi cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan ödəniş sənədlərinə əsasən müəyyən olunmuşdur. 2.14. Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan gəlir və xərc barədə hesabatda göstərilən digər xərcləri təsdiq etmək üçün qanunvericilikdə nəzərdə tutulan təsdiqedici sənədlərdən heç biri məhkəməyə təqdim edilməmişdir. Xərclərin təsdiqedici sənədlərinin əvəzinə, MMMC-yə heç bir aidiyyatı olmayan sənədlər təqdim olunmuşdur. 2.15. MMMC-nin bank hesabındakı xx.xx.2022-ci ilə tarixinə qalıq vəsaitin məbləği 216,23 manatdır. 2.16. Beləliklə, cavabdehin rəhbərliyi dövründə MMMC-nin cəmi xərci 351.142,00 manat təşkil etmişdir (23.464,30 + 5.155, 14 + 104.656,55 + 177.948,00 + 23.600,00 + 221,40 + 3.352,49 + 358,64 + 8,73 + 35,40 + 680,12 + 11.100,00 + 345,00 + 216,23 = 351.142,00).
3. Gəlir və xərcin saldosu cəmi gəlir olan 776.811,74 manat və cəmi xərc olan 351.142,00 manat arasındakı fərq 425.669,74 manat təşkil edir. Cavabdeh işdən gedərkən MMMC-yə məxsus sənədləri, əşyaları və möhürü təhvil vermədiyi kimi həmin məbləği də iddiaçıya təhvil verməyib. Başqa sözlə, həmin məbləği cavabdeh mənimsəyib, iddiaçıya zərər vurub.
4. Cavabdehin fəaliyyəti, fəaliyyətsizliyi və vəzifə səhlənkarlığı nəticəsində MMMC-yə vurulan zərər: 4.1. Cavabdehə xx.xx.2018-xx.xx.2019-cu illər üzrə qanunsuz şəkildə 5.155,14 manat əmək haqqı ödənməklə (bax: 2.2.1.2.) iddiaçıya zərər vurulmuşdur, bu zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. 4.2. Ca vabdeh saxta və qanunsuz sənədlər (bax: 2.4.1.-2.4.6.) hazırlayaraq MMMC-ni binanın keçmiş idarəçisi olan "xxxx" MMC-nin (VÖEN **********) varisi kimi qələmə verərək "xxxx" MMC-nin "xxxx" İB-yə xx.xx.2018-ci tarixinə olan 49.090,50 manat məbləğində borcunu MMMC-nin vəsaiti hesabına "xxxx" İB-yə ödəməklə iddiaçıya zərər vurulmuşdur, bu zərər cavabdeh tərəfindən İddiaçıya ödənilməlidir. 4.3. MMMC-nin sədri kimi cavabdehin fəaliyyət göstərdiyi dövrdə binada fəaliyyət göstərən kənar şəxslər (mənzillərə müxtəlif telekommunikasiya xidmətləri təqdim edən şəxslər, binanın zirzəmisində fəaliyyət göstərən avtomobil qarajı və yaşayış kompleksinin ərazisində fəaliyyət göstərmiş köşk-mağaza) tərəfindən binanın elektrik şəbəkəsindən sərf olunan elektrik enerjisinin haqqının, cəmi 27.531,00 manatın (“Yaş ayış kompleksində xidmət göstərən şəxslərdən elektrik enerji sərfiyatına görə toplanılmış məbləğ” adlı hesablama cədvəli iddiaçı tərəfindən elektron məhkəmə sistemində şəxsi kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir) həmin təşkilatlardan alınması haqqında cavabdehin hesabatlarında və təqdim etdiyi sənədlərdə heç bir məlumat yoxdur. Kənar təşkilatlar tərəfindən binanın ümumi şəbəkəsindən sərf olunan elektrik enerjisi haqqı alınmamış və ya alınması üçün heç bir tədbir görülməmişdirsə, nəticədə həmin məbləğ ədalətsiz olaraq, binanın mənzil mülkiyyətçilərinin ümumi əmlakı olan, yığılmış kommunal xidmət haqqından formalaşan vəsaitlərdən istifadə olunaraq "xxxx" ASC-yə ödənilmişdir, nəticədə iddiaçıya zərər vurulmuşdur, bu zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. 4.4. MMMC-nin sədri kimi cavabdehin fəaliyyət göstərdiyi dövrdə 2021-ci ilin 2-ci, 3-cü, 4-cü rübləri, 2022-ci ilin 1-ci, 2-ci, 3-cü rübləri üçün vergi bəyannamələrinin və hesabatlarının vergi orqanına qanunla müəyyən olunmuş müddətdə təqdim olunmamasına görə vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 280,00 (iki yüz səksən) manat, müxtəlif vergi və sığorta haqqlarının vaxtında ödənilmədiyinə görə hesablanan faizlər daxil olmaqla müxtəlif vergi və sığorta haqqları üzrə 5.381,38 manat, cəmi 5.661,38 manat cavabdehin vəzifə səhlənkarlığı səbəbindən iddiaçıya zərər vurulmuşdur, bu zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Müxtəlif əlaqəli sənədlər 29 səhifə və MMMC-in internet vergi idarəsindəki şəxsi hesab vərəqəsindən çıxarış 9 səhifə iddiaçı tərəfindən elektr on məhkəmə sistemində şəxsi kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
45. Həmçinin, cavabdehin MMMC-nin sədri kimi fəaliyyət göstərdiyi dövrdə, onun fəaliyyəti, fəaliyyətsizliyi və vəzifə səhlənkarlığı nəticəsində yaşayış kompleksinə daxil olan 408 mənzildən və müxtəlif qeyri-yayaşış sahələrindən ibarət olan 4 bloklu, 18 mərtəbəli və 2 zirzəmi mərtəbəsi olan binaya, yaşayış kompleksinin elektrik təsərrüfatına, su təchizatı və kanalizasiya sisteminə, avtomatik yanğınxəbərverici siqnalizasiya sisteminə, yanğınsöndürmə sisteminə, qazanxana və nasosxanasına, binanın bütün mühəndis qurğularına profilaktik xidmət, dövrü texniki xidmət və qulluq olunmadığı, cari təmir işləri aparılmadığı üçün, qeyd olunanların hal-hazırda texniki vəziyyəti qənaətbəxs deyildir, böyük həcmdə vəsait tələb edən təcili təmir-bərpa və yenidənqurma işləri aparılmaldır. 4.6. Beləliklə, MMMC-nin sədri kimi cavabdehin fəaliyyət göstərdiyi dövrdə, onun fəaliyyəti, fəaliyyətsizliyi və vəzifə səhlənkarlığı nəticəsində MMMC-yə vurulan zərərin cəmi məbləği (3-cü bəndində göstərilən, cavabdeh tərəfindən mənimsənilən məbləğdən əlavə) 87.438,02 manatdır.
13. Birinci instansiya məhkəməsi audit cəlb edilməklə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
14. Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin xx.xx.2024-cü il tarixli 1/29 SDO nömrəli sərəncamı ilə iş üzrə rəy verilməsi "xxxx" MMC-yə tapşırılmış, "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mənfi auditor rəyinə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə "xxxx" MMC-dən 3 35,09 manat, "xxxx" MMCdən 5864,00 manat icarədən və Kommunal ödənişlərdən 751195.75 manat məbləğində pul daxil olmuşdur. Ümumilikdə 757394,84 manat məbləğində pul gəliri əldə edilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə işçilərə verilmiş əmək haqqı cədvəllərinə əsasən 251640,00 manat, Azəriqaza ödənilən vəsait 177948,00 manat, ABB-dən əmək haqqına 5.155,14 manat, "xxxx" MMC-yə liftlərin texniki xidmətinə görə 32000,00 manat, sığorta və sərəncamlara 3352,49 manat, ABB-dən transfer 15502,87 manat, bank xidmətləri 230.13 manat, muzdla işlə bağlı gəlir vergisi 358,64 manat, cari təmir və quraşdırılma işləri 61873,30 manat, fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlər 54824,25 manat, fiziki şəxslərə ödənilən vergilər 3735,97 manat, fiziki şəxslərə ödənilən DSM F 6787,19 manat, kommunal xidmətlərə 19600,00 manat, Azərişığa ödənilən pullar 123494,73 manat, mədaxil qəbzinin alınmasına 520,12 manat və digər xərclərin ödənişinə 800,79 manat, cəmi 757823,62 manat məbləğində daxil olmuş vəsaitdən pul xərclənilmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə pul gəliri 757394,84 manat, xərclər 757823,62 manat, fərq 428,78 manat olmuşdur, yəni xərc 428,78 manat artıq olmuşdur. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının qanunun tələblərinə qismən əməl edilmişdir (xx.xx.2004-cü il tarixli № 716 İİQ). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 №-li xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları" -na əməl edilməmişdir. Auditor yoxl amasına təqdim edilən ilk sənədlərdən görünür ki, sənədlərdə müsbət rekvizitləri özündə əks etdirilməmiş həmçinin, aparılmış auditor yoxlaması zamanı yuxarıda qeyd edilən faktlar, yəni Azərbaycan Respublikası X3 tələblərinə, "Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları"-na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli 365 nömrəli Qərarı ilə "Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydasına əməl edilmədiyindən mənfi auditor rəyi verilməsinə əsas verir.
15. Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühasibatlıq ekspertizasının aparılmasından imtina etmişdir.
16. Birinci instansiya məhkəməsi MMMC-yə məxsus möhürün təhvil verilməsi barədə təhvil-təslim aktında imzaların həqiqiliyini müəyyən etmək m əqsədilə xətşünaslıq ekspertizası təyin etmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/229 nömrəli ekspert rəyinə görə ekspertizaya təqdim edilmiş 09 noyabr 2022-ci il tarixli təhvil təslim aktında "X16" yazısının qarşısındakı imza - X16 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 09 noyabr 2022-ci il tarixli təhvil təslim aktında "X4" yazısının qarşısındakı imza X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
18. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 78/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMMC-yə məxsus əşyaların - Supermax split tipli kondisioner-model:ss920chg, Router TP-link Archer c50, Monitor LG flatron L1753S-BF, Kompyuter baza hissəsi, Pilləkən qəfəslərinin açarları -95 ədəd, Ofis mas ası1 ədəd, Oturacaq – 1 ədəd, Printer HP-CB634A, Klaviatura-Genius modeli-0210, Ofis masası-1 ədəd, Oturacaq-1 ədəd, Soyuducu-İran istehsalı-RİL10F, Tefal electric chainikREF:k1110d31, Divar saatı-Baoli, Elektrik qızdırıcısı -QuickS-Model Q-1033, Televizor altlığı-1 ədəd və sənədlərin - "xxxx" MMMC-nin Nizamnaməsi, "xxxx" MMMC-nin qeydiyyat şəhadətnaməsi, AR Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarış, "Qaz kəmərlərinə texniki baxışın keçirilməsi haqqında" Bildiriş, "xxxx" İB ilə "xxxx" MMMC arasında bağlanmış qazın alqı-satqısı haqqında AKT2/640 nömrəli, xx.xx.2018-ci il tarixli müqaviləsinin Cavabdeh alınaraq İddiaçı MMMC-yə təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş auditor xidmətinin əvəzi olan 6.500 manat pul vəsaitinin İ ddiaçı MMMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi, keçirilmiş xətşünaslıq ekspertizasının xərci olan olan 127 manatın 63.50 manatının İddiaçı MMMC-dən, qalan 63.50 manatının Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Aygün Həsənova)
19. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehdən 425.669,74 məbləğində mənimsənilmiş vəsaitin tutulması hissəsini əsassız sayaraq göstərmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin hesabına daxil olmalı olan məbləğin daha az olmasını və cavabdeh tərəfindən mənimsənildiyi bildirilsə də, iddiasının əsasını təşkil edən halları sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf dəfələrlə sən ədlərin cavabdehdən tələb edilməsini xahiş etmiş, cavabdeh tərəf öz növbəsində əlində olan bütün sənədləri məhkəməyə təqdim etmişdir. Hazırkı iddia tələbinin həcminin hesablanması xüsusi bilik tələb edən sahə olduğundan məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarından göründüyü kimi mühasibatlıq ekspertizasının keçirilməsi mümkün olmamış, alınmış audit rəyi ilə isə xərclərin gəlirləri 428.78 manat üstələdiyi müəyyən edilmişdir. Beləliklə, araşdırılmış iş materialları ilə iddianın bu hissədə əsaslı olduğu qənaətinə gəlmək mümkün deyil. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymə halı müşahidə olunmur.
20. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehdən 87.438,02 manat məbləğində vurulmuş zərərin tutulması hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi halı müəyyən olunmamışdır. Bu səbəbdən iddia bu hissədə də təmin olunmamalıdır.
21. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehdən 2.500 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının tutulmasına münasibətdə isə qeyd etmişdir ki, iddiaçı tərəfindən vəkillə müqavilə bağlanması və göstərilmiş xidmətlərə görə 2.500 manat vəsaitin ödənilməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə əsassızdır və təmin edilə bilməz.
22. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehin üzərinə MMMC-yə məxsus bütün sənədlərin, bütün əşyaların və möhürün, yaşayış kompleksinə aid olan bütün texniki və di gər sənədlərin, açarların MMMC-yə təhvil verilməsi (təhvil-təslimin həyata keçirilməsi) öhdəliyinin qoyulması hissəsinə münasibətdə göstərmişdir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı vindikasiya (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etmə) iddiası ilə məhkəməyə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Bu şərtlərə aiddir - əmlakın mövcud olması; əmlakın mülkiyyətçinin istifadəsindən çıxması; əmlakın mülkiyyətçi olmayan şəxsin qanunsuz istifadəsində olması.
23. Qanunun normasının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu, ona mənsub olduğu və halhazırda cavabdehin qanunsuz s ahibliyində olduğu sübuta yetirilməlidir.
24. Məhkəmə araşdırması zamanı cavabdeh siyahı təqdim edərək onda olan əşyaların mövcudluğunu etiraf etmişdir. Odur ki, iddia ərizəsində qeyd olunan tələbin qeyri-müəyyən olmaqla konkret olaraq hansı əşya və sənədlərin ona təhvil verilməli olmasının iddiaçı tərəfindən əsaslandırılmamasına baxmayaraq cavabdehin iddianı qismən bu hissədə etiraf etməsinə əsaslanaraq cavabdehin təqdim etdiyi siyahı üzrə əşyaların ondan alınaraq iddiaçıya verilməsi qanuni hesab edilməlidir.
25. Birinci instansiya məhkəməsi eyni zamanda MMMC-yə məxsus möhürün cavabdehdən alınmasına münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan təhviltəslim aktı sübut olaraq qəbul olunmalı və möhürün cavabdehin əri tərəfindən həmin dövr üçün MMMC-nin rəhbəri olan X13 təhvil verilm əsi nəzərə alınaraq iddia bu hissədə rədd edilməlidir.
26. Birinci instansiya məhkəməsi dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, ödənilmiş 830.02 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda auditor yoxlamasının keçirilməsinə əsas olan iddia tələbinin hissəsi rədd edildiyindən, keçirilmiş auditor xidmətinin əvəzi olan 6.500 manat pul vəsaiti iddiaçı "xxxx" MMMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməli, keçirilmiş xətşünaslıq ekspertizasının xərci olan 127 manatın 63.50 manatı İddiaçı MMMC-dən, qalan 63.50 manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir.
27. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 4.1, 21.2, 157.2, 1096.1, 1096.2-ci, Mülki Prosessaul Məcəll ənin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
28. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun olaraq onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi olan əri Nümayəndə məhkəmə prosesi əsnasında bunu etiraf edib: İddiaçının hazırki rəhbərliyi qanunsuz hesab etdiyi üçün möhürü və digər sənədləri təhvil vermədiyini bildirib. İddia tələbinin bir hissəsi möhürün və sənədlərin qaytarılmasından ibarətdir. Akt məhkəmə icraatının sonunda ortalığa çıxdı. İstisna deyil ki, sonradan tərtib olunmuş sənəddir (X16 a rtıq çoxdan binada yaşamır). Həm də X2 imzası hər bir halda saxtadır. Yəni iki sübut (Quliyevin etirafı və Qəmbərovun imzası) bir sübuta (Rzayevin imzası) qarşı olduğu halda məhkəmənin gəldiyi qənaət yanlışdır. İddia tələbinin digər hissəsi vurulan maddi zərərin ödənilməsindən ibarətdir. Zərər cavabdehin qanuni təmsilçi olduğu dövrdə iddiaçının gəliri ilə xərcinin fərqindən ibarətdir. Yəni İddiaçıya daxil olmuş gəlirin xeyli hissəsini cavabdeh mənimsəyib. Bununla bağlı məhkəmə xx.xx.2024-cü il tarixli Qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Qətnamənin 3-cü səhifəsində vurğulanır ki, guya ekspertiza iddiaçının vəsatəti əsasında təyin olunub. Əsində isə vaxtı uzatmaq, qanunsuz və əsassız audit rəyi almaq istəyən və buna nail olmuş cavabdehin vəsatəti əsasında təyin olunm uşdur. "xxxx" MMC və Məhkəmə iddiaçın gəlirini 25615,99 manat azaldandan sonra onun xərcini şişirdiblər: real xərc uzaq başı 351142 manat olduğu halda 757823,62 manat olduğu iddia olunur. Və belə nəticəyə gəlinir ki, gəlir və xərc arasında saldo müsbət 425.669,74 manat deyil, əksinə mənfi 428,78 manatdır. Yəni guya cavabdeh 425.669,74 manat mənimsəməyib, əksinə, cibindən 428,78 manat xərcləyib. Auditor rəyindən də göründüyü kimi, cavabdehin fəaliyyəti dövründə MMMC-də “Mühasibat Uçotu haqqında” Qanun, Maliyyə Nazirliyi Kollegiyasının 30 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”, “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları”, Azərbaycan Respubl ikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli 365 nömrəli Qərarı ilə “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası” və Azərbaycan Respublikasında qüvvədə olan digər qanun və qaydalar çox kobud şəkildə pozulmuşdur, həmçinin, gəlirlərin və xərclərin müəyyən olunması üçün mühasibat uçotu sənədləri, ilkin uçot sənədləri, mühasibat uçotu registrləri və s. sənədlər audit üçün təqdim olunmamasına baxmayaraq, audit zamanı fərziyyələr, "xxxx" adlandırılan qeyri-rəsmi kağızlar və MMMC-yə aid olmayan sənədlər əsasında audit rəyində hesablamalar aparılmış, gəlir və xərc məbləğlərinin təyin edildiyi iddia olunmuşdur. Belə ki: 4.1. Auditor rəyində qeyd olunmuşdur ki, MMMC-nin İdarə heyəti iclasının xx.xx.2018-ci il tarixli 2/2 saylı protokolunda n çıxarışa əsasən cəmiyyətin xidməti müqaviləsi ilə işə qəbul olan işçilərə əmək haqqının təyin edilməsi barədə gündəlikdə duran məsələ müzakirə edilmisdir.... cəmiyyətin idarə edilməsi üçün 18 nəfərdən ibarət olmaqla işçi ilə xidməti miqavilə əsasında işə götürulsun və onlara göstərilən məbləğdə əmək haqqı təyin edilsin. Ümumilikdə 18 nəfər işçiyə aylıq 6602,00 manat məbləğində əmək haqqı verilməsi təklif olunmuşdur. İclasda qərar qabul edilmişdir. Qərara əsasən iclasda xidməti müqavilə ilə işə götürülmüş namizədlar və onlara təyin edilmiş əmək haqqı təsdiq edilmişdir.” Bununla bağlı bildirmək istəyir ki, yuxarıda qeyd olunan qərarda adları qeyd olunan şəxslər vergi orqanında uçotda olan fiziki şəxslərdir (fərdi sahibkarlar). Vergi orqanlarında uçotda olan fiziki şəxslər bu statusla mülk i-hüquqi xarakterli müqavilə bağlayaraq xidmət təqdim edirlərsə, belə şəxslərə ödənilən haqq əmək haqqı deyil, xidmət haqqı sayılır və bu şəxslər sifarişçinin işçiləri sayılmır. Bu şəxslər təqdim etdikləri xidmətləri təhvil-təslim aktı və elektron qaimə-faktura ilə rəsmiləşdirməli, nağd formada aldıqları ödənişlər üçün ciddi hesabat blanklarında kassa mədaxil orderinin qəbzini təqdim etməlidirlər. Həmçinin, bu şəxslərin aldıqları xidmət haqqları üzrə gəlir vergisi, sosial sığorta haqqı və icbari tibbi sığorta ödənişləri onlar tərəfindən hesablanır və ödənilir. Bu şəxslər tərəfindən ödənilən sosial sığorta haqqı və icbari tibbi sığorta ödənişləri auditor rəyində MMMC-nin xərci kimi göstərilmişdir. Bu şəxslərin təqdim etdiyi iddia olunan xidmətlərə görə təhvil-təslim aktı və elektron qaimə -faktura, aldıqları ödənişləri təsdiq edəcək kassa mədaxil orderinin qəbzləri olmayan məbləğlər də auditor rəyində MMMC-nin xərci kimi göstərilmişdir. Auditor rəyində qeyd olunmuşdur ki, MMMCnin xx.xx.2018-ci il tarixli 03 saylı protokolunda kommunal xidmətləri üzrə aşağıdakı tariflərdan istifadə edilməsi nəzərdə tutulmuşdur. Ümumi yiğıncaqda - Kommunal ödəniş qış mövsümündə hər kvadrat üzrə 1,00 manat, - Kommunal ödəniş yay mövsümündə hər kvadrat üzrə 0.60 manat. -Qış mövsümündə istilik sistemindan və isti sudan istifadə edilməyən xidmətlərdən hər kvadrat üzrə 0.45 manat planlaşdırılmışdır. Auditor yoxlamasında, yuxarıda qeyd edilən tarifləri əsas götürərək riyazi hesablama aparılmış və gəlir müəyyən edilmişdir. Bu barədə hər bir sakinlə illər üzrə ayrı-ayrılıqda və mövsümlə əlaqədar olar aq hesablama aparılmışdır.” Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda qeyd olunan məlumat səhvdir, istilik və isti su təchizatından ayrılan mənzillər üçün aylıq tarif, yalnız qış mövsümündə deyil, ilin 12 ayı qüvvədədir, həmçinin, bu mənzillər üçün mənzilin sahəsinin hər kvadrat metri üçün aylıq haqq 0,45 manat deyil, 0,43 manatdır, faktiki olaraq audit aparılan dövrdə haqlar bu tariflə hesablanmışdır və hal-hazırda da bu tarif qüvvədədir, bu tarifi təsdiq edən sənədlər də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir, auditor yoxlamasına təqdim olunan sənədlər arasında mövcuddur. Auditor rəyinin xərclər bölməsinin 1-ci (Əmək haqqı) hissəsində 251.640,00 manat məbləğin əmək haqqına dair ödəniş cədvəlləri tərtib edildiyi, pulun alınmasına dair ödəniş cədvəlinə cəmiyyətin işçiləri tərəfi ndən imzalandığı göstərilmişdir. Bu məbləğlər təsərrüfat müdiri və xəzinədar vəzifəsinin icraçısı olduğu iddia olunan X14 tərəfindən işçilərə nağd olaraq verildiyi qeyd olunub. Auditor 02 avqust 2024-cü il tarixli Xətai rayon məhkəməsinə ünvanladığı məktubda) iş materiallarında xx.xx.2018-xx.xx.2022-ci il dövrü əhatə etməklə hesablanmış əmək haqqı barədə heç bir məlumat olmadığını b) xx.xx.2018-xx.xx.2022-ci il dövrə hər ay işçilərə verilmiş əmək haqqı barədə məlumat olmadığını c) kassanın mədaxili-məxarici barədə məlumat olmadığını göstərmişdir. Bütün bunlara baxmayaraq, kassa məxaric sənədləri olmadan, auditor yalnız şifahi formada bildirildiyi iddia olunan məlumatlar əsasında “İltizam” adlandırdığı qeyri-rəsmi kağızları hazırlayaraq, guya cəmiyyətin xəzinadarı olmuş şəxs tərəfindən ödən ildiyi iddia olunan 251.640,00 manat məbləği tam qanunsuz olaraq cəmiyyətin xərci kimi qeyd etmişdir. İş materillarında və auditorda X7 cəmiyyətin təsərrüfat müdiri və xəzinədarı olması barədə heç bir sənəd mövcud deyildir. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan xx.xx.2019-xx.xx.2022-ci illərə aid “Əmək haqqı cədvəl”ləri üzrə güya nağd formada ödənildiyi qeyd olunan cəmi məbləğ 247.440,00 manat göstərilsə də, auditor yoxlaması zamanı naməlum səbələrdən bu məbləğ artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalındakı "xxxx"dəki MMMC-nin şəxsi kabinetində cavabdehin MMMC-nin işçisi kimi qələmə verdiyi şəxslərə, o cümlədən, təsərrüfat müdiri və xəzinədar vəzifəsini n icraçısı olduğu iddia olunan X10 aid əmək müqaviləsi mövcud olmadığına görə, MMMC-nin bank hesabından çıxarışdakı məlumatlarla əsasən bu şəxslərə əmək haqqı ödənilməsi haqqında məlumat mövcud olmadığına görə və bu şəxslərə əmək haqqının nağd formada ödənildiyini təsdiq edən kassa məxaric sənədləri və kassa kitabları mövcud olmadığına görə, auditor rəyində qeyd olunan məbləğ MMMC-nin xərci kimi nəzərə alına bilməz. Auditor rəyinin xərclər bölməsinin 3-cü (Əmək haqqı) hissəsində 6 epizod üzrə ödənilən cəmi 5.155,14 manat məbləğində əmək haqqı Cavabdeh xx.xx.2018-xx.xx.2019 dövrü üzrə qanunsuz şəkildə ödənilmişdir. Belə ki, binanın sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı (cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunmuşdur) ilə MMMC- nin İdarə Heyətinin sədri seçilən cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis yığıncağından protokol çıxarışı No:2” adlı xx.xx.2018-ci il tarixli qərar ilə əri Nümayəndə MMMC-nin direktoru vəzifəsinə təyin olunduğunu bilərək və buna baxmayaraq, ümumi yığıncağın və idarə heyətinin qərarı olmadan özünə 363,64 manat əmək haqqı təyin etməklə özünü xx.xx.2018-ci il tarixindən MMMC-nin direktoru vəzifəsinə də təyin etmişdir (Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi No: xxxxxxx000200, tarix xx.xx.2018 İddiaçı tərəfindən elektron məhkəmə sistemində şəxsi kabinet vasitəsi ilə xx.xx.2024 tarixdə təqdim edilmişdir). Cavabdehə qanunsuz ödənilən əmək haqqı məbləği cavabde h üçün xərc kimi nəzərə alınsa da, cavabdeh özünə qanunsuz əmək haqqı ödəməklə MMMC-yə zərər vurmuşdur, bu məbləğ MMMC-yə geri qaytarılmalıdır. Auditor rəyinin xərclər bölməsinin 4-cü hissəsində, binaya aid sərnişin liftlərinə texniki xidmət göstərmək, təmir etmək və ehtiyat hissələri təminatı üçün MMMC tərəfindən "xxxx" MMCyə (VÖEN **********) ödənilən məbləğ 32.000,00 manat göstərilsə də, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan ödəniş sənədlərinə əsasən nağd formada 3.300,00 manat və MMMC-nin bank hesabından çıxarışa əsasən bank hesabından 20.300,00 manat olmaqla, xx.xx.2018-xx.xx.2022 dövrü ərzində MMMC tərəfindən "xxxx" MMC-yə cəmi 23.600,00 manat ödəniş olunduğu iddiaçı tərəfindən müəyyən olunmuşdur. 4.6. Auditor rəyinin xərclər bölməs inin 6-cı (Transferlər) hissəsində 15.502,87 manat məbləğin bank çıxarışında hara köçürülməsi barədə məlumat olmadığı qeyd edilsə də, həmin məbləğ qanunsuz olaraq cəmiyyətin xərcinə aid edilmişdir. 4.7. Auditor rəyinin xərclər bölməsinin 7-ci (Bank xərcləri) hissəsində bank xərcinin 230,13 manat olduğu qeyd olunsa da, MMMC-nin bank hesabından çıxarışa əsasən bu xərcin 221,40 manat olduğu iddiaçı tərəfindən müəyyən olunmuşdur. 4.8. Auditor rəyinin xərclər bölməsinin 9-cu hissəsində 61.873,30 manat məbləğində görülmüş işlərə görə akt hazırlanması, mal-materialın alınmasını təsdiq edən ilkin sənədlərin olmadığı, həmçinin ustalara verilmiş əmək haqqına dair ödəniş cədvəlləri və ya digər məxaric sənədləri olmadığı qeyd edilsə də, qanunvericilikdə nəzərdə tutulan formada və qaydada təsdiqedici s ənədlərdən heç biri olmadığı təqdirdə, bir-birindən qarşılıqlı surətdə asılı olan bir neçə şəxs tərəfindən hazırlanan və imzalanmış saxta aktlar əsasında, mal-materialın alınmasının və işlərin icra olunmasının həqiqiliyini araşdırmadan, həmin məbləğ qanunsuz olaraq cəmiyyətin xərcinə aid edilmişdir. 4.9. Auditor rəyinin xərclər bölməsinin 10-cu (Fiziki şəxs tərəfindən göstərilmiş xidmətlər) hissəsində qeyd olunmuşdur ki, “Cəmiyyətdə sahibkarlar tərəfindən göstərilmiş xidmətlərə görə 54.824,23 manat məbləğində xidmat işi sənədləsdirilmişdir. 54.824,23 manat məbləğində pulun MMMC-dən götürülməsinə dair sənəd, yəni kassa mədaxil orderi va ya mədaxil qəbzi cəmiyyətə verilməli olduğu halda yalnız 25.870,22 manat olmuşdur, yəni 28.954,01 (54.824,23 – 25.870,22) manat pulun cəmiyyətdən götürülməs inə dair sənəd təqdim edilməmişdir.” Buna baxmayaraq, 28.954,01 manat vəsaitin cəmiyyətin kassasından götürülməsinə dair sənəd təqdim olunmadığı qeyd edilsə də, həmin məbləğ qanunsuz olaraq cəmiyyətin xərcinə aid edilmişdir. Fərdi sahibkarlar tərəfindən MMMC-yə elektron qaimə-fakturalar göndərilsə də, bu elektron qaimə-fakturaların bir hissəsi üzrə, elektron qaimə-fakturalarda qeyd olunan işlərin və xidmətlərin icra olunmasını təsdiq edən sənədlər (akt və s.) və həmin işlər və xidmətlər üçün ödənişlərin aparılmasını təsdiq edən sənədlər (kassa mədaxil qəbzi, ödəniş tapşırığı,çek və s.) mövcud deyildir. Elektron qaimə-fakturalarda qeyd olunan işlərin və xidmətlərin icra olunmasını təsdiq edən sənədlər (akt və s.) və həmin işlər və xidmətlər üçün ödənişlərin aparılmasını təsdiq edən sənədlər (kassa mədaxil qəbzi, ödəniş tapşırığı, çek və s.) mövcud olmadıqda elektron qaimə-fakturaların düzgün şəkildə tərtib edilmiş və göndərilmiş olması, hətta onun ləğv olunmaması və ya tərəflər tərəfindən mübahisələndirilməməsi belə, malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsini birbaşa təsdiq etmək kimi qəbul edilə bilməz. Göndərilən elektron qaiməfakturalar əsassızdır və “Əmtəəsiz əməliyyatlar” hesab olunur, xərc kimi nəzərə alına bilməz. Beləliklə, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixli iclas zamanı məhkəməyə təqdim olunan, fərdi sahibkarlar tərəfindən göndərilmiş elektron qaimə- fakturalar, görülmüş işlərin aktları və həmin işlərin və xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən kassa mədaxil qəbzlərinə əsasən, fərdi sahibkarlar tərə findən MMMC-yə təqdim olunan müxtəlif işlərin və xidmətlərin cəmi məbləği 23.464,30 manat olduğu iddiaçı tərəfindən müəyyən olunmuşdur. Auditor rəyinin xərclər bölməsinin 11-ci (Fiziki şəxslərə ödənilən vergilər) bölməsində qeyd olunmuşdur ki, “Cəmiyyətdə mühasib vəzifəsində işləyən X12 tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinə vergilər adı ilə 121 sıra sayla 3.735,97 manat məbləğində kart hesabından (kart cəmiyyətə məxsusdur) pul ödənilmişdir.” Bununla bağlı qeyd edilməlidir ki, ödənişlərdə istifadə olunduğu iddia edilən bank kartı cəmiyyətə məxsus olmayıb, ödənildiyi iddia edilən vergilər cəmiyyətə aid bank kartından və bank hesabından ödənilməyib, ödənildiyi iddia edilən vergilər cəmiyyət adından ödənilməyib və cəmiyyətə aid internet vergi idarə sindəki şəxsi hesab vərəqəsində əks olunmayıb. Vergi adı altında 3.735,97 manat qanunsuz olaraq cəmiyyətin xərcinə aid edilmişdir. Auditor MMMC-nin mühasibi vəzifəsində işlədiyi iddia olunan X12 üçün, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalındakı "xxxx"dəki MMMC-nin şəxsi kabinetində əmək müqaviləsi mövcud deyildir, iş materiallarında və auditorda X6 cəmiyyətin mühasibi olması barədə heç bir sənəd mövcud deyildir. 4.11. Auditor rəyinin xərclər bölməsinin 12-ci (Fiziki şəxslərə ödənilən DSMF) bölməsində qeyd olunmuşdur ki, “Cəmiyyətdə mühasib vəzifəsində işləyən X12 tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xətai şöbəsinə sosial sığorta ödənişləri adı ilə 137 sıra sayla 6.787,19 manat məbləğində kart hesabından (k art cəmiyyətə məxsusdur) pul ödənilmişdir.” Bununla bağlı qeyd olunmalıdır ki, ödənişlərdə istifadə olunduğu iddia edilən bank kartı cəmiyyətə məxsus olmayıb, ödənildiyi iddia edilən sosial sığorta haqları cəmiyyətə aid bank kartından və bank hesabından ödənilməyib, ödənildiyi iddia edilən sosial sığorta haqları cəmiyyət adından ödənilməyib və cəmiyyətə aid internet vergi idarəsindəki şəxsi hesab vərəqəsində əks olunmayıb. Sosial sığorta haqları adı altında 6.787,19 manat qanunsuz olaraq iddiaçının xərcinə aid edilmişdir. Auditor rəyinin xərclər bölməsinin 13-cü ("xxxx" MMC) hissəsində 9,100.00 manat məbləğin ödənildiyini iddia edən cavabdeh tərəfindən bu məbləğin ödənilməsi barədə rəsmi sənəd təqdim edilmədiyi qeyd olunmasına baxmayaraq, cavadehin nümayəndəsinin şifahi və yazılı saxta ifa dəsi əsasında, həmin məbləğ qanunsuz olaraq cəmiyyətin xərcinə aid edilmişdir. Auditor rəyinin xərclər bölməsinin 14-cü ("xxxx" ASC) hissəsində 123.494,73 manat məbləğin xx.xx.2018-cu il tarixdən xx.xx.2022-ci il tarixədək cəmiyyət tərəfindən "xxxx" ASC-yə ödənildiyi qeyd edilsə də, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2024 tarixli iclas zamanı məhkəməyə təqdim olunan "xxxx" ASC-yə ödənişlərin tarixçəsindən xx.xx.2018xx.xx.2022-ci illər ərzində "xxxx" ASC-yə 104.656,55 manat məbləğində ödəniş olunduğu müəyyən olunmuşdur. Auditor rəyinin xərclər bölməsinin 16-cı (Digər xərclərin ödənişi) hissəsində ayrı-ayrı fiziki şəxslərin "xxxx" MMC-yə, "xxxx" MMC-yə, ASAN xidmətə etdiyi ödənişlər qanunsuz olaraq cəmiyyətin xərci kimi göstərilib, bu sənədlərin və xərclərin MMMC-yə heç bir aiddiyyatı y oxdur. Beləliklə, auditor yuxarıda qeyd edilən və qeyd edilməyən lakin, auditor rəyində olan digər dəqiqləşdirilməmiş, qanunsuz və cəmiyyətə aid olmayan sənədlər, saxta kağızlar, saxta izahatlar əsasında, audit üçün əhəmiyyətli olan vacib məqamlarda yol verilmiş kobud qanun pozuntularını nəzərə almayaraq, tamamilə absurd formada, gəlir və xərclər barədə məlumatları hazırlayaraq xx.xx.2018-xx.xx.2022-ci il dövrünə cəmi gəlirlərin 757.394,84 manat, cəmi xərclərin isə 757.823,62 manat, fərqin 428,78 manat, yəni xərclərin gəlirdən çox olması nəticəsinə gəlmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3957/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə d əyişdirilmədən saxlanılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Səadət Səlimova)
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarına görə ünvan 1 ünvanında yerləşən binanın sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə MMMC təsis edilmiş və cavabdeh idarə heyətinin sədri seçilmiş, eyni zamanda idarə heyətinin üzvləri də seçilmişlər. MMMC xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdeh tərəfindən MMMC-nin idarə heyətinin sədri olduğu dövrdə (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək) külli miqdarda vəsaitin mənimsənildiyini iddia etsə də, iş materialları ilə bu hal təsdiq olunmur.
33. İlk növbədə qeyd edilməlidir ki, mənzil qanunvericiliyinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Həmçinin, idarə heyəti cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.
34. Göründüyü kimi, MMMC-nin fəaliyyətinə rəhbərlik, onun fəaliyyəti ilə bağlı məsələlər üzrə qərarların qəbul edilməsi tək idarə heyətinin sədri tərəfindən deyil, digər üzvlər də daxil olmaqla idarə heyəti tərəfindən həyata keçirilir. Lakin iddiaçı bütövlükdə idarə heyətinə qarşı deyil, yalnız onun sədri – cavabdehə qarşı iddia qaldırmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, həmin dövrdə idarə heyətinin fəaliyyətindən və qəbul etdiyi qərarlardan (o cümlədən onun üzvlərinin və sədrinin hərəkət və ya hərəkətsizliyindən) mənzil mülkiyyətçilərinin narazı qalması, külli miqdarda vəsaitin mənimsənilməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Göstərilənlərlə bağlı xx.xx.2022-ci il tarixdə seçilən idarə heyəti tərəfindən də hər hansı tədbirlər görülməmişdir.
36. O da qeyd edilməlidir ki, iddiaçı cavabdehin fəaliyyətindən narazı qaldığını iddia etsə də, həmin vaxt idarə heyətinin üzvü seçilmiş X4 xx.xx.2022-ci il tarixli qərar ilə yenidən idarə heyətinin üzvü seçilmişdir.
37. İş üzrə alınmış audit rə yi ilə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrə MMMC-nin pul gəliri 757394,84 manat, xərclər 757823,62 manat, fərq 428,78 manat olmuşdur, yəni xərc 428,78 manat artıq olmuşdur.
38. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya vurulan 87.438,02 manat məbləğində zərərlə bağlı tələbinin əsassız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşdığını göstərmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan MMMC-nin ümumi yığıncağının xx.xx.2018-ci il tarixi, 2/1 nömrəli protokolundan çıxarışa əsasən MMMC-nin "xxxx" MMC-nin hüquqi varisi ("xxxx" İB-yə olan borcla bağlı) elan edilməsi barədə qərar idarə heyəti və ya onun sədri tərəfindən deyil, MMMC-nin ali idarəetmə orqanı olan iştir akçıların ümumi yığıncağı tərəfindən qəbul edilmişdir. Həmin qərarın saxta olması barədə iddiaçı tərəfindən hər hansı sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə, iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında bildirdiyinə görə borc artıq hazırda fəaliyyət göstərən idarə heyəti tərəfindən ödənilmişdir.
40. İşçilərə xidmət haqqının ödənilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, mənzil qanunvericiliyinə əsasən çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq, çoxmənzilli binaya (binalara) xidmət göstərmək üçün işçiləri işə qəbul etmək və işdən azad etmək MMMC-nin idarə heyətinin vəzifələrinə aiddir. İşdən isə görünür ki, işçilərin işə götürülməsi və onlarla müqavilə bağlanılması cavabdehin deyil, idarə hey ətinin xx.xx.2018-ci il tarixli qərarı ilə həyata keçirilmişdir. (iş İİ cild, s.96, 98)
41. Apellyasiya instansiyası məhkəməsi iddiaçının MMMC-yə məxsus bütün sənədlərin, bütün əşyaların və möhürün, yaşayış kompleksinə aid olan bütün texniki və digər sənədlərin, açarların təhvil verilməsi tələbi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ilk növbədə tələb olunan əmlakların mövcudluğu, iddiaçıya mənsub olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Bununla belə birinci instansiya məhkəməsi cavabdehin etirafı əsasında onda olan MMMC-yə məxsus əşya və sənədlərin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul etmişdir.
42. Eyni zamanda iş materiallarında MMMC-nin möhürün cavabdehin əri Nümayəndə tərəfində n həmin dövr üçün idarə heyətinin sədri X13 təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş rəyə əsasən təhvil-təslim aktının möhürü təhvil alan şəxs tərəfindən imzalandığı öz təsdiqini tapmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.2, 157.2, 1096.1, 1096.2-ci, Mənzil Məcəlləsinin 120.1, 124, 125.1, 125.2, 127.1, 127.2, 127.3, 127.4, 127.5, 127.6, 128, 141.2, 141.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 97.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
44. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
45. Kassasiya şikayəti Mülki Məcəllənin 1096.1-ci, Mənzil Məcəlləsinin 129-cu, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlillərinə uğun məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh iddiaçının rəhbəri və qanuni təmsilçisi olub. Həmin dövrdə iddiaçının sərəncamında olan xeyli vəsaiti mənimsəmişdir. Guya xərclərə dair təqdim olunan və audit rəyində istinad olunan "xxxx"lər sübut deyil, saxtalaşdırmadır. Digər tərəfdən cavabdehin bir sıra digər əməlləri nəticəsində də iddiaçıya zərər vurulub. Lakin məhkəmə nə bu halları, nə də c avabdehin təqsiri məsələlərini araşdırmayıb, sözügedən maddəni düzgün tətbiq etməmişdir. Məhkəmə dəlillərinə heç bir qiymət verməmişdir. Ona görə ki, onlara qiymət verməyə cəhd belə edilsəydi, iddiası təmin olunmalı idi. Məhkəmə işi hərtərəfli, obyektiv araşdırmadan, İddiaçının arqumentlərinə münasibət bildirmədən, cavabdehin etiraflarına göz yumaraq qanunsuz, əsassız və qeyri-peşəkar audit rəyini əsas tutaraq iddianı rədd etmişdir. Məhkəmə aşkar şəkildə qanunsuz və əsassız olaraq cavabdehi məsuliyyətdən yayındırmaq istəyir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində bildirmişdir ki, (iclasların video görüntüləri var), MMMC-ni məhz o idarə etmiş və bütün qərarları da özü qəbul etmişdir. Yəni ortada cavabdehin etirafı ola-ola məhkəmə onu məsuliyyətdən yayı ndırmaq istəyir. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsinin “MMMC-nin fəaliyyətinə rəhbərlik və qərarların idarə heyəti tərəfindən qəbul edilməsi” barədə ümumi hüquqi normaya istinad etməsi iş materiallarında mövcud faktiki vəziyyətlə uyğun gəlmir. Çünki cavabdehin Cəmiyyətin sədri kimi fəaliyyəti heç vaxt idarə heyətinin kollektiv qərarlarına əsaslanmamış, idarəetmə prosesi real olaraq şəffaf və kollegial qaydada deyil, tam şəkildə cavabdehin və onun əri olan icraçı direktor Nümayəndə şəxsi nəzarəti altında və özbaşına həyata keçirilmişdir. Birincisi, cavabdeh sədrlik etdiyi dövr ərzində Cəmiyyətin idarə heyəti ilə fəaliyyətini heç vaxt razılaşdırmamış, idarə heyətinə, təftiş komissiyasına və mənzil mülkiyyətçilərinə hər hansı hesabat təqdim etməmişdir. İdarə heyətinə aid qərarlar ın icrası, təsdiqi və təsdiqlənməsi barədə heç bir qanuni sənəd, protokol və ya səsvermə nəticəsi mövcud olmamışdır. Əksinə, mənzil mülkiyyətçiləri tərəfindən dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər edilsə də, cavabdeh və icraçı direktor Nümayəndə hesabat verməkdən imtina etmiş və bütün maliyyə, kadr və idarəetmə proseslərini idarə heyətindən gizlətmişdir. İkincisi, cavabdeh məhkəməyə öz hərəkətlərinin guya idarə heyətinin qərarlarına əsaslandığını sübut edən bir dənə də olsun qanuni və etibarlı qərar təqdim etməmişdir. İş materiallarında təqdim edilən və “idarə heyətinin qərarı” kimi qələmə verilən bir neçə sənədin isə forma, səlahiyyət və məzmun baxımından saxta olduğu artıq ayrıca izah edilmişdir. Bu sənədlərdə idarə heyətinin iclasının keçirilməsinə dair heç bir sübut yoxdur, i clasda iştirak etdiyi iddia olunan üzvlərin bir nəfərinin belə imzası yoxdur, iclasın sədri və katibi kimi göstərilən şəxslər idarə heyətinin üzvü olmamışdır, maraqlar toqquşması olduğu üçün sənədlər hüquqi qüvvəyə malik deyil. Bu halların özü bir daha göstərir ki, cavabdeh rəhbərliyi dövründə idarə heyətinin legitim qərarlarına əsaslanan heç bir kollegial idarəetmə mövcud olmamışdır. Üçüncüsü, iş materialları göstərmişdir ki, cavabdehin fəaliyyəti dövründə Cəmiyyətin idarə heyəti faktiki olaraq fəaliyyətsiz saxlanılmış, bütün əhəmiyyətli qərarlar o cümlədən kadr, maliyyə, müqavilə və təsərrüfat əməliyyatları şəxsən cavabdeh və onun əri olan icraçı direktor Nümayəndə tərəfindən həyata keçirilmişdir. Nəticə etibarilə cavabdehin fəaliyyətinə hüquqi qiymət verilməsi üçün bütün idarə heyətin ə qarşı iddia qaldırılmasına zərurət yaranmamışdır, çünki bütün qanunsuz hərəkətlər bilavasitə cavabdehin şəxsi səlahiyyətindən sui-istifadə etməsi ilə bağlı olmuşdur. Beləliklə, cavabdehin idarə heyətinin kollegial qərarlarına əsasən fəaliyyət göstərməsi barədə apelyasiya instansiyası məhkəməsinin nəticəsi faktiki hallarla ziddiyyət təşkil edir, iş materialları ilə təsdiqlənmir və sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi tələblərinə uyğun deyil. Cavabdehin bütün fəaliyyət dövrü ərzində təqdim edilmiş heç bir qanuni, kollektiv və səlahiyyətli idarə heyəti qərarı mövcud olmadığına görə, iddianın bilavasitə cavabdehin özünə qarşı qaldırılması tam əsaslı olmuşdur. Məhkəmə qətnaməsini iddiaçının sübutlarına göz yumub, cavabdehin etiraflarına göz yumub, heç nəyə əsaslanmayan qa nunsuz audit rəyi əsasında qətnamə çıxarmışdır. İş üzrə işə baxmış məhkəmə apellyasiya şikayətinin əksər dəlillərini (baxın Mülki Məcəllənin 1096.1-ci maddəsi üzrə pozuntularda sadaladı arqumentlərə) təhlil etməmiş, qiymətləndirməmiş və onlara münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliy indən öz əmlakını geri tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Maddə
124. Mənzi l mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Maddə 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: Maddə 125.2.3. cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək; 125.2.9. cəmiyyətin idarə heyətinin, idarə heyəti sədrinin və təftiş komissiyasının (müfəttişin) hərəkətlərindən şikayətlərə baxmaq; Maddə 127.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçı larına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Maddə 127.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Maddə 127.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Maddə 127.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiy yətinin idarə heyəti öz tərkibindən cəmiyyətin idarə heyətinin sədrini seçir. Maddə 127.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin iclasları sədr tərəfindən cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş müddətdə çağırılır. Maddə 127.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin iclası cəmiyyətin idarə heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin qərarları protokolla rəsmiləşdirilir. Maddə 128.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri aşağıdakılardır: Maddə 128.0.4. çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq; Maddə 128.0.5. çoxmənzilli binaya (binalara) xidmət göstərmək üçün işçiləri işə qəbul etmək və işdən azad etmək;... Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: Maddə 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; Maddə 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; Maddə 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelly asiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
48. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyi üçün məhkəmə aktı tam yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən h issəsi üzrə olub. Bu baxımdan qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxşının predmeti olan hissə başa düşülür.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMMC-yə məxsus möhürün cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddianın təmin edilməyən (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanması barədə) hissəsi istisna olmaqla, qalan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd edilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. İddiaçı MMMC-yə məxsus möhürün cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddianın təmin edilməyən (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanması barədə) hissəsi istisna olmaqla, iddianın qalan hissələrində apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, həmin hissələrdə apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
52. İşdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi hə min hissədə tərəflərin təqdim etdikləri sübutları araşdırmış, onları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, eləcə də sübut etmə yükünü düzgün müəyyən etmişdir.
53. Buna görə də məhkəmə kollegiyası İddiaçı MMMC-yə məxsus möhürə aid iddia tələbi istisna olmaqla, qalan hissələrdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd edilən hissələrdə dəyişdirilmədən saxlanmalıdır.
54. Bununla belə, məhkəmə kollegiyası İddiaçı MMMC-yə məxsus möhürə aid iddianın rədd edilən hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanması barədə) apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.
55. Apellyasiya instansiyası məhkəməsi iddiaçının MMMC-y ə məxsus möhürün təhvil verilməsi tələbi ilə bağlı göstərmişdir ki, möhürün hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Belə ki, MMMC-nin möhürün cavabdehin əri Nümayəndə tərəfindən həmin dövr üçün idarə heyətinin sədri X13 təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı mövcuddur.
56. Məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlillərinə tam qiymət verməmişdir.
57. İddiaçı həmin hissədə apellyasiya şikayətində göstərmişdir ki, istinad edilən akt məhkəmə icraatının sonunda ortalığa çıxmış, bu da aktın sonradan tərtib edilmiş sənəd olmasını istisna etmir, eləcə də möhürün təhvil verildiyi şəxs X16 artıq çoxdan binada yaşamır, həmçinin aktı imzalayan şəxs kimi qeyd edilm iş X2 imzası hər bir halda saxtadır.
58. İşdən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/229 nömrəli ekspert rəyinə görə həqiqətən də 09 noyabr 2022-ci il tarixli təhvil təslim aktında " "X4" yazısının qarşısındakı imza - X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
59. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin həmin hissədə araşdırma tələb edən dəlillərinə əhəmiyyət verməmiş, həmçinin birinci instansiya məhkəməsində cavabdehin əri Nümayəndə da əvvəlcə möhürün onda olması, sonradan isə aktın meydana çıxması, hətta bunun təsdiqi üçün birinci instansiya məhkəməsinin iclaslarının video-audio yazısına baxılması barədə şikayətin dəlillərini də diqqətə almamışdır.
60. İşdən görünür ki, cavabdehin nümayəndəsi (əri) Nümayəndə b irinci instansiya məhkəməsinin 19 fevral 2024-cü il tarixli hazırlıq iclasında (İ cild, iş v.166) sədrlik edənə müraciətlə tələb edilən möhür və sənədləri hazırkı iclasa gətirmədiyini bildirmişdir.
61. Eyni zamanda iş materiallarına çoxlu sayda sənədlər (işin 2-4-cü cildləri yalnız tərəflərin təqdim etdikləri sənədlərdir) əlavə edilsə də, möhürün verilməsi barədə 09 noyabr 2022-ci il tarixli təhvil təslim aktı həmin sənədlərin içində olmamışdr.
62. Həm aktın təqdim edilən sənədlərin içində olmaması, həm də cavabdehin nümayəndəsinin izahatından belə məlum olmuşdur ki, 19 fevral 2024-cü ilədək tarixədək MMMC-yə məxsus möhür cavabdehdə olmuşdur. Lakin möhürün verilməsi barədə təhvil təslim aktı 09 noyabr 2022-ci il tarixdə tərtib edilib. Belə olan halda, bu ziddiyyətə qiymət verilməli, həmin aktın sonradan tərtib edilməsi barədə iddiaçının dəlillərinə aydınlıq gətirilməli, möhürün 19 fevral 2024-cü ilədək tarixədək cavabdehdə olduğu halda, bundan xeyli əvvələ tərtib edilmiş aktın meydana çıxma səbəbləri araşdırılmalı idi.
63. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
64. İddiaçının apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
65. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus möhürün qaytarılması hissəsində iddiaçının dəlilləri üzrə yalnız 09 noyabr 2022-ci il tarixli təhvil təslim aktı ilə kifayətlənmişdir. Halbuki qeyd edilən ziddiyyətli hallar kontekstində həmin aktın sonradan tərtib edilməsi ilə bağlı iddiaçının dəlilləri qiymətləndirmə tələb edirdi.
66. Mülki Prosessual Məcəllənin 218.1 və 220.4-cü maddələri isə tələb edir ki, məhkəmə qətnamə çıxararkən sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməli, qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən edilən hallarını, işin halları barədə əsaslandığı sübutlar və bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktları göstərməlidir.
67. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
68. Qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tə ləbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyin i müəyyənləşdirə bilsin.
69. Barəsində kassasiya şikayəti verilən qətnamə isə qeyd edilən hissədə əsaslılıq baxımından prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun gəlmədiyindən məhkəmə kollegiyası İddiaçıMMMC-yə məxsus möhürün cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddianın təmin edilməyən (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanması barədə) hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olubolmamasına qiymət verə bilmir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.
70. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İd diaçıMMMC-yə məxsus möhürün cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddianın təmin edilməyən (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanması barədə) hissəsində ləğv edilməli, iş həmin hissədə baxılmaq üçün yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanmal ıdır.
71. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3957/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi İddiaçıMMMC-yə məxsus möhürün cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddianın təmin edilməyən (birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanması barədə) hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.