Məhkəmə qərarları › İş №2(102)-383/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-383/2019

23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-383/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 23 yanvar 2019-cu il iş № 2(102)-383/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, cavabdehlərin vəkili CCnun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 06 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X2 və NƏ tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 yanvar 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(072)13/2018 saylı qətnaməsi (hakim T.Hüseynova) ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17R000006395 saylı kredit razılaşması üzrə 42440.54 ABŞ dolları əsas kredit borcu, 11475.07 ABŞ dolları faiz borcu, 5347.51 ABŞ dolları cərimə borcu, 17K000000105 saylı kredit razılaşması üzrə isə 4988.61 ABŞ dolları əsas kredit borcu, 535.66 ABŞ dolları faiz borcu, 1364.70 ABŞ dolları cərimə borcu, hər iki razılaşma üzrə ümumilikdə 66152.09 ABŞ dolları məbləğində pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatdövlət rüsumu və 20 manatxidmət haqqı iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyə tinin xeyrinə tutulması, borc məbləği qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50.38 m2 ümumi sahədən ibarət 42 saylı mənzilə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti, ilkin satış qiyməti 43926.40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50.38 m2 ümumi sahədən ibarət 42 saylı mənzil açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına cəmi 66152.09 ABŞdollarıməbləğində borc, məhkəmədə iddia qa ldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatdövlət rüsumu və 20 manatxidmət haqqı «xxxx» QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait hesabına borcun tam ödənilməsindən və Hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsait cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan UNVAN, 50.38 m2 ümumi sahədən ibarət 42 saylı mənzil satıldıqdan sonra Cavabdeh1 və onunla birgə yaşayan digər şəxslər həmin mənzildən ən geci bir ay müddətində çıxarılması və həmin mənzilin alıcıya təhvil verilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası cavabdeh tərəfin xahişi ilə keçirildiyindən həmin ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər K.Əkbərov (sədrlik edən, məruzəçi), K.Bəşirov və İ.Əhmədov, 2(106)-2495/2018 saylı mülki iş) hazırki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(072)13/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı «xxxx» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17R000006395 saylı kredit razılaşması üzrə 42440.54 ABŞ dolları məbləğində kredit borcu, 11475.07 ABŞ dolları məbləğində faiz borcu və 19299.34 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 73214.95 ABŞ dollarıməbləğində borcun, 17K000000105 saylı kredit razılaşması üzrə 4988.61 ABŞ dolları məbləğində kredit borcu, 535.66 ABŞ dolları məbləğində faiz borcu və 2729.41 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 8253.68 ABŞ dolları, hər iki razılaşma üzrəümumilikdə 81468.63 ABŞ dollarıməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə ahnması üçün ödənilmiş 10 manatdövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan, UNVAN, 50.38 m2 ümumi sahədən ibarət 42 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışından əldə olunan vəsait hesabına cəmi 81468.63 ABŞ dollarıməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə ahnması üçün ödənilmiş 10 manatdövlət rüsumunun və 21 manatxidmət haqqının «xxxx» QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 ümumi qaydada tutulması, UNVAN, 50.38 m2 ümumi sahədən ibarət 42 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və «xxxx» QSC-nə təhvil verilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, X2 və NƏapellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili CC kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilm ələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiy a və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 12.02.2013-cü il tarixli 17L000001425 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 18.04.2014-cü il tarixli 17R000006395 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaql a, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 58000 ABŞ dolları məbləğində kredit verilmişdir. 15.07.2014-cü il tarixli 17K000000105 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 %оlmaqla, razılaşma ilə müəyyən olunmuş kredit limiti daxilində kredit kartı vasitəsilə 5000 ABŞ Dolları məbləğində krеdit verilmişdir. 15.04.2014-cü il tarixli 17M000000671 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan UNVAN, 50.38 m2 ümumi sahədən ibarət 42 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülük dövlət reyestrində qeydə alınmışdır. İddiaçı “xxxx” QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 17R000006395 saylı kredit razılaşması üzrə 17.01.2017-ci il tarixinə banka olan əsas borcu 42440. 54 ABŞ dolları, faiz borcu 11475.07 ABŞ dolları, cərimə borcu 19299.34 ABŞ dolları, cəmi borcu 73214.95 ABŞ dolları, 17K000000105 saylı kredit razılaşması üzrə 17.01.2017-ci il tarixinə banka olan əsas borcu 4988.61 ABŞ dolları, faiz borcu 535.66 ABŞ dolları, cərimə borcu 2729.41 ABŞ dolları, cəmi borcu 8253.68 ABŞ dolları, hər iki razılaşma üzrə ümumilikdə borcu 81468.63 ABŞ dolları məbləğində təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31.08.2017-ci il takrixli, 20128 nömrəli rəyindən görünür ki, Cavabdeh1 17R000006395 saylı kredit razılaşması üzrə banka olan əsas borcu 42440.54 ABŞ dolları, faiz borcu 11475.07 ABŞ dolları, cərimə borcu 5347.51 ABŞ dolları, 17K000000105 saylı kredit razılaşması üzrə banka olan əsas borcu 4988.61 ABŞ dolları, faiz borcu 535.66 ABŞ dolları, cərimə borcu 1364.70 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmət göstərilməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənlə şdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-cü maddəsinə əsasən ipoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tut ma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Azərbaycan espublikasının Mülki məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının tədqiqindən müəyyən etmişdir ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti y aranmışdır. Ona görə ki, həmin cərimə və faiz borcları iradə ifadəsi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş qaydada aralarında olan öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar gecikmələr edilməsinə görə yaranmışdır. Borcun məbləği iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmiş, məhkəmə ekspert rəyini sübut kimi qəbul etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlili kimi göstərdiyi birinci instansiya məhkəməsi tərəfindən işin baxılması zamanı maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilməsinə cavabdeh tərəfindən bu halın təsdiqi ilə əlaqədar nə birinci inistansiya məhkəməsi nə də ki, apellyasiya icraatı zamanı heç bir sübu t təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər Cavabdeh1, X2 və NƏnun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar