Məhkəmə qərarları › İş №2(102)-383/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-383/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-383/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-383/2023 Açar sözlər: əmanətə görə kompensasiya məbləğinin gecikdirilməsinə görə faizlərin tutulması Bakı şəhəri 23 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)6134/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiy a şikayəti üzrə mülki işə 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3263/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 166.000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5116/2021 saylı qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3263/2018 saylı, xx.xx.2 018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1040/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5116/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, 166000 manat kompensasiya məbləğinin ödənilməsinin 5 il 06 ay gecikdirilməsinə görə illik 7,75%-lə hesablanmış 71730 manat manat pulun və məhkəmə icraatının başlanması üçün çəkilmiş 305 manat xərcin, ümumilikdə 72035 manat pulun sonuncudan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 60.000 manat və 08 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 30.000 manat əmanətin 26 may 2010-cu il tari xdən hesaba qaytarılıb müqavilə şərtlərinin yerinə yetirilməsi ilə iddiaçının əmanətçi hüquqlarının "xxxx" KB (bundan sonra – bank) tərəfindən tam bərpa edilməsinə dair 25 noyabr 2014-cü il tarixli icra vərəqəsi verilmişdir. Nəsimi Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarı xx.xx.2015-ci ildə borclu banka təqdim edilmiş, ancaq Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "xxxx" KB-nın lisenziyası 01 oktyabr 2016-cı il tarixdə ləğv edilənədək ötən bir ildən çox müddətdə fəaliyyətdə olmasına baxmayaraq, bank qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarı ilə bank müflis elan olunmuş və ləğvetmə proseduru çərçivəsində banka ləğvedici təyin edilmişdir. Bankın müflis elan olunması əmanətçiyə münasibətdə sığorta hadisənin baş verməsi ilə nəticələnmiş, sığorta hadisəsi baş verəndən dərhal sonra iddiaçı tələbkar qismində banka müraciət etmişdir. Nəsimi Rayon İcra Şöbəsi tələbin hüquqi əsasını sübut edən sənədləri və zəruri məlumatları təqdim etməklə iddiaçıya 166.000 manat məbləğdə kompensasiya ödənilməsi barədə ləğv prosesində olan QSC ”Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bildiriş vermişdir. Cavabında Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadovun imzası ilə 23 dekabr 2016-cı il tarixli imtina cavabı alınmışdır. Daha sonra tələbin 10 yanvar 2017-ci il tarixdə 1482 nömrə ilə kreditorların reyestrinə daxil edildiyi haqda 19/17947 saylı, 27 yanvar 2017-ci tarixli bildiriş göndərilmişdir. Cavabdeh 166.000 manat məbləğində kompe nsasiya ödənilməsində qanunun tələblərindən irəli gələn öhdəliyini icra etməyərək iddiaçının hüquqlarını pozmuşdur. İcra Şöbəsinin və iddiaçının çoxsaylı cəhdləri, banka və digər səlahiyyətli orqanlara müraciətləri heç bir nəticə verməmiş, nəticədə bu günədək qeyd edilən pul məbləği ödənilməmişdir. Buna görə də, xx.xx.2017dən xx.xx.2022-ci il tarixədək 5 il 06 ay ərzində hesablanmış faiz cavabdehdən tutulmalıdır.

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia tələbi üzrə icraata xitam verilməli, bankın hərəkətsizliyi tərəfə izah edilməli və aidiyyəti məhkəməyə yönəldilməlidir. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanmas ı sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. İddia tələbində birbaşa cavabdehdən pul vəsaitinin tutulması xahiş edilmişdir. Lakin unutmaq olmaz ki, cavabdeh kompensasiya ödənişini “Əmanətlərin Sığortalanması haqqında” qanunda nəzərdə tutulmuş müddətdə və qaydada həyata keçirir. Cavabdeh mühasibat uçotu sənədlərin əks edilən formada məbləği qəbul edir. Bankda sığorta hadisəsi baş verdikdən sonra KB "xxxx" QSC-yə ləğvedici təyin edilmiş cavabdeh mühasibat uçotu sənədlərində, hesabatlarda iddiaçı tərəfindən banka yerləşdirilmiş əmanətin mövcudluğunu aşkar etmədiyindən kompensasiya ödənişinin edilməsindən imtina edilmiş, həmçinin iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Beləliklə, cavabdehin əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Bu baxımdan, iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə zərər bankın hərəkətsizliyi səbəbindən baş verdiyindən və ləğv prosesində olan banka qarşı kreditor tələbinə Bakı Apellyasiya Məhkəməsində baxıldığından aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tövsiyyə olunmalıdır.

5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(006)-2509/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi (hakim:Rəşid Səmədov) ilə iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərərin əvəzi kimi 3216 manat məbləğində pulun və ödənilmiş 305 manat məbləğində dövlət rüsumunun 30 manatı alınaraq iddiaçıya verilməsi, ödənilmiş 305 manat məbləğində dövlət rüsumunun qalan 275 manatının isə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 60.000 manat və 08 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 30.000 manat əmanə tin 26 may 2010-cu il tarixdən hesaba qaytarılıb müqavilə şərtlərinin yerinə yetirilməsi ilə İddiaçı əmanətçi hüquqlarının "xxxx" KB tərəfindən tam bərpa edilməsinə dair 25 noyabr 2014-cü il tarixli icra vərəqəsi verilmişdir. Nəsimi Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarı xx.xx.2015-ci ildə borclu banka təqdim edilmiş, ancaq Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "xxxx" KBnın lisenziyası 01 oktyabr 2016- cı il tarixdə ləğv edilənədək ötən bir ildən çox müddətdə fəaliyyətdə olmasına baxmayaraq, bank qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra edə bilməmişdir.

7. Məhkəmə İddiaçı İ narṁ oğlunun iddia tələbinin “kompensasiya məbləğinin ödənilməsinin 5 il 6 ay gecikməsinə görə faiz tutulması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, id dia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyanın ödənilməsinin gecikdirilməsinə görə faiz borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1040/2022 saylı qərarının çıxarıldığı xx.xx.2022-ci il tarixdən hazırki qətnamənin çıxarıldığı xx.xx.2022-ci il tarixədək hesablanmaqla, həmin müddət 3 ay müəyyən edilməlidir.

8. Məhkəmə hesab etmişdir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu qanunvericilikdə nəzərdə tutulmuş hüquqdan istifadə edərək müxtəlif məhkəmə instansiyalarına müraciət etmişdir. Həmin müddət də 01 yanvar 2017-ci il tarixdən hesablandığında 5 ildən çox müddət təşkil edir.

9. Mərkəzi Bankın rəsmi internet səhifəsində xx.xx.2022-ci il tarixə uçot faiz dərəcəsi 7,75% müəyyən edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən bank uçot dərəcəsi üzrə (3 ay üzrə ödəmənin gecikməsi nəzərə alınmaqla) 3216 manat (166.000 manat x 7,75% uçot faiz dərəcəsi /12 ay = 1072 manat); (1072 x 3 ay = 3216 manat) məbləğində pul tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçı məhkəməyə fəaliyyəti və qazancı ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə olan halda da iddia həmin hissədə əsassız hesab olunmalıdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 449.1, 449.2, 944.1, 1097.1-cı, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məh kəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Sonradan iddiaçı apellyasiya şikayətinə əlavə göndərərək iddia tələbini dəqiqləşdirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə 166 000 manat pulun ödənişinin 5 il 7 ay 17 gün geçikməsinə görə həmin məbləğə illik 7,75 % hesablanmaqla 73446 manatın və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərcə görə 305 və 153 manatın, ümumilikdə 73904 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 21 sentyabr 2022-ci il tarixli, 2(103)-6134/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.

18. Bundan başqa, məhkəmə kollegiyası bildirmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunmadığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi isə iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

19. Həmçinin, apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə əlavədə iddianı dəqiqləşdirməklə iddia tələbinin həcmini artırması ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində geçikdirilmiş 5 il 6 aya görə faizin tutulmasını xahiş etsə də, apellyasiya şikayətinə əlavədə 5 il 7 ay 17 gün gecikməyə və digər xərclərə görə cəmi 73904 m anat pulun tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddia ərizəsində irəli sürülən tələbə cavab vermiş, məhkəmənin gəldiyi nəticə iddiaçını qane etməmiş və o, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Belə ki, iddiaçının apellyasiya şikayətinə əlavədə irəli sürdüyü tələb yeni tələbdir və bu tələbə apellyasiya mərhələsində baxıla bilməz. Çünki, həmin tələblər birinci instansiya məhkəməsində məhkəmə baxışının predmeti olmamışdır.

20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətinə əlavədə irəli sürdüyü tələb hazırkı iş üzrə məhkəmə qətnaməsi qəbul olunduqdan sonrakı dövrlə bağlı olduğundan iddiaçı bu barədə ümumi qaydada birinci instansiya məhkəməsində iddia qaldıra bilər.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 449.1, 449.2, 944.1, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2, 372.4, 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsi baş verəndən sonra cavabdeh öz öhdəliyini 01 yanvar 2017-ci il tarixə kimi icra etməli idi, lakin könüllü olaraq bunu etməmişdir. Bundan sonra iddiaçının cavabdehə qarşı qaldırdığı iddia tələbi əsasında öhdəliyin məcburi icra ol unmasına dair Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli yekun məhkəmə qərarı çıxarılmışdır. Belə olan vəziyyətdə hazırki iş üzrə kompensasiyanın ödənilməsinin gecikdirilməsinə görə faiz borcunun hesablanmasının başlanğıc tarixinin Ali Məhkəmənin MK-nin xx.xx.2022-ci il tarixli qərarının çıxarıldığı gündən hesablanmasına dair aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Bu müvafiq maddi hüquq normalarının tələblərinə və işin mübahisələndirilməyən faktiki hallarına uyğun deyil. Bundan başqa, aşağı instansiya məhkəmələri sübutların araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsindən ibarət vəzifəsini lazımi qaydada icra etməmiş, bu isə qanunsuz və əsassız qətnamənin çıxarılmasına gətirib çıxarmışdır.

24. Həmçinin, kassator bildirmişd ir ki, o, prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya məhkəməsində şikayətə əlavə təqdim etmişdir. Lakin, məhkəmə kollegiyası həmin ərizəyə məhkəmə iclasında hər hansı münasibət bildirməmiş, ərizəni müzakirəyə çıxarmamış, icraata qəbul edilib-edilməməsinə dair tərəflərin fikirlərini öyrənməmiş, bu məzmunda prosessual pozuntulara yol verməklə yanaşı, çıxardığı qətnamədə həmin ərizəyə dair qanunvericiliyə uyğun olmayan əsaslandırma aparmışdır. İşdən də görünür ki, həmin hal birinc instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra baş vermiş, iddiaçının həmin vəziyyəti əvvəlcədən planlaşdırması və yaxud hansısa hüquqi tədbir görməsi mümkün deyildi.

25. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427-ci, Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsinin 9, 14, 53, 88, 217, 372.1, 372.2, 372.4, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması faktını əəsaslandıran hər hansı təqsirli və ödənişi etməkdən yayınmada ifadə olunan əməl mövcud olmamıdşır. Cavabdeh qətnamə qanuni qüvvəyə mindikdən sonra onu vaxtında icra etmişdir. Buna görə də, məhkəmə aktı qanuni sayıla bilməz, qətnamə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olmas ı və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən i rəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

32. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

33. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün ill ik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

35. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəlikl ərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazla rını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüquq unun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

46. Qətnamədən cavabdeh kassasiya şikayəti vermədiyindən, iddiaçının kassasiya şikayəti əsasında qətnamə iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməmiş hissəsi üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi və prossesual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni sayıla bilməz.

48. Belə ki, məhkəmələr cavabdeh Əmanətlərin Sığortalanması Fondunun qanunvericilikdə nəzərdə tutulmuş hüquqdan istifadə edərək müxtəlif məhkəmə instansiyalarına müraciət etməsini nəzərə alaraq məhkəmə mübahisəsinin davam etdiyi 5 il müddət üçün cavabdehdən pul tutulmasını əsassız hesab etmişdirlər.

49. Lakin məhkəmə kollegyası hesab edir ki, iddia tələbi qətnamənin vaxtında icra edilməməsinə görə ziyan tələbi olmadığından öhdəliyin yarandığı gündən faizlərin hesablanıb tutulması barədə iddianın bu əsasla təmin edilməməsi əsassızdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə qarşı qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında hesabına bərpa edilməli olan əmanət məbləğinə görə kompensasiya ödənilməsi barədə tələbi cavabdehin etirazlarına baxmayaraq məhkəmələr tərəfindən təmin edilmiş, tələb əsaslı hesab edilmiş, cavabdehin qanunun tələbinə əsasən yaranmış kompensasiya ödəmək öhdəliyinin icrasından imtinası qanunsuz hesab edilmişdir.

51. Belə olan halda, iddiaçının qanunla icra edilməli olan pul öhdəliyin vaxtında icra edilməməsi üçün ziyan tələb etmək hüququ vardır və iddiaçı Mülki Məcəllənin 445.7 və 449.1-ci maddələrinə istinad etməklə hazırki iddianı qaldırmışdır.

52. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

53. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəy yən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı)

54. Məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edilsə də, həmin norma düzgün tətbiq edilməmiş, yalnız qətnamənin qanuni qüvvəyə mindiyi gündən sonrakı dövrə faizlər hesablanaraq tutulmuşdur.

55. Kollegiyanın qənaətinə görə cavabdehin məhkəmə təminatı hüququndan istifadə edərək məhkəmə a ktlarından şikayət verməsi onu məsuliyyətdən azad edən hal hesab edilə bilməz.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

57. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6134/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar