Məhkəmə qərarları › İş №2(102)-3830/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3830/2023

01.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3830/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağlanmış su yolunun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-67/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 RX seriyalı ******* nömrəli çıxarışla 3.1956 hektar, İddiaçı2 R X seriyalı ******* nömrəli çıxarışla 1.1801 hektar, İddiaçı3 RX seriyalı ******* nömrəli çıxarışla 2.5109 hektar və İddiaçı4 RX seriyalı ******* nömrəli çıxarışla 2.5109 hektar Yevlax rayonu, Rüstəmli kəndində mülkiyyətlərində torpaq sahələri vardır.

2. İddiaçılar onların torpaq sahələrinə gedən su yolunun Cavabdeh tərəfindən bağlandığını bildirərək aşağıdakı tələbi irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən bağlanmış, Yevlax rayonu, Rüstəmli kəndində RX ******* saylı, RX ******* saylı, RX ******* saylı, RX ******* saylı çıxarışlar əsasında onlara məxsus torpaq sahəsinə gedən su yolunun açılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınar aq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışlar ki, yaşadıqları kənd ərazisində onlara və ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmiş və mülkiyyət hüququna dair sənədləri qaydasındandır. Torpağı qanuni əsaslarla istifadə etməklərinə baxmayaraq, cavabdeh həmin torpaqlara illərdir gedən su yolunu qeyri-qanuni olaraq bağlamışdır. Belə ki, su yolunu şumlayaraq orada əkin əkmişdir. Bu səbəbdən də, onlar torpaqlarından əkinlərini sulaya bilmirlər. Əkin məhv olur. Dəfələrlə su yolunun açılmasını cavabdehdən tələb etsələr də, cavabdeh su yolunu açmaqdan imtina edir.

5. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir k i, onun 7.05 ha torpaq sahəsi vardır. Yerləri əksik gəldiyindən su yolunu bağlamışdır. Onun torpağının çatışmayan hissəsi verilsin, o da su yolunu açacaq.

6. Məhkəməyə təqdim edilmiş, Yevlax ŞİHB-nın Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 yanvar 2022-ci il tarixli 04 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 məxsus torpaq sahəsini suvarmaq üçün su arxından uzun müddətdir istifadə edirdilər. Həmin arx Cavabdeh tərəfindən əkilərək su arxı ləğv edilmişdir. Dəfələrlə rayon rəhbərliyi və icra nümayəndəliyi, kənd Bələdiyyəsinin sədrinin söhbətlərinə məhəl qoymur.

7. Məhkəmə tərəfindən alınmış Azərbaycan Respublikası "xxxx" MMC-nin 05 aprel 2022-ci il tarixli, M/03 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə gedən su yolunun bir hissəsi Cavabdeh tərəfindən bağlanmışdır. Mübahisəli su yolunun 0.13 ha hissəsi cavabdeh tərəfindən üzəri bağlanmaqla istifadə edilir.

8. Yevlax Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(039)-538/2022 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən İddiaçı1 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı2 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı3 RX seriyalı ******* nömrəli çıxarışla və İddiaçı4 RX seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahələrinə gedən su yolunun Cavabdeh tərəfindən bağlanmış 0.13 ha hissəsinin açılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinə istinad edərək qeyd etmişdir ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən İddiaçı1 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı2 RX seriyalı ******* nömrəli çıxarışla, İddiaçı3 RX seriyalı ******* nömrəli çıxarışla və İddiaçı4 RX seriyalı ******* nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahələrinə gedən su yolunun cavabdeh tərəfindən bağlanmış 0.13 ha hissəsi açılmalıdır. Cavabdehdən 250 manat ekspertiza xərci və 100 manat dövlət rüsumu tutularaq İddiaçı1 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 170.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə hazırki qərarı qəbul edərkən X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin 05 aprel 2022- ci il tarixli M/03 saylı rəyinə əsaslanmışdır. İşdən görüldüyü kimi, məhkəmə mübahisəli üstü bağlanmış arxın onun mülkiyyətinə aid olan torpaq sahəsində yerləşməsini, həmçinin su arxının başqa alternativ yerlərdən keçməsinin mümkünlüyünü müəyyən etmək istəməmişdir. Ailəsinin ümumbirgə mülkiyyətinə 7,06 ha pay torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyət hüququna dair JN-0011 kod 90106028 saylı dövlət aktı verilmişdir. O, bütü n ailə üzvləri ilə birlikdə mülkiyyətiçidir. Onlar şəhid ailəsi olduğundan həmin torpaq sahəsinin bütöv bir ailənin yeganə iş və qazanc yeri olaraq əkib becərirdilər. Onun torpaq sahəsinin hüdudları müəyyən edilmədən mübahisəli arx deyilən yerin onun mülkiyyətinə aid olan torpaq sahəsinin daxilində olub-olmaması aidiyyəti xidmət sahəsi tərəfindən əvvəlcədən müəyyənləşdirilməli, bundan sonra tələbə aid məsələyə baxılmalıdır. Kiminsə onun mülkiyyətində olan torpaq sahəsinin qazıb özünə su çəkməsi, hər bir halda qanuni əsaslarla olmalıdır. O, öz mülkiyyətindən su arxının keçməsini istəmir. Bu hal onun torpağını şorlaşdırır. Böyük bir həcmdə mülkiyyətinə düşən torpaq sahəsindən istifadə etməməyinə imkan yaradır. Birinci instansiya məhkəməsi hazırki ədalətsiz qərarını qəbul edərkən öz yazısına və rəyinə cavabdehlik daşımayan X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin əhəmiyyət kəsb etməyən rəyinə əsaslanmış, həmin rəylə kifayətlənmişdir. Halbuki, məhkəmə onun mülkiyyətinə aid olan torpaq sahəsinin düz üstündən bu su arxının keçməsini müəyyən etmək üçün torpaq sahəsinin yerini, döngələrini, bu su arxının mülkiyyətinə aid olan torpaq sahəsindən keçibkeçməməsini müəyyən edən səlahiyyətli dövlət orqanının ekspert və mütəxəssisləri ilə müəyyənləşdirməmişdir. Eynilə ekspert və mütəxəssis qarşısında əlavə su arxının keçidi ilə əlaqədar alternativ keçidin olub-olmamasını müəyyən etməmişdir. Bununla da şəhid ailəsinə aid torpaq sahəsinin böyük bır hissəsini su arxı adı altında əlindən almışdır.

13. Apellyasiya baxışında keçirilmiş ekspertiza üzrə Azərbаycаn Respublikаsı Ədliyyə Nа zirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/523 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Yevlax rayonu, Rüstəmli kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışla iddiaçı llyasov Sərdar Qəhrəman oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsinin, RX seriyalı ******* nömrəli çıxarışla iddiaçı llyasov Niyaz Məmməd oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsinin, RX seriyalı ******* nömrəli çıxarışla iddiaçı X5 mülkiyyətinə verilmiş torpaq sahəsinin və RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı4 mülkiyyətinə verilmiş torpaq sahəsinin və cavabdehin JN-0011 kod 90106028 saylı dövlət aktına əsasən ailə üzvləri ilə birlikdə mülkiyyətində olan 7.06 ha torpaq sahəsinin ölçüləri naturadakı ölçülərlə eynilik təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakını Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 mülkiyyətlərində olan torpaq sahələrini suvarmaq üçün su yolu Yevlax rayonu, Rüstəmli kəndinin (Rüstəmli təsərrüfatının) xəritə materiallarına (DWC- torpaq islahatlarının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) nəzərdə tutulmuşdur. Naturada mövcud deyil. A zərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqam Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, su yolu naturada mövcud deyil. İddiaçıların naturada göstərdikləri və iddia etdikləri su yolu cavabdeh X3 və onun ailə üzvləri ilə birlikdə mülkiyyətinə JN-0011 kod 90106028 saylı dövlət aktı əsasında verilmiş torpaq sahəsindən kənarından Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən keçir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakını Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İntiqa m Ağayevin mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu Rüstəmli kəndinə aid “X4 X6”ndə olan xəritədə qeyd edilmiş, naturada mövcud olmuş 394 m (0.16 ha) su yolu Cavabdeh tərəfindən bağlanmışdır. Ərazi idarəsinin səlahiyyətinə aid olmadığından tədqiqat aparılmamışdır.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-67/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayə tlərinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli torpaq sahələrinin tam mülkiyyət hüququ ilə hazırki iş üzrə iddiaçılara məxsus olması, həmin torpaq sahələrinə su yolunun nəzərdə tutulması, həmçinin həmin su yolunun hazırkı iş üzrə cavabdehin torpaq sahəsinin kənarından Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən keçməklə cavabdeh tərəfindən bağlanmış olması mütəxəssis və ekspert rəyləri ilə təsdiq edilmişdir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılara məxsus olan torpaq sahəsinə su arxı cavabdehə məxsus torpaq sahəsinin kənarından keçməklə uzun illər həmin arxdan istifadə olunmuşdur. İddiaçıya məxsus həyətyanı sahəyə başqa alternativ ərazidən su xəttinin aparılması mümkün deyil. Bu baxımdan kollegiya qeyd etmişdir ki, cavabdehin bu kimi hərəkət ləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

17. Məhkəmə, əlavə olaraq qeyd etmişdir ki, hal-hazırda ekspert rəyi ilə su yolunun Cavabdeh və onun ailə üzvləri ilə birlikdə mülkiyyətinə JN- 0011 kod 90106028 saylı dövlət aktı əsasında verilmiş torpaq sahəsinin kənarından Qaraməmmədli bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən keçdiyi müəyyən edildiyindən məhkəmənin ekspert təyin edilməsi ilə bağlı qərardadında ekspert qarşısında qoyulmuş “iddiaçılara məxsus torpaq sahəsinin suvarılması üçün alternativ yolun olub olmaması, mövcud olduğu təqdirdə hansi su yolunun daha səmərəli olması barədə ekspert qarşısında qoyulmuş sualların aydınlaşması zərurəti aradan qalxmışdır.

18. Bundan başqa, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq Azərbаycа n Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 17 mart 2023-cü il tarixli 10/523 nömrəli rəyində 0.16 ha su yolunun cavabdeh tərəfindən bağlandığı müəyyən edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən su yolunun 0.13 ha hissəsinin açılması təmin edilmiş, iddiaçılar isə qətnaməni mübahisələndirməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, ekspert tərəfində tam araşdırılma aparılmamış, alternativ qaydada su arxının keçməsi üçün şəraitin mövcudluğunu ay dınlaşdırmamış, ekspertin rəyində qoyulmuş suallar tam cavablandırılmadan əleyhinə qərar qəbul edilmişdir. Məhkəmə sübutlarına, mülkiyyət sənədinə xüsusi önəm verməmişdir. Bundan başqa, mülkiyyətinə aid olan torpaq sahəsinin koordinatı, döngə nöqtələri, yerləşdiyi yer müəyyən edilməmişdir. Apellyasiya şikayətində qeyd etdiyi halların heç biri araşdırılmamış, ekspert rəyi tam cavablandırılmamışdır, ümumiyyətlə iş üzrə sübutlara düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-is tifadə edilməsinə yol verilmir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

25. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, mübahisə iddiaçıların torpaq sahəsinə ge dən su yolunun cavabdeh tərəfindən bağlanması ilə əlaqədardır. İşə mahiyyəti üzrə baxan məhkəmələr apardıqları ekspertiza tədqiqatları ilə həmin faktın təsdiq olunması nəticəsinə gəlmişlər. Belə olan halda, iddianın təmin edilməsi mülki qanunvericiliyə uyğun olmuşdur.

35. Qanuna əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin (§ 22, 25).

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildi yindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-67/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar