Məhkəmə qərarları › İş №2(102)-3830/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3830/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3830/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi işə cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1022/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Neftçala Rayon Məhkəməsinin 1(053)-01/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona CM-in 178.2.4cü maddəsi ilə 2 il, CM-in 128-ci maddəsi ilə 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla 2 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 2.Həmin cinayət işi üzrə baxılan iş üzrə iddiaçı izahatında göstərmişdi r ki, dələduzluq yolu ilə onun mülkiyyətindən çıxmış 28000 manat məbləğində pulun 6300 manat hissəsi təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən cinayət yolu ilə ələ keçirilmiş ona məxsus olan, qiyməti 2.800 manat, çəkisi 25 qram təşkil edən 1 ədəd qızıl boyunbağının, qiyməti 2.000 manat təşkil edən 1 ədəd qızıl boyunbağının (kaleli), ümumi qiyməti 3.000 manat təşkil edən 3 ədəd qızıl boyunbağının, qiyməti 1.000 manat təşkil edən 1 ədəd qızıl boyunbağının, qiyməti 450 manat təşkil edən 1 ədəd qızıl qadın üzüyünün, qiyməti 450 manat təşkil edən 1 ədəd qızıl kişi üzüyünün, qiyməti 3.500 manat təşkil edən 1 ədəd qızıl qadın qol saatının, qiyməti 650 manat, çəkisi 19 qram təşkil edən 1 ədəd qızıl boyunbağının, qiyməti 500 manat təşkil edən 1 ədəd almaz qaşlı qızıl üzüyün, ümumi qiyməti 3.500 manat təşkil edən brilyant qaşlı qızıl sırğa və üzük dəstinin (2+1 ədəd), qiyməti 1.500 manat təşkil edən brilyant qaşlı 1 cüt qızıl sırğanın, ümumi qiyməti 1.000 manat təşkil edən qızıl sırğa və üzük dəstinin (2+1 ədəd), qiyməti 700 manat təşkil edən 1 ədəd qadın saatının, ümumi qiyməti 650 manat təşkil edən brilyant qaşlı qızıl sırğa və üzük dəstinin (2+1 ədəd), ümumi qiyməti 3.500 manat, çəkisi 31 qram təşkil edən ağ qızıl materiallı və brilyant qaşlı sırğa, qızıl üzük, qızıl boyunbağı və qızıl qolbaq dəstinin (2+1+1+1 ədəd), ümumi qiyməti 2.000 manat təşkil edən qızıl sırğa, üzük, qolbaq və boyunbağının (2+1+1+1 ədəd), qiyməti 800 manat təşkil edən 1 ədəd brilyant qaşlı nişan üzüyünün, ümumilikdə 28.000 manat dəyərində qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan 28.000 manat məbləğində pulun habelə dövlət rüsumu olaraq ödənilmiş 174 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2020-ci ilin sentyabr ayının sonlarından 2020-ci ilin dekabr ayının əvvəllərinədək ona məxsus qızıl-zinət əşyalarının satılmasına kömək edə biləcəyi barədə yalan vədlər verib inandıraraq, etibarından suiistifadə edib aldatmış və ümumi dəyəri 28.000 manat təşkil edən xeyli miqdarda qızıl-zinət əşyalarını ondan alıb dələduzluq etmişdir. Cavabdehin əm əlləri Neftçala rayon Polis Şöbəsində aparılmış istintaq sənədləri ilə sübuta yetirilmiş və Neftçala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona 2 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Neftçala Rayon Məhkəməsinin həmin hökmü Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. Cavabdeh istər yuxarıda qeyd olunan qızıl-zinət əşyalarını, istərsə də onların dəyərini təşkil edən 28.000 manatı bu günədək qaytarmayıb. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edib.

5. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya heç bir borc u yoxdur. Bunu barəsində aparılmış cinayət işinin ibtidai istintaqı, məhkəmə istintaqı dövründə dəfələrlə bildirib. İddia tələbi isə heç bir əsası və sübutu olmayan, iddiaçı ilə münasibətlərinin pisləşməsi səbəbindən sonuncu tərəfindən ona qarşı yönəlmiş böhtandır. İddiaçı ona 3-4 dəfəyə 28.000 manat dəyərində qızıl-zinət əşyalarını verdiyini bildirdiyinə baxmayaraq bunu təsdiq edə biləcək hər hansı bir sübut, o cümlədən borc müqaviləsi yoxdur. Bu qədər dəyəri olan əmlakın isə heç bir sənəd olmadan verilməsi məntiqli deyil. İddiaçıdan bir dənə də olsun qızıl almayıb. Buna baxmayaraq cinayət işi üzrə məhkəmə baxışı zamanı onun heç bir sübutuna baxılmayıb. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir.

6. Cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X1 bildirmişd ir ki, iddiaçını Neftçala rayon sakini, cavabdehi isə həm də müəllimə kimi tanıyır. İddiaçı evində qızıl, yataq dəsti, paltar, şampun və s. bu kimi malların satışı ilə məşğul olurdu. Onun (şahidin) anası E.Qardaşova isə qızıl əşyalarının satışı ilə məşğuldur. İddiaçı bir neçə dəfə anası Esmiradan qızıl-zinət əşyaları alıb, aparıb sataraq pulunun yarı hissəsini əvvəlcədən, qalanını isə hissə-hissə hər ay ödəyirdi. Sonradan iddiaçının aldığı qızılların pulunu qaytarmadığını görüb özü şəxsən ondan səbəbini soruşmuşdur. İddiaçı da ona qızılları cavabdehə verdiyini demişdir. Rayonda yaşadıqları üçün cavabdehin bir çox adamlara borclu olması barədə məlumatları olub. İddiaçı da öz növbəsində cavabdehi yaxşı tanımadığını, onun bir çox adamlara borcunun olmasından xəbərsiz olduğunu bildirmişdir. On ların iddiaçıyla bu mövzuda dəfələrlə söhbətləri, hətta mübahisələri olub. Bu səbəbdən yaşlı anası xəstəlik tapıb. Hətta cavabdehə cinayət işi açılanda onlar da zərərçəkmiş şəxs kimi polisə ərizə ilə müraciət etmək istəmişlər ki, qızıllarını və ya pullarını alsınlar. Bu zaman iddiaçı onlara mane olaraq qızılları cavabdehə özünün verdiyini, ona görə də özünün şikayət etdiyini və polis vasitəsilə Xuramandan onları alıb gətirib qaytaracağını demişdir. Bir müddət sonra onlara məlum olmuşdur ki, cavabdehə 2 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bundan sonra Şükufədən qızıllarının pulunu tələb etmişlər. O, da müxtəlif bəhanələr gətirərək pulu yubatmışdır. Bir müddət də Şükufə ağır xəstəlik keçirdiyindən anası Esmiranın ona yazığı gəlib xəstə olduğu müddətdə ondan pulu tələ b etməmişdir. Ona oynadıqları lotoreyaya qoşulmasını, heç olmasa pulu bu yolla hissə-hissə qaytarmasını təklif etmişlər. Şükufə də bununla razılaşmışdır. Bundan sonra Şükufə 2 dəfə, hər dəfə 100 manat olmaqla, cəmi 200 manat pul ödəmiş və bir də aylıq lotoreya pulunun əvəzinə 1 ədəd serviz vermişdir. Vəssalam. Bundan başqa hər hansı bir ödəniş etməmişdir. Şükufənin Xuramandan pul tələb etməsini bildikdən sonra özü istəmişdir ki, məhkəməyə gəlib Xuramana verilən qızılların hamısının onlara məxsus olduğunu bildirsin.

7. Neftçala Rayon Məhkəməsinin 2(053)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Qədimov) iddianın təmin edilməsi, cavabdehdən 28.000 manat və iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 174 manatın tutularaq idd iaçıya verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakı məhkəmə aktlarına istinad etmişdir.

9. Neftçala Rayon Məhkəməsinin 1(053)-01/2022 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona CM-in 178.2.4-cü maddəsi ilə 2 il, CM-in 128-ci maddəsi ilə 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla 2 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-271/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı birinci instansiya məhkəməsinin h ökmü dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1645/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə yuxarıda qeyd edilən məhkəmə aktlarını və MPM-in 82.4-cü maddəsinin tələblərini nəzərə alaraq qeyd edib ki, cavabdeh dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə iddiaçının 28.000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirilməsi halı sübuta yetirilmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı mad dəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 21.3, 373.1, 551.2.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 82.4, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh (vəkili X2) qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesa b edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1022/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və T.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində iddia tələbinə etirazdan müəyyən olunub ki, o, iddianı qismən qəbul edib və hesab edib ki, iddiaçının tələb etdiyi 28000 manat maddi ziyanın 6300 manat məbləğinin qaytarılması ilə bağlı iddiaçının özünün qəbzi mövcud olduğu halda məhkəmə qiymət verməmiş, ikincisi isə iddia tələbinin 14300 manat hissəsini isə iddia müddətinin ötməsi əsası ilə rədd etməli olduğ u halda, məhkəmə bunu etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd edib ki, Neftçala Rayon Məhkəməsinin 1(053)01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdehin iddiaçıya törətdiyi cinayət nəticəsində ümumilikdə 28.000 manat məbləğində maddi ziyan vurması tam şəkildə sübuta yetirilir. Cavabdeh hökmdə iddiaçının həmin məbləğin 6.300 manatın qaytarılması ilə bağlı ifadəsinə istinad etsə də kollegiya cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, CPM-nin 353.2.1-ci maddəsinə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilir. Neftçala Ray on Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə isə məhkəmə tərəfindən sübuta yetirilmiş əməl kimi 28.000 manat məbləğində maddi ziyan vurulması qeyd edilmişdir. CPM-nin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, hökmlə şəxsin əməli vurulmuş maddi ziyana münasibətdə 28000 manat müəyyən edildiyindən məhkəmə üçün həmin hissədə məcburi olduğundan kollegiya cavabdehin həmin dəlili ilə razılaşmamışdır.

18. Kollegiya cavabdehin iddia tələbinin 14.300 manat hissəsində iddia müddətinin ötməsi ilə bağlı dəlili ilə də razılaşmayıb qeyd etmişdir ki, hazırkı işdə cavabdehin nümayəndəsi 3 illik iddia müddətinin tətbiq edilməsini bildirsə də, işin müəyyən edilən hallarına görə cavabdeh dələduzluq yolu ilə iddiaçının etibarından sui-istifadə edərək, cinayət nəticəsində iddiaçıya zərər yetirib, belə olan halda, tərəflər arasındakı münasibətlər müqavilə öhdəliklərinə deyil, müqavilədən kənar öhdəliklərə, konkret olaraq isə zərər vurmaya (deli ktə) söykənir. Bu halda da, hazırki mübahisəyə müqavilə tələbləri üzrə 3 illik deyil, 10 illik ümumi iddia müddətinin tətbiq edilməsi düzgün olar. Ona görə də kollegiya cavabdehin həmin dəlilini də əsassız hesab etmişdir.

19. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 21.3, 157.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 82.4, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vəkili X2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş et mişdir.

21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını pozmuşdur, belə ki, Neftçala RPŞ-də barəsində olan cinayət işinin istintaqı zamanı iddiaçı öz imzası ilə ondan almış olduğu qızıl-zinət əşyalarının dəyərindən 6300 manat ona ödəməsi barədə qəbz yazmış olsa da (imza mövcuddur), apellyasiya məhkəməsi həmin məbləğin təkrar tutulması qət edərək, mülkiyyət hüququnu pozmuşdur. Həmçinin, iddia tələbinin 14300 manat hissəsində iddia müddətinin ötməsi əsası ilə rədd etməli olduğu halda məhkəmə kollegiyası bunu etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödən ilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmas ı nəzərə alınmalıdır.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbay can Respublikasının Cinayət Prosessual Məcəlləsi

30. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı 37. - Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. 38. - Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. 39. - Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Kassasiya baxışının hədləri:

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları əsas etibarı ilə düzgün tətbiq edilsə də, məhkəmə işin faktiki halları ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən iddiaçının xeyrinə tutulmalı pulun məbləğinin müəyyən edilməsi hissəsində yanlışlığa yol vermişdir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya instan siya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı qərarın əksini tapmış həmin əsaslandırması ilə qismən razılaşır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürməmiş, səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir.

45. Belə ki, iddiaçının sübut olaraq istinad etdiyi cavabdehin barəsində olan qanuni qüvvədə olan hökmdə sonuncunun və baxılan iş üzrə iddiaçının izahatları ilə müəyyən olunur ki, tələb olunan məbləğin 6.300 manat hissəsi cavabdeh tərəfindən hissə-hissə iddiaçıya ödənilmişdir.

46. Belə olan halda artıq sübutetmə vasitəsi ilə təsdiq olunan faktın müəyyən edildiyinə baxmayaraq apellyasiya instansiya məhkəməsi məhz MPM-nin 82.4-cü maddəsinə istinad edərək cinayət nəticəsində vurulmuş zərərin 28.000 manat olmasına əsaslanmaqla artıq cavabdeh tərəfindən ödənilmiş məbləği iddiaçının xeyrinə təkrar tutmaqla düzgün olmayan nəticəyə gəlmişdir.

47. Bu səbəbdən də məhkəmə kollegiyası artıq iddiaçıya 6.300 manat məbləğində pulun ödənilməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğin cavabdehdən təkrar tutulması iddiaçıya münasibətdə əsassız varlanma vəziyyəti yarada bilər.

48. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ödənilmiş məbləğin cəmi tutulan məbləğdən çıxılmasının təmin edilməsi üçün qətnamə həmin hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə q ətnamə dəyişdirilmədən saxlanmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1022/2024 saylı 10 iyun 2024-cü il tarixli qətnaməsi “Cavabdeh 28000 (iyirmi səkkiz min) manatın tutularaq İddiaçı verilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh 21.700 (iyirmi bir min yeddi yüz) manat tutularaq İddiaçı verilsin. Qalan mübahisələnirilən hissədə qətnamə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar