Məhkəmə qərarları › İş №2(102)-3835/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3835/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3835/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlunun, cavabdehlər Cavabdeh4, Cavabdeh1 nümayəndəsi və vəkili, həmçinin digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 nümayəndəsi Məmmədova Yeganə Bayram qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” QSC, Cavabdeh4 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Məhkəməsinin (hakim Z.Axundova) xx.xx.2018-ci il tarixli, 2(003)-xxx/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək,Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 42587.37 ABŞ dolları, faiz borcu üzrə 13820.09 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları olmaqla, cəmi 57407.46 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə, həmçinin 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması ilə bağlı ödənilmiş 10 manat və 2 0 manat xidmət haqqı olmaqla, cəmi 60 manat məbləğində pulun iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, ünvan 3-də yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, ünvan 3-də yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 91000 manat məbləğində müəy yən edilməsi, fərdi yaşayış evi satıldıqdan bir ay sonra Cavabdeh4 evdən istifadə hüququna xitam verilməsi və onun həmin torpaq sahəsi və evdən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutulub “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəl i qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 nümayəndəsi Məmmədova Yeganə Bayram qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-xxx/2018 nömrəli qətnaməsinin qismən, iddianın cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı zamin kimi təmin olunan və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsi və zaminlərə aid hissədə iddianın təmin edilməməsi, ipoteka predmeti olan Bakı şəhəri, ünvan 3-də yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 100000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza xərci 200 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetin in qiymətləndiricisinin xidmət haqqı 150 manatın tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı “xxxx” QSC, Cavabdeh4 və Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 09R000011994 saylı kredit razılaşması üzrə 43313.91 ABŞ dolları məbləğində kredit borcu, 9368.66 ABŞ dolları məbləğində faiz borcu və 22892.21 ABŞ dolları məbləğində cərimə borcu ol maqla, cəmi 75574.78 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri,ünvan 3-də yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və 75574.78 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakı n hərracda satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutulması, Bakı şəhəri, ünvan 3-də yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” QSC iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli, 09L000001339 saylı Kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09R000011994 saylı Kredit Razılaşmasına vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 09R000011994 saylı kredit razılaşması üzrə 42587.37 ABŞ dolları məbləğində kredit borcu, 13820.09 ABŞ dolları məbləğində faiz borcu və 31091.64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 87499.10 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 3-də yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və 87499.10 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutulması, Bakı şəhəri, ünvan 3-də yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” QSC iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmş xx.xx.2010-cu il tarixli, 09L000001339 saylı Kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09R000011994 saylı Kredit Razılaşmasına vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 09R000011994 saylı kredit razılaşması üzrə 42587.37 ABŞ dolları məbləğində kredit borcu, 13820.09 ABŞ dolları məbləğində fai z borcu və 31091.64 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 87499.10 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 məxsus Bakı şəhəri,ünvan 3-də yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və 87499.10 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutulması, Bakı şəhəri, ünvan 3-də yerləşən 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99.7 kv.m yaşayış, 105.6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaç ı “xxxx” QSC-nin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin zamin Cavabdeh4 ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Göründüyü kimi zamin Cavabdeh4 kredit razılaşması ilə tanış edilmiş, Cavabdeh1 verilmiş kreditin məbləği, müddəti, faiz dərəcəsi və valyutası barədə ta m məlumatlı olmuşdur.Digər zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlı hissədə bildirmək istəyirik ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında xx.xx.2010cu il tarixində bağlanmış 09L000001339 saylı kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 300000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə eyni tarixdə borclu Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər “xxxx" QSC qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Yəni Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 ABŞ dolları məbləğinə zamin durmuşdur. Hazırki iş üzrə kredit razılaşması Cavabdeh2 və Cavabdeh3 zamin durduğu kredit xətti müqaviləsi müddətində bağlanılmaqla sonuncuların zaminlik götürdüyü kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, bununla da onların məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Apelyasiya məhkəməsi isə zaminlərə məlumat verilmədən saziş ilə öhdəliyin icra müddətinin uzadıldığını göstərmiş işin qeyd olunan halının zaminlərin məsuliyyətinin artması və ar üçün digər əlverişsiz nəticələrə səbəb olması kimi qiymətləndirmişdir. Lakin nə kredit razılaşmalarının müddəti, nə də sonrakı razılaşma ilə müəyyənləşdirilmiş müddəti zaminlik müqavilələrində nəzərdə tutulmuş 120 aylıq müddəti aşmamışdır. Əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir edilməsi olan bankların faiz nəzərdə tutulmamaqla kredit verməsi ağlabatan hesab edilmədiyi kimi kredit xətti müqaviləsində də faiz dərəcəsinin göstərilməm əsinə görə zaminin kredit məbləğinin faizsiz veriləcəyini ehtimal etməsi və bu şərtlə öhdəliyə zamin durması kimi qiymətləndirilməməlidir. Yəni zaminlər kreditor bank tərəfindən kredit məbləğinin faizlə veriləcəyini bilmiş, bununla razılaşaraq öz iradə ifadəsi əsasında zaminlik müqaviləsi bağlamış qeyd olunan halın əksi mübahisələndirilməmişdir. Beləliklə, apelyasiya məhkəməsi hazırki iş üzrə qətnamə çıxararkən zaminlərlə bağlı hissədə maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4432/2019 nömrəli qətnaməsinin iddia tələbinin zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 dair təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 və vəkili Məmmədova Yeganə Bayram qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki,kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin məqsədi ilə “xxxx” QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli, 09M000000409 saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, ünvan 3-də yerləşən mülkiyyətində 1.04 ha., torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 m2 yaşayış, 105,6 m2 köməkçi sahədən 3 nömrəli fərdi yaşayış evini və zaminlərdən Cavabdeh4 qızma məxsus olan bir də iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Lakin 2016-cı il tarixdə həyat yoldaşı X1 ilə mübahisələri olduğundan, aralarındakı nikahın pozulması və əmlak bölgüsü tələbi məhkəməyə müraciət etmiş, bundan sonra bankın da razılığı ilə Cavabdeh4n mü lkiyyətində olan mənzil satılaraq bütövlükdə bankın hesabına keçirilmiş, bankın və Cavabdeh1 oğlunun razılığı ilə Bakı şəhəri, ünvan 3-də yerləşən mülkiyyətində olan 0,04 ha., torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 m2 yaşayış, 105,6 m2 p sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi Cavabdeh4 mülkiyyətinə keçmişdir. Beləliklə də Cavabdeh4 bank qarşısında öhdəliyinə xitam verilmişdir. Bağışlama müqaviləsində də göstərilmişdir ki, həmin mənzil girovda deyil, ipoteka predmeti deyil və s. hazırda mübahisəli fərdi yaşayış evi Cavabdeh4 mülkiyyətindədir. O isə həmin əmlakı ipotekaya qoymayıb, ipoteka müqaviləsi bankla Cavabdeh1 arasında bağlanmışdır. Sonradan Cavabdeh4 tərəfindən banka 48000 manat məbləğində ödəniş olmuş və iddiaçı ilə razılaşma əsasında mübahisəli fərdi yaşayış evi Cavabdeh4 mülkiyyətinə keçmişdir. Borcun həmin əmlaka yönəldilməsi əsassızdır və ona görə də tələb təmin edilə bilməzdi. Bununla əlaqədar da DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə sorğu verilərək sənədlərin surəti istənilsə də məhkəmə sorğu verməkdən imtina etmişdir. Tərəfimizdən verilən sorğulara isə DƏDRX-nin Bakı şəhər ərazi idarəsi cavab verməmiş, məhkəmənin sorğusunu tələb etmişdir. Bakı Apellyasiya məhkəməsi həmin sənədlərin götürülməsi üçün sorğu verməmişdir. Beləliklə, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul edilmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsinin təmin olunmayan hissədə (tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində) ləğv edilməsi, iş üzrə yen i qətnamə qəbul edilməsi və ya işin yenidən araşdırılması üçün həmin hissədə rədd edilməsi, yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 və vəkili Məmmədova Yeganə Bayram qızı kasasiya şikayətini onunla əsaslandırmışlar ki, borc məbləğinin düzgün hesablanmaması cavabdehlərdən Cavabdeh1 haqlı narazılığına səbəb olmuşdur. İş üzrə üç dəfə ekspertiza keçirilmiş, hər üçü fərqli olmuşdur. Bu da borc məbləğinin düzgün hesablanmadığını sübut edir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak ed ən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin vəkili Ağamirov Mirağa Mirbəşir oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin təmin edilməsini, cavabdehlərin kasasiya şikayətlərinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 nümayəndəsi Məmmədova Yeganə Bayram qızının izahatı Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki,

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəfləriradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.

3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz d ərəcəsi, valyuta və s.) yetərli dərəcədə göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit xətti müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. 4.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin ‘‘onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinin ‘‘əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində on un müəyyənləşdirilməsinin qaydası və zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki,... zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır....Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən, bank bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin ası hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə,təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin istənilən dəyişikliyə görə zami nliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar bilər....Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş " konkret həcmi kredit xətti müqavil əsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Konstitusiya Məhkəməsi Plenumu “Banklar.haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və:48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqaviləqanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdik də, zaminliyə bütövlükdə xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki,... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərin bir çoxuna Plenumun 2018-ci il 31 may tarixli qərarında aydınlıq gətirildiyindən onlar geniş şəkildə təkrarlanmadan, hazırkı müraciət əsasında şərh edilməli olan məsələlərin məhz həmin Qərarda əks olunmuş hüquqi mövqelər baxımından nəzərdən keçirilməsi məqsədə müvafiqdir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarda əks olunmuş hüquqi mövqeyinə görə, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan ver ən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları isə Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuli yyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün dig ər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; -kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müd dəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan müqavilələrində artırılmasını, kreditin valyutasınınzaminin razılığı olmadan dəyişirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmənin zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması ilə bağlı, yəni məsuliyyətin artması və digər əlverişsiz nəticələrin necə yaranması və bunun hansı meyardan qiymətləndirilməsi baxımından Mülki Məcəllədə dəqiq və konkret halların (əsasların) göstərilməmişdir. Zaminin razılığı olmadan öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarını yalnız zaminlik müqaviləsinin digər tərəfinin fikirlərinə və mülahizələrinə əsasən müəyyən etmək düzgün olmazdı. Çünki «məsuliyyətin artması» yaxud «onun üçün digər əlverişsiz nəticələrə səbəb olması» halları zaminin düşdüyü vəziyyətlə bağlıdır və bu vəziyyətin q iymətləndirilməsi zamanı yalnız müqavilənin əks tərəfinin tələbini müdafiə edərkən gətirdiyi dəlillər nəticəsində yekun nəticəyə gəlmək düzgün olmazdı. Tərəflərin öhdəlikləri konkret olaraq kredit razılaşmaları əsasında yarandığından zaminlik də hər bir ayrıca kredit razılaşmasına əsaslanmalıdır. Baxmayaraq ki, zaminlik müqaviləsində kredit xətti müqaviləsi üzrə öhdəliklərə zamin durulması barədə şərt nəzərdə tutulmuşdur, hazırki iş üzrə kredit xətti müqaviləsi zamin üçün heç bir öhdəlik yaratmadığından zamin konkret kredit razılaşması üzrə zaminliyi öz üzərinə götürməlidir. Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında zaminlik müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməli olduğu, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığının alınmalı olduğu aydın göstərilmişdir.. Kredit razılaşmasının şərtləri zaminin razılığı alınmadan dəyişdirildikdə, yəni kreditin ümumi məbləğinin artırılması, kreditin artırılması, kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallarda zaminin məsuliyyəti artır və bu dəyişmə onun üçün əlverişsiz nəticə yaradır. Zamin digər şəxsin öhdəlikləri üçün məsuliyyəti öz üzərinə götürsə də, bu zaman təbii olaraq özünün də həmin öhdəliklərin icrasının təmini ilə bağlı imkanlarını da nəzərə alır və zaminlik müqaviləsini imzalayır. Zaminlik müqaviləsi ilə təminat altına alınmış öhdəliyin dəyişdirilmə si ilə bağlı zaminin razılığı alınmadan bağlanmış razılaşma isə zamin üçün etibarlı ola bilməz. Çünki, şəxs icrasını təmin edə biləcəyinə dair məlumatı olmadığı bir öhdəliyin icrasına könüllü təminat verə bilməz, bu mülki hüquq institutunun əsas prinspilərindən biri olan iradə azadlığı prinsipi ilə ziddiyyət təşkil edir. Hazırki iş üzrə, kredit verən kredit alanla bağladığı “kredit xətti müqaviləsi”ndən əlavə, ayrıca kredit razılaşmaları və onlara əlavə sazişlər bağladığı halda, zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin kredit razılaşmalarına uyğun yeni, ayrıca zaminlik müqavilələri bağlamaması, yaxud heç olmasa həmin ayrıca kredit razılaşmaları barədə ona məlumat verməməsi və ya vermək istəməməsi anlaşılan olmamışdır. Çünki, bu cür yanaşma zaminliklə bağlı müddəların pozulmasını, ə ləlxüsus da zaminliyə xitam verilməsinin əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 477-ci maddəsinin tələblərinə ziddir. Çünki, həmin norma bilavasitə zaminlik institutu ilə bağlı zaminlərin öhdəlikdən yaxud məsuliyyətdən azad olunması üçün nəzərdə tutulan müddətlər və müddəalardır ki, bu normalardan da zamin kimi üzərinə məsuliyyət götürən şəxslərin yeri gələndə faydalanmaq haqları vardır. Lakin kredit verənlərin bu cür üsullarla, yəni zaminlərlə yalnız uzun müddətli «kredit xətti müqavilələri»nə zamin olmalarına dair uzun müddətli zaminlik müqaviləsi bağlamaqla, əslində məqsədləri zaminliyə xitam verilməsi ilə bağlı kəsici müddətləri süni surətdə uzatmaqdan ibarətdir. Bu cür hallar isə, müddətlərlə bağlı Mülki Məcəllənin prinsiplərinə tamamilə ziddir və yolverilməzdir. Düzdür, ödəniş cəd vəllərinin arxasına Cavabdeh4 ipoteka qoyan kimi ödəniş planı ilə tanış olması barədə qeyd əlavə edilsə də, əvvəla bu hal onun zamin olaraq məsuliyyət daşımalı olduğunu istisna edir. İkincisi, ödəniş cədvəli ilə ipoteka qoyan kimi tanış olması iddiaçını onunla zamin kimi əlavə saziş bağlamaq vəzifəsindən azad etmir. Konstitusiya Məhkəməsi Plenumu xx xxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Hazırki iş üzrə olan kredit xətti müqaviləsi kredit verənlə kredit alan üçün hər hansı bir öhdəlik və ya məsuliy yət yaratmadığı halda, nə üçün zaminlər üçün həmin müqavilə öhdəlik yaratmalıdır? Nə üçün kredit verən və kredit alan kreditin verilməsi ilə əlaqədar ayrıca bağlanmış kredit razılaşmalarına görə, zamin isə özündə mühüm şərtləri nəzərdə tutmayan bu kredit xətti müqaviləsinə görə məsuliyyət daşımalıdır? Nə üçün borcalan üçün iddia müddəti konkret kredit razılaşmalarının müddətinin bitdiyi vaxtdan, zamin üçün isə kredit xətti müqaviləsinin bitdiyi başlamalıdır? Əlbəttə bu suallara cavab vermək üçün mülki hüquq masibətlərinin iştirakçılarından vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməsi tələb olunur ki, əksər hallarda bu baş vermir. Göstərilənlərlə yanaşı, “xxxx” MMC tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli MB 12/467 saylı rəyinə əsasən Bakı şəhəri,ünvan 3-də yerləşən ipoteka predmet i olan 3 saylı fərdi yaşayış evinin xx xxxxx 2019-cu il tarixə hesablanmış bazar dəyəri 100000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka anla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin rəyi ilə müəyyən edilmiş qiymət ipoteka predmetinin real dəyərini əks etdirdiyindən həmin qiymət əsas götürülməli və ilkin satış qiyməti sonuncu rəyə uyğun müəyyən edilməlidir.. Digər tərəfdən işdən görünür ki, ipoteka predmeti olan ev Cavabdeh1 tərəfindən bankın razılığı ilə Cavabdeh4 bağışlanmış və onun mülkiyyətinə yüklü halda keçmişdir. Bağışlama müqaviləsində həmin mənzilin girovda deyil, ipoteka predmeti deyil sözlərinin qeyd edilməsi, əslində evin ipotekada və yüklü olmadığını təsdiq etmir. Çünki, bu hal iş materialları ilə açıq-aşkar təsdiq olunur. Ona görə də, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin zaminlərə aid hissədə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilməsinə istinad etsə də, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamədən görünür ki, iddiaçının mübahisələndirdiyi hissə ilə bağlı hüquqi mövqeyini apelyasiya kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Plenum qərarları ilə düzgün olaraq əsaslandırmış və bu zaman maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Cavabdeh4 kasasiya şikayətinin dəlilləri isə apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, lakin ipoteka predmeti olan evlə bağlı cavabdehin dəlilinə münasibətdə də apelyasiya kollegiyası düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Cavabdeh1 kasasiya şikayətinin dəlillərinə gəldikdə isə, Cavabdeh1 borc məbləğinin düzgün müəyyən edilmədiyinə istinad etsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfind ən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsəl ən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra ed ilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdi rən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədi kdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıd ır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC, Cavabdeh4 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxx/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar