Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3837/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə faiz borcunun müəyyən edilməsi, ekspertiza, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibl iyi, Cavabdeh2 vəkili X5 oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)159/2020 nömrəli qətnaməsindən İddiaçı və vəkili X1 tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, İddiaçı-nin xeyrinə xx xxx 2014-cü il tarixli UM-19/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxx 2014-cü il tarixli 44/14 saylı əlavə k redit müqaviləsinə görə əsas kredit borcu üzrə 32325,95 ABŞ dolları, faiz borcu üzrə 10166,07 ABŞ dolları, cərimə borcu üzrə 13632,95 ABŞ dolları olmaqla, cəmi 56124,97 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsində yerləşən 21a saylı evin 21 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 borcunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsində yerləşən 21a saylı evin 21 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)1987/2017 nömrəli qətnaməsi ilə (hakim İ.R.Burcayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 32277,81 ABŞ dolları əsas borcun, 577,68 ABŞ dolları faiz borcunun, 200 ABŞ dolları cərimənin, cəmi 33055,49 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun, tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsində yerləşən 21 a saylı evin 21 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsində yerləşən 21 a saylı evin 21 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 çıxarılması, iddia tələbinin qalan hissəd ə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-3592/2018 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Vəliyevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) İddiaçı-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-1987/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7598/2018 nömrəli qərarı ilə (hakim A.K.Kalbalıyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.İbayevdən və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) İddiaçı-nin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3582/2018 nömrəli iş üzrə xx xxxx 2018-cı il tarixli qətnaməsi qismən - faiz borcu hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-159/2020 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) İddiaçı-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-1987/2017 nömrəli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilmiş, faiz borcunun məbləğinin 731,89 ABŞ dolları; əsas, faiz və cərimə borcunun cəminin isə 33209,7 ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilməsi, qətnamənin İddiaçı-nin apelyasiya şikayəti üzrə müb ahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kasasiya şikayəti verərək, işüzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-159/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin istinad etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsassız olmuş, iddiaçının iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 və kili X5 oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə koll egiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız faiz borcu hissəsində ləğv edilmiş və təkrar apelyasiya baxışının predmetini yalnız həmin məsələ təşkil etmişdir. Apelyasiya məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi faiz borcu hissəsində qismən təmin olunmuş və cavabdehlər kasasiya şikayəti verməmişlər. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız faiz borcunun təmin olunmamış hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. İş üzrə müəyyən edilən hallara əsasən İddiaçı və Cavabdeh1 arasında xx xxx 2014cü il tarixdə əsas kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində xx xxx 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 23% ödəmək şərtilə 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixdə imzalanmış Sazişlə kredit müqaviləsinə dəyişiklik edilmiş, kredit faiz dərəcəsi 21,5% müəyyən olunmuş, kreditin qaytarma müddəti xx xxx 2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı və Cavabdeh1 arasında xx xxx 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X4 küçəsində yerləşən 21a saylı evinin 21 saylı mənzilini İddiaçı-yə ipoteka qoymuşdur. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklər ini vaxtında və lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəmələr tərəfindən mübahisə yuxarıda qeyd olunan qaydada həll olunmuşdur. İş materiallarından müəyyən olunur ki, İddiaçı yekun tələbində cavabdehin kredit müqaviləsi üzrə 32325,95 ABŞ dolları, faiz borcu üzrə 10166,07 ABŞ dolları, cərimə borcu üzrə 13632,95 ABŞ dolları olmaqla, cəmi 56124,97 ABŞ dolları borcun olmasını iddia etmiş və tələbinin sübutu qismində xx xxxxxxx 2016-cı il tarixli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarında irəli sürülən göstərişləri MPM-in 420-ci maddəsinə uyğun icra edən apelyasiya instansiyası məhkəməsi təkrar apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəm ə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxx 2014-cü il tarixli, 44/14 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 xx xxxxxxx 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 33009,70 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 32277,81 ABŞ dolları, faiz borcu üzrə 731,89 ABŞ dolları. Apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyini əsas kimi götürərək, cavabdehdən tutulan faiz borcu yenidən müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsi üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq iş üzrə keçirilmiş sonuncu ekspertiza rəyini əsas götürmüşdür. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən eksper tin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq mün asibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikli k edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-159/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3837/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3837/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver