Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3838/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2024-cü il tarixli, 2(104)1313/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaya görə Namazova X1 Qnyaz Adil oğluna və X3 borc pul vermiş, sonuncular 2500 manat qaytarmış, qalan borcu qaytarmamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7500 manatın və ödənilmiş 95 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər ər-arvaddırlar. Cavabdehlər iddiaçıdan 10000 manat borc almış, həmin borcun 2500 manatını geri qaytarmışlar. iddiaçı qalan 7500 manat borcun qaytarılmasını cavabdehlərdən tələb etsə də, sonuncular müxtəlif bəhanələrlə ödəməkdən imtina etmişlər.
4. Cavabdehlər birinci instansiya məhkəməsində iddiaya etiraz təqdim etmiş və göstərmişlər ki, Cavabdeh2 iddiaçıdan 2012-ci ildə digər cavabdeh X2 əməliyyatı üçün 2500 manat məbləğində borc pul götürmüş, iddiaçıdan götürdüyü 2500 manat məbləğində pulu 2012-ci ilin sonunda ödəmişdir. İddiaçıya heç bir borcu yoxdur. Bundan əlavə, iddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçı qanunvericiliyin tələbinə əsasən hazırkı iddia tələbi ilə məhkəməyə 3 il ərzində müraciət etmək hüququ olduğu halda, iddiaçı 10 il sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. Şəmkir Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(076)-792/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim H.Məhəmmədi)
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehlərə 10000 manat məbləğində pul borc verdiyini və o borcdan 2500 manat ödənilməsini nəzərə almaqla cəmi 7500 manat borcun qaldığını iddia etsə də, bunu sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehlərə aralarında yazılı və ya şifahi borc müqaviləsinin olmasını sübuta yetirə bilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və cavabdehlərə 10000 manat pulu verməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlər isə iddia tələbini qəbul etməyərək, iddiaçıdan 10000 manat məbləğində borc deyil, 2012-ci il tarixdə 2500 manat məbləğində borc aldıqlarını, həmin məbləği qaytardıqlarını və iddia m üddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişlər.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı işdə iddianın mübahisəsiz halı cavabdehlər tərəfindən 2500 manat məbləğində borcun iddiaçıdan alınması olsa da, iddianın mübahisələndirilən halı qeyd edilən borcun götürüldüyü vaxtdır. Belə ki, iddiaçı borc məbləğini 2022-ci ilin avqust ayında götürülməsini qeyd etsə də, bu halı təsdiq edəcək sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehlərin nümayəndəsi isə qeyd edilən məbləği 2012-ci il tarixdə götürdüyünü qeyd edərək, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 730.1, 730.2, 739.1-ci; Mülki Prosessual Məcəllənin 1 4.2, 77.1, 119.1, 217.4, 216-220, 357-361-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 avqust 2024-cü il tarixli, 2(104)-1313/24 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(076)792/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilməklə, iddia əsassız olduğundan təmin edilməmişdir (hakim R.Ş.Muradov sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Mehtiyev və M.Ə.Mustafayev).
12. Apellyasiya instansi yası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
13. Apellyasiya kollegiyası müəyyən etmişdir ki, iddiaçı cavabdehlərə 10000 manat borc verməsini, sonuncuların həmin məbləğdən 2500 manat qaytarmasını, 7500 manat qaytarmaqdan imtina etdiklərini əsas gətirərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin verdiyi ərizə əsasında iddianı rədd etmişdir.
14. İddia tələbinin yuxarıda qeyd olunan əsasla rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan a pellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə verdiyi ərizə əsasında iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçıdan 10000 manat deyil, 2012-ci ildə 2500 manat almışlar. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı tərəfin deyil, yalnız cavabdeh tərəfin 2012-ci ildə iddiaçıdan 2500 manat borc almasına dair etirafı əsas tutaraq hazırkı işə iddia müddətini tətbiq etmişdir. Halbuki, iddiaçı cavabdehlərdən sonuncuların 2012-ci ildə (özlərinin etirafıdır) aldığı 2500 manat deyil, vermiş olduğunu iddia etdiyi 10000 manat borcun qaytarılmayan 7500 manat hissəsini tələb etmişdir. İddia ərizəsində 10000 manatın cavabdehlərə hansı ildə verilməsi qeyd olunmasa da, apell yasiya icraatı zamanı verilən suala cavabda iddiaçı bildirmişdir ki, 10500 manatı (iddia ərizəsində isə 10000 manat qeyd edib) 2022-ci ilin iyun ayının 02-də cavabdehlərə vermiş, sonuncular həmin məbləğdən 3000 manat (iddia ərizəsində isə 2500 manat qaytarıldığını qeyd edir) qaytarmışdır. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etmişdir.
15. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlərə 2022-ci ilin iyun ayının 02-də 10500 (iddia ərizəsində isə 10000 manat qeyd edib) verməsini və sonuncuların həmin məbləğdən 3000 manat (iddia ərizəsində isə 2500 manat qeyd edib) qaytarmasını iddia etsə də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim e tməmişdir. Apellyasiya icraatı zamanı da iddiaçıya 10500 manat (iddia ərizəsində isə 10000 manat qeyd edib) cavabdehlərə borc verməsi barədə məhkəməyə sübut təqdim etməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdeh tərəfin nümayəndəsi də iddianı qəbul etməmiş, iddiaçıdan yalnız 2012-ci ildə 2500 manat borc alındığını, həmin məbləğində vaxtında qaytarıldığını bildirmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324.1, 324.3, 329.2, 390.1, 739.1, 740-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 372.1-ci, 372.6, 372.7, 385.2, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 05 avqust 2024-cü il tarixli, 2(104)-1313/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası konstitusiyasının 12, 13, 26, 26, 31, 59, 71, 149-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 385.1, 442, 739.1, 740-cı, Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 81, 88, 101.3, 217.1, 218.1-ci maddələri pozulmuşdur.
19. Belə ki, iddiaçı qanunvericiliyin tələblərinə tam əməl edərək, 2022-ci ilin iyun ayının 02-də cavabdehlərə 10500 manat məbləğində pulu nağd olaraq borc vermiş, sonuncular həmin pulun 3000 manatını qaytarmış, qalan 7500 man atı isə müxtəlif bəhanə ilə qaytarmaqdan imtina etdiklərinə görə, iddiaçı iddianı qaldırmışdır. İddiaçı istər birinci instansiya məhkəməsinə, istərsə Gəncə Apellyasiya Məhkəməsinə Cavabdeh1 audio səs yazısını əks etdirən diski sübut olaraq təqdim etməsinə baxmayaraq, hakimlər həmin sübutu mötəbər sübut kimi qəbul etməyərək guya məhkəməyə heç bir mötəbər sübutu təqdim edə bilməməsi bəhanəsi ilə qiymətləndirilməyərək iddianı təmin etməmişlər. Cavabdehlərə borc olaraq verdiyi pul vəsaiti iddiaçının mülkiyyətidir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə onu öz xüsusi mülkiyyətində olan əmlakımdan yəni cavabdehlərə borc olaraq verdiyi pul vəsaitindən ibarət əmlakından dinc istifadə etməyə, ona dair sərəncam verməyə mane olur və eyni zamanda həmin əmlakdan bəhərlənməkdən məhrum etmişdir.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digə r iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çək işmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, eksper tlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apelly asiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, iddiaçının cavabdehlərə tələb olunan məbləğdə pulun verilməsinin təsdiqini tapmadığı qənaətinə gəlmişdir.
28. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bil məz.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2024-cü il tarixli, 2(104)-1313/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.