Məhkəmə qərarları › İş №2(102)-3839/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3839/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3839/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İlk iddia üzrə iddiaçı: İddiaçı QSC BOKT İlk iddia üzrə cavabdeh: Cavabdeh İlk iddia tələbi: kredit borcunun qaytarılması Qarşılıqlı iddia üzrə iddiaçı: Cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı QSC BOKT Qarşılıqlı iddia tələbi: kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil iştirakı ilə, B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddiaçının kassasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən, bank Cavabdeh illik 15%-lə 12 ay müddətinə 186850 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 14 fevral 2018-ci tarixli akt əsasında “xxxx” ASC-nin Mərkəzi filialı ilə Cav abdeh arasında bağlanmış 19 mart 2008-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 186850 ABŞ dolları, faiz borcu üzrə 240102.26 ABŞ dolları, cəmi 426952.26 ABŞ dolları məbləğində kredit borcunun tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. Birinci instansiya məhkəməsində icraat 03 fevral 2020-ci il tarixdə İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC (bank) və cavabdeh arasında 19.03.2008-ci il tarixdə kredit müqaviləsi bağlandığını, müqailəyə əsasən cavabdehə illik 15% olmaqla 12 ay müddətinə 186 850 ABŞ dolları məbləğində kredit verildiyini, cavabdehin bank qarşısında öhdəliklərini yerinə yetirmədiyini və 186 850 ABŞ dolları əsas, 240 102,26 ABŞ dolları faiz borcunun yarandığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevr al 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə bağlı bankdan Cavabdeh aid sənədlərin 14 fevral 2018-ci il tarixli təhvil-təslim aktına əsasən BOKT-a verildiyini, borcun ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq bunun heç bir nəticəsi olmadığını bildirmiş, cavabdehdən qeyd olunan pul məbləğlərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı QSC BOKT-a qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, bankla arasında bağlanmış 19.03.2008-ci il tarixli 2580 saylı kredit müqaviləsinin etibarsız hesab olunması və həmin müqaviləyə əsasən hesablanmış 186 850 ABŞ dolları əsas, 240 102,26 ABŞ dolları faiz olmaqla cəmi 426 952,26 ABŞ dolları məbləğində kredit borcunun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəb ul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ona qarşı irəli sürülən iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, onun adına kredit götürülən zaman o, “xxxx” MMCdə baş direktorun köməkçisi vəzifəsində işləyirmiş və həmin kredit Xəlilov Dünyaminin xahişi ilə onun adına götürülmüşdür. Kredit götürülən zaman həmin kreditin ödənişi barədə narahat olmamağını həmin kreditin qısa müddət ərzində bağlanacağını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmündən müəyyən olunur ki, “xxxx” MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilovun əməli Cinayət Məcəlləsinin maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, mülki iddia tələbidə təyin edilmişdir. Həmin cinayət işi ilə bağlı DİN-in Baş Mütə şəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərəfindən izahat verilmişdir. Məlum olmuşdur ki, “xxxx” MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif şəxslərin adlarına kredit müqaviləsi bağlamaqla ağır nəticələrə səbəb olan zərər vurulmuşdur. Həmin hökmdən də, görünür ki, “xxxx” MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilov tərəfindən bir çox şəxslərin adına formal müqavilə rəsmiləşdirilmiş və həmin şəxslərin adına kredit müqaviləsi bağlanmaqla pul götürülmüşdür. Həmçinin, onun adına formal olaraq 19.03.2008-ci il tarixdə, 2580 saylı kredit müqavilə si bağlanmış, ona kredit verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2041/2020 saylı iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.N.Abbasova) ilk və qarşılıqlı iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında kredit müqaviləsinin bağlanması təsdiq edilsə də, həmin müqavilə əsasında cavabdehə hər hansı pul vəsaitinin faktiki verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı cavabdehin izahatından və işdə olan sübutlardan müəyyən olunur ki, mübahisəli kredit müqaviləsini o, “xxxx” MMC-də baş direktorun köməkçisi vəzifəsində işlədiyi zaman həmin şirkətin direktoru XəlilovDünyaminin xahişi ilə imzalamış, lakin krediti faktiki bankdan götürməmişdir. Eyni zamanda iş materia llarında olan sübutlardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmünə əsasən “xxxx” MMC-nin rəhbəri və direktoru Dünyamin Xəlilovun tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif şəxslərin adlarına kredit müqaviləsi bağlamaqla ağır nəticələrə səbəb olan zərər vurulmuşdur və o, AR Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2,213.2.1, 213.2.2, 32.4, 308.2 və 32.4, 309.2-ci maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını və işdə olan sübutları nəzərə alaraq belə qənaətə gəl ir ki, “xxxx” ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında 19 mart 2008-ci il tarixli kredit müqaviləsi bağlansa da, həmin müqavilədə razılaşdırılmış kreditin faktiki cavabdehə verilməsi iş materialları ilə təsdiqini tapmadığından ilkin iddia rədd edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı “əsas və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Belə ki, “xxxx” ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında 19 mart 2008ci il tarixli kredit müqaviləsinin etibarsızlığına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilməmiş, Cavabdeh 19 mart 2008-ci il tarixli kredit müqaviləsini imzalayarkən həmin müqavilənin formal olaraq onun adına bağlandığı barədə məlumatlı olmuşdur. Eyni zamand a ilkin iddia tələbi rədd edildiyindən qarşılıqlı iddia tələbi “əsas və faiz borcunun silinməsi” hissəsində də təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən İddiaçı QSC BOKT-un nümayəndəsi apellyasiya şikayəti verərək onun ilkin iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsini və ilkin iddianın tam təmin olunması barədə; Cavabdeh apellyasiya şikayəti verərək qarşılıqlı iddianın rədd olunmasına dair hissədə qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri ilkin və qarşılıqlı iddia ərizələrinin məzmunlarına uyğun əsaslandırılmış, BOKT-un apellyasiya şikayətində məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət verilmədiyi, Dünyamin Xəlilovun məhkum edi lməsi ilə bağlı hökmdə Cavabdeh götürdüyü kreditlə əlaqədar heç bir halın müəyyən olunmadığı halda, məhkəmənin belə bir hala əsaslandığı, beləliklə də qanunsuz nəticəyə gəldiyi; Cavabdeh şikayətində tətbiq edilməli olan maddi hüquq normalarının tətbiq edilmədiyi, Mülki Məcəllənin 337-340-cı maddələrinin tələbləri nəzərə alınmadığı irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2211/2020 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) ilk və qarşılıqlı iddiaçıların apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, ilk və qarşılıqlı iddia rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normaların ın seçimi zamanı səhvə yol vermiş, iş materiallarında olmayan və tədqiq etmədiyi hökmə istinad etməklə işin halları barədə yanlış nəticəyə gəlmiş, qətnaməni lazımi qaydada əsaslandırmayaraq ilkin iddia tələbinə verdiyi qiymətlə qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticə arasında ziddiyyət yaratmışdır. Apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iş materiallarında “xxxx” ASC tərəfindən Cavabdeh hər hansı məbləğdə pul vəsaitinin verildiyini təsdiq edən sənəd (kassa məxaric qəbzi və s.) mövcud deyildir və apellyasiya baxışı zamanı belə bir sənədin mövcud olmadığını ilkin iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, “Banklar haqqında” Qanunun 39.2-ci maddəsinə əsasən, müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etmə yə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, ilkin iddiaçı iddia tələbini, yəni Cavabdeh həqiqətən də kredit vəsaiti verilmiş olduğunu kifayət qədər mötəbər sübutlarla sübuta yetirə bilməmişdir və apellyasiya baxışında tədqiq edilmiş, Cavabdeh kredit müqaviləsini bağladığı zaman işlədiyi “xxxx” MMC-nin rəhbəri Dünyamin Xəlilov barəsində olan hökmlə müəyyən edilən hallar da belə nəticəyə gəlinməsini ağlabatan edir. Həmin cinayət işində Cavabdeh hər hansı qisimdə cinayət prosesinin iştirakçısı kimi tanınmasa da, hökmdən aydın olur ki, Dünyamin Xəlilov rəhbərlik etdiyi müəssisələrdə, o cümlədən “xxxx” MMC-də iş ləyən işçilərin adlarına rəsmiləşdirilmiş böyük məbləğlərdə kreditlərin “xxxx” ASC-dən çıxarılmasına nail olmuş, həmin kreditlər faktiki ona verilmişdir. Digər tərəfdən isə, iddiaçı bankın tələbi, tələbetmə müddətinin keçmiş olmasına görə də təmin oluna bilməz. İşin hallarından görünür ki, Cavabdeh ilə kredit müqaviləsi 19 mart 2008-ci il tarixdə 12 ay müddətinə bağlanmış, müqavilə üzrə öhdəliyin icra müddəti 20 mart 2009-cu il tarixdə başa çatmış, nə müqavilə müddəti ərzində, nə də bundan sonra müqaviləyə görə hər hansı ödəniş həyata keçirilməmiş, ona qarşı iddia tələbi isə 31.01.2020-ci il tarixdə (müddətin başa çatmasından təxminən 11 il sonra) irəli sürülmüşdür. Şərh olunanlara əsasən, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia tələbi təmin olunmamal ıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə qətnamə Mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir və əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir; bu isə o deməkdir ki, əqdin uydurma hesab olunması üçün onun bağlanmasında lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etməməli, etsələr belə, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu olmamalıdır. Qarşılıqlı iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onu bağlamış şəxslərin arasında iradə vahidliyi isə müqavilənin bağlandığı anda mövcud olmuşdur. Qarşılıqlı iddiaçının müqaviləni aldadılması nəticəsində bağlamış olması arqumentinə münasibətdə isə qeyd edilmişdir ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi, Mülki Məcəllənin 339-cu maddəsinin tətbiqedilən olması, kontragentin tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmış olmasından asılıdır; hazırkı işin halarına görə isə qarşılıqlı iddiaçı, bank tərəfindən hansı şəkildə aldadılmış olduğuna dair heç bir sübut təqdim etməmişdir. Həmçinin, qarşılıqlı iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş kəsici müddət də ötürülmüşdür. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İlk iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qarşılıqlı iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında ilkin iddia tələbinə dair hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqd lər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Banklar haq qında” Qanunun 39.2-ci maddəsinə əsasən, müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır. Azərbaycan Respublikası Mərkəzi X1 tərəfindən 2013-cü il 30 iyul tarixli 16/3 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın İİ fəslinin 55-ci bəndinə görə də, “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədlər i və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır”. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə görə isə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə görə, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə görə, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilk iddia üzrə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar