Məhkəmə qərarları › İş №2(102)-3840/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3840/2019

04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3840/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(107)-520/2019 saylı qətnaməsindən Cavabdeh1 və vəkili XX oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: XX rayon məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(046)-835/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.A.Quliyev) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə 13 dekabr 2013-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 13.354,26 ABŞ dolları, faiz borcuna görə 4.231,78 ABŞ dolları, hesablanmış cəriməyə görə 500 ABŞ dolları, həmçinin 14 avqust 2014-cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 2.459,70 ABŞ dolları, faiz borcuna görə 852,69 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 21.498,43 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka peredmeti olan Cavabdeh1 məxsus olan XX rayonu, XX kəndində yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin ü zərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 112,6 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində həmin torpaq sahəsinin, fərdi yaşayış evinin boşaldılması, ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(107)-520/2019 saylı qətnaməsi ilə (hakimlər M.M.Hüseynov sədrlik edən, məruzəçi, R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə XX rayon məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılmışdır. Cavabdeh1 və vəkili XX qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 13 dekabr 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları kredit xətti açılmış və elə həmin tarixdə də iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 2 faiz dərəcəsi ilə 30.000 ABŞ dolları kredit verilmişdir. Bundan sonra tərəflər arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 13 oktyabr 2015-ci il tarixli saziş bağlanmış və həmin sazişə görə, Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq iddiaçı təşkilata ödəməyi öhdəsinə götürmüşdür. 14 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 28 ay müddətinə, aylıq 2 faiz dərəcəsi ilə 4.940 ABŞ dolları kredit verilmişdir. 13 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 borclu Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) iddiaçı təşkilat qarşısında öhdəliyin tam icra olunmasını öz üzərinə götürmüşdür. Eyni zamanda 13 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üs ulu kimi mülkiyyətində olan XX rayonu, XX kəndində yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 112.6 kv.metr olan fərdi yaşayış evini iddiaçı təşkilatın xeryni ipoteka hüququ ilə yüklü etmiş və ipoteka müqaviləsində ipoteka proedmetinin qiyməti 21.178,80 manat müəyyən edilmişdir. 17 may 2017-ci il tarixli maliyyə arayışına görə 13 dekabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş 13.354,26 ABŞ dolları əsas, 4231,78 ABŞ dolları faiz borcu, 6.529,71 ABŞ dolları cərimə olmaqla, cəmi 24.115,75 ABŞ dolları kredit borcu vardır. Həmçinin 23 may 2017-ci il tarixli maliyyə arayışına görə Cavabdeh1 iddiaçı təşkilata 14 avqust 2014-cü il tarixli razılaşma üzrə ödənilməmiş 2.459,70 ABŞ do lları əsas, 852,69 ABŞ dolları faiz borcu, 1.189,79 ABŞ dolları cərimə olmaqla, cəmi 4502,18 ABŞ dolları kredit borcu vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı ASC, Cavabdeh1 vəkili XX və cavabdeh Siyavuş İsrafilov məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edi b, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehlərin həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmələrinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin a pellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 13 dekabr 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları kredit xətti açılmış və elə həmin tarixdə də iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 2 faiz dərəcəsi ilə 30.000 ABŞ dolları kredit verilmişdir. Bundan sonra tərəflər arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 13 oktyabr 2015-ci il tarixli saziş bağlanmış və həmin sazişə görə, Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq iddiaçı təşkilata ödəməyi öhdəsinə götürmüşdür. 14 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkila t tərəfindən Cavabdeh1 28 ay müddətinə, aylıq 2 faiz dərəcəsi ilə 4.940 ABŞ dolları kredit verilmişdir. 13 dekabr 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 borclu Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) iddiaçı təşkilat qarşısında öhdəliyin tam icra olunmasını öz üzərinə götürmüşdür. Eyni zamanda 13 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan XX rayonu, XX kəndində yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 112.6 kv.metr olan fərdi yaşayış evini iddiaç ı təşkilatın xeryni ipoteka hüququ ilə yüklü etmiş və ipoteka müqaviləsində ipoteka proedmetinin qiyməti 21.178,80 manat müəyyən edilmişdir. 17 may 2017-ci il tarixli maliyyə arayışına görə 13 dekabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş 13.354,26 ABŞ dolları əsas, 4231,78 ABŞ dolları faiz borcu, 6.529,71 ABŞ dolları cərimə olmaqla, cəmi 24.115,75 ABŞ dolları kredit borcu vardır. Həmçinin 23 may 2017-ci il tarixli maliyyə arayışına görə Cavabdeh1 iddiaçı təşkilata 14 avqust 2014-cü il tarixli razılaşma üzrə ödənilməmiş 2.459,70 ABŞ dolları əsas, 852,69 ABŞ dolları faiz borcu, 1.189,79 ABŞ dolları cərimə olmaqla, cəmi 4502,18 ABŞ dolları kredit borcu vardır. İşə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş 20 noyabr 2017-ci il və 11 iyul 20 18-ci il tarixli mütəxəssis rəylərinə görə, ipoteka qoyulmuş və borclu Cavabdeh1 mülkiyyətində olan XX rayonu, XX kəndində yerləşən, 0,08 ha həyatyanı torpaq sahəsinin, həmçinin həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 112,6 kv.metr olan fərdi yaşayış evinin 11 iyul 2018-ci il tarixə bazar qiyməti 45.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə, əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilat a yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun yaranması, işin apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, ipoteka predmetinin düzgün qiymətləndirilməməsini, ipoteka predmeti olan evin boşaldılması üçün əsasların olmamasını və sair göst ərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcu dluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin bazar dəyəri bütövlükdə 21.178,80 manat məbləğində müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəfl ərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azə rbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili XX oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(107)-520/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar