Məhkəmə qərarları › İş №2(102)-3840/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3840/2021

30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3840/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı ( X9 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyanın ödənilməsi, vurulmuş ziyanla hərəkət arasında səbəbli əlaqə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X10, iddiaçının vəkili X5, Cavabdeh və onun vəkili Vəkil i ştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3966/2020 nömrəli iş üzrə 20 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” ASC ilə üçüncü şəxs X9 arasında 17 mart 2015-ci il tarixli klassik əmanət (depozit) müqaviləsi bağlanmış, əmanətçi 100000 ABŞ dolları məbləğində pulu banka 6 ay müddətinə, illik 7 faiz olmaqla depozitə qoymuşdur. 22 iyun 2015-ci il tarixdə həmin pul vəsaiti X7 adından verilmiş və sonradan saxtalığı müəyyən edilmiş etibarnamə əsasında bankın iddiaçının “Səbail” filialından X3 adına məxaric edilmişdir. Üçüncü şəxs X9 “xxxx” ASC-yə qarşı maddi və mənəvi zərərin ödən ilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2088/2016 nömrəli iş üzrə 06.06.2016-cı il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək “xxxx” ASCdən 100000 ABŞ dolları, faiz kimi hesablanmış 3550 ABŞ dolları, cəmi 103550 ABŞ dolları və mənəvi zərərə görə 3000 manat məbləğində pulun bankdan tutulması qət olunmuşdur. “xxxx” ASC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2088/2016 saylı, 06.06.2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-656/2017 saylı, 21.06.2017-ci il tarixli qətnaməsi ilə, sonuncu qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8584/2017 saylı, 19.12.2017ci il tarixli qərarı ilə təmi n edilməmiş və Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. 08.06.2018-ci il tarixdə məhkəmə qətnaməsi icra olunaraq, icra xərci ilə birlikdə 191567,45 manat pul vəsaiti “xxxx” ASC-nin hesabından tutularaq Nəsimi İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 12.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin cinayət işi üzrə müəyyən edilmişdir ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, analığı X1 Bakı şəhəri Xətai rayonu Nobel prospekti, 16/17 ünvanda yerləşən, Bakı şəhəri və Xətai rayon İcra hakimiyyətinin müvafiq sərəncamlarına əsasən söküntüyə düşən evinə görə aldığı puldan sonuncunun qardaşı oğlu X7 adına 17 mart 2015-ci il tarixli müqavilə ilə İddiaçı ASC-nin Səbail filialında 6 ay müddətinə 6.6 faiz dərəcəsi ilə depozitə 100000 ABŞ dolları pul vəsaitinin qoyulduğunu bildiyindən, həmin məbləğdə pulu ələ keçirmək qərarına gələrək qohumu X3 adından X19 adına bank əməliyyatlarının və digər hərəkətlərin aparılmasına razılıq verilməsinə dair Bakı şəhəri 6 saylı notariat kontorunun 20 iyun 2015-ci il tarixli 414179 reyestr nömrəli etibarnamə alınmasını təmin edib, özünə məxsus “HP Photosmart PrintSkan-Cory” markalı skaner aparatından istifadə etməklə qeyd edilən etibarnamənin X9 tərəfindən X21 verilməsi barədə mülkiyyətçi və etibar edilə n şəxs qrafasında dəyişiklik edərək mülkiyyətçi kimi X20, etibar edilən şəxs kimi isə X9u göstərərək rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, həmin saxta etibarnamənin əsasında 22 iyun 2015-ci il tarixdə ünvan 3 ünvanda yerləşən bankın Səbail filialının xəzinəsindən X9un vasitəsi ilə həmin dövrün məzənnəsinə uyğun 104700 manata bərabər 100000 ABŞ dolları məbləğində pulun götürülməsinə nail omaqla, Gülrux aya məxsus küllü miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC Cavabdeh qarşı ( X9 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbi ilə məhkəməyə müra ciət edərək vurulmuş ziyana görə 191567,45 manat və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam sübuta yetirilmişdir ki, cavabdeh analığına məxsus olan, analığının qardaşı oğlunun adına depozitə qoymuş olduğu 100000 ABŞ dolları məbləği saxta etibarnamə yolu ilə bankdan çıxarmağa nail olmuş, bundan sonra isə həmin vəsaiti X21 ödənilməsi göstərilsə də, əslində Gülrux aya ödəmişdir. Bundan əlavə həmin vəsaitə icra hərəkətləri üçün hesablanmış 7 faiz icra ödənişi də bank tərəfindən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hesabına X17 müxbir hesabından köçürülmüşdür. Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən cavabdehin banka vurmuş ol duğu 191567,45 manat maddi zərərin (7 faiz icra ödənişi ilə birlikdə) Bank tərəfindən əmanətçi X21 (faktiki olaraq aya) qaytarması işin mübahisəsiz halı olduğundan, bu günə qədər cavabdeh tərəfindən vurulmuş maddi zərər banka ödənilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) 04.09.2019-cu il tarixli, 2(011)-6559/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdehin əməli nəticəsində iddiaçı 191567,45 manat pulun tutulmasına məruz qalmaqla maddi ziyan çəkmişdir. İddiaçıya maddi ziyan dəyməsində cavabdehin təqsiri qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş, iddiaçının maddi ziyan çəkməsi cavabdehin qanunazidd əməlləri nəticəsində baş vermişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli və cavabdehin təqsirli və hüquqa zidd əməlləri nəticəsində dəymiş ziyan ondan tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, həmin 100000 ABŞ dolları tərəfindən X2 tam şəkildə ödənilmiş və vurulmuş ziyan məbləğinin tam şəkildə ödənilməsi cəzasını yüngülləşdirən hal kimi işə baxan məhkəmə tərəfindən nəzərə alınmışdır. Məhkəmə hazırkı işə baxılmasında onun iştirakını təmin etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) 20 may 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına prosessual qanunvericiliyin tələblərinə uyğun məktublar göndərilmiş, qapının bağlı olması səbəbindən həmin məktublar geri qaytarılmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qayda sında ləğv edilməsi üçün əsaslar yoxdur. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə ona məlumat verilməmiş, bununla ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmə təqdim olunmuş sübutlara tam və hərtərəfli baxmamış, sübutları düzgün qimytləndirməmiş, səhv nəticəyə gəlmişdir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən “xxxx” ASC-dən X8 verilmiş 103550 ABŞ dolları pul sonuncuya deyil, analığı Gülrux aya məxsus olmuş, bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir. Həmin 100000 ABŞ dolları onun tərəfindən X2 vurulmuş ziyan şəklində tam ödənilmiş, bu fakt onun cəzasını yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınmışdır. Həmin pulun ondan təkrarən bankın xeyrinə tutulması qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsass ız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüquq u pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinnormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zə rərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsinöhdəsinə qoyula bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmiş prosessual pozuntulara yol vermişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən verdi yi apellyasiya şikayətində iki dəlil göstərmiş, məhkəmənin işə baxarkən onun iştirakını təmin etmədiyini və eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il tarixli hökmü ilə tərəfindən X2 dəymiş ziyanın tam şəkildə ödənildiyini və ziyanın tam şəkildə ödənilməsinin cəzasını yüngülləşdirən hal kimi nəzərə alındığını, həmin pulun yenidən ondan tutulmasının qanunsuz olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin yalnız məhkəmə iclasında iştirakınının təmin edilməməsi ilə bağlı dəlilinə qiymət vermiş, şikayətin digər dəlilinə hüquqi qiymət verməmiş, şikayətin həmin hissəsini nə üçün təmin etmədiyni əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, ape llyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsini n 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İşdən görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş məhkəmə qərarlarına istinad etmiş, cavabdehin əməlləri nəticəsində X19 xeyrinə 191567,45 manat pulun tutulması ilə iddiaçı bankın maddi ziyan çəkməsini, iddiaçı banka maddi ziyan dəyməsində Cavabdeh təqsirli olmasının qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilməsini işin mübahisələndirilməyən halları kimi qiymətləndirmişlər. Lakin apellyasiya şikayətindən görünür ki, cavabdeh istinad edilən cinayət işinə baxılan zaman Gülrux anın zər ərçəkmiş şəxs kimi tanınması, hökmlə həmin pulun X21 deyil, Gülrux aya məxsus olmasının müəyyən edilməsini, həmin pulun vurulmuş ziyan kimi onun tərəfindən Gülrux aya tam ödənildiyini, bu faktın işə baxan məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirici hal kimi qiymətləndirildiyini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halla bağlı hər hansı bir araşdırma aparmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, 12.03.2017-ci il tarixli hökmünün yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilib dəyişdrilməməsini müəyyən etməmiş, cavabdehin irəli sürdüyü dəlillərin əsaslılığını yoxlamamış, həmin halların hazırki işə baxan zaman hadisənin və şəxsin hadisəyə aidiyyatının müəyyən edilməsi hissədə preyudisial xarakter daşımasını nəzərə almamışdır. Bakı Ağır Cinayətl ər Məhkəməsinin 12 mart 2017-ci il tarixli hökmündən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsindən (Qətnamə apellyasiya instansiyası məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır) eyni pul məbləğinin həm X4, həm də X8 məxsus olması müəyyən edilmişdir, həmin məbləğ birinə Cavabdeh, digərinə isə iddiaçı bank tərəfindən ödənilmişdir. MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən halların müəyyən edilməsi hazırki iddia tələbi üzrə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəs b edir. Belə ki, iddiaçının tələbinin faktiki və hüquqi əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyan tələbi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu say ılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Bunda başqa zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin m övcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Baxılan işdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçı bankdan 191567,45 manat pulun X19 xeyrinə tutulması işin mübahisələndirilməyən halıdır. Həmin pulun iddiaçı bankdan tutulmasına əsas olmuş hadisə cavabdehin cinayət əməli olmuşdur. Lakin cavabdeh həmin cinayətin predmeti olan pulun zərəçəkmiş Gülrux aya ödənilməsini qeyd etmişdir. Belə olan halda həmin pulun yenidən cavabdehdən tələb edilə bilməsinin mümkünlüyününə məhkəmələr düzgün qiymət verməmiş, həmin pulun cavabdeh tərəfindən qan uni qüvvəsəni almış məhkəmə qətnaməsi nəticəsində bankdan tutulmasında cavabdehin təqsirinin olub-olmamasına, banka dəymiş ziyanla cavabdehin əməli arasında səbəbli əlaqənin olub-olmamasına hüquqi qiymət verməmişlər. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, ididaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1114.1-cü maddəsini göstərmiş, işə baxan məhkəmələr də həmin normaya istinad etmişlər. Həmin normaya görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə dəymiş ziyanın cavab deh tərəfindən zərərçəkmişə ödənilməsinin müəyyən edilməsi halında, həmin normanın dispozisiya şərtlərinin mövcud olub-olmamasında qiymət verməlidir. Çünki zərərin cavabdeh tərəfindən ödənilməsi müəyyən edildiyi təqdirdə, iddiaçı bankın cavabdehin vurduğu zərərin əvəzini ödəmiş şəxs kimi ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ yaranmır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallara görə, məhkəmələr iddia tələbini banka qarşı ona görə təmin etmişdir ki, bank səlahiyyəti olmayan şəxsə, heç bir hüquqi əsas olmadan pul məxaric etmiş və nəticədə əmanətçi X21 maddi ziyan dəymişdir. Belə ki, həmin iş üzrə müəyyən edilmiş hallara görə, “iddiaçı ilə bank arasında bağlanmış əmanət müqaviləsinin müddəti başa çatsa da, bank depozitə qoyulmuş əmanəti və ona hesabl anmış faizlərini iddiaçıya qaytarmaqdan imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının banka depozit hesaba qoyduğu əmanət onun 6 saylı Dövlət Notariat Kontorunda verdiyi etibarnamə əsasında X9 adlı şəxs 22.06.2015-ci il tarixdə götürmüşdür. Halbuki, işin halları ilə müəyyən olunur ki, iddiaçı X19 adından verilmiş etibarnamə saxtalaşdırılmış, Bank isə notarial qaydada təsdiq olunmamış, sadə kserosurət olan etibarnamə əsasında depozitə qoyulmuş, kifayət qədər böyük məbləğdə olan pulu əslində buna heç bir səlahiyyəti olmayan şəxsə məxaric etmiş, bununla da iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur”. Göründüyü kimi, həmin mülki işə baxılan zaman etibarnamənin saxta olması faktı məhkəmələrə məlum olmuş, işə baxan məhkəmə məhz bu əsasla, yəni bankın lazımi diqqətlilik göstərməyər ək banka əmanət edilmiş vəsaitin mənimsənilməsi nəticəsində əmanətçi X19 (faktiki sahib anın) ziyana çəkməsi və bu ziyanın bankın hərəkətləri nəticəsində olması qənaətinə gəlinmişdir. Lakin məhkəmələr nəzərə almamışdır ki, Cavabdeh həmin hərəkətlərinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2017-ci il tarixli hökmü ilə hüquqi qiymət verilmişdir. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstəril ənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3966/2020 nömrəli iş üzrə 20 may 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar