Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3841/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh MMC İddia tələbi: maddi zərərin ödənilməsi Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə “xxxx” MMC (Cavabdeh MMC) tərəfindən inşa edilmiş 1 nömrəli binada 5-ci mərtəbə ümumi sahəsi 94.1 kv.m, otaqların sayı 2 olan, 11 saylı mənzilin və 6-cı mərtəbə ümumi sahəsi 94.1 kv.m., otaqların sayı 2 olan, 16 saylı mənzilin giriş qapılarının açarlarının İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmir işləri aparmağına törədilən maneələrin aradan qaldırılması və mənzillərdən istifadə hüququna hər hansı digər maneənin törədilməsinin “xxxx” MMC-yə qadağan edilməsi qət edilmiş, həmin qətnamə ilə “xxxx” MMC-nin (Cavabdeh MMC) İddiaçı adına verilmiş mənzil sertifikatlarının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsində icraat 13 yanvar 2021-ci il tarixdə İddiaçı Cavabdeh MMC-yə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 24 iyul 2006-cı il tarixli, MS seriyalı, 000228 saylı və 24 iyul 2006-cı il tarixli, MS seriyalı, 000229 saylı mənzil sertifikatlarında qeyd olunmuş Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllə, 1 nömrəli binanın 94,1 kv.m. sahəli, 2 otaqlı, 11 saylı və 94,1 kv.m. sahəli, 2 otaqlı, 16 saylı mənzillərinin eyni dəyərli, eyni sahəli başqa mənzillərlə əvəz edilərək iddiaçıya verilməsi və ya həmin mənzillərin əvəzinə onların bu günkü bazar qiymətinə uyğun hesablanmış dəyərlərinin iddi açıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əmlak Ekspert Mərkəzinin 21 sentyabr 2020-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş 2 nömrəli binada və həmin ünvanda yerləşən yeni tikilmiş analoji binalarda mənzillərin 1 kvadrat metrinin bazar dəyəri 21 sentyabr 2020-ci il tarixinə 1000-1200 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1251/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia təmin edilmiş, Cavabdeh MMC-dən 225840 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş m əhkəmə qərarları ilə müəyyən edilmişdir ki, emitent “xxxx” MMC (halhazırda Cavabdeh MMC) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən 610-cu məhəllədə 1 saylı binanın tikintisi üçün buraxdığı mənzil sertifikatları 27 iyul 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış mənzil sertifikatları iddiaçı tərəfindən əldə olunmuş, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən, 610-cu məhəllədə 1 saylı binanın 5-ci mərtəbəsində ümumi sahəsi 94.1 kv.m., yaşayış sahəsi 50 kv.m. olan iki otaqlı 11 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən, 610-cu məhəllədə 1 saylı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 94.1. kv.m, yaşayış sahəsi 50 kv.m. olan iki otaqlı 16 saylı mənzili 31 dekabr 2014-cü il tarixdən gec olmayaraq mənzil sertifikatlarının sahibi olan iddiaçının adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüş, lakin öhdəliyi icra etməmişdir. Göründüyü kimi, iddiaçı əsaslı olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı cavabdehin izahatından müəyyən olunmuşdur ki, 2 saylı binada da analoji mənzillər mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin mənzillərin əvəzinə onların hazırki bazar qiymətinə uyğun hesablanmış dəyərləri iddiaçıya ödənilməlidir. Məhkəmə Əmlak Ekspert Mərkəzinin arayışını nəzərə alaraq hesab etmişdir ki, həmin mənzillərin əvəzi olaraq 225840 manat (94.1 + 94.1)x1200) məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya instansiyas ı məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və sözügedən mənzillərin (Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə inşa ediləcək 1 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən 94.1 kv.m. olan, 2 otaqlı, 11 saylı və 6-cı mərtəbədə yerləşən 94,1 kv.m. sahəli, 2 otaqlı, 16 saylı) eyni dəyərli, eyni sahəli başqa mənzillərlə əvəz edilməsini və ya həmin mənzillərin əvəzinə onların real bazar qiymətini müəyyənləşdirərək əldə edilmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilərək, iddiaçının iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni q ətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1678/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev, E.Ə.Mehdiyev, Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmış, qətnamə iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi hissəsində dəyişdirilmiş, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, emitent “xxxx” MMC (hal-hazırda Cavabdeh MMC) tərəfindən Bakı şəhəri, Yasamal rayo nu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən 610-cu məhəllədə 1 saylı binanın tikintisi üçün buraxdığı mənzil sertifikatları 27 iyul 2006cı il tarixdə dövlət qeydiyyatına alınmış, MS seriyalı, 000228 saylı və MS seriyalı, 000229 saylı mənzil sertifikatları İddiaçı tərəfindən əldə olunmuş, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən, 610-cu məhəllədə 1 saylı binanın 5-ci mərtəbəsində ümumi sahəsi 94.1 kv.m., yaşayış sahəsi 50 kv.m. olan iki otaqlı 11 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən, 610-cu məhəllədə 1 saylı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 94.1. kv.m, yaşayış sahəsi 50 kv.m. olan iki otaqlı 16 saylı mənzili 31 dekabr 2014-cü il tarixdən gec olmayaraq mənzil sertifikatlarının sahibi olan İddiaçı adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüş, lakin öhdəliyi icra etməmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin 14 iyul 2019-cu il tarixli qərarından görünür ki, yuxarıda istinad olunan məhkəmə qərarı Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllə, 1 nömrəli binanın hal-hazıradək inşa edilməməsi səbəbindən icra edilməmişdir. Göründüyü kimi, 2006-cı ildən mənzil sertifikatlarına əsasən mənzillər əldə edilsə də, 2014-cü ildən hal-hazıra kimi mənzillər iddiaçıya təhvil verilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əsaslı olaraq ona dəymiş zərərlə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfin izahatından da müəyyən olunur ki, 2 saylı bi nada da analoji mənzillər mövcud deyil. Bu baxımdan birinci instansiya məhkəməsi analoji mənzillər olmadığından, həmin mənzillərin əvəzinə onların bu günkü bazar qiymətinə uyğun hesablanmış dəyərlərini iddiaçıya ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi iddiaçı tərəfin qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, iddiaçı tərəf işdə olan Əmlak Ekspert Mərkəzinin 21 sentyabr 2020-ci il tarixli rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfin apellyasiya şikayətinə əlavə etdiyi internet məlumatı başqa ərazidə olan təmirli mənzillərlə bağlı olduğundan, hazırkı iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdir ilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apelly asiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3841/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3841/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver