Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3845/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli, 2(107)208/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim A.A.İsmayılov) 11 iyul 2018-ci il tarixli, 2(033)742/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində borc pulun, 1000 (bir min) manat vurulmuş mənəvi zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.F.Quliyev, A.A,Mahmudov və M.A.Əsədli) 29.01.2019-cu il tarixli, 2(107)-208/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qiyabi qətnaməsi qismən, yəni Cavabdeh 2400 manat borc pul və 1000 manat vurulmuş mənəvi zərərin alınıb İddiaçı verilməsi hissəsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh 850 manat borc pulun alınıb İddiaçı verilməsi, apellyasiya şikayətinin qalan hissəsinin təmin edilməməsi, qətnаmə nin qаlаn hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və onun vəkili X3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2400 (iki min dörd yüz) manat məbləğində borc pulun, 1000 (bir min) manat vurulmuş mənəvi zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin yanvar ayında Zaqatala şəhərindən işdən evə gələrkən yolda rastlaşdığı Qmıır kənd sakini Cavabdeh onun avtomobilə ehtiyacı olduğunu bilib, Aşağı Tala kəndində 650 manata “VAZ-2106” markalı avtomaşın satıldığını d emişdir. Bu məlumat onda maraq oyatdığına görə o, anası ilə məsləhətləşib avtomaşını almaq niyyətinə düşmüşdür. Bu məqsədlə anasının təqaüdündən toplayıb, 2 dəfəyə olmaqla, cəmi 650 manat pulu həmin avtomobili alıb ona təhvil verməsi üçün cavabdehə vermişdir. Pulu alandan sonra cavabdeh avtomobilin sənədlərində problemin olduğunu, sənədlərin düzəldilməsi üçün müəyyən müddətin lazım gəldiyini bildirərək, ondan vaxtaşırı pul tələb etmişdir. Sonra cavabdeh “VAZ-2106” markalı avtomobilin sənədlərinin düzəlmədiyini, əvəzinə “VAZ-21099” minik markalı avtomaşın tapdığını, lakin onu almaq üçün yuxarı məbləğin lazım gəldiyini bildirərək, onlardan təxminən 10 dəfəyə 2400 (iki min dörd yüz) manat pul almışdır. Artıq dörd aydır ki, cavabdeh avtomaşın satışı bəhanəsi ilə onları aldadıb etibarından su i-istifadə etmişdir. O, cavabdehin (070) ***-**-** mobil nömrəsinə, 72-3-97 nömrəli ev telefonuna dəfələrlə zəng etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirmiş, ancaq onlardan pul tələb etmişdir. Bu məsələ ilə bağlı o, hətta cavabdehin atası X1 da dəfələrlə zəng etmişdir və məhkəməyə şahid qismində dəvət olunarsa, cavabdehin atası bunu təsdiq edəcəkdir. Bundan başqa, anası X2 da bu məsələdən məlumatlıdır və o da məhkəmədə şahid kimi dəvət edilib dindirilə bilər. Cavabdehə hər dəfə pulu verərkən təqaüd məbləğindən, 2 dəfə isə bankdan kredit alaraq pul ödəmiş, hətta borc almışlar. Cavabdeh onu Aşağı Tala kəndinə və s. dəfələrlə get-gələ salmış, bütün bunlardan anası əsəb gərginliyi keçirərək, xəstəlik tapmışdır. Cavabdehin ona borclu olması, danışdıqları yalanlar və vədləri barədə çoxsaylı t elefon danışıqları, səs yazıları, mesajlar və başqa sübutları, həmçinin şahidləri vardır. Bu məqsədlə təkcə (055)-769-70-67 və (077) ***-**-** mobil telefon nömrələrindəki məlumatların araşdırılması kifayət edər ki, onun göstərdikləri faktlar sübuta yetirilsin. Ona görə də cavabdehdən 2400 manat mənimsədiyi pulun, 1000 manat vurduğu mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddiaçı tələb etsə də heç bir əlavə şahid dəvət edilməmiş, işin faktiki halları tam müzakirə olunmamış, yalnız cavabdehin izahatına sübut kimi istinad edilməklə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin cavabdehdən tələb edilməsinin qanunsuz olması səbəblərini qətnamədə qeyd etməmiş, tələbi bu hissədə də təmin etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və Cavabdehməhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onların izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən idianın rədd edilmiş hissəsində maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, birinci instansiya məhkəməsi işdə olan İddiaçı məhkəməyə təqdim etdiyi avtomobil alması məqsədilə Cavabdeh ondan və anasından birlikdə, cəmi 2400 manat pul almasını güya təsdiq edən “DVD-R” diskdə olan 27.06.2018-ci il tarixli audio yazını sübut növü kimi qəbul edərək və ona istinad edərək caavbdehin iddiaçıdan 2400 manat pul alması nəticəsinə gələrək, tələbin həmin hissəsini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə r azılaşmamış, qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən “DVD-R” diskdəki səs yazısı sübut növü kimi qəbul edilə bilməz. Belə ki, həmin sübut qanunla müəyyən edilmiş qaydada əldə edilməmişdir. Bundan əlavə həmin səs yazısına məhkəmə kollegiyasının iclasında qulaq asılarkən müəyyən edilmişdir ki, Cavabdeh həmin səs yazısının heç bir yerində İddiaçı 2400 manat pul almasını etiraf etmir. Cavabdeh göstərir ki, “anası elə bilir ki, sən dediyin pulların hamısını mən almışam”. Onun həmin sözlərindən belə başa düşülür ki, İddiaçı anasına dediyi məbləğin heç də hamısı Cavabdeh verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatından göstərmişdir ki, o, İddiaçı müxtəlif vaxtlarda cəmi 850 manat pul almışdır ki, onu da qaytarmağa imkanı olmadığından borclu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iş materiallarında İddiaçı Cavabdeh 2400 manat pul verməsi ilə bağlı heç bir sübut yoxdur. Məhkəmə kollegiyasının iclasında da iddiaçı həmin tələbi ilə bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı tələbin 1000 (bir min) manat mənəvi ziyanla bağlı hissəsini də təsdiq edən sübut təqdim edə bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi cavabdehdən 2400 manat borc pul və 1000 manat vurulmuş mənəvi ziyanla bağlı tələbini tam şəkildə təmin etməkdə haqlı olmamışdır. Cavabdeh tələbin ancaq 850 manat borcla bağlı hissəsini etiraf etdiyi üçün apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi yalnız həmin hissədə təmin edilə bilər. Qüvvədə olan mülki qanunve riciliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda cəmi 850 manat pul aldığı və maddi imkanı olmadığından borcunu qaytara bilmədiyi cavabdehin etirafı əsasında sübut olunsa da iddiasının təmin edilməyən hissəsində iddiaçı tərəf öz tələbini sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi ). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya şikayətində iddiaçı iddia tələbini tam sübuta yetirdiyini bildirsə də bunu əsaslandıra və təsdiq edən hər hansı sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd e dir ki, hazırkı işin faktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli, 2(107)-208/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3845/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3845/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver