Məhkəmə qərarları › İş №2(102)-3845/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3845/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3845/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Baxşıyeva Günel Elçin qızının iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3785/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim V.Quliyev) iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən, məruzəçi), Z.Əliyev və R.Eyvazov, 2(103)-1327/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3785/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia təmin edilmiş, Cavabdeh 9000 (doqquz min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı əvvəlcə 10.000 ABŞ dolları, sonradan isə tələbin həcmini azaldaraq 9.000 ABŞ dolları məbləğində pulun Mərkəzi Bankın rəsmi məzə nnəsi ilə manat ekvivalentində Cavabdehdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı, Moskva şəhərində olduğu zaman (2008-ci ildə) dostluq etdiyi Cavabdeh onunla telefon əlaqəsi quraraq bildirmişdir ki, "Binə” ticarət mərkəzində 24 kv. metr ölçüdə mağaza satılır və onu şərikli qaydada almağı təklif etmişdir. İddiaçı, bununla əlaqədar poçt vasitəsi ilə Rusiyadan 10.000 ABŞ dollarını cavabdehə göndərmiş, sonuncu isə əlavə vəsait qoymaqla qeyd olunan mağazanı aldığını və öz qohumunun adına müvəqqəti rəsmiləşdirilməsini qeyd etmişdir. Buna baxmayaraq cavabdeh nə mağazanın alınmasını təmin etməmiş, nə də iddiaçının pulunu qaytarmamışdır. İddiaçı, xx xxxxxx 2016-ci il tarixdə Bakı şəhər prokurorluğuna müraciət edərək cinayət i şin başlanılmasını xahiş etmişdir. Polis orqanı tərəfindən araşdırma aparılmış və nəticədə Nəsimi RPİ-nin 21-ci PB-nin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda cavabdehə qarşı cinayət işin başlanılması o əsasla rədd edilmişdir ki, cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçmişdir və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, tərəflər əvvəllər dost olmuş, cavabdeh, 2008-ci ildə Binə Ticarət Mərkəzində şərikli obyekt almaq və birgə işlətmək üçün 10.000 ABŞ dolları almışdır, lakin sonra mağaza al maq məsələsi baş tutmamışdır. Bundan sonra tərəflər birgə fəaliyyətlə hərəkət etmək istəmişlər və cavabdeh bir ilin içində iddiaçıya sövdələşmə olmadığını bildirmişdir. Tərəflər tez-tez görüşmüşlər, şərikli təndirxana açmışlar. Cavabdeh həmin təndirxananı təmir etdiyi üçün iddiaçı ilə borc məsələsi ilə bağlı hesablaşmışlar, tərəflər 2008-2016-cı illər ərzində mütəmadi olaraq görüşmüşlər. Sonradan birlikdə təndirxananı icarəyə götürmüş, təndirxana pis vəziyyətdə olduğu üçün cavabdeh oranı təmir etmiş və əvəzləşmişlər. İddiaçı isə 2019-cu ilin avqust ayında iddia ilə məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəlləsinin 377.1, 377.3-cü maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Baxşıyeva Günel Elçin qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı tələbində qeyd edir ki, pul vəsaitini Cavabdeh ona görə vermişdi ki, o, dörd ay ərzində mağazanı satın alaraq sənədləri ona təqdim etsin. Mağaza hər ayı 500 manata kirayəyə vermək məqsədi ilə alınırdı(iddia ərizəsindən). İşə baxan Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, dörd ay keçənd ən sonra mağazanın alınmadığı iddiaçıya bəlli olmamışdır. Çünki o, Moskva şəhərində yaşamış və 2016-cı ildə Bakı şəhərinə qayıtdıqda ona məlum olmuşdur ki, mağaza alınmamış və dərhal bu barədə prokurorluq orqanlarına müraciət etmişdir. Lakin, məhkəmə baxışı zamanı təsdiq edilmişdir ki, mağazanın alınması ilə bağlı təşəbbüs baş tutmadıqdan sonra tərəflər Bakı şəhərində başqa bir ünvanda birgə kommersiya fəaliyyəti ilə məşğul olmuş, kafe və təndirxana işlətmişlər. Cavabdeh bildirir ki, həmin təndirxananın təmirinə məhz mağazanın alınması üçün verilmiş pul vəsaiti xərclənmiş, hətta iddiaçıya nağd pul lazım olduğu üçün ona 1000 ABŞ dolları pul da vermişdir. Məhkəmənin gedişi zamanı iddiaçı cavabdehin etirazları ilə bağlı heç bir izahat vermədən ərizə verərək iddia tələbini azaltmışdır (mülki iş səhifə 67). Bununla da iddiaçı mağazanın alınmadığını və həmin puldan 1000 ABŞ dolları geri almasını etiraf etmişdir. Deməli, tərəflər mağazanı dörd ay ərzində almağı razılaşmış, bundan sonra uzun müddət Bakı şəhərində birgə kommersiya fəaliyyəti ilə məşğul olmuş, verilən pulun bir qismi iddiaçı tərəfindən geri alınmış, əvvəlcədən deyildiyi kimi 8 il ərzində mağazadan heç bir kirayə haqqı əldə olunmamış və bütün bunlara baxmayaraq iddiaçı həmin müddət ərzində mağazanın alınmaması ilə bağlı məlumatsız olmuşdur. Belə qənaət ağlabatan olmamaqla yanaşı işin halları ilə ziddiyyət təşkil edir. Apellyasiya İnstansiyası məhkəməsi iddiaçının öz hüquqlarının pozulmasını bildiyi vaxtı müəyyən edərkən (iddia müddətinin başlanması anını)düzgün nəticəyə gəlməmişdir. İddia müddətinin axımının başlanğ ıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı hüququ nun pozulduğunu 2016-cı ildə bilmişdir. Yuxarıda qeyd olunduğu kimi belə qənaət iş materialları, iş üzrə toplanmış sübutlarla təkzib olunur. İddiaçının 2016-cı ildə hüquq mühafizə orqanlarına müraciət etməsi onun mağazanın alınmaması barədə həmin vaxt məlumat alması kimi dəyərləndirilə bilməz. Apellyasiya instansiyası məhkəmə bu qəbil mübahisələrə 3 illik iddia müddəti şamil olunması qənaətinə gəlmiş və hesab etmişdir ki, iddia müddəti ötürülmədiyi üçün cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi təmin oluna bilməz. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə cavabdehin “nə qədər borcu qalırsa onu dərhal qaytaracağına” dair polis orqanlarında verdiyi izahat borcu etiraf etməsinə dair hərəkətdir və ona görə iddia müddəti əvvəl başlamış olsa da, həmin hər əkətlə iddia müddəti kəsilməklə yenidən başlanmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia müddəti başa çatdıqdan sonra borcun etirafı barədə hərəkətlər iddia müddətinin axımını kəsə bilməz. Çünki müddətin axımının kəsilməsindən o vaxt söz gedə bilər ki, müddətin axımı başa çatmamış olsun. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsində nəzərdə tutulan borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə “nə qədər borcu qalırsa onu dərhal qaytaracağına” söz verməsi barədə izahatlar nəzərdə tutulmur. Bu normada borcun etirafı barədə hərəkətlər dedikdə həmin məbləğin bir qisminin ödənilməsi, borcun əvəzi olaraq əmlak verilməsi, borcun qismən də olsa ödənilməsi ilə bağlı və.s hərəkətlər nəzərdə tutulur. Borclu tərəf müddət məhdudiyyəti qoy madan hər vaxt borcunu etiraf edə bilər, lakin bu müddətin kəsilməsi kimi başa düşülməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət gös tərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi ü çün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. 2008-ci ildə pul məbləği verilmiş, yazılı razılaşma olmamış, iddiaçı 2019-cu ildə 10.000 ABŞ dolları tələbi irəli sürmüş, sonra heç bir izahat vermədən tələbi azaldaraq 9000 ABŞ dolları tələb etmişdir. Pulun verilməsindən 11 il ötdükdən sonra kimin-kimə nə qədər borclu olması ilə bağlı sübut ları tapmaq, və yaxud hansısa tərəfdən sübut təqdim etməyi təklif etmək, tələb etmək, onların mötəbərliyini yoxlamaq həm çətin və həm də qeyri-mümkündür. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan süb utlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Nəticə: Kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxı lması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar