Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3845/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4051/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 19.09.2018-ci il tarixli İddiaçı ilə (borcverən) Cavabdeh1 (borcalan) və Cavabdeh2 (borcalan) arasında bağlanmış borc müqaviləsinə əsasən borc verən borc alanlara 45000 manat məbləğində pul vermişdir. Borc alanlar bir il ərzində pulu tam qaytarmağı öhdəsinə götürmüşdür. 01.02.2019-cu il tarixli İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış borc müqaviləsinə 1 №-li əlavəyə əsasən borc verən borc alanlara 48000 manat məbləğində pul vermişdir. Borc alanlar 01.11.2019-cu il tarixədək borc verənə tam qaytarmağı öhdəsinə götürmüşdür. 19.09.2018-ci məxaric xəzinə orderinə əsasən Cavabdeh1 və Cavabdeh2 45000 manat məbləğində pulu imza edərək qəbul etmişlər. 01.02.2019-cu məxaric xəzinə orderinə əsasən Cavabdeh1 3000 m anat məbləğində pulu imza edərək qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh1dən 25500 manat, Cavabdeh2 isə 22500 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh1 24500 manat, Cavabdeh2 22500 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdehlər arasında 19 sentyabr 2018-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehlər cari ilin fevral ayından etibarən hər ay 5000 manat ödəniş həyata keçirməli i dilər. Borc müqaviləsi tərtib edilərkən və vəsait verilərkən iki şahid X3 və X2 iştirak edirdilər və onlar məhkəməyə gəlib ifadə verməyə hazırdılar. Bundan sonra Fevral ayının 19-da cavabdehlərdən biri - X1 ondan əlavə 3000 manat pul vəsaiti alıb və bu vəsaitlə bağlı məxaric xəzinə orderinə imza çəkib, beləliklə cavabdeh1 razılaşdırılmış 5000 manatdan əlavə hər ay 300-350 manat vəsait ödəməli idi. Lakin fevral ayından bu günə kimi heç bir ödəniş cavabdehlər tərəfindən aparılmamışdır. Cavabdehlərə ödənişlərlə bağlı dəfələrlə zənglər vurulub və nəhayət 27 may 2019-cu il tarixdə hər iki cavabdehə pretenziya məktubları göndərilmişdir. Lakin nə vəsait ödənilmişdir, nə də pretenziya məktublarına cavablar verilmişdir. Təqdim edilmiş 27.05.2019-cu il tarixli pretenziya məktubları ilə iddiaçı cavab dehlərə 10 gün müddətində yaranmış borc məbləğinin qaytarılması ilə bağlı müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 2(005)3559/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 24500 manat, Cavabdeh2 22500 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulan pulu cavabdehlərə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdehlər müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək iddianı etiraf etmişdir. Habelə iddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqd im edərək borc məbləğindən Cavabdeh1 1000 manat ödəniş etdiyini qeyd etmişdir. Hazırda Cavabdeh1 24500 manat, Cavabdeh2 22500 manat borcu mövcuddur. Məhkəmə hesab etmişdir ki, mülki işə əlavə edilmiş borc müqaviləsinə (habelə Əlavə 1) əsasən Cavabdeh2 22500 manat, həmçinin də məhkəmə, borcun etirafı barədə ərizəyə əsaslanmaqla, əlavə araşdırma zərurəti olmadığından Cavabdeh1 24500 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şi kayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 45000 manat müştərək qaydada, Cavabdeh1 isə əlavə 2000 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, 19.09.2018-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehlərə 45000 manat borc vermişdir. Bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə Cavabdeh2 45000 manatın iş qurmaq (taxi fəaliyyəti) məqsədi ilə verildiyini və pulu verən şəxsin qeyri-rəsmi olaraq qurulan şirkətə 40 faiz dəyərində şərik (həm itki, həm də qazanca) olmağı nəzərdə tutduqlarını, buna görə də 45000-18000 (40 faiz) = 27000 manat borcun olduğunu və iş üzrə digər cavabdeh olan Cavabdeh1 verilən 45000 manatın 40000 manatı onda olduğundan iddiaçıya ödənilməli olan məbləğin hamısını öz üzərinə götürməyə hazır olduğunu bəyan etməsi ilə bağlıdır. Bu halla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi me xanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək yaxud notariat orqanının iştirakı olmadan öz aralarında mövcud borcun etirafı yaxud borc (kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edir, eləcədə hansısa şəxsə konkret məbləğdə borcu olması barədə yazılı qaydada üzərinə öhdəlik götürürlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri müqaviləyə yaxud borclunun üzərinə götürdüyü yazılı öhdəliyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul almadığını yaxud hazırki işdə olan şikayətdə göstərilənləri bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə iddiaçı ilə cavabdehlər arasında 19.09.2018-ci il tarixli müqavilə bağlanarkən iddiaçının qazanca və zərərə görə 40 faiz şərik olacağı barədə aralarında həqiqətən razılaşma var idisə bunu həmin yaxud başqa müqavilənin şərtlərinə daxil edə bilərdilər. Lakin bunu etməmişlər. Ona görə də bu dəlil üzrə Cavabdeh2 mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, Cavabdeh2 həmin müqaviləni əslində aralarında yaranmış hansı münasibətlərin nəticəsi olaraq bağladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmişdir. Buna görə də onun bu dəlilləri ağlabatan olmamaqla yanaşı, inandırıcı da deyildir. Bununla yanaşı qeyd olunan halları sübut etmək yükü vəzifəsi, artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 19.09.2018-ci il tarixli müqavilədən görünür ki, onda nəzərdə tutulan məbləği cavabdehlər iddiaçıdan müştərək qaydada bor c almışlar. Düzdür iddiaçı iddia tələbində həmin məbləği yarı bölərək cavabdehlərin hər birindən ayrılıqda, yəni 22500 manat, digər Cavabdeh1 isə əlavə verdiyi 3000 manat borcun qalığı olan 2000 manatı, cəmi 24500 manat tələb etmiş, birinci instansiya məhkəməsi də iddianı tələb edilən qaydada təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2000 manatın digər cavabdehdən tələb edilməsi düzgün olsa da, 45000 manatı yarıya bölünərək cavabdehlərin hər birindən ayrıca tələb edilməsi iddianın bu qaydada təmin edilməsi üçün əsas olmamalıydı. Yəni, iddiaçının 19.09.2018-ci il tarixli müqavilə üzrə cavabdehlərdən tələb etdiyi məbləği yarıya bölərək hər bir cavabdehdən ayrıca tələb edəcəyi şərti müqavilədə nəzərdə tutulmamışdır. Müştərək qaydada verilmiş borc, müştərək qaydada da tələb edilməlidir. Yəni, müştərək qaydada alınmış borcun da cavabdehlər arasında hansı qaydada bölüşdürülməsi və ondan necə faydalanmaları iddiaçıya da bəlli deyildir. Təsadüfü deyil ki, həm apellyasiya şikayətində, həm də apellyasiya baxışı zamanı Cavabdeh2 alınmış borc məbləğinin 40000 manat hissəsinin Cavabdeh1 olduğunu və sonuncunun həmin məbləği qaytarmağa razı olduğunu göstərmiş, Cavabdeh1 də bununla razılaşdığını bildirmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmə belə nətcəyə gəlmişdirşki, cavabdehlərdən 45000 manat müştərək qaydada, Cavabdeh1 isə ayrı 2000 manat alınıraq iddiaçıya verilməlidir. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 19.09.2018-ci il tarixli borc müqaviləsi bağlansa da, iddiaçı cavabdehlərə 45000 manat məbləğində pulu taksi fəaliyyətinə dair şirkətin yaradılması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və gələcəkdə əldə olunan gəlirin 40 faiz iddiaçıda, qalan 60 faiz cavabdehlər arasında pay bölgüsü müəyyən edilmişdir. Sahibkarlıq fəaliyyətinə qoyulan 45000 manat sərmayənin itirilməsi, gəlirin əldə edilməməsi nəticəsində sərmayənin 60 faiz hissəsi yani 27000 manat hissəsini cavabdehlər iddiaçıya ödəməli, qalan 18000 manat isə iddiaçı cavabdehlərdən tələb etməli deyildir. Məhkəmə bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh2 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edi lən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4051/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə m