Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3846/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3 və vəkili X12, cavabdehlər X1, X4 və vəkili X31 iştirakları ilə, İddiaçılar İddiaçı3 və İddiaçı2 ŞəkiApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi i lə (hakim:T.A.İsmayılov; 2(016)-180/2018) iddiaçılar İddiaçı3 və X11 iddia tələbi təmin edilməmiş, iddiaçılar İddiaçı3 və İddiaçı2 iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının dəyəri olan 216 (iki yüz on altı) manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34STRE******************** hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2019-cu tarixli qətnaməsi ilə (hakimlər A.M.Eyvazov, (sədrlik edən və məruzəçi), R.İddiaçı1 və İ.H.Şükürov 2(107)-518/2019) iddiaçılar İddiaçı3 və X2 apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı3, İddiaçı2 və X28cavabdehlər X8 və X5qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 və X3 ödəməli olduqları 15500 manat pulun, itirilmiş mənfəətə görə Mərkəzi bankın uçot dərəcəsinə uyğun olaraq 15 faizlə hesablanaraq hər birinin borclu olduğu pulun miqdarına uyğun hesablanaraq verilməsinə, yəni İddiaçı3 1500 manat, Ə6 7000 manat, İddiaçı2 7000 manat alınıb verilməsinə və 30 manat dövlət rüsumunun alınıb onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələbi onunla əsaslandırmışlar ki, cavabdehlər onlardan götürdükləri süd məhsulu müqabilində 15500 manat borcları qalmışdır. Belə ki, 7000 manat Ərşad Əliyevə, 7000 manat İddiaçı2 və 1500 manat da İddiaçı3 pul borcları vardır. Həmin borcları dəfələrlə tələb etsələrdə cavabdehlər müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışdırlar. Cavabdehlərin hərəkətlərindən Ağcabədi rayon polis şöbəsinə dələduzluq əməli ilə bağlı şikayətlər etmişdirlər. Lakin təhqiqatçı işi araşdırarkən məsələni mülki məsələ kimi qiymətləndirərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarda cavabdehlərlə şərik olan X20 izahatında göstərmişdir ki, onlardan aldıqları südün bir qisminin pulunu ödəsələrdə, qalan süd məhsulunun pulunu guya süd məhsulu keyfiyyətsiz olduğu üçün ödəməmişdirlər. Bununla da cavabdehlərlə şərik olan və şahid kimi təqdim etdikləri N6 izahatında təsdiq etmiş olur ki, cavabdehlərin onlara 15.500 manat yox, guya 7000 manat borcları varmış. N6 bilmir ki, cavabdehlərdən Ə9 öz imzası ilə Ə6 verdiyi 6785 manat borcu olmasına dair yazılı etiraf etdiyi qəbzi və videosu vardır. Dəfələrlə pul larını tələb etsələrdə cavabdehlər borcu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışlar. İmkanları olmadığını, olduğu halda ödəyəcəklərini bildirmişlər. Lakin onların da maddi vəziyyətləri yaxşı olmadığından və manatın məzənnəsi də günü-gündən ucuzlaşdığından həmin pulun alınıb onlara verilməsinə ehtiyacları vardır. Məcbur olduqları üçün bu barədə məhkəməyə müraciət etmişdirlər.Birinci instansiya məhkəməsi iclasında cavabdeh X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Ağcabədi rayonu, *********** kəndi ərazisində yerləşən süd emalı sexinin X19 məxsus olmasını bilmişdir. Sex vətəndaşlardan süd məhsulu alıb “saçaqlı” pendir istehsal etmişdir. Həmin sexin qeydiyyatda olubolmaması barədə məlumatı olmamışdır. Nəzarətçi kimi sexdə fəaliyyət göstərmiş, eyni zaman da vətəndaşlardan süd məhsulu alıb sexə təhvil vermişdir. Lakin vətəndaşlardan aldığı südü sexə verərkən nə vətəndaşlardan, nə də sexi idarə edən N6 qəbz almamışdır. Sonuncu ona təhvil verilən südün litrini, hər litrini hansı qiymətə almasını və pulun məbləğini “qeydiyyat dəftərində” qeyd edir və pulunu da özü ödəmişdir. Son zamanlar xəstə olduğundan onu oğlu R6 əvəz etdiyindən südün alınmasından və təhvil verilməsindən məlumatı olmamışdır. Cavabdeh X9 iddia tələbini rədd edərək izahatında göstərmişdir ki, qeyd edilən sexdə işləməmişdir. Lakin atasının xəstəliyi ilə bağlı onun əvəzindən sexə nəzarət etmiş, vətəndaşlardan süd məhsulu qəbul edib sexə təhvil vermişdir. Qeyd etdiyi kimi o, həmin sexdə işləməmiş, yalnız atası xəstə olduğu üçün onu əvəz etmişdir. Sexin rəhbəri X23 olmuşdur. Odur ki, sonuncunun cavabdeh kimi işə cəlb edilməyini, onun cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Cavabdeh X23 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçıları 2010-cu ildən tanıyır. Belə ki, Ağcabədi rayonu, ********** kəndində yerləşən taxıl anbarında süd məhsullarının emalı ilə məşğul olduğundan iddiaçıları tanımışdır.İstifadə etdiyi anbar binası şəriki Y6 məxsus olmuşdur, həmin binada vətəndaşların süd məhsullarını alaraq “saçaq” pendiri hazırlamaqla satışa buraxmışlar. Sexdə 6-7 işçi olmuşdur. Ə9 sexdə əmək müqaviləsi ilə nəzarətçi işləmişdir. Ə9 sexdə məhsulların mühafizəsi ilə yanaşı, vətəndaşlardan süd məhsulu da qəbul etmişdir. 20102015-ci illərdə Ə9 həmin sexdə işləmişdir. Onlar vətəndaşlardan aldıqları süd məhsullarını demək olar ki, rəsmi ləşdirməmişlər. Belə ki, vətəndaş sexə süd gətirəndə onlar jurnala həmin şəxslərin nə qədər ölçüdə süd gətirmələrini və hər litrə görə razılaşdıqları pulu bəzən dərhal, bəzən də nisyə olaraq ödəmişlər. Həmin hallar hesabat yurnalına yazılmış və imza etdirilmişdir. X28 ərizə ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərə qarşı olan iddia tələbindən imtina etdiyini bildirmiş və Ağsu Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərardadı ilə iddia tələbi ona aid hissədə icraata xitam verilmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı3, İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88,106,217-cı maddələrinin edilmişdir. tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı3, İddiaçı2 və vəkili X24 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər X31 kassasiyaşikayətinintəmin edilməməsini xahişetdilər. X8,X10 və vəkili Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübah isə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Ağcabədi rayon polis şöbəsi təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş 27 fevral 2017-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Ağcabədi rayonu, ********** kənd sakini İddiaçı2 AR X27 adına eyni məzmunlu ərizələr yazaraq Ağsu rayon sakini Ə9 adlı şəxsə və onun şəriki N6 Ağcabədi rayonu, ******** kəndində topladığı süd məhsullarını satdığı halda borclu qaldıqları südün pulunu qaytarmayaraq sonuncuların ona xeyli miqdarda ziyan vurmalarını qeyd etmiş, aparılmış araşdırma nəticəsində tərəflər arasında qarşılıqlı razılaşma əsasında alver olduğu, sonradan borc pulla bağlı narazılıq yarandığı, odur ki, X21 və qeyrisinin barəsində əməldə cinayət tərkibi olmadığına görə cinayət işi başlaması rədd edilmişdir. Ağsu Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli qərardadı ilə məhkəməxəttşünaslıq ekspertizası təyin edilməklə ekspert qarşısında mübahisə tərəfləri arasında olan “hesabat jurnalı”ndakı imzaların İddiaçı3, İddiaçı2 və X26 tərəfindən icra edilibedilməməsi, həmin imzaların kənar şəxslər tərəfindən icra edilə bilməsi və həmin imzaların İddiaçı3, İddiaçı2 və X25 imzalarına oxşadılmaqla icra olunub-olunmaması sualları qoyulmuşdur. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının 18 may 2018-ci il tarixli, 9739 saylı rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş, üzərində “offis book ” yazıları olan yaşıl rəngli qeydiyyat jurnalının 1-30-cu vərəqəsində və üzərində “offis book” yazıları olan qırmızı rəngli qeydiyyat jurnalının 3-7-ci vərəqəsində “S6” yazıları qarşısında olan imzalar-İddiaçı2 tərəfindən icra olunmuşdur.; ekspertizaya təqdim olunmuş, üzərində “offis book” yazıları olan yaşıl rəngli qeydiyyat jurnalının 1-30-cu vərəqəsində və üzərində “offis book” yazıları olan qırmızı rəngli qeydiyyat jurnalının 1-ci vərəqəsində “Ə6” yazıları qarşısında olan imzalar-Ə6 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, üzərində “office book” yazıları olan yaşıl rəngli qeydiyyat jurnalının 1-5,8-9,11-26,27-31-ci vərəqələrində “F6” yazıları qarşısında olan imzalar-İddiaçı3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, üzərində “office book” yazıları olan qırmızı rəngli qeydiyyat jurnalının 2-6-cı vərəqələrində “Ə1” yazıları qarşısındakı imzaların X26 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır; Ekspertizaya təqdim olunmuş, üzərində “office book” yazıları olan yaşıl rəngli qeydiyyat jurnalının 1-30-cu vərəqələrində və üzərində “office book” yazıları olan qırmızı rəngli qeydiyyat jurnalının 3-7-ci vərəqələrində “S6” yazısı qarşısında olan imzalardan; üzərində “office book” yazıları olan yaşıl rəngli qeydiyyat jurnalının 1-30cu vərəqələrində və üzərində “office book” yazıları olan qırmızı rəngli qeydiyyat jurnalının 1-ci vərəqəsində “Ə6” yazıları qarşısında olan imzalardan; üzərində “office book” yazıları olan yaşıl rəngli qeydiyyat jurnalının 1-5, 8-9, 11-26, 27 -31 -ci vərəqələrində “F6” yazıları qarşısında olan imzalarda - oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin “cavabdehlərdən 7000 manat İddiaçı2 və 1500 manat da İddiaçı3 pul borclarının alınması” hissəsi üzrə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X21 2010cu ildən Ağcabədi rayonunda süd emalı sexi açaraq fəaliyyət göstərmişdir. Cavabdeh X7 həmin sexdə nəzarətçi içləmiş, onun vəzifəsi sexdə məhsulların mühafizəsi ilə yanaşı, vətəndaşlardan süd məhsullarının qəbul edilməsindən ibarət olmuşdur. Onun səhhətində olan problemlərlə bağlı müəyyən günlərdə oğlu Cavabdeh2 da onun yerinə sexdə nəzarət işi ilə məşğul o lmuş, hətta vətəndaşlardan süd məhsulu da qəbul etmişdir. İddiaçılar əldə etdikləri, yığdıqları süd məhsulunu fəlaiyyət göstərmiş süd emalı müəssisəsinə təhvil vermiş, aralarında olan razılaşma ilə bağlı müəyyən olunmuş qiymətə pullarını almış, nisyə verdikdə isə müəyyən müddətdən sonra pullarını almışlar. Cavabdeh X21 tərəfindən məhkəməyə təqdim olunmuş üzərində “office book” yazıları olan yaşıl və qırmızı rəngli qeydiyyat jurnallarında həqiqətən də iddiaçılar tərəfindən verilən süd məhsulunun 01.09.2013-cü ildən 15.08.2015-ci il tarixə kimi təhvil verilməsi (İddiaçı3 isə 12.06.2015-ci il tarixə kimi) gün ardıcıllığı ilə qeyd edilmişdir. Cavabdeh Natiq Qasımov qeyd edilən jurnallarda həmin şəxslərin nə qədər ölçüdə süd gətirmələrini və hər litrə görə razılaşdıqları pulun məbləği qeyd edil miş, həmin məbləğlərin bəzən dərhal, bəzən də nisyə olaraq ödənildiyini, həmin halların hesabat jurnalına yazıldığını, imza etdirildiyini, hazırda iddiaçılara borcu olmadığını göstərmişdir. Cavabdehlərin 7000 manat İddiaçı2 və 1500 manat da İddiaçı3 borclu olduqlarını qeyd etsələrdə izahatlarında borclu olunan məbləğə dair hər hansi yazılı sənədlərinin olmadığını bildirmişlər. İş üzrə toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq e dilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hü quq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və b ir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və X14 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyas ının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçılar İddiaçı3 və İddiaçı2 üzərinə düşsədə onlar tələb etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən iddiçılardan alınmalıdır. Məhkəmə iş üzrə sübutlara Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Ma hmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar İddiaçı3 və İddiaçı2 cavabdehlər X8, X9 və X15 ümumilikdə 8500 (səkkiz min beş yüz) manat dəyərində süt alqı-satqısı ilə bağlı borcun qalmasını sübut edə bilməmişlər. iddiaçılar İddiaçı3 və İddiaçı2 cavabdehlər X8, X9 və X6 alqı-satqısı na görə onlara borclu olmalarına dair məhkəmə kollegiyasına hər hansı möhtəbər sübutu təqdim etmədiyindən apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sü butlarla əsaslandırır. -385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Ağsu Rayon Məhkəməsinin hazırki iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tə tbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3846/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3846/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver