Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3848/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 cavabdehlər Respublika Xammal və X11” Məhdud Məsuliyyətli Cəmiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazisi və “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticəsinin ləğv edilməsi, hərracın yekununa dair bağlanmış protokolunun, alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qediyyatının etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zau r Əli oğlundan ibarət tərkibdə, iddiaçı X3 cavabdehlər Respublika Xammal və X11” Məhdud Məsuliyyətli Cəmiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazisi və “X13 Azərbaycan” QSCyə qarşı “hərracın nəticəsinin ləğv edilməsi, hərracın yekununa dair bağlanmış protokolunun, alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qediyyatının etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-638/22 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh “X13 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. Gəncə şəhər üzrə İcra İdarəsinin "xxxx" MMC-yə hərracın keçririlməsi haqqında sifarişinə əsasən 12 iyun 2017-ci il tarixli qərarla icraata başlanılmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-533/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu X5 məxsus olan Gəncə şəhəri, Əbül-Ula Gəncəvi küçəsində yerləşən 118 saylı fərdi yaşayış (ilkin satış qiyməti 50000 manat) barədə hərracın keçirilməsini xahiş etmişdir. 2. “FM Express” poçt rabitəsinə aid X1 adına olan 038219 saylı qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Abuzərov” yazıları, X3 adına olan 038215 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasmdakı imza və “Tağıyev” yazılan, X1 adına olan 034899 saylı poçt qəbzində “Alıcı: İmza qrafasmdakı və “Allahverdi Abuzərov” yazıları, X3 adına olan 034898 saylı qəbzində “Alıcı: İmza qrafasındakı imz a və “Tağıyeva Mahinurə” yazıları, 033687 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasında bu ünvanda yaşamır yazısı, X3 adına 033688 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Tağıyeva Mahinurə” yazıları, X3 adına olan 036112 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı və “Tağıyev” yazıları, X1 adına olan 036075 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasında imza və Abuzərov yazıları qeyd olunmuşdur. 3. ‘Külək” MMC-dən X6 və X4 ünvanlanmış 03 noyabr 2017-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, X12 küçəsində yerləşən 118 saylı fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə “Biıja yenilikləri” qəzetinin 03 noyabr 2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. 4. “Hə rracın yekunları barədə” 28 noyabr 2017-ci il tarixli, 64/02 nömrəli Protokolun surətindən görünür ki, X5 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsində yerləşən, 118 saylı fərdi yaşayış evinin (ipoteka predmeti) ilkin hərrac qiyməti 50000 manat, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiyməti 42500 müəyyən edilmiş, ipoteka predmetini 25 faiz aşağı olan qiyməti 31875 manat dəyərində tələbkar (“X13 Azərbaycan” QSC) əldə etmişdir.
5. Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 416050 saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətinə görə Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 118 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi Mülkiyyət hüququ əsasında “X13 Azərbaycan” QSC-yə məxsusdur. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X6 cavabdehlər Respublika Xammal və X11” Məhdud Məsuliyyətli Cəmiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazisi və “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi, hərracın yekununa dair bağlanmış xx.xx.2017-ci il tarixli, 64/02 nömrəli protokolun, alqı-satqı müqaviləsinin və hərracın yekununun keçirilməsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qediyyatının etibarsız hesab edilməsi və ipoteka müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “X13 Azərbaycan» QSCnin Gəncə filialı ilə aralarında ba ğlanmış kredit müqaviləsinə və ipoteka müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 118 saylı ünvanda yerləşən fərdi yaşayış evi kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-533/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin, Gəncə şəhəri üzrə İcra İdarəsinin 175204/17 A.H saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubunun və «X13» QSC-nin xx.xx.2017-ci il tarixli məktubunun icrasına əsasən fərdi yaşayış ev açıq hərracdan satılmış, keçirilmiş hərracda mübahisəli mülkü bank alaraq mülkiyyətinə keçirmişdir. Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzində evin satışa çıxarılması barədə cavabdeh təşkilat tərəfindən ona heç bir bildiriş göndərilməmişdir. Formal olaraq 2 dəfə hərrac təyin edilmiş və guya ki, üçüncü dəfə «X13» QSC ipoteka ilə yüklü edilmiş evi almışdır. Mübahisəli mülk 50000 manat qiymətləndirilmişdir. Yaşayış evi düzgün qiymətləndirilməmiş, evi qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi alınmamışdır. Ona görə də bugün dəyəri 100000 manat olan ev 50000 manat qiymətləndirilmiş, mülkiyyətçi kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. İpoteka predmetinin ilkin satış qiymtəi süni olaraq aşağa salınmışdır.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2021-ci il tarixli, 4/725 nömrəli məhkəmə xəttşünaslıq ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim edilmiş “FM Express” poçt rabitəsinə aid X3 adına olan 033688 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı imza və “Tağıyeva Mahinurə” yazıları, 036112 saylı poçt qəbzində “Alıcı: İmza” qrafasındakı im za və “Tağıyev” yazıları, 038215 saylı poçt qəbzində “Alıcı:İmza” qrafasındakı imza və “Tağıyev” yazıları 034898 saylı poçt qəbzində “Alıcı. İmza qrafasındakı imza və “Tağıyeva Mahinurə” yazıları - X6 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
9. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 sentyabr 2021-ci il tarixli, 2(043)-859/2021 saylı qətnaməsi ilə (hakim T.Qocayev) iddia qismən təmin edilərək, Respublika Xammal və Əmtəə Birjası "Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi, 118 ünvanda yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı keçirdiyi hərrac və həmin hərracın nəticələri üzrə 28 noyabr 2017-ci il tarixli, 64/02 saylı Hərracın Yekunları barədə Protokolun etibarsız edilməsi, Gənc ə şəhəri, Kəpəz rayonu, X12 küçəsində yerləşən 118 saylı fərdi evinə "X13 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüququna dair əmlakın dövlət reyestrindəki qeydin etibarsız hesab edilməsi və həmin qeydlə bağlı verilmiş ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, keçirilən hərracların heç biri barəsində ipoteka qoyana lazımı qaydada məlumat verilməmişdir. Açıq hərracın keçirilməsinə dair bildirişlər X5 ünvanlanıb onun adından imzalanıb qəbul edilmiş kimi göstərilsə də, ekspert rəyindən görünür ki, həmin qəbzlərə iddiaçı imza etməmiş, qrafadaki imza və “Tağıyeva Mahinurə” yazıları ona məxsus olmamışdır.
11. İpoteka q oyanın hərracla bağlı məlumatlandırılması formal xarakter daşımır və ipoteka qoyanın hərrac zamanı bir sıra hüquqlarını təmin etmək, o cümlədən ipoteka qoyanın özünün də hərracda iştirak etmək hüququnu təmin etmək məqsədi daşıyır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hərracın ipoteka qoyanın məlumatı olmadan keçirilməsi Azərbaycan Respublikası “İcra haqqında” Qanunun tələblərinə zidd olmuşdur.
12. Həmçinin, hərrac nəticəsində hazırkı iş üzrə iddiaçının mülkiyyətində olmuş Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsində yerləşən, 118 saylı fərdi yaşayış evi “X13 Azərbaycan” QSC-nin mülkiyyətinə keçmişdir. Hərracın nəticələri etibarsız hesab edildiyindən həmin fərdi yaşayış evinə “X13 Azərbaycan” QSC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd də etibarsızdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 61.1 və 61.2-ci, “İpoteka haqqında” Qanununun 6.1, 40, 42.1, 43.1, 43.2, 42.3, 43.4, 43.5, 44 və 48.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4 və 415.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən cavabdeh “X13 Azərbaycan” QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə-xəttşünaslıq ekspertizası rəyini natamam olması ilə əlaqədar təkrar ekspertiza keçirilməsi barədə məhkəmə qarşısında dəfələrlə vəsatət qaldırmış, lakin məhkəmə həmin vəsatətləri əsassız olaraq təmin etməmişdir. "xxxx" MMC yeddi dəfə iddiaçının ünvanına hərracın keçirilməsi ilə bağlı bildiriş göndərmiş, onlardan ikisini "Tağıyeva" adlı şəxs, ikisini isə "Tağıyev" soyadlı şəxs, üçünü isə “Abuzərli” soyadlı xəbərnamələrə imza etməklə qəbul etmişdir. Bildirişləri qəbul edən şəxs onu əsl sahibinə verməyə borcludur. Həmçinin, qanunvericiliyin tələbinə uyğun olaraq əmlak hərraca çıxarılmamışdan əvvəl kütləvi informasiya vasitələrində elan verilmişdir. Həmin qəzetin tiraj səhifəsi də iş materiallarına əlavə olunmuşdur. Hərracın keçirilməsi zamanı bildirişin şəxsən verilib-verilməməsi əhəmiyyət daşımır. Qanunvericilikdə yalnız bildirişin göndərilməsi vəzifəsi müəyyən edilir ki, buna da riayət edilmişdir. Odur ki, iddia tələbi əsassızdır və rədd edilməlidi r. Hərracla əlaqədar olan bildirişlər girov qoyana, zaminə və əsas borcluya vaxtında çatdırılmışdır. Buna baxmayaraq hərrac təşkilatının xəbərdaretmə vəzifəsini bildirişi rabitə orqanına verməklə məhdudlaşmasını qəbul etməmək həmin bildirişin əhəmiyyətsizliyinə gətirib çıxarır.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-638/22 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –A.Hüseynzadə (sədrlik edən və məruzəçi), İ.Həsənov, L.Süleymanov) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmeti olan yaşayış evinin açıq satılmas ı ilə əlaqədar keçirilən xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlə hərracların keçirilməsi və harracların baş tutmaması barədə ipotekaqoyan Mahinur Tağıyevaya həmin vaxt qüvvədə olmuş “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş, nəticədə Mahinur Tağıyevayanın alıcı qismində hərracda iştirak etmək hüququ pozulmuş, əsassız olaraq mülkiyyətindən məhrum olmuşdur.
18. Apellyasiya məhkəməsi daha sonra hesab etmişdir ki, hərracı keçirmiş təşkilat olan Respublika Xammal və X11” MMC-nin iş üzrə cavabdeh olmasına baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi də həmin təşkilatın hərracın qanun pozuntuları ilə keçirilməsi ilə razılaşması kimi dəyərləndirilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “İpoteka haqqın da” Qanununun 42.1, 42.3 və 44-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci, Mülki Prosessual Məcəllənin 217.3, 218.1 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh “X13 Azərbaycan” QSC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracla əlaqədar olan bildirişlər ipoteka girov qoyana, zaminə və əsas borcluya vaxtında çatdırılmışdır. Buna baxmayaraq hərrac təşkilatının xəbərdaretmə vəzifəsini bildirişi rabitə orqanına verməklə məhdudlaşmasını qəbul etməmək həmin bildirişin əhəmiyyətsizliyinə gətirib çıxarır. Belə ki, ipoteka qoyan ın hərracla bağlı məlumatlandırılması formal xarakter daşımır və ipoteka qoyanın hərrac zamanı bir sıra hüquqlarını təmin etmək, o cümlədən ipoteka qoyanın özünün də hərracda iştirak etmək hüququnu təmin etmək məqsədi daşıyır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hərracın ipoteka qoyanın məlumatı olmadan keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərinə zidd olmuşdur.
22. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun 42-ci maddəsini düzgün təfsir etməyərək belə nəticəyə gəlmişdir ki, hərrac təşkilatı bildirişin ünvana çatdırılmasını təmin etməlidir. Halbuki, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunda nəzərdə tutulan “bildiriş” “sifarışli poçt göndərişini (məktubu)” ehtiva edir.
23. Poçt göndərişinin (bildirişin) çatdırılması həmin bildirişin konkret olaraq üzərində adı yazılmış şəxsə deyil, həmin ünvanda olan şəxsə təqdim edilməsini nəzərdə tutur. Burada əsas məsələ poçt göndərişinin həmin ünvana çatdırılmasıdır ki, bu məsələ məhkəmə tərəfindən həmin ünvanda qeydiyyatda olan şəxsləri müəyyən etməklə və onların imza nümunələrini ekspertizaya təqdim etməklə və onların da imza nümunələrini ekspertizaya təqdim etməklə bildirişlərə kim tərəfindən imza edilməsi araşdırılmalı idi. Bildirişləri ipotekaqoyanın ünvanına çatdırılmış kuryer də təsdiq edə bilərdi.
24. Cavabdeh bank şikayətini Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 42-ci, “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 1.0.5 və 1.0.10-cu, Mülki Məcəllənin 415.2-ci, MPM-nin 88, 101.6, 217.1 və 220.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
26. Cavabdeh “X13 Azərbaycan” QSC-nin X9 ərizə göndərərək kassasiya şikayəti üzrə işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə göstərilənləri iş materiallarına əsasən yoxlayıb qərara almışdır ki, işə şifahi icraat qaydasında baxılmasına əsaslar yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunve riciliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
28. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
29. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
30. Maddə 42.1.(Əvvəlki redaksiyada). Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsi təsdiq etmə üsulu üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması və qaydası, hərracda iştirak edən satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
31. Maddə 42.3.(Əvvəlki redaksiyada) Hərracın təşkilatçısı və onun əməkdalşları istitsna olmaq la, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan ipoteka qoyan alıcı qismində iştirak edə bilər.
32. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İcra haqqında” Azərbaycan Respublikasının Qanunu.
33. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır
34. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
35. Maddə 62.2.Hərracın keçirilməsi qaydası Azərb aycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Rabitə Nazirliyinin 31 may 2002-ci il tarixli, 120 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 07 iyun 2002ci il tarixdə 2856 nömrə ilə qeydiyyata alınmış “Poçt rabitəsi” Qaydaları
36. Poçt göndərişləri poçt müəssisələrində və yaxud evlərə çatdırılmaqla verilir. Vətəndaşlara ünvanlanmış aşağıdakı poçt göndərişləri evlərə çatdırılır: - poçt kartları, sadə, sifarişli məktub və banderollar; - çadırılma haqqı ödənilməklə qəbul olunmuş və məbləği 1200000 manata qədər olan pul baratları, qiymətli məktub və banderollar. Vətəndaşların evlərinə ünvanlanan sadə məktublar, poçt vərəqələri, banderollar, xəbərnamələr və bağlamaların birinci bildirişləri ünvançıların poçt abunə qutula rına salınır. Sifarişli məktublar, poçt vərəqələri, banderollar, xəbərnamələr (“Şəxsən verməli” qeydli məktub və poçt vərəqələri, “Məhkəmə çağırışları”, beynəlxalq sifarişli məktub və banderollar istisna olmaqla) teleqraf pul baratının teleqrafla xəbərnaməsi, alıcının yetkinlik yaşına çatmış ailə üzvünə və ya onun, ərizəsinə əsasən, ev (mənzil) qonşusuna verilə bilər və yaxud abunəçinin poçt qutusuna salına bilər. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli, 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydaları. Maddə 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Maddə. 9.25. Fiziki şəxslərə ünvanlanmış “Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli sifarişli məktublar ünvançıya şəxsən verilir. Ünvançı olmadıqda, poçt göndərişi onunla bir ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvançının yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Bu halda ünvançının əvəzinə məktubu alan şəxs sifarişli xəbərnamədə öz soyadını, adını, atasının adını, ünvançıya münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Maddə 9.28. Xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər
43. Maddə 392.1.5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə borclu və ipotekaqoyan Mahinurə Tağıyevanın mülkiyyətində olan Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsində yerləşən 118 saylı fərdi fərdi yaşayış evinin açıq hərracdan satlıması ilə əlaqədar hərracların keçirilməsi və harracların baş tutmaması barədə hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun həmin vaxt qüvvə də olmuş 42.1-ci maddəsinin tələblərinə uyğun məlumat verilməmiş, nəticələ Məhinurə Tağıyevanın həmin əmlakı hərracdan almaq hüququ pozulmuş və bu əsaslara görə də həmin Qanunun 44-cü maddəsinə görə hərrac və ondan doğan nəticələr etibarsız olmuşdur.
51. Apellyasiya instansiyası məhkəməsi Mahinurə Tağıyevanın ünvanına göndərilmiş xəbərnaməli bildirişlərin poçt qəbzlərində olan imza və yazıların ona məxsus olmamasına dair xəttşünaslıq ekspertizasının rəyinə əsaslanmış, belə qənaətə gəlmişdir ki, bildirişlər iddiaçıyaborclu və ipoteka qoyan Mahinur Tağıyevaya verilməmiş, o, hərracın keçirilməsindən məlumatlı olmamışdır.
52. İşdən görünür ki, iddiaçı Mahinur Tağıyeva özü xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “X13 Azərbaycan» QSC-dən aldığı 33000 manat kreditin qaytarılmasının tə minatı kimi faktiki mülkiyyətində olan Gəncə şəhəri, Əbül-Üla Gəncəvi küçəsində yerləşən 118 saylı fərdi fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Həmin evdə o qeydiyyatdadır və faktiki olaraq yaşayır, ipoteka müqaviləsi bağlanandan sonra yaşaşyış ünvanını dəyişməmiş, hazırkı iş üzrə iddia ərizəsində də yaşayış yeri kimi eyni ünvanı göstərmiş, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı bütün bildirişlər həmin ünvana çatdırılimışdır. X2 yaşayış sahəsi olan evdə yaşayan digər şəxslər tərəfindən qəbzə imza etməklə təhvil alınması həmin bildirişlərin Mahinur Tağıyevaya çatdırılmaması və harracın keçirilməsi barədə onun məlumatlandırılmaması kimi dəyərləndirmək qanunvericiliyin təəblərinə uyğun sayıla bilməz.
53. Nəzərə alınmalıdır ki, hərracın keçirilməsi zamanı hərrac tə şkilatçısı tərəfindən yol verilmiş istənilən formal pozuntu deyil, tərəflərdən birinin hüquq və mənafelərini pozan, ümumilikdə hərrac prosesinin düzgün keçirilməməsinə səbəb olan səhvlər hərracın etibarsızlığı üçün əsas ola bilər.
54. Qüvvədə olan normativ hüquqi aktlar bu cür bildirişlərin mütləq şəkildə bildirişdə adı qeyd olunan şəxsə verilməsini zəruri hesab etmir. Bildirişin ünvan sahibinin yetkinlik yaşına çatmış ailə üzvünə verilməsi də sənədin ünvançıya çatdırılması hesab olunur.
55. Baxılan mübahisə üzrə hərrac barədə kütləvi informasiya vasitələrində elan dərc edildiyi, habelə ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişlərin ona göndərildiyi, sonuncunun yaşadığı ünvanda qəbul edildiyi mübahisə olunmayan hallardır.
56. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan no rmativ hüquqi aktların tələblərinə zidd olaraq belə qənaətə gəlmişdir ki, hərrac barədə bildirişlər iddiaçı tərəfindən şəxsən qəbul edilmədiyi üçün, o, hərrac barədə məlumatsız olmuşdur.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “X13 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-638/22 nömrəli mülki iş üzrə 21 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.