Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3849/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “borcun tutulması” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-692/2022 nömrəli mülki iş üzrə 03 fevral 2022-ci i tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassas iya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmaqla sonuncuya illik 29 faizlə 24 ay müddətinə 12500 ABŞ dolları kredit verilmişdir.
2. Borcun təminatı olaraq Cavabdeh2 və X3 ilə xx.xx.2104-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 iddiaçı bankın xeyrinə 05 may 2014cü il tarixli kredit müqaviləsi üzrə 8530,41 ABŞ dolları məbləğində əsas borc, 419,17 ABŞ dolları məbləğində faiz borcu və 1381,5 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10331,08 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə kredit götürmüş, borcun təminatı olaraq Cavabdeh2 və X3 ilə zaminlik müqaviləsi bağlanılmış, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışlar.
5. Birinci instansiya məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərardadına əsasəm məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh1 03 noyabr 2016-cı il tarixə İddiaçı ASC-yə o lan əsas borcu 8949,58 ABŞ dolları, faiz borcu 419,17 ABŞ dolları təşkil etmişdir.
6. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli 2(021)-1584/2021 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada əsas borc 8949,58 ABŞ dolları, faiz borcu 419,17 ABŞ dolları, cərimə borcu 81,5 ABŞ dolları, cəmi 9450,25 ABŞ dolları olmaqla kredit borcunun tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək bununla da müqavilənin şərtlərinin pozmuşdur. Ona görə cavabdehlər risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəlilərin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
8. Məhkəmə hesab etmişdir ki, dəbbə pulunun məbləği azaldılmalıdır. Belə ki məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının 1381,5 ABŞ dolları cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri n əzərə alınmaqla yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 81,5 ABŞ dolları tutulmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 449.1, 449.3, 462.1, 467, 739.1, 739.2 və 741-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsasland ırılmışdır ki, o, ilk aylar manatla ödəniş etmiş, sonradan devalvasiya nəticəsində manatla edilən aylıq ödənişlərin həcmi artmış, ödəmə qabiliyyətinin aşağı düşmüşdür. Müqavilə üzrə ödənilməmiş qalan kredit borcunun manata çevrilməsi üçün dəfələrlə banka müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Əksinə, bank tərəfindən ona hesablanmış borc əsassız olaraq şişirdilmişdir. Bank kredit borcunun hesablanması zamanı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanındakı göstərişlərə də əhəmiyyət verməmişdir.
12. Apellyasiya məhkəməsinin iclasında “Problemli kreditlərin kompensasiyası” üzrə məlumat təqdim edilmiş, məlumata əsasən, Cavabdeh1 İddiaçı ASC-yə olan k redit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyündən ona 5118,25 manat kompensasiya hesablanmış və həmin məbləğ borcun ödənilməsinə yönəldilməklə, cavabdehin 10736,24 manat əsas qalıq borcu qalması müəyyən edilmşidir.
13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-692/2022 nömrəli mülki iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və İ.Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada əsas borc he sabına 10736,24 (on min yeddi yüz otuz altı manat iyirmi dörd qəpik ) manat məbləğində kredit borcu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, cavabdehlərin məsuliyyətlərinin müştərəkliyini müəyyən etməmiş və bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu pozuntu isə həmin qətnamənin ləğv edilməsinə əsas verir.
15. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmaqla sonuncuya illik 29 faizlə 24 ay müddətinə 12500 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və X3 ilə xx.x x.2104-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Əldə edilmiş ekspert rəyinə əsasən, Cavabdeh1 03 noyabr 2016-cı il tarixə İddiaçı ASC–yə olan əsas borcu 8949,58 ABŞ dolları, faiz borcu 419,17 dolları təşkil etsə də, cavabdehin həmin kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyündən, ona 5118,25 manat kompensasiya hesablanmış və həmin məbləğ borcun ödənilməsinə yönəldilməklə, cavabdehin 10736,24 manat əsas qalıq borcu qalmışdır. 16. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6 və 62-ci maddələrinə görə, Banklara tövsiyyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi barədə tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsinə görə, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi başa düşülür.
17. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun həll edilməlidir. Həmin Fərmanın tələblərindən isə aydın olur ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağı nəzərə alaraq, banklara 1 ay müddətində həmin kreditlə rə hesablanmış faizlərin silinməsi tövsiyyə olunmuşdur ki, bu da vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsini ehtiva edir ki, belə halda iddiaçı tərəf cavabdehə hesablanmış faiz və cərimə borcu tələb etməkdə haqlı deyildir.
18. Apellyasiya instansiya məhkəməsi qənaətini Mülki Məcəllənin 385.1, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739.1 və 739.2-ci, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6 və 62-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8530,41 ABŞ dolları məbləğində əsas borc kimi irəli sürüldüyü halda məhkəmə çox şübhəli KZ 36.2021-ci il tarixli 9/4087 saylı ekspert rəyi üzrə müəyyən edilmiş 8949,58 ABŞ dolları məbləğində əsas borcu qəbul edərək təmin etmişdir. Halbuki, iddiaçının Cavabdeh1 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdehin hazırda bank qarşısında 8116,11 ABŞ dolları məbləğində borc öhdəliyi mövcuddur. Amma təəssüf ki, məhkəmə bu hallara qiymət verməmiş, qiyabi qətnamədən sonrakı 4 il müddətini nəzərə almamaqla, tərəflərin iştirakını təmin eməmiş və işə baxıldığı faktiki dövrə qalan bor cu dəqiqləşdirməmişdir (maliyyə arayışı tələb etməmişdir). O həmin dövr üçün ilk aylar manatla ödəniş etmişdir. Hamıya məlum olan 2015-ci ilin dekabr ayında olan devalvasiya ilə əlaqədar aylıq ödənişlərin artması və bununla əlaqədar ödəmə qabiliyyətinin demək olar ki, itirilməsi səbəbindən müqavilə üzrə ödənilməmiş qalan kredit borcumun manata çevrilməsi üçün tərəfindən keçən müddət ərzində Banka dəfələrlə müraciət olunsa da, heç bir nəticə əldə olunmamışdır. Əksinə, bank tərəfindən ona hesablanmış borc əsassız olaraq şişirdilmişdir. Baxmayaraq ki, bununla bağlı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbayan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə si kredit borcu üzrə ABŞ dollarını manata çevirərkən hansı meyarı əsas götürdüyünü və hesablamanın neçə aparılmasını əsaslandırmamış, subyektiv mövqedən məbləğ müəyyənləşdirmişdir.
21. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar, yəni onun əsassız varlanması və s., həmçinin tərəflər arasında hansı mülki hüquq münasibətlərinin olmasını təsdiq edən sübutlara malik olmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçı qeyd etmişdir ki, məhkəmə ekspert rəyinə uğun olaraq borcu müəyyən etmişdir. Kassator ekspert rəyini “şübhəli” adlandırsa da, ekspert rəyində nəyin səhv hesablandığını, hansı ödənişlərin nəzərə alınıb alınmadığını öz şikayətində əsaslandırmamışdır. Borcalan tərəfindən həyata keçirilən bütün ödənişlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq ardıcıl surətdə cərimə, faiz və əsas borcdan silinmişdir. Ekspert rəyindən də görünür ki, cavabdehin iddia etdiyi hallar həqiqəti əks etdirmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəl ləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 445.2.1 və 445.2.2 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müdдəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı g ecikdirməsi kimi sayılır.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərba ycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı
30. Maddə 6 və
62. Banklara tövsiyyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsi barədə tədbirlər görsünlər.
31. Maddə 8.9. Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinə əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Tərəflər arasında müqavilə bağ lanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmaqla sonuncuya illik 29 faizlə 24 ay müddətinə 12500 ABŞ dolları kredit verilmiş, lakin cavabdeh bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
43. Apellyasiya məhkəməsi hazırkı mübahisənin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi, ona 5118,25 manat kompensasiya hesablanması və həmin məbləğ borcun ödənilməsinə yönəldildikdən sonra 10736,24 manat əsas qalıq borcu qalmasını müəyən etmiş və bu məbləğin cavabdehlərdən bankın xeyrinə alınması qət olunmuşdur.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya şikayətinin dəlillərinə qiymət verilmişdir.
45. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(104)-692/2022 nömrəli mülki iş üzrə 03 fevral 2022-ci i tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.