Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-385/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X1 iştiraklar ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10066/2019 saylı qətnaməsindən Cavabdeh3 x oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(008)3983/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.C.Qarayev a) İddiaçı Cavabdeh3 x oğlu və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddiası qismən təmin edilərək, iddiaçı təşkilatla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasına vaxtından əvvəl xitam verilməsi, cavabdehlərdən müştərək qaydada əsas borca görə 31.464,06 ABŞ dolları, faiz borcuna görə 7.236,73 ABŞ dolları, hesablanmış cəriməyə görə 500 ABŞ dolları, cəmi 39.200,79 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 3-cü döngədə yerləşən, 66 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəs ait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 305.000 manat məbləğində müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)1846/2018 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(102)-6937/2018 saylı qərarı ilə (hakimlər Ə.Cavabdeh2 sədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və M.T.Əhmədova) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. xx xxxxx 2019-cu il tarixdə digər Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə onun iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılıb. Bundan sonra digər Cavabdeh3 da xx xxx 2019-cu il tarixdə yazılı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx xxx 2019-cu il tarixdə qətnamənin surətini almış, xx xxx 2019-cu il tarixdə isə qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10066/2019 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh3 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Cavabdeh3 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi” barədə iddia qaldırıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİN İN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xx kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlan ılmasını xahiş etdi. Cavabdeh3, vəkili xx, eləcə də digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə Cavabdeh3 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 442, 472.1, 472.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2007-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh2 60 ay müddətinə, 70.000 ABŞ dolları kredit xətti açılıb. Tərəflər arasında xx xxxxxx 2011-ci il və xx xxxxxx 2014-cü il tarixlərdə bağlanmış sazişlərə əsasən, kredit xəttinin müddəti və məbləği artırılıb. xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən, iddiaçı təşkilat tərəfindən borclu Cavabdeh2 18 ay müddətinə, aylıq 1,6667 faiz ödəmək şərti ilə 90.000 ABŞ dolları məbləğində kredit verilib. xx xxxx 2017-ci il tarixli maliyyə arayışına görə, borclu Cavabdeh2 iddiaçı təşkilata ödənilməmiş 31.464,06 ABŞ dolları əsas, 7.236,73 ABŞ dolları faiz, 13.048,79 ABŞ dolları cərimə olmaqla, cəmi 51.749,58 ABŞ dolları kredit borcu vardır. Sözügedən kredit xətti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsinə dair xx xxxxxx 2011-ci il tarixli sazişə əsasən, iddiaçı təşkilatla borclu Cavabdeh2 arasında xx xxxxxx 2007-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməklə ona 300.000 ABŞ dolları kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli sazişə əsasən, xx xxxxxx 2007-ci il tarixdə bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməklə kredit alan Cavabdeh2 1.000.000 ABŞ dolları kredit xətti açılmışdır. Kredit razılaşmasına xx xxxxxx 2014-cü il tarixli əlavədən görünür ki, borclu Cavabdeh2 90.000 ABŞ dolları kredit borcunu ayda 5.841 ABŞ dolları olmaqa 18 ay müddətinə ödəməyi öhdəsinə götürüb və xx xxxxxx 2014-cü il tarixli qəbzə əsasən 90.000 ABŞ dolları kredit məbləği borclu Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Eləcə də işə əlavə edilmiş xx xxxxxx 2007-ci il tarixli və xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyi öz üzərlə rinə götürmüşlər. Daha sonra, xx xxxxxx 2014-cü il tarixli “ipoteka müqaviləsi”nə əsasən, sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, 3-cü döngədə yerləşən 66 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. “xxxx” MMC xx xxxxxx 2017-ci il tarixli qiymətləndirici rəyinə əsasən sözügedən evin ilkin satış qiyməti 305.000 manat dəyərində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, Cavabdeh3 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Cavabdeh3 apellyasiya şikayətində xx xxxxxx 2007-ci il tarixli kredit xətti müqaviləsinə edilmiş əlavələrdən məlumatsız olmasını göstərsə də, onun dəlili ilə razılaşmaq olmaz. Çünki, mülki iş materiallarında olan zaminlik müqaviləsinə əlavələr və dəyişikliklər xx xxxx 2011-ci il tarixdə Cavabdeh3 tərəfindən şəxsən imzalamışdır. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, cavabdehlərin həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmələri, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, Cavabdeh3 apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası m əhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qən aətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh3 x oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10066/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-385/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-385/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver