Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-385/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx qızının Cavabdeh qarşı “borcun və digər xərclərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, öhdəliyin üçüncü şəxs tərəfindən icrası, birgə nikah dövründə yaranmış borcun tələb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)7162/2021 nömrə li qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 13 iyul 2016-cı il tarixli müqavilə ilə "xxxx" MMC ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 1 saylı mənzilin yerləşdiyi yaşayış binasının söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada Cavabdeh söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin mərtəbə səviyyəsində Dövlət reyestrində çıxarışda göstərilmiş ümumi sahəsinə 20% əlavə edilməklə təmirli mənzilinin Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. xxx qızı Cavabdeh keçmiş qayınanasıdır. 9 saylı Notariat ofisinin "xx xx" ASC-nin Nərimanov filialına ünvanlanmış 17 may 2019-cu il tarixli məktubuna əsasən ünvan 1qeydiyyatda olan X2 notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə 16500 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 1 qeydiyyatda olan Cavabdeh verilməsi üçün bankın depozit hesabına qəbul olunmasını xahiş edilmişdir. Cavabdeh Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində olduğu dövrdə xxx qızı 12 iyul 2017-ci il tarixdə yuxarıda qeyd olunan mənzilin dəyərindən "xxxx" MMC-yə 16500 manat məbləğində ödəniş etmişdir. Cavabdeh və iddiaçının qızı olan X5 arasında bağlanmış nikah Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2019-cu i l tarixli qətnaməsi ilə ünvan 2məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85,35 kv.m olan mənzilin üzərində X1 2/3 hissədə, Cavabdeh 1/3 hissədə paylarının müəyyən edilmiş, mənzilə görə ödənilməmiş qalan 7200 manat borcun 2/3 hissəsinin xxxya, 1/3 hissəsinin isə Cavabdeh aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilərək pay nisbəti və borc bölgüsü ½ hissədə müəyyənləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı xxx qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18000 manat məbləğində borcun, 31 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 110 manat vəkil xidm ət haqqının tutularaq xxx qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Rusiya Federasiyasından olduğu zaman iddiaçı mənzilin dəyəri olaraq "xxxx" MMC-yə 18000 manat ödəniş etmiş, cavabdeh qayıtdıqdan sonra borcunu qısa müddət ərzində ödəyəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Sonradan cavabdeh iddiaçının qızı ilə ailə münasibətlərini pozmuşdur. İddiaçı dəfələrlə şifahi qaydada borcun qaytarılmasını tələb etsə də, nəticəsi olmamışdır. İddiaçı hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmiş, cavabdeh Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis bölməsinə çağırılmış və orada borcunu könüllü etiraf etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(007)-303/2021 nömrəli qətnaməsi ilə (hakim B.N.Q asımov) iddianın qismən təmin edilməsi, Cavabdeh 16500 manat məbləğində pulun, 110 manat vəkil xidmətinə görə ödənilmiş pulun və ödənilmiş 27,50 manat dövlət rüsumunun tutularaq iddiaçı xxx qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə məxsus mənzilin dəyərinin ödənilməsi məqsədi ilə 2017-ci il tarixdə 16500 manat məbləğində pul verilmiş, lakin həmin pul cavabdeh tərəfindən geri qaytarılmamışdır. Bu səbəbdən bu hal cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Bel ə olan halda, cavabdeh əldə etdiyi və iddiaçına məxsus olan pulu qaytarmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı 18000 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, cavabdehin məhz bu qədər borcunun olmasına dair hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdehin etiraf etdiyi 16500 manat məbləğində pul ondan tutularaq iddiaçıya ödənilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(007)-303/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)7162/2021 nömrəli qətnaməsi ilə (hak im E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(007)-303/2021 nömrəli qətnaməsi Cavabdeh 16500 manatın tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh xxx qızının xeyrinə əsassız varlanmaya görə 8250 manatın tutulması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh onunla "xxxx" MMC arasında 13 iyul 2016-cı il tarixdə bağlanmış müqavilə əsasında ona verilmiş mənzil üçün həyata keçirilən ödənişlərdən 16500 manatının iddiaçı tərəfindən edildiyini təsdiq edir və nə qədər ki, tərəflər arasında hər hansı müqavilə münasibət i olmamışdır, belə halda o (cavabdeh), iddiaçının hesabına əldə etdiyini geri qaytarmaq öhdəliyi daşıyır. Bununla belə apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya qaytarmalı olduğu pul vəsaitinin məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, ünvan 4 məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 85,35 kv.m olan mənzilin iddiaçının qızı ilə cavabdeh arasında 1/2 hissədə bölündüyü müəyyən olunmuşdur və bu o deməkdir ki, onların nikahları dövründə həmin mənzil üçün iddiaçının ödədiyi vəsaitin yalnız yarısı cavabdehin varlandığı məbləğ kimi qiymətləndirilə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şik ayətinin dəlilləri İddiaçı xxx qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-7162/2021 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh mənzilin dəyərindən 16500 manatının iddiaçı tərəfindən ödənildiyini birinci instansiya məhkəməsində etiraf etmişdir. Apellyasiya məhkəməsi iddiaçının qızının bu pulun alınıb-verilməsində iştirak etməmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 202 1-ci il tarixli, 2(103)-7162/2021 nömrəli qətnaməsinin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı cavabdehə pul verməmiş, onun izahatı təhrif olunmuşdur. Bununla da, məhkəmə tərəfindən tərəflərin çəkişmə prinsipi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı xxx qızı cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, həmin şikayətin əsassız olduğunu göstərmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının kassasiya şikayətinə yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı olaraq mübahisələndirdiklərindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublika sının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəl iyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerin ə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasə n kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillə rinə uyğun araşdırmalar aparılmış və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin dəyərləndirilməsi ilə tam razılaşır. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin 01 mart 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdeh izahatında iddiaçının mənzilə görə 18000 manat pul ödəməsini, həmin məbləğin 1500 manat hissəsinin ona məxsus olmasını etiraf etmişdir. Belə olan halda, məhkəmələrin cavabdehin qeyd olunan etirafını əsas götürərək qətnamə qəbul etməklə, prosessual hüquq normaları pozulmamışdır. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tələb olunan pul vəsaitinin hesabına əldə edilən mənzilin cavabdehlə iddia çının qızı arasında bərabər bölünməsi işin mübahisəsiz halıdır. Belə olan halda, iddiaçı bölünən əmlaka görə yaranmış borcun yalnız cavabdehə düşən hissəsini əsassız varlanma qaydalarına uyğun sonuncudan tələb edə bilər. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını pozmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılma lıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx qızı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)7162/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-385/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-385/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver