Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3850/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli 2(107)-246/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş № 2(033)-1051/2018) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək ona Zaqatala rayonunun Aşağı Tala kəndində mərhum atasının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququ verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı atası X3 ilə birlikdə sonuncuya məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evində yaşamış, 2012-ci ildə ev baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş və bununla əlaqədar həmin ev sökülmüş və orada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 otaqlı ev tiklimiş və həmin evdə iddiaçı oğlu ilə, cavabdeh isə uşaqları ilə birlikdə y aşamışlar. 2018-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasına məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yaşayış hüququnun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçının mübahisəli evdən sərbəst istifadə etməklə bununla əlaqədar aralarında mübahisənin olmamasını, mübahisəli evin onun əri X1 adına rəsmiləşdirilməklə iddiaçının həmin evə heç bir aidiyyətinin olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təm in edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən iddiaçının 2 008-ci ildən atası ilə birlikdə mübahisəli evdə yaşamasını, zəlzələ nəticəsində yarasız hala düşdükdən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülərək yerində tikilmiş evdə cavabdehlə birlikdə yaşamaqda davam etməsini və mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin iddiaçının evdən istifadə hüququnun tanınmasına imkan verməsini əsas göstərmişdir. Mübahisəli yaşayış evi mülkiyyət hüququnun subyekti olmadığından və iddiaçı həmin evdən yeganə yaşayış yeri kimi istifadə etməklə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən həmin evə hüquq və vəzifələr əldə etdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iş üz rə müəyyən olunmuş sübutlara uyğun çıxarılmış, maddi və prosessual hüquq normalarının qüvvəsi düzgün tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3850/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3850/2019
29.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver